Məhkəmə qərarları › İş №2(102)-515/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-515/2020

22.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-515/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12040/2019 saylı qətnaməsindən Cavabdeh ASC-nin ləğvedicisi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov, iş № 2(006)-1535/2019) İddiaçı cavabdeh ləğv prosesində olan Cav abdeh ASC-nin ləğvedicisi Nna qarşı kredit borcunun silinməsi məqsədi ilə müvafiq məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 175 saylı kredit müqaviləsi üzrə kredit məlumatlarının Azərbaycan Respublikası Maliyyə X1 Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi məqsədi ilə bu barədə müvafiq məlumatın verilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsi nin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2011-ci il tarixli 175 saylı kredit müqaviləsi üzrə banka heç bir borcunun olmamasına baxmayaraq bank əməliyyatları sistemində xx xxxxxxxx 2018-ci il tarixə banka 7.422 manat məbləğində faiz borcunun olması barədə məlumatın mövcud olmasını əsas göstərməklə kredit borcunun silinməsi məqsədi ilə müvafiq məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh ASC-nin ləğvedicisi kassasiya şikayəti verərək iddiaçının bank qarşısında 7.422 manat məbləğində faiz öhdəliyini n mövcud olmasını, gecikdirilmiş faizlərin ödənilməsinin müqavilədə şərt kimi nəzərdə tutulmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinl əyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin təmin olunmasını qanuni sayarkən icra işi üzrə icraata xitam verilməsinə dair xx xxxxxxxx 2018-ci il tarixli qərara və ləğv prosesində olan Cavabdeh ASC-nin məktubuna əsaslanmışdır. İşin 37-ci səhifəsində olan Astara rayon İcra və probasiya şöbəsi böyük icra məmurunun xx xxxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Astara rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nin xeyrinə xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcuna görə 3923,29 manat, faiz borcuna görə 825,83, dəbbə puluna görə 277,70 manat, dövlət notariat kontorunda sənədlərin təsdiqlənməsinə görə 35 manat, cəmi 5061,82 manat tutulması qət edilmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi icra edildiyi üçün icra işi üzrə icraata xitam verilmişdir. İşin 5-ci səhifəsində olan ləğv prosesində olan Cavabdeh ASC-nin iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli məktubundan da görünür ki, İddiaçı kredit öhdəliyinin olmamasına dair ərizəsinə Əmanətlərin Sığortalanması Fondunda baxılmış və İddiaçı bank qarşısında heç bir kredit və faiz öhdəliyinin mövcud olmaması barədə ona cavab verilmişdi r. Həmin məktubda həmçinin qeyd edilmişdir ki, bank əməliyyat sistemində iddiaçının xx xxxxxxxx 2018-ci il tarixə 7.422,96 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşdən görünür ki, iddiaçı xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliyini icra etmədiyi üçün borcun tutulması məhkəmə qətnaməsi ilə həyata keçirilmiş və qətnamədə müəyyən olunmuş borc məbləği idd iaçı tərəfindən icra qaydasında tam ödənildiyi üçün icra işi üzrə icraata xitam verilmişdir. Göstərilən vəziyyətdə iddiaçının həmin kredit müqaviləsi üzrə faiz borcunun olması barədə bank sisteminə məlumat daxil edilməsi əsassız olmuşdur. İddiaçının bank qarşısında öhdəliyinin olmasını təsdiq edən əsaslar olmadığı üçün kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar