Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5150/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı2 vəkili Əyyubova Şəms Məzəddin qızı, “xxxx” MMMC-nin vəkili Hacıyev Elşən Şahin oğlunun iştirakları ilə, İddiaçı2Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı2, İddiaçı3 və İddiaçı1 “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC), “xxxx” Elmi - İstehsalat Müəssisəsinə, “xxxx” MMMC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “ümumi yığıncaqların protokollarının etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və qeyriləri “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC), “xxxx” Elmi - İstehsalat Müəssisəsinə, “xxxx” MMMC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “ümumi yığıncaqların pro tokollarının etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi barədə iddia tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Qasımov, iş 2(001)-1773/2018) iddia tələbləri rədd edilmiş və həmin iddialar üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayev və X.Sarıyev, iş № 2(103)-44/2019) İddiaçı2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İdd iaçı2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı2 vəkili Əyyubova Şəms Məzəddin qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. “xxxx” MMMC-nin vəkili Hacıyev Elşən Şahin oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılm ası və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 13 mart 2016cı il tarixli, 1 nömrəli ünvan 1 ünvanı üzrə çoxmənzilli binada “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti”nin yaradılması haqqında sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokoluna əsasən, yığıncaqda 111 nəfər iştirak etmiş, həmin ünvanda yerləşən çoxmənzilli binanın mənzillərin mülkiyyətçiləri tərəfindən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmış, cəmiyyətin adı “xxxx” MMMC olaraq müəyyən edilmiş, X13 MMMC-nin İ darə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. “xxxx” MMMC-nin ümumi yığıncağının 21.12.2016-cı il tarixli qərarından görünür ki, 111 nəfər mənzil mülkiyyətçilərinin iştirakı ilə cəmiyyətin adının “xxxx” MMMC-yə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məktubuna görə, “xxxx” MMMC 27.12.2016-cı il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. “xxxx” MMMC-nin qanuni təmsilçisi X8 “xxxx” Elmi İstehsalat Müəssisəsinə ünvanlandığı məktuba görə, “xxxx” MMMC-nin yuxarıda göstərilən 21.12.2016-cı il tarixli qərara heç bir aidiyyəti yoxdur, X13 həmin MMMC-nin səlahiyyətli şəxsi deyil, Cəmiyyətin adı dəyişdirilməyib və hal-hazırda “xxxx” MMMC adı ilə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 11.08.2017-ci il tarixli mə ktubuna görə “xxxx” MMMC-nin təsis sənədləri 26.12.2016-cı il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Qurum təsis yığıncağının 13.03.2016-cı il tarixli qərarına əsasən “xxxx” MMMC adı ilə təsis edilmiş və X4 heyətinin sədri seçilmişdir. Ümumi yığıncağın 21.12.2016-cı il tarixli qərarı ilə cəmiyyətin adı “xxxx” MMMC-yə dəyişdirilmişdir. “xxxx” MMMC 27.12.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. 12.12.2016-cı il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi QeyriKommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışa görə, “xxxx” MMMC ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin sahə mülkiyyətçilərinin 10.03.2016-cı il tarixli qərarı və digər sənədlər əsasında qeydiyyata alınmış, qanuni təmsilçisi X8r. 27.12.2016-cı il tarixli Azərbayc an Respublikasının Ədliyyə Nazirliyi QeyriKommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa görə, “xxxx” MMMC ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin sahə mülkiyyətçilərinin 13.03.2016-cı il, ümumi yığıncağın 21.12.2016-cı il tarixli qərarları və digər sənədlər əsasında qeydiyyata alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən təl əb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasənÇoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könü llü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. İşdə ilkin iddia üzrə iddiaçıların və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin mənzil mülkiyyətçisi olmasını təsdiq edən sənədlər müəyyən olunmadığından onlar hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışlar. Bu hal hazırki iddianın rədd edilməsi üçün birinci əsasdır. Digər tərəfdən iddia tələblərində, eləcə də hazırki apelyasiya şikayətində iddianın əsasları kimi protokolda olan imzaların bir qisminin həqiqi olmaması, bir qisminin isə həmin şəxslərin X13 tərəfindən aldadılaraq qaz sayğaclarının quraşdırılması adı altında imzalarının alınması qeyd olunsa da, bu xüsusatları da təsdiq edən hər hansı bir sübut məhkəmələrə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1 19.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi həmin Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. İşdən görünür ki, X13 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə ərizə ünvanlayaraq “xxxx” MMMC-nin dövlət q eydiyyatına alınması xahiş etmiş və ərizəyə qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əlavə olunmuş və həmin sənədlər əsasında qeydiyyat aparılmışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki məhkəmə icraatının əsas vəzifələrindən biri də iş üzrə tərəflərin ədalətli məhkəmə baxışına olan hüquqlarını təmin etməkdir. Bu hüququn təmini məqsədi ilə apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnamə və qərardadlarından verilən apelyasiya şikayətlərini araşdırıb, tərəfin apelyasiya şikayətində ifadəsini tapmış dəlillərini cavablandırmalı, həmin dəlillər əsassız olduqda, onların təmin olunmaması əsaslarını göstərməklə tərəfin əsaslandırılmış qərar almaq, yəni son nətic ədə ədalətli məhkəmə baxışına olan hüququnu təmin etməkdir. İddiaçı2 apelyasiya şikayətində qeyd etmişdir ki, “Məhkəmə öz qətnaməsini onunla əsaslandırır ki, iddiaçıların "xxxx" MMMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsi və hüquqi şəxsin dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Bildirmək istəyirəm ki, “xxxx” MMMC-nin idarə etdiyi yaşayış binalarında mənə məxsus olan mənzil də var. Lakin bir mənzil mülkiyyətçisi kimi “xxxx” MMMC-nin təsis edilməsindən heç bir xəbərim olmamışdır. Təsis edilməsindən xəbərsiz olduğum bir MMMC isə mənə məxsus olan mənzilə görə hal- hazırda məndən kommunal xərclər ödəməyi tələb edir. Hansı ki, həmin MMMC saxta sənədlərlə dövlət qeydiyyatına alınmışdır. Təsis edilməsində iştirak etmədiyim bir təşkilat tərəfindən məndən məcburi qaydada pul ödənilməsi tələbi mənim həmin MMMC-yə qarşı qanuni maraqlarımı müdafiə etmək üçün hüquq verir. Mən də bu subyektiv hüququmdan istifadə edərək MMMC tərəfindən edilən özbaşınalıqlara son qoyulması və həmin MMMC saxta sənədlərlə təsis edildiyindən onun ləğv edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam.” Apelyasiya instansiyası məhkəməsi qətnaməsində apelyasiya şikayətinin həmin dəlillərinə münasibət bildirməmiş, həmin dəlil ilə bağlı tərəfin əsaslandırılmış qərar almaq hüququ ilə bağlı tələbi təmin etməmişdir. Apelyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, yeni təsis olunmuş “xxxx” MMMC-nin adının “xxxx” MMMC-yə dəyişdirilməsi ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində bu xüsusat sübutlara istinad olunmaqla araşdırılsa da apelyasiya şikayətinin dəlili baxımından dəyərləndirilməmiş, apelyasiya şikayətinin həmin dəlilinin əsassızlığı qətnamədə qeyd olunmamışdır. Apelyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, “məhkəmə prosesinin gedişi xxxxı müəyyən olundu ki, “xxxx” Elmi İstehsalat Müəssisəsi tərəfindən “xxxx" MMMC-nin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarsı Mübarizə Baş İdarəsində AR CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. İşə baxan hakim tərəfindən bu faktın həqiqətən mövcud olub-olmaması barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, həqiqətən də “xxxx" Elmi İstehsalat Müəssisəsinin direktoru X1 müraciəti əsasında Baş Prokuror y anında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində “xxxx” MMMC-nin saxta protokolla təsis edilməsi barədə AR CMnin 320.1 və 320.2-ci maddələri ilə 03.09.2018-ci il tarixdə cinayət işinin başlanması barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq işə baxan hakim ən azından icraatında olan işin baxılmasını istintaq yekunlaşanadək dayandırmalı olduğu halda bunu etməyərək əsassız bir qətnamə qəbul etməklə işin obyektiv araşdırılmasında maraqlı olmamışdır.” Apelyasiya şikayətinin həmin dəlilinə də məhkəmə qətnaməsində münasibət bildirilməmişdir. Mülki işə Azərbaycan Respublikası Baş Prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri K.Əliyevin 03 sentyabr 2018-ci il tarixli “cinayət işi başlanması haqqında” qərarının s urəti əlavə edilsə də, həmin xüsusat məhkəmə baxışı xxxxı nəzərə alınmamış, apelyasiya şikayətinin dəlilinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olduğuna görə Konvensiyada nəzərdə tutulmuş hüquqların təmin olunmasına görə cavabdehlik daşıyır. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapmış ədalətli məhkəmə baxışı hüququ məhkəmə prosesləri xxxxı təmin olunmalı, tərəflərin bərabərliyi və əsaslandırılmış qərar almaq hüququ reallaşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüququn təmini ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda m əhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğ vi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5150/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5150/2019
23.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver