Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5154/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, tərcüməçi X6, İddiaçı, vəkili Vəkil və Cavabdeh MMC-nin vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxxx saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xxxxsaylı qətnaməsi ilə (sədrlik edən, hakim M.Ə.Rüstəmli) İddiaçı Cavabdeh MMC və digərlərinə qarşı “mə nəvi zərərə görə 15.000 manat kompensasiyanın ödənilməsi, əmək haqqı hesablanması üzrə şöbə müdiri vəzifəsinə bərpa edilməsi, məcburi işburaxdığı günlər üçün, habelə işə bərpa olunduğu günədək əmək haqqının aylıq məbləğinin 2.200 manat olmaqla ödənilməsi, 13 aprel 2017-ci ildən etibarən bu günədək artıq olan 358 iş saatının iki qat məbləğdə, yəni 8.747 manat hesablanıb ödənilməsi, ödənişin hər gecikdirilmiş gününə görə əlavə 1 faiz hesablanıb ödənilməsi, ödənilməmiş işdən çıxarma müavinətinə görə 2.772 manat pulun tutulması” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-678/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və E.Y.Şamaye v) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, mənəvi zərərə görə 15.000 manat kompensasiyanın ödənilməsi, əmək haqqı hesablanması üzrə şöbə müdiri vəzifəsinə bərpa edilməsi, məcburi işburaxdığı günlər üçün, habelə işə bərpa olunduğu günədək əmək haqqının aylıq məbləğinin 2.200 manat olmaqla ödənilməsi, 13 aprel 2017-ci ildən etibarən bu günədək artıq olan 358 iş saatının iki qat məbləğdə, yəni 8.747 manat hesablanıb ödənilməsi, ödənişin hər gecikdirilmiş gününə görə əlavə 1 faiz hesablanıb ödənilməsi və ödənilməmiş işdən çıxarma mü avinətinə görə 2.772 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddi açı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh MMC-nin vəkili xx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Əmək Məcəlləsinin 296.2, 375, 377.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiya sı məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmiş və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 17 oktyabr 2017-ci tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehə “Əmək haqqının hesablamaları üzrə Şöbəyə” bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əmək müqaviləsində iddiaçıya hər ay 230 manat əmək haqqının ödənilməsi, habelə onun gündə 7 saat, həftə ərzində 35 saatdan çox olmayaraq işləməsi və iş saatının saat 09:00 dan başlayaraq saat 17:00-da qurtarması nəzərdə tutulmuşdur. Daha sonra işə əlavə edilmiş sübutlarla, o cümlədən cavabdehin İnsan Resursları Departamentinin rəhbəri xx, Əməliyyatlar Şöbəsinin rəhbəri xx və İnsan Resursları üzrə baş mütəxəssis xx tərtib edib imzaladıqları 20 fevral 2019-cu il tarixli aktla müəyyən edilmişdir ki, 12 fevral 2019-cu il tarixdən etibarən iddiaçı işə gəlməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01 mart 2019-cu il tarixli məktubla təsdiq olunur ki, 12 fevral 2019-cu il tarixdən işə gəlməməsi iddiaçının nəzərinə çatdırılmış və ona iki gün ərzində sənədləri təqdim etməyi xahiş olunmuş, əks halda heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsasına görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən xi tam veriləcəyi bildirilmişdir. Eyni zamanda həmin məktubda iddiaçıya bacısı X1 qəyyumluğunda və ya himayəsində olmasını təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışını, habelə əlilliyin təyin edilməsinə dair Tibbi Sosial Ekspert Komissiyasının arayışının surətinin 05 mart 2019-cu il tarixədək cavabdehə təqdim edilməsi xahiş olunmuş və sözügedən məktublar 08 mart 2019-cu il və 14 mart 2019-cu il tarixlərdə iddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Bundan sonra işəgötürənin 12 mart 2019-cu il tarixli, 138/k saylı əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kob ud şəkildə pozduqda) əsasən 12 mart 2019-cu il tarixdən xitam verilmiş və ona istifadə etmədiyi 44 gün üçün məzuniyyət pulunun ödənilməsi qərara alınmışdır. Əmrin verilməsinə əsas kimi cavabdehin 01 mart 2019-cu il tarixli xəbərdarlıq məktubu, habelə cavabdehin işçiləri tərəfindən tərtib edilib imzalanmış 20 fevral 2019cu il və 05 mart 2019-cu il tarixli aktlar göstərilmişdir. Cavabdehin 12 mart 2019-cu il tarixli məktubu ilə iddiaçının cavabdehin hüquqi ünvanına gəlib əmək kitabçasını təhvil alınması xahiş olunmuşdur. İşə əlavə edilmiş “xxxx” MTK 15 aprel 2019-cu il tarixli arayışına əsasən, iddiaçı bacısı X4 ilə 2012-ci ilin yanvar ayından hazırki vaxtadək Bakı şəhəri, xxxxx mənzilində yaşayır. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin 11 mart 2019-cu il tarixli arayışına əsasən, iddiaçının bacısı Nadejda Yevtyunina həqiqətən DSMF Nərimanov rayon Şöbəsindən İ qrup əlilliyə görə ömürlük 82 manat sosial müavinət, 73 manat isə Prezident təqaüdü alır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2019-cu il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 226-228-ci vərəqələrində olan (əmək müqaviləsinin əsli) iddiaçı ilə cavabdehin adından olan 17 oktyabr 2017-ci il tarixli əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatların 1 və 3-cü vərəqələrinin aşağı sağ küncündəki imzalar və 3-cü vərəqəsinin aşağı sağ küncündəki imzalar və 3-cü vərəqəsinin arxa tərəfində “11.2. “işçi” imzası” qrafasındakı imza- iddiaçı tərəfindən icra olunmuşdur. Həmin Mərkəzin 28 avqust 2019-cu il tarixli digər ekspert rəyindən isə g örünür ki, ekspertizaya təqdim olunmuş və mülki işin 83-85-ci vərəqələrində olan (əmək müqaviləsinin surəti) iddiaçı ilə cavabdehin adından bağlanmış 17 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinin (kontraktı) bağlayan tərəflər haqqında məlumat adlı sənədin kserosurətinin 3-cü səhifəsinin aşağı sağ tərəfində əks olunmuş imza-iddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 226-228-ci vərəqələrində olan (əmək müqaviləsinin əsli) iddiaçı ilə cavabdehin adından bağlanmış 17 oktyabr 2017-ci il tarixli əmək müqaviləsini (kontraktı) tərəflər haqqında məlumatlar adlı sənədin 3-cü səhifəsinin aşağı sağ tərəfindəki imza- iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və y a əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Həmin Məcəllənin 295.1-ci maddəsinə əsasən, pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqavi ləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 295.4-cü maddəsinə əsasən, təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 295.5-ci maddəsinə əsasən, təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tədqiq edib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışdırıb ha qlı olaraq qeyd etmişdir ki, iddiaçının öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yəni onun əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan 12 fevral 2019-cu il tarixdən etibarən işə gəlməməsi mülki iş materilları ilə istisna edilmədiyindən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq etmişdir. Bununla belə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini əsassız hesab edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməklə hazırki iddianı qaldırmasını da əsas tutub iddia tələbini rədd etməklə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı, iddia müddətini ötürməməsini cavabdehə qarşı məhkəmədə əvvəllər iddia qaldırması ilə əsaslandırmağa çalışsa da, apelyasiya instansiyası məhkəməsi bununla razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilk olaraq cavabdehə qarşı 04 mart 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində 05 fevral 2019-cu ildən etibarən bu günədək məcburi boşdayanma və əmək haqqı məbləğinin cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi, onun 2017-2019-cu illər üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə müvafiq kompensasiya məbləğinin hesablanıb ödənilməsinin cavabdehin üzərinə qoyulması, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 105.600 manat mənəvi ziyanın ödənilməsinin təmin edilməsi, cavabdehlə onun arasında b ağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqının 2.000 manat olmaqla, cəmi 2.200 manat müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı 17 aprel 2019-cu il və 07 may 2019-cu il tarixlərdə iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, “əmək haqqı hesablanması üzrə Şöbəyəmüdir vəzifəsinə bərpa edilməsi, məcburi işburaxdığı günlər üçün, habelə işə bərpa olunduğu günədək əmək haqqının aylıq məbləğinin 2.200 manat olmaqla ödənilməsi, 13 aprel 2017-ci ildən etibarən bu günədək artıq olan 358 iş saatının iki qat məbləğdə, yəni 8.747 manat hesablanıb ödənilməsi, ödənişin hər gecikdirilmiş gününə görə əlavə 1 faiz hesablanıb ödənilməsi, ödənilməmiş işdən çıxarma müavinətinə görə 2.772 manat pulun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmri 12 mart 2019-cu il tarixdə verilmiş və 18 mart 2019-cu il tarixdə iddiaçı cavabdehdən son haqq-hesabını almış və 07 may 2019-cu il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək işə bərpa olunmasını xahiş etmiş və bununla da qanunla müəyyən edilmiş bir aylıq iddia müddətini üzürlü səbəblərdən ötürmüşdür. İddiaçı, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində məhkəmədə daha əvvəl iddia qalrıdığını irəli sürsə də, onun əvvəl qaldırdığı iddia tələbi işə bərpa ilə bağlı olmamışdır. Bu səbəbdən də iddiaçının əvvəl məhkəmədə qaldırdığı iddia tələbi, işə bərpa tələbi üzrə iddia müddətinin a xımını kəsməmişdir. İddiaçının əvvəl məhkəmədə iddia qaldırarkən işə bərpa tələbinə dair iddia qaldırmaq fikrində olmaması da qeyd olunan halı bir daha təsdiq edir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsa sdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki qanunverciliyə görə, iddia müddəti mübahisənin həlli baxımından mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin bir çox Qərarlarında da bu institutun əhəmiyyətinə toxunaraq qeyd edilmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, t ərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı, kasasiya şikayətində iddia müddətini üzürlü səbəbdən, yəni təkbaşına tətil etməsi səbəbindən ötürməsi ilə əsaslandırmağa çalışsa da, kasasiya instansiyası məhkəməsi onun dəlili ilə də razılaşmır. Belə ki, qeyd olunan maddələrin mənasına görə, işçi əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına o, vaxt tətil etmək hüququna malikdir ki, o, ilk növbədə pozulmuş hesab etdiyi hüququnun bərpa edilməsi üçün işəgötürənlə hər hansı formada danışıqlar aparmış olsun, habelə işəgötü rən tərəfindən müraciətinə verilən cavablar onu qane etməmiş olsun. Hazırki halda qeyd olunan hallar istisna olunur və iddiaçının təkbaşına tətil etməsi əvvəlcədən işəgötürənə məlum olmamışdır və iddiaçı bu barədə qabaqcadan işəgtürəni rəsmi qaydada məlumatlandırmamışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kasasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, kasasiya şikayətinin məzmunundan görünür ki, kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, eləcə də qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilmişdir. Halbuki, MPM-nin 407.2-ci mad dəsində göstərilir ki, kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasa siya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı qətnaməsi şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. kasasiya
Məhkəmə qərarları › İş №2(102)-5154/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5154/2020
03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver