Məhkəmə qərarları › İş №2(102)-5157/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5157/2021

25.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5157/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar X9, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cəlilabad rayon 1 saylı notariat kontoruna və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinin pozulması. Kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçıların vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Zamanov Gülbala Sabir oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-115/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar X24, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 sa ylı qərarı ilə ünvan sakini X25, İddiaçı1, İddiaçı2, X26 və İddiaçı3 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş və onların mülkiyyət hüququ Torpağın mülkiyyətə verilməsinə dair JN-394A, Kod 80605018 nömrəli Şəhadətnamə rəsmiləşdirilmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ünvan sakini X19 mülkiyyətinə 0,19 ha həyətyanı torpaq sahəsi verilmiş və onların mülkiyyət hüququna dair Torpağın mülkiyyətə verilməsinə dair JN-393A, Kod 80605018 nömrəli Şəhadətnamə verilmişdir. X25 01 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. X29 22 fevral 2007-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar X24, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cəlilabad rayon 1 saylı notariat kontoruna və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX ******* seriyalı çıxarışın və Cəlilabad rayon 1 saylı Notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar X24, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək iş üzrə iddia həcminin artırılması zərurəti yarandığını göstərmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cəlilabad rayon 1 saylı notariat kontoruna və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışın, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik şəhadətnaməsinin, Cəlilabad rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilənin, Ca vabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin, X3 adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, Cavabdeh2 Həmədulla oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, Cavabdeh1 adına verilmiş RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, X60 vəfat etidikdən sonra onun qanun üzrə vərəsələri iddiaçılardan X24, İddiaçı2, İddiaçı3, X20 (nikahdan sonra soyadı dəyişdirilərək Dövlətova olmuşdur) və Cavabdeh2 olmuşdur. Ailə üzvləri olan cavabdeh Həsənov X2 rayon 1 saylı notariat kontorunda 06 iyun 2011-ci il tarixdə iddiaçıların adından ərizələr yazaraq onları n həmin mirasdan imtina etmələrini göstərmişdir. Halbuki, həmin ərizələr əsassız və etibarsızdır. Belə ki, Cavabdeh2 iddiaçılara mirasdan imtina ilə bağlı hər hansı məlumat verməmiş və ümumiyyətlə mirasdan imtina barədə heç bir məlumatları olmamışdır. Bundan başqa, iddiaçıların heç bir razılığı və məlumatı olmadan notariusda adlarından miras əmlakından imtina etmələri barədə ərizə yazılmışdır. Halbuki, o və digər iddiaçılar miras əmlakından imtina ilə bağlı notariat kontorunda heç ərizə yazmamışlar və imzalamamışlar. Görünən odur ki, Cavabdeh2 onun və digər iddiaçıların adından ərizələr yazaraq imzalamışdır. İbrahim X1 aldadaraq notariat kontoruna aparmış və onun savadsızlığından istifadə edərək başqa sənədləşmə işi adı ilə sənədlərə imza etdirmişdir. Bundan əlavə, İddiaçı5 anası X16 mir as torpaq sahəsi qalmışdır. X39 vəfat etmşidir. İddiaçı5 anası X16 miras qalmış 0,69 ha torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə iddiaçıların xəbəri olmadan şəxsi mülkiyyətləri kimi həmin torpaq sahəsini öz adlarına dövlət qeydiyyatına aldırmışlar. Daha sonra Cavabdeh2 11 aprel 2013-cü il tarixdə Cəlilabad rayon 1 saylı notariat kontoruna ərizə ilə müraciət edərək ondan başqa vərəsə olmadığını qeyd etmşidir. Əgər ondan başqa vərəsə yox idisə bəs necə ola bilər ki, onun və digər iddiaçıların adlarından notariat kontoruna 06 iyun 2011-ci il tarixdə miras əmlakından imtina etmələri barədə ərizələr yazılmışdır. Qeyd olunan həmin ərizələr də onu və digər iddiaçıları Cavabdeh2 aldadaraq evə bütün ailənin adına sənəd düzəltmək adı ilə yazdırmış və həmin ərizələr Notariat Ko ntoruna deyil, məhkəməyə ünvanlanmış, daha sonra hər hansı məhkəmə prosesi olmamışdır. Göründüyü kimi X23 Həsənovdan başqa vərəsəsinin olmamasını əsas gətirərək əsassız olaraq 11 aprel 2013cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə verilmişdir. Hazırki vəziyyətdə həmin şəhadətnamənin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, vərəsə təkcə Cavabdeh2 deyil, həm də digər iddiaçılardır. Bundan əlavə, Cavabdeh2 Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 fevral 2013-cü il tarixdə arayış verilərək göstərilmişdir ki, guya mərhum X60un evinə faktiki sahibliyi Cavabdeh2 edir və o vergiləri və digər xərcləri ödəyir. Əslində həmin arayışın alınmasında məqsəd gələcəkdə təkcə vərəsəlik almaq üçün Cavabdeh2 qeyr i-qanuni hərəkətlərin edilməsi üçün şərait yaratmışdır. Bütün bu saxtakarlıqlar nəticəsində Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən 04 may 2013-cü il tarixli, RX ******* seriyalı çıxarış almışdır. Həmin çıxarışda 0,69 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən onun və digər iddiaçıların məlumatları olmadan mirasdan imtina etmələri qeyd edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən əsassız olaraq mülkiyyətlərində olan həmin torpaq sahələrindən əlavə faktiki istifadələrində ola n təxminən həmin qədər sənədsiz torpaqlara çıxarış verilmişdir. Cavabdehin bu qanunsuz hərəkətlərindən və tərtib edilmiş vərəsəlik şəhadətnaməsindən, çıxarışlardan bir neçə ay bundan əvvəl məlumatları olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışın, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik haqqında şəhadətnamənin, Cəlilabad rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilənin, Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin, X3 adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, Cavabdeh2 Həmədulla oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, Cavabdeh1 adına verilmiş RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinə aşağıdakı sənədlər təqdim edilmişdir: X24, İddiaçı2, İddiaçı3, İddiaçı4, X21 və İddiaçı5 tərəfindən 06 iyun 2011-ci il tarixdə ünvan 1 ünvanlanmış ərizələrdə qeyd edilmişdir ki, X10 vəfatından sonra ona məxsus olmuş ünvanində yerləşən 0,12 ha torpaq sahəsinin miras qalmasından xəbərdardırlar. Həmin mirasdan onlara çatası payı qəbul etməmişlər. Bu barədə heç bir tələbləri yoxdur. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəklər. Cəlilabad ray on İHB-nin Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışda qeyd edilmişdir ki, X25 anadan olduğu vaxtdan vəfat etdiyi günədək ünvanində pasport qeydiyyatında olmuş və yaşamışdır. X10 ölümündən sonra onun ünvanində yerləşən yaşayış evinə və digər əmlakına oğlu Cavabdeh2 faktiki sahiblik edir. Mərhuma məxsus olmuş evdə faktiki yaşayır. Mirasın açıldığı gündən hal-hazıradək vergiləri və digər xərcləri ödəyir. Cəlilabad rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 21 fevral 2013-cü il tarixli, 37 nömrəli məktubda qeyd edilmişdir ki, ünvanində yaşayan Cavabdeh2 kontora müraciət edərək mərhum atası X4 miras qalmış ünvanində yerləşən yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilm əsini xahiş etmşidir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmşidir ki, mərhum X10 qanun üzrə vərəsəsi Cavabdeh2dur. Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2013-cü il tarixli, 313 nömrəli çıxarışda qeyd edilmişdir ki, Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 nömrəli təsərrüfat başına kitabının 99-cu səhifəsində Cavabdeh2 mərhum atası X10 adına Qarazəncir kəndində ümumi sahəsi 94,1 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr-dən ibarət 1985-ci il tarixdə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı yaşayış evi və 0,69 ha torpaq sahəsi vardır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 mart 2013-cü il tarixli, RX ** ***** seriyalı çıxarışa əsasən ünvanində 0,69 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin baş məsləhətçisi Akif Əsədov, Lənkəran RAYİ-nin mühəndisi X56, Qarazəncir ərazi nümayəndəsi Rövşən İmanov və Qarazəncir bələdiyyəsinin sədri X58 tərəfindən tərtib edilmiş 18 fevral 2012-ci il tarixli aktında Qarazəncir kəndində vətəndaşlardan Cavabdeh2 həyətyanı torpaq sahəsinin (394A) şəhadətnamə ilə natura arasında uyğunsuzluq aşkar olunduğu, həyətin eni və uzunluğu düzgün ölçülmədiyindən həyətin qərb tərəfinin bələdiyyənin ehtiyat fondundan qaldığı və qonşuların düzgün yazılmadığı, belə ki, 393A və 394a nömrəli şəhadətnamələrin yeri birləşdirilərək Cavabdeh2 oğluna 0,69 ha torpaqdan istifadə hüququna aid yeni kadastr planı verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda həmin akta əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh2, X9, Cavabdeh1, X11, X5 və X12 0,69 ha həyətyanı torpaq sahəsi vardır. 18 fevral 2013-cü il tarixdə 3721 nömrə ilə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ünvanində 6900 kvadrat metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Cavabdeh2 adına tərtib edilmişdir. X24 tərəfindən 11 aprel 2013-cü il tarixdə ünvan 1 ünvanlanmış ərizədə qeyd edilmişdir ki, 01 yanvar 2005-ci il tarixdə vəfat etmiş əri X17 məxsus olmuş ünvanində yerləşən yaşayış evinin miras qalmas ından xəbərdardır. Həmin mirasdan ona çatası payı qəbul etməmişdir, bu barədə heç bir tələbi yoxdur. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəkdir. Miras əmlak mərhum əri X10 şəxsi əmlakıdır. Həmin miras mərhum atasından vərəsəlik qaydasında ona keçmişdir. Həmin mirasa onun ½ mülkiyyət hüququ yoxdur. Mərhum vəfat etdiyi gündən mirası Cavabdeh2 qəbul etmiş və hal-hazıradək sahiblik edir. Mirasın bütünlüklə ona verilməsinə etirazı yoxdur. Cavabdeh2 tərəfindən 11 aprel 2013-cü il tarixdə ünvan 1 ünvanlanmış ərizədə qeyd edilmişdir ki, 01 yanvar 2005-ci ildə onun ünvanində yaşayan atası X25 vəfat etmişdir. Miras əmlakı yaşayış evindən ibarətdir. Ondan başqa vərəsələri yoxdur. Göstərilənlərə əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə v erilməsini xahiş etmişdir. Cəlilabad rayon notariat kontoru tərəfindən 2-v-80 reyestr nömrə ilə qeydiyyata alınmış 11 aprel 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 01 yanvar 2005-ci il tarixdə vəfat etmiş mərhum X60un vərəsəsi kimi ünvanində 0,69 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 94,1 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 37,5 kvadrat metr olan yaşayış evindən tam hissədə irs almışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışa əsasən, ünvanində 0,69 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Cəlilabad rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 02 may 2013-cü il tarixli, 4Ə-425 nömrəli bağışlama müqaviləsinə əsasən ünvanində 0,69 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışa əsasən ünvanində 0,69 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 25 dekabr 2019-cu il tarixli məktub da qeyd edilmişdir ki, ünvanində yerləşən, 0,19 ha həyətyanı torpaq sahəsinə aid JN 393A, Kod 80605018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X19 adına, 0,12 ha həyətyanı torpaq sahəsinə aid JN 394A, Kod 80605018 saylı şəhadətnamə X10 və ailə üzvləri İddiaçı1, İddiaçı2, X6 və İddiaçı3 adlarına tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 yanvar 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən 18 fevral 2013-cü il tarixdə 3721 nömrə ilə qeydə alınmış torpaq sahəsinin planı və ölçüsündəki 0,69 ha torpaq sahəsi, ləğv edilmiş DTXK-nin təqdim etdiyi elektron baza xəritəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-39 3A saylı və JN-394A saylı şəhadətnamələr ilə eyni torpaq sahəsinə tərtib edilməmiş və üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti tərəfindən verilmiş 21 yanvar 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən X17 verilmiş 06 mart 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa, Cavabdeh2 verilmiş 18 aprel 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa, 18 fevral 2013-cü il tarixdə 3721 nömrə ilə qeydiyyata alınmış A 340000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə və Cavabdeh1 verilmiş 04 may 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin yeri və torpağın mülkiyyətə verilməsinə dair JN 394A, Kod 80605018 nömrəli və JN-393A,Kod 80605018 nömr əli şəhadətnamələrin yerləşdiyi ərazi ilə eynilik təşkil edir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Elxan Əmirəliyev) 21 yanvar 2020-ci il tarixli, 2(073)-124/2020 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayış hər hansı hüquqi əsas olmadan tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında iddiaçıların verdiyi izahatlardan və iş materiallarında olan digər sənədlərdən də göründüyü kimi iddiaçılar davamlı olaraq mübahisəli olan Qarazəncir kəndindəki həmin evdə yaşamış və şəhadətnamə ilə birgə mülkiyyətlərində olan torpaqdan istifadə etmişlər. Eyni zamanda təsərrüfatbaşın a kitabda həmin təsərrüfat üzvlərinin siyahısı mövcuddur. İcra nümayəndəliyi bütün bunları nəzərə almadan, digər vərəsələrin də mirasa münasibətini araşdırmadan X10 evinə və digər əmlakına faktiki sahiblik barədə Cavabdeh2 əsassız arayış verməklə iddiaçıların qanunla gözlənilən mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçıların yazdıqları ərizələrə əsasən vərəsəlikdən və mülkiyyətlərində olan torpaqlardan imtina etmələri barədə Cavabdeh2 dəlilləri əsassızdır. Belə ki, həmin ərizələrin məzmunu buna əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayış qanunsuz olmuşdur və etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş Cəlilabad rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 21 fevral 2013-cü il tarixli, 37 nömrəli məktubu tərtib edilərkən yalnız təqdim edilmiş icra nümayəndəliyinin 19 fevral 2013-cü il tarixli, 279 nömrəli məktubu əsas götürülmüş, təkrar eyni yanlışlığa yol verilmiş və hazırki iş üzrə iddiaçılardan ibarət vərəsələrin dairəsi müəyyən edilməmişdir. Nəticə etibarı ilə iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olan X10 adına 06 mart 2013-cü il tarixli, RX 012252 seriyalı çıxarış tərtib edilmiş və həmin çıxarış X10 adına hər hansı torpaqayırma sənədləri olmadan iddiaçıların 393 A nömrəli şəhadətnamə ilə mülkiyyətində olan 0,19 ha və 394 A nömrəli şəhadətnamə ilə mülkiyyətində olan 0,12 ha torpaq sahələri və əlavə ola raq faktiki istifadələrində olan bələdiyyənin ehtiyat fonduna aid torpaq sahələri də daxil olmaqla 0,69 ha torpaq sahəsinə tərtib edilmişdir. Halbuki həmin şəhadətnamələr məhkəmə və ya hər hansı bir orqan tərəfindən ləğv edilməmiş və hazırda da qüvvədədir. Məhkəmə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin baş məsləhətçisi, Lənkəran RAYİ-nin mühəndisi, Qarazəncir ərazi nümayəndəsi və Qarazəncir bələdiyyəsinin sədri tərəfindən tərtib edilmiş 18 fevral 2012-ci il tarixli akta qiymət verərək qeyd etmişdir həmin aktı tərtib etmiş şəxslərin Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılara verilmiş torpaq sahəsi ilə bağlı hər hansı düzəliş aparmaq səlahiyyəti olmamışdır. Eyni zamanda akta əlavə edilmiş və Cavabdeh2 və ailə üzvlərinin 0,69 ha torpaq sahə si olması barədə cədvəl hər hansı bir hüquqi əsas olmadan tərtib edilmiş, nəticə etibarı ilə Cavabdeh2 adına 0,69 ha torpaq sahəsi olması barədə plan və ölçü sənədinin tərtib edilməsi üçün saxta əsas yaradılmağa yönəlmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin baş məsləhətçisi, Lənkəran RAYİ-nin mühəndisi, Qarazəncir ərazi nümayəndəsi və Qarazəncir bələdiyyəsinin sədri tərəfindən tərtib edilmiş 18 fevral 2012-ci il tarixli aktı ilə plan və ölçü sənədi verilməsi məqsədəmüvafiq hesab edilmiş və yanlışlıqla 15 il əvvələ, yəni, 1997-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarına istinad edilmişdir. Məhkəmə cavabdehin ünvan 1 ünvanladığı 11 aprel 2013-cü il tarixli ərizə və təqdim edilmiş arayışa qiymət verərək qeyd etmişdir ki, həmin ərizə və arayış hər hansı hüquqi sənədlərə əsaslanmır və qanuni əsasları mövcud olmamışdır. Belə ki, mərhum X10 vərəsələri vardır, onlar vərəsəlikdən, mülkiyyətlərində olan torpaq sahələrindən imtina etməmişlər. Əlavə olaraq mərhum X60un da xüsusi mülkiyyətində Cavabdeh2 miras qala biləcək 0,69 ha torpaq sahəsi olmamışdır. Eyni zamanda notariat orqanı Vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edərkən vərəsələrin dairəsi müəyyən edilməmiş və nəticə etibarı ilə iddiaçıların torpağa və fərdi yaşayış evinə dair mövcud olan və gözlənilən mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, Cəlilabad rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli Vərəsəlik hüququ haqqında şəhadətnamə əsassız olmuşdur və etibarsız hesab edilməlidir. Məhkəmə iddia təl əblərinin digər hissələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Cəlilabad rayon Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2013-cü il tarixli arayış və həmin arayış əsasında Cəlilabad rayon 1 saylı notariat kontorunda Cavabdeh2 adına verilmiş 11 aprel 2013-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» etibarsız hesab edilməsi qənaətinə gəlindiyindən həmin sənədlər əsasında tərtib edilmiş, Cəlilabad rayon Notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilə, Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, X10 adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı çıxarış, Cavabdeh2 Həmədul la oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarış və Cavabdeh1 adına verilmiş RX ******* seriyalı çıxarış da etibarsız hesab edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayış və Cəlilabad rayon 1 saylı no tariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli Vərəsəlik hüququna dair Şəhadətnamə 0,69 torpaq sahəsinin 0,12 ha hissəsində, Cavabdeh2 ilə Cavabdeh1 arasında Cəlilabad rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilə 0,69 torpaq sahəsinin 0,12 ha hissəsində, Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi 0,69 torpaq sahəsinin 0,12 ha hissəsində, X3 adına DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı Çıxarış 0,69 torpaq sahəsinin 0,12 ha hissəsində, DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabd eh2 Həmədulla oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı Çıxarış 0,69 torpaq sahəsinin 0,12 ha hissəsində və DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş 04.05.2013-cü il tarixli RX ******* seriyalı Çıxarış 0,69 torpaq sahəsinin 0,12 ha hissəsində etibarsız hesab edilmiş, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 01 yanvar 2005-ci il tarixdən, yəni miras qoyan atası X10 ölümündən sonra miras əmlak hesab olunan ünvanində 0,69 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 94,1 kvadrat metr, yaşayış sahəsi 56,6 kvadrat metr, yardımçı sahəsi 37,5 kvadrat metr olan yaşayış evində yaşamaqla həmin miras əmlakı q əbul etmişdir. İddiaçılar da həmin evdə miras qoyanın sağlığında və ölümündən sonra Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığını göstərmişlər. Lakin iddiaçılar mübahisə olunan yaşayış evinin miras əmlak olaraq qəbul edilməsinə dair məhkməyə heç bir mötəbər sübut təqdim etməmişlər. İddiaçılar miras əmlakdan imtinaya dair ərizələrinin onlar tərəfindən yazılmadığını (miras qoyanın arvadı X7 başqa) göstərsələr də, ünvan 1 ünvanlanmış ərizələrdən görünür ki, X10 vəfatından sonra ona məxsus olmuş ünvanində yerləşən 0,12 ha torpaq sahəsinin miras qalmasından xəbərdar olduqlarını, həmin mirasdan onlara çatası payı qəbul etmədiklərini göstərmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunverici mirasın qəbulu ilə yanaşı mirasın qəbulundan imtina ilə bağlı müddət müəyyən etmişdir. Belə ki, Mülki M əcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırılıdğını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə hesab etmişdir ki, miras qoyan Cavabdeh2 01 yanvar 2005-ci il tarixdə ölməsi ilə mirasın açılmasına baxmayaraq iddiaçıların 2013-cü il tarixdə, yəni mirasın açılmasından təxminən 7 il sonra ünvan 1 ərizə verməklə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə X8, İddiaçı1, İddiaçı2, X13 və İddiaçı3 mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin mərhum X14 aid miras payından imtina etməsi MM-nin yuxarıda göstərilən normalarının tələbl ərinə uyğun hesab edilə bilməz. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, mübahisə olunan 0,69 ha torpaq sahəsi ilə X8, İddiaçı1, İddiaçı2, X13 və İddiaçı3 mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli 10/405 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-394A, KOD 80605018 nömrəli Şəhadətnaməyə əsasən Cəlilabad rayonunun Qarazəncir kəndində yerələşən 0,12 ha torpaq sahəsinin Cavabdeh2 ayrılmış 0,69 ha torpaq sahəsinin tərkibində yerləşdiyi, yəni 0,12 ha və 0,57 ha torpaq sahələrinin birləşdirilərək Cavabdeh1 adına **********14-10301 reyestr nömrəsi il ə vahid çıxarış verildiyi göstərilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin torpaq sahəsində iddiaçılardan İddiaçı1 və İddiaçı2 özlərinə məxsus evdə yaşayırlar. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin yuxarıda göstərilən qaydada qismən təmin edilməsi qənaətinə gəlmişdir. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nə ticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfındən verilmiş 19 fevral 2013–cü il tarixli 279 saylı arayış saxtadır və ona görə də etibarsız heçsab edilmişdir. Həmin arayış əsasında isə cavabdehlər bütün vərəsəlik işini apararaq mübahisənin predmeti olan torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaqla bütün 0,69 hekttar torpaq sahəsini adlarına keçirmişlər. Belə olan halda, yəni məhkəmə həmin arayışı etibarsız hesab etsə də, həmin arayış əsasında alınmış sənədləri etibarsız hesab etməyərək, yalnız 0,12 hetar torpaq sahəsinə dair əqdləri etibarsız hesab etmiş, ziddiyətli nəticəyə gəlmişdir. Əgər 19 f evral 2013-cü il tarixli 279 saylı arayış etibarsız hesab edilirsə, qanunun tələbinə görə həmin arayış əsasında əldə edilmiş sənədlər də etibarsız olmalı idi. Bundan başqa qətnamədən görünür ki, məhkəmənin ümumiyyətlə mübahisənin predmeti olan torpaq sahəsinin hüdudlarında Cəlilabad rayon Qarazəncir kənd sakini X19 JN-393A saylı şəhadətinaməyə əsasən 0,19 hektar şəxsi mülkiyyətində torpaq sahəsinin olmasından məlumatı olmamışdır. Halbuki, həmin fakt birinci instansiya məhkəməsinin qətnaməsində aşkar surətdə göstərilmişdir. Digər tərəfdən bu fakt həmin əraziyə baxış keçirilərsə təsdiqini tapa bilər. Bundan başqa apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh2 Həmdula oğlunun adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi qanuni hesab edilmişdir. Halbuki birinci instansiya məhkəməsi məhkəmə araşdırmasında həmin sənədin Mülki Məcəlləyə, Torpaq qanunvericiliyinə zidd olan əsaslarla hazırlanmış və heç bir hüquqi əsası olmaması müəyyən edilməklə etibarsız hesab edilmişdir. Belə ki, məhkəmədə sübuta yetdi ki, Aqrar İslahat Komissiyasının qərarı formal olaraq tərtib olunmuş qanunsuz bir aktla dəyişdirilmişdir. X18 2005-ci ilə kimi fəaliyyətdə olmuşdur. Onun qərarlarına yalnız məhkəmə qərarı ilə qiymət verilə bilər. Lakin 2013-cü ildə formal akt tərtib edilmiş və Aqrar İslahat Komissiyasının qərarı dəyişdirilmişdir. Apellyasiya məhkəməsi isə həmin xüsusata heç bir hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi həmin sənədi etibarsız hesab etdiyi halda apellyasiya instansiya məhkəməsi həmin xüsusatı araşd ırmadan, həmin sənədin əsaslı və ya əsassız olmasını müəyyən etmədən həmin saxta sənəd üzrə qərar qəbul edib və həmin saxta sənəd üzrə torpaq sahəsinin 0,12 hektarını etibarsız hesab edib, qalanını isə qanuni hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Zamanov Gülbala Sabir oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili Zamanov Gülbala Sabir oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələ bin qismən təmin edilmiş, cavabdehlər tələbin təmin edilən hissəsindən kassasiya şikayəti verməmişlər. Ona görə də, məhkəmə aktı iddiaçıların kassasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Lakin yuxarıda qeyd edildiyi kimi MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq məhkəmə aktının yoxlanılması üçün əsasdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddianın yolverilməzliy inə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. (maddə 31.1) İşə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. (maddə 418.4 və 418.4.9) Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçılar və cavabdehlər yaxın qohumdur və ünvanində yaşayırlar. Onların ailə başçısı X25 01 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ünvan sakini X8, İddiaçı1, İddiaçı2, X13 və İddiaçı3 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair 394A, Kod 80605018 nömrəli, X19 mülkiyyətinə 0,19 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair 393A, Kod 80605018 nömrəli şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələblərində iddiaçılar məhkəmədən Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışın, Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin, X10 adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 11 aprel 2013-cü il tarixli vərəsəlik haqqında şəhadətnamənin, Cavabdeh2 Həmədulla oğlunun adına verilmiş 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, Cəlilabad rayon notariat kontoru tərəfindən təsdiq olunmuş 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilənin və Cavabdeh1 adına verilmiş 04.05.2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın etibarsızlığını mübahisələndirirlər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar ına görə, X10 vəfatından sonra Cavabdeh2 mərhum X60un adına mübahisəli 0,69 ha torpaq sahəsinə və yaşayış evinə 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı Çıxarış almışdır. Cavabdeh2 mərhum atasının adına həmin çıxarışı əldə etdikdən sonra 11 aprel 2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, bundan sonra öz adına 18 aprel 2013-cü il tarixli, RX ******* seriyalı çıxarış əldə etmiş, sonra isə mübahisələndirilən 02 may 2013-cü il tarixli yaşayış evinin bağışlanması barədə müqavilə əsasında fərdi yaşayış evini arvadı Cavabdeh1 bağışlamış və sonuncunun adına 04.05.2013-cü il tarixli, RX ******* seriyalı çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mərhum X60un adına verilmiş 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı Çıxarışın, Cəlilabad ra yon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışın və Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi hissələrdə icraata qəbul etməklə işə baxan birinci instansiya məhkəməsi məhkəmə aidiyyatı qaydalarını pozmuş, apellyasiya instansiyası məhkəməsi də bu hala əhəmiyyət verməyərək həmin səhvi təkrarlamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında qeyd edilmişdir k i, “...bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır”. İşə baxan məhkə mələr isə işin yuxarıda göstərilən hissələrinə ümumi məhkəmədə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməklə məhkəmə aiddiyyatı qaydalarını pozmuşdur ki, bu da şikayətin dəllilərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün əsasdır. İş üzrə mübahisələndirilən hissədə tələb fiziki şəxs olan cavabdehlərlə yanaşı həmçinin həmin Çıxarşı verən orqana, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və arayışı verən Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yönəltmişlər. Həmin orqanlar inzibati orqanlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələl əri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, İİİ bölməsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri inzibati orqanlardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir k i, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyət lərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbinin qeyd edilən hissələri üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Cavabeh Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin, mərhum X60un adına yaşayış evinə dair dövlət reyestrindən çıxarış verilməsinə və bu barədə dövlət qeydiyyatının aparılmasına əsas fiziki şəxslər arasında bağlanmış əqdlərdən irəli gələn hüquqi sənədlər deyil, Cavabdeh2 müraciəti əsasında iş üzrə mübahisələndirilən Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin baş məsləhətçisi Akif Əsədov, Lən kəran RAYİ-nin mühəndisi X56, Qarazəncir ərazi nümayəndəsi Rövşən İmanov və Qarazəncir bələdiyyəsinin sədri X58 tərəfindən tərtib edilmiş “Torpaq islahatı zamanı həyətyanı torpaq sahələrinin ölçülməsində buraxılmış uyğunsuzluqlar barədə” 18 fevral 2012-ci il tarixli akt, həmin aktın Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, keçmiş DTXK Cəlilabad rayon şöbəsinin müdiri, Qarazəncir ərazi nümayəndəsi və Qarazəncir bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmasına dair tarixsiz siyahı olmuşdur. Göstərilən siyahıda 0,69 ha torpaq sahəsinin mülkiyyətçiləri kimi cavabdehlər Cavabdeh2, Cavabdeh1, iddiaçılar İddiaçı1, hazırkı işdə iştirak etməyən X22, X27 və X28 göstərilməsinə baxmayaraq DTXK Cəlilabad rayon şöbəsi tərəfindən, Rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli 08 saylı qərarına istinad olunmaqla 0,69 ha torpaq sahəsinə təkcə Cavabdeh2 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmiş və bu sənəd 18 fevral 2013-cü il tarixdə 3721 nömrə altında uçota alınmışdır.(İslahat komissiyasının qərarı ilə X60, İddiaçı1, İddiaçı2, Afət Həsənova və İddiaçı3nnı mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir). Bütün göstərilən əməliyyatlardan sonra daşınmaz əmlakın dövlət reyestri xidməti mübahisənin predmeti olan yaşayış evinə və evin 0,69 ha həyətyanı torpaq sahəsinə mərhum X10 adına 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı Çıxarış vermiş və sonra bu əmlaklar X60dan qalmış miras əmlakın kütləsinə daxil edilmişdir. Lakin iş materiallarında torpaq sahəsinin və evinin X60un adına qeydiyyata alınması üçün “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Azər baycan Respublikası Qanunun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, DƏDRX-nin 6 saylı Cəlilabad Ərazi idarəsi dövlət reyestrində qeydiyyat apararkən və qeydiyyatın nəticəsi olaraq mübahisələndirilən Çıxarışı verərkən mülki hüququn subyekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir ki, iddiaçıların bu hissədə tələbinin faktiki əsasını cavabdeh orqanın qanunsuz hərəkətlərinə yönəlmiş, həmin qeydiyyatın qanunsuz aparıldığını iddia etmişlər. Eyni zamanda Cəlilabad rayon İHB-nin Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də iş üzrə mübahisələndirilən 19 fevral 2013-cü il tarixli, 279 nömrəli arayışı verərkən mülki hüququn su byekti kimi deyil, hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqan kimi çıxış etmişdir. Tələbin Cavabdeh2 adına 18 fevral 2013-cü il tarixdə uçota alınmış A 430000 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsızlığı iəl bağlı hissədə isə həmin tələbə cavab verməli olan orqan müəyyən edilməmiş, həmin sənədi tərtib edən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinə (həmin orqan ləğv edildikdən sonra onun səlahiyyətlərini həyata keçirən müvafiq qurum) qarşı tələb yönəldilməmiş, həmin orqan cavabdeh kimi işə cəlb edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrini n şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Qərarda həmçinin qeyd edilmişdir ki, “...bununla belə, MM-nin 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxi l edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir”. Göründüyü kimi iddiaçların qeyd edilən hissələrlə bağlı tələbləri inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin həmin hissəsinə üm umi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmış, apellyasiya instansiyası məhkəməsi də bu prosessual pozuntuya diqqət verməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar o lan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Məhkəmə kollegiyası tələbin digər hissələri ilə bağlı qeyd edir ki, digər hissələrdə mübahisələndirilən sənədlər və bağışlanma müqaviləsi mərhum X60un adına 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı Çıxarış verildikdən sonra tərtib edilmiş və həmin Çıxarışın verilməsinin nəticəsində əldə edilmişdir. Ona görə də, tələbin digər hissələri iddia tələbinin 06 mart 2013-cü il tarixli, RX ******* seriyalı Çıxarışla bağlı hissəsi həllini tapdıqdan sonra həll edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar X24, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən bi rgə verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-115/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar