Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5158/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi, işgüzar nüfuzun müdafiəsi) 19.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə qarşı “maddi zərərin və işgüzar nüfuza vurduğu ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1041/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-19/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru X3 tərəfindən X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP 901599 saylı, xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-20/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Azərbayc an Respublikası DİN-nin Sumqayıt şəhəri Pİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru X1 tərəfindən X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında ləğv edilmiş, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
3. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərdə duracaqda saxlanılmışdır. 4. xx.xx.2017-ci il tarixli birdəfəlik dayanacaq haqqı qəbzinin kötüyündən görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa görə 102 manat ödəniş edilmişdir.
5. A vtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərdə duracaqda saxlanılmışdır. 6. xx.xx.2017-ci il tarixli birdəfəlik dayanacaq haqqı qəbzinin kötüyündən görünür ki, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa görə 28.28 manat ödəniş edilmişdir. 7. xx.xx.2018-ci il tarixli birdəfəlik dayanacaq haqqı qəbzinin kötüyündən görünür ki, İsuzu Ekobus markalı, **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa görə 258 manat ödəniş edilmişdir.
8. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun saxlanma səbəbi aradan qaldırıldığı ndan onun vətəndaş Əzimov Fərid tərəfindən mühafizə olunan duracaqdan götürülməsinə etiraz edilməmişdir.
9. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İsuzu Ekobus markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərdə duracaqda saxlanılmışdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1661/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, X4 barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş İXP 368485 saylı, xx.xx.2016-cı il tarixli inzibati qərar ləğv edilmiş və X4 barəsindəki inzibati işin icraatına xitam verilmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-143/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından gö rünür ki, X5 barəsində Sumqayıt şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YPX-nin inspektoru X7 tərəfindən qəbul edilmiş İXP 790082 saylı, xx.xx.2017-ci il tarixli inzibati qərar ləğv edilmişdir. 12. xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciə t edərək, cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən iddiaçıya vurduğu maddi zərərə görə 17.841 manat, işgüzar nüfuzuna vurduğu ziyana görə isə 5.000 manat olmaqla, cəmi 22.841 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. İddiaçı daha sonra ərizə verərək, cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Sumqayıt Şəhər Polis İdarəsi ilə əvəzlənməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçməklə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. MMC-yə məxsus İsuzu Ekobus markalı **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus marşrutda olarkən cavabdeh təşkilatda işləyən inspektor X8 tərəfindən saxlanmaqla, sürüc ü X4 barəsində xx.xx.2016-cı il tarixdə protokol tərtib edilmiş və həmin tarixdə qərar qəbul edilmişdir. Həmin protokoldan narazı qalan sürücü A.Rzayev məhkəməyə şikayət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı tarixli qərarı ilə inspektorun qərarı ləğv edilmiş və qərar qanuni qüvvəsini alaraq icra olunmasından ötrü Sumqayıt şəhər DYPŞ-nə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə həmin inspektor həmin maşını başqa sürücü, X5 idarə edərkən saxlamış, protokol tərtib etmiş və qərar qəbul etmişdir. Həmin vaxt inspektor özünün tərtib etdiyi xx.xx.2016-cı il tarixli qərarına əsasən borcun ödənməməsini əsas gətirərək avtomaşını cərimə meydançasına apararaq orada saxlamışdır. Həmin vaxt iddiaçı təşkilat tərəfindən inspektora bildirilmişdir ki, onun istinad etdiyi qərar məhkəmə qərarı ilə lə ğv edilmişdir və icra edilməsi üçün aidiyyəti üzrə göndərilmiş, amma inspektor bu qanuni tələbə baxmayaraq, özbaşınalıq edərək avtomaşının cərimə meydançasında qalmasına nail olmuş, iddiaçı təşkilatın rəhbərliyə olan müraciətləri də nəticəsiz qalmışdır. Bundan sonra sürücü inspektorun həmin qərarından məhkəməyə şikayət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən inspektorun həmin qərarı da ləğv edilmişdir. Cavabdeh təşkilatın bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomaşın qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdehin cərimə meydançasında qanunsuz saxlanmış, həmin saxlanma müddətinə görə cərimə meydançasına iddiaçı tərəfindən 102 manat ödənmişdir. Bundan əlavə, inspektorun qanunsuz qərarı ilə təyin edilmiş c əriməni də ödəməyə iddiaçı məcbur edilmiş və iddiaçı 160 manat ödəniş etmişdir. Bundan əlavə, avtobusun 52 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində iddiaçıya maddi ziyan da dəymişdir. Belə ki, həmin avtomaşın hər gün iddiaçıya 90 manat plan vermiş və cavabdehin qanunsuz qərar və hərəkətləri nəticəsində iddiaçı həmin avtobusdan əldə edəcəyi 4.680 manat (52x90=4.680) gəlirdən məhrum olmuşdur. Ona görə də həmin maddi ziyanlar cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdehin həm qəbul etdiyi qərar, həm də hərəkətləri qanunsuz olmuş və iddiaçı maddi ziyan çəkmişdir. Belə ki, əvvəla cavabdehin istinad etdiyi qərar bundan əvvəl artıq məhkəmə tərəfindən ləğv edilmiş, inzibati xətanı sürücü törətdiyi halda, cavabdehin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus avtom aşını cərimə meydançasına yerləşdirməyə hüquqi əsası olmamışdır, əgər sürücü cəriməni ödəməyəcəkdihsə, cavabdeh həmin sürücüyə qarşı ərizə ilə məhkəməyə müraciət edib müvafiq qərarlar qəbul edilməsinə nail ola bilərdi. Cavabdehin bu hərəkətləri qanunsuzluq kimi qiymətləndirilməli və bu səbəbdən iddiaçıya dəymiş maddi ziyan-4.942 manat (4.680+102+160) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçıya məxsus İsuzu Ekobus markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus marşrutda olarkən xx.xx.2017-ci il tarixdə sürücü xırda yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra cavabdehin inspektoru qanunsuz olaraq avtobusu marşrutdan çıxararaq cərimə meydançasına yerləşdirmişdir. İddiaçının şikayət və tələblərinə baxmayaraq cavabdeh avtobusu cərimə meydançasından buraxmamışdır. İddiaç ı müvafiq orqanlara cavabdehin qanunsuz hərəkətlərindən şikayət etdikdən sonra cavabdeh qanunsuz olaraq artıq iddiaçı təşkilatdan işdən çıxarılmış və həmin avtobusu idarə etməyə heç bir hüququ olmayan sürücünü şöbəyə dəvət edərək avtobusu cərimə meydançasında ona təhvil vermiş, sürücü də avtobusu iddiaçının qarajına qədər sürərək qarajın qarşısında atıb qaçmışdır. İddiaçı avtobusu qarajın qarşısında görərkən aydın olmuşdur ki, cavabdeh iddiaçının şikayətləri üzrə məsuliyyətdən yaxa qurtarmaq üçün bu hərəkətləri etmişdir. Avtobusu idarə edib qaraja salmaq istədikdə avtobus işə düşməmiş və servisə müraciət etdikdə məlum olmuşdur ki, mühərrik sıradan çıxmışdır. Bununla əlaqədar qüsur aktı tərtib edilmiş və həmin akta əsasən mühərrikin təmir və bərpa edilməsi üçün 1713 manat xərc tələb edilməs i müəyyən olundu. Cavabdehin bu hərəkətlərə yol hərəkət inspektorunun qanunsuz hərəkətləri barədə vermiş olduqları şikayət üzrə araşdırma aparılmış və onun əməlində qanun pozuntuları aşkar edilərək ona inzibati cəza verilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomaşın qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə iddiaçı tərəfindən dayanacağa 28 manat ödənmişdir. Ondan əlavə cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomaşın 16 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, həmin avtomaşın hər gün iddiaçıya 90 manat plan vermiş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin avtomaşından əldə edəcəyi 1.440 manat (16x90=1440) xeyirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. xx.xx.2017-ci il tarixdə cavabdeh iddiaçıya məxsus **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı İsuzu Ekobus markalı avtobusu cərimə meydançasına qoymuş və səbəbini onunla izah etmişdir ki, həmin avtobusu idarə edən sürücü X2 xx.xx.2017-ci il tarixli protokol üzrə ödənilməmiş cəriməsi vardır. Sürücü isə bildirmişdir ki, onun barəsində belə bir protokol tərtib edilməmiş və ona bu protokol təqdim edilməmişdir. İddiaçı təşkilat cavabdehə bildirmişdir ki, hətta belə olsa da onların avtobusu cərimə meydançasına qoymağa hüquqi əsasları yoxdur. Lakin cavabdeh öz qanunsuz hərəkətinə son qoymamışdır. Sonradan iddiaçı bir neçə gün qəbul edilmiş protokol-qərarı tələb etsə də, ca vabdeh həmin protoklu verməmişdir. Bu azmış kimi, cavabdeh avtobus cərimə meydançasında olan dövrdə həmin avtobusa ikinci qərar qəbul etmişdir. İddiaçı təşkilat hər iki qərarı əldə edib, məhkəməyə şikayət vermiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hər iki qərar qanunsuz olduğu üçün ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı nəhayət ki, avtobusu cərimə meydançasından çıxarmağa nail olmuşdur. Bu müddət ərzində avtobus xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixə kimi, yəni 86 gün cərimə meydançasında qalmışdır. Cərimə meydançasında saxlanmaya görə iddiaçı tərəfindən 258 manat ödənmişdir. Ondan əlavə, həmin 86 gün ərzində iddiaçı hər gün maddi ziyan çəkmişdir. Belə ki, həmin avtobus hər gün iddiaçıya 110 manat plan vermiş, 86 gün ərzində avtobusun qan unsuz olaraq cərimə meydançasında saxlanmasına görə iddiaçı 9460 manat (86x110) ziyan çəkmişdir. Bu epizodda cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 9718 manat (9460+258) ziyan dəymişdir. Cavabdehin bu hərəkətləri iddiaçı təşkilatın işgüzar nüfuzuna da xələl gətirmişdir. Belə ki, bütün şəhərdə avtobus sürücüləri arasında məlumat yayılmışdır ki, cavabdeh iddiaçıya məxsus avtobusları izləyərək qanunsuz protokol və qərarlar yazaraq sürücüləri 100 manat cərimə edir, avtomaşınları cərimə meydançasına apararaq sürücülərə pul qazanmağa imkan vermir. Bu da sürücülərin iddiaçı təşkilatdan qaçmasına, uzaqlaşmasına, iddiaçının işgüzar nüfuzuna xələl gətirməsinə səbəb olmuşdur. Həqiqətən də cavabdeh tərəfindən 5-6 qanunsuz protokol yazılaraq sürücülər haqsız yerə cərimələnmiş və onların məhkəməyə müraciətləri nəticəsində qərarlar ləğv edilmişdir. Bütün bunlar həm sübut edir ki, cavabdeh iddiaçıya qarşı qərəzli mövqe tutmuş, hərəkətlər nəticəsində iddiaçının işgüzar nüfuzuna ziyan dəymiş və iddiaçı buna görə maddi zərərlərə məruz qalmışdır.
16. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddianın təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmənin iddia tələbi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı sözügedən nəqliyyat vasitələrinə gündəlik 90 və 110 manat plan qoyulmasını bildirsə də, həmin avtobusların konkret nə qədər qazanc gətirməsini, bu gəlirin mədaxilini, o cümlədən onlardan birinin mühərrikinin xarab olmasını və bunda cavabdehin təqsirini, habelə işgüzar nüfuzuna sonuncu tərəfindən ziyan dəyməsini və bun unla bağlı məbləğin formalaşmasını, eləcə də iddiasında göstərdiyi digər halları təsdiqləyən, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bu xüsusatlar onun tərəfindən sübuta yetirilməmişdir.
18. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, Mülki Prosessual Mə cəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən cavabdehin qanunsuz əməllərinə düzgün qiymət verməmiş, cavabdehin nümayəndəsinin, qanunsuz qərarlar qəbul etmiş inspektorların iştirakını təmin etməklə onlardan işlər barədə məlumat almamış, qanunsuz cərimə meydançasında saxlanan avtobusun kənar şəxsə verilib qarajın qabağına kimin və nəyə görə sürməsini və avtobusun mühərrikinin dağılması səbəblərini araşdırmamışdır. Bundan əlavə, əldən çıxmış faydanın guya sübut olunmaması qən aətinə gələn məhkəmə ən azından MMC tərəfindən qanunsuz məcburiyyət nəticəsində ödədiyi cərimə, saxlanc pulu və mühərrikin təmiri üçün pul ödənməsi hallarını da tam və düzgün araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1041/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 27 yanvar 2022ci il tarixli 2(060)-87/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Sumqayıt Şəhər Polis İdarəsindən 388 (üç yüz səksən səkkiz) manatın tutulub İddiaçınə verilməsi qət edilmişdir.
23. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçının müxtəlif vaxtlarda avtomobilləri cərimə meydancasından çıxarmaq üçün 28 manat, 102 manat və 258 manat ödədiyi pul məbləği iş materialları ilə sübut olunduğundan bu hissədə iddia təmin edilməli və cavabdehdən qanunsuz saxlanılması ilə əlaqədar ödənilmiş cərimələr iddiaçıya qaytarılmalıdır.
24. İddia tələbinin qalan hissələri ilə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndir ərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, maddi və işgüzar nüfuza vurulmuş ziyan tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən cavabdehdən dəymiş ziyan tələb etməsi əsassızdır.
25. Belə ki, iddiaçı, sözügedən nəqliyyat vasitələrinə gündəlik 90 və 110 manat plan qoyulmasını bildirsə də, həmin avtobusların konkret nə qədər qazanc gətirməsini, bu gəlirin mədaxilini, o cümlədən onlardan birinin mühərrikinin xarab olmasını və bunda cavabdehin təqsirini, habelə işgüzar nüfuzuna sonuncu tərəfindən ziyan dəyməsin i və bununla bağlı məbləğin formalaşmasını, eləcə də iddiasında göstərdiyi digər halları təsdiqləyən, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bu xüsusatlar onun tərəfindən sübuta yetirilməmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 21.1, 1096.1, 1097.1-ci maddələri və Mülki-Prosessual Məcəllənin 4.1, 106, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı MMC (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni məhkəmə baxşına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 29. - Cavabdehin əməllərinin qanunsuz olması işin mübahisə edilməyən hallarıdır və bu fakt mə hkəmə qərarları ilə də təsdiq edilmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya ziyan vurduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edildiyi halda, məhkəmənin iddianı rədd etməsi maddi hüquq normalarının tələblərinin, eləcə də iddiaçının sahibkarlıq və mülkiyyət hüquqlarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. 30. - İşgüzar nüfuza dəyən zərərə gəldikdə isə, inspektorun bilərəkdən qərəzli surətdə iddiaçının avtobuslarına qarşı etdiyi hərəkətlər (qanunsuz qərarlar yazılması, avtobusların marşrutdan çıxarılaraq cərimə meydançasına aparılması) həm MMC-nin sürücüləri, eləcə də iddiaçı MMC-də sürücü işləmək istəyən sürücülər arasında mənfi emosiya, fikirlər yaratmışdır. 31. - İddiaçıya qanunsuz dayanmalara görə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün MMC-nin h ər ilin əvvəlində iclasda müəyyən edilmiş gündəlik planlar barədə protokolu təqdim edilmişdir. Həmin protokolla hər marşrut üzrə avtobusların gündəlik planları təsdiq edilmişdir və hər günün sonunda sürücü həmin planı MMC-yə ödəyir və plan ödəməyən kimi də sürücü avtobusdan uzaqlaşdırılır və ya borcunu gələn günlərdə ödəyir. Amma məhkəmə bu halı nəzərə almadan boşdayanmalara görə dəymiş ziyan məbləğinin sübut olunmaması qənaətinə gəlmişdir ki, bu da səhv nəticə olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 33. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərər in əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 34. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 35. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 36. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 37. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya ə mlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş ü zrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin yalnız həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Kassasiya şikayətində mümkün sübutların təqdim edilməsinə (zərərin məbləğini müəyyən edən protokollar) baxmayaraq məhkəmələrin həmin sübutlara əhəmiyyət verməməsi və nəqliyyat vasitələrinin göstərilən müddətlərdə dövriyyədən çıxarılması ilə bağlı yaranmış vəziyyət nəticəsində onları idarə etməkdən sürücülərin imtina etməsi, onlarda mənfi emosiya yaranması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilir ki, təqdim olunan protokollar iddiaçının istinad etdiyi müddətləri əhatə etmir. Faktiki olaraq məhkəmə lər haqlı olaraq həmin sübutları möhtəbər sübutlar kimi qəbul etməmişlər. Məhkəmə tərəfindən aşkar olaraq təsdiq olunmuş sübutlar əsasında iddia qismən təmin edilmişdir.
52. Məhkəmə kollegiyası iddiaçının sübutetmə vəzifəsini yerinə yetirə bilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, iddianın rədd olunmuş hissələri üzrə tələblərin əsaslılığı təsdiq olunmamışdır.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1041/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.