Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5159/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçıların vəkili Vəkil2, cavabdeh "xxxx" MMC-nin vəkili Rəhmanov Emin Yelmar oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli, 2(105)1271 /2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında İddiaçı2 oğlu ilə "xxxx" MMC arasında bağlanan 16 iyun 2018-ci il tarixli, 154 saylı müqavilədən görünür ki, 2018-2019-cu dərs ili üçün bir tərəf ümumi təhsil xidməti göstərməyi, digər tərəf isə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin, müqavilədən müəyyən edilir ki, şagirdin məktəbə gedib-gəlməsi üçün onu nəqliyyat vasitəsi ilə təmin etməyi məktəb öz öhdəsinə götürür. Həmin müqaviləyə 1 №-li əlavədə qeyd edilir ki, illik ödəniş 13.996 manat təşkil edir. "xxxx" MMC-nin pedaqoji şurasının 18 sentyabr 2019-cu il tarixli, 200 saylı qərarının surətindən görünür ki, X2 ona edilən bir çox sayda xəbərdarlıqlara baxmayaraq yolverilməz davranışlarına davam etməsinə və məktəbin şagird-valideyn davranış siyasətini müntəzəm olaraq pozmasına görə məktəbdən xaric edilmişdir. Səlahiyyətli şəxsin X1 təhsilə zidd davranışları barədə rəhbərliyə ünvanlanmış bir sıra xidməti məktubları vardır. 08.09.2014-cü il tarixdə təsdiq edilmiş nizamnamənin surətindən görünür ki, "xxxx" MMC (Lisenziya № 088291, 08.02.2016, Qeydiyyat № 010015-Q3-0002) ödənişli təhsil fəaliyyəti göstərən ümumtəhsil məktəbi hüquqi şəxsdir. MMC-də təhsil pulludur. Ümumtəhsil məktəbdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır. Nizamnaməyə görə ümumtəhsil məktəbi ilə valideynlər və ya qanuni nümayəndələr arasındakı mübahisələr onlar a rasında bağlanmış müqavilə ilə tənzimlənir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən maddi ziyan kimi 60000 manat pulun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər İddiaçılar tələblərini bununla əsaslandırmışlar ki, övladları X2 12 illik təhsil müddətinə malik, xarici təhsil proqramlarına uyğun tədris edən təhsil müəssisəsi - "xxxx" MMC-yə 2016-cı ildə ödənişli əsaslarla qəbul edilmişdir. G təhsil aldığı müddət ərzində nümunəvi şagird kimi fərqlənmiş, lakin sonradan 12-ci sinifdə oxumalı olduğu halda, heç bir əsas olmadan həmin məktəbdən kənarlaşdırılmışdır. Müəllim kollektivi onun barəsində müsbət rəy versə də, niyə kənarlaşdırıldığı barədə heç bir məlumatları olmamışdır. Onlar bununla bağlı şikayət edəcəklərini bildirsələr də, məktəbin Livan əsilli meneceri X5 istədiyi zaman Gu intizamsız şagird kimi qələmə verəcəyini bildirərək, onun məktəbdə oxumasına razı olmamışdır. Gun ondan artıq böhtanla dolu rəsmiləşdirilmiş nöqsanını əks etdirən bildiriş onlara təqdim olunmuşdur. Onlar isə bunu qanunsuz və tam əsassız hesab edirlər. 3 il ərzində hər il 13996 manat olmaqla, cəmi 41998 manat məbləğində ödədikləri təhsil haqqının müqabilində məktəb tərəfindən verilən təhsil yarımçıq qalmışdır. Bu səbəbdən də, onlara nəqliyyat və digər xərclər də hesablansa cəmi 60 000 manat maddi ziyan vurulmuşdur. Bun dan əlavə, övladlarının 11 illik təhsil proqramı üzrə yenidən 1 il əlavə oxuyacaq olması, ətrafda sarsılan nüfuzları, onların keçirdiyi mənəvi iztirabların əvəzi olaraq da 300 000 manat mənəvi zərər üçün pul cavabdeh təşkilatdan alınaraq onlara ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2140/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi (hakim Cəmilə Səfiyeva) ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, 12 illik təhsil sisteminə malik olan xarici təmayüllü məktəb hər il yeni müqavilə imzalanılmaqla tədris həyata keçirir. İddiaçılar cavabdehlə 12-ci ilin tədrisi üçün müqavilə bağlamamışlar, lakin şagird bir müddət ödənişsiz təhsil almağa davam etmişdir. Məhkəmə işin materialları arasındakı məktublardan və bild irişlərdən, habelə fotoşəkillərdən müəyyən etmişdir ki, G adlı şagird məktəbdə intizamsızlıq göstərərək tədrisin normal şəraitdə həyata keçirilməsinə mane olmuş və bu barədə valideynlərinə məlumat verilmişdir. Bu səbəbdən də o, məktəbdən xaric edilmişdir. Məktəbin idarə heyətinin şagirdin valideynləri ilə hansısa bir qərəzli münasibətinin olması iş materialları ilə təsdiq olunmur. İddiaçıların tələb etdiyi maddi ziyan əvvəlki dərs illəri üçün ödənilmiş pul vəsaitidir ki, həmin illər iddiaçıların oğlu G cavabdeh məktəbdə təhsil almış və təhsil aldığı zaman bununla bağlı tərələr arasında hər hansı bir narazılıq və mübahisə olmamışdır, iddiaçılar tərəfindən aparılan ödənişlər onların oğlu Gun təhsili üçün sərf olunmuşdur. Sonuncu mübahisələndirilən il üçün isə göründüyü kimi iddiaçılar tərə findən ödəniş aparılmamış, təhsil haqqı barədə tərəflər arasında müqavilə bağlanmamışdır. Həmçinin qeyd edilən nəqliyyat xərclərini isə məktəb bilavasitə özü qarşılamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “maddi ziyanın tutulması” hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə iddia üzrə “maddi ziyanın tutulması” tələbinin əsassız tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia üzrə “mənəvi ziyanın tutulması” tələbinin təmin-olunub olunmamasının bilavasitə “maddi ziyanın tutulması” tələbinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi “mənəvi ziyanın tutulması hissəsində də təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 1096 və 1097-ci maddələrinə ist inad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2140/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətində iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarını səhv tətbiq etməklə qeyri-qanuni nəticəyə gəlmişdir. Qətnamədə yalnız təqdim edilmiş sənədlərin siyahısı sadalanmış, iddianın nəyə görə rədd olunmasının əsasları göstərilməmişdir. Hazırkı mübahisəyə Mülki Məcəllənin 1096-cı maddəsi tətbiq edilməməli idi. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən hazırkı iddia təmin edilməli olduğu halda, məhkəmə bu maddəni göstərərək iddianı rədd etmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə gəldikdə isə, qətnamədə bu norma göstərilsə də, iş üzrə obyektiv araşdırılma aparılmadığından həmin maddəyə düzgün hüquqi yanaşma etməmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Telman Məmmədov) 30 aprel 2021-ci il tarixli 2(105)-1271/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2140/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Abşeron Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaç ılar məktəblə 2016-2017, 2017-2018, 2018-2019cu illər üzrə müqavilə bağlamış və təhsil haqqını ödəmişlər. Bu tədris illərində G həmin məktəbdə təhsil almışdır. Lakin iddiaçılar "xxxx" MMC ilə öz övladlarının sonuncu tədris ili üçün müqavilə bağlamamış, şagird bir müddət ödənişsiz təhsil almağa davam etmişdir. İşdəki xidməti məktublardan və bildirişlərdən, habelə fotoşəkillərdən müəyyən edilir ki, iddiaçıların övladı G adlı şagird məktəbdə intizamsızlıq göstərərək tədrisin normal şəraitdə həyata keçirilməsinə mane olmuş, bu barədə iddiaçılara məlumat verilmiş, nəticəsi olmadığı üçün o, məktəbdən xaric edilmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış 16 iyun 2018-ci il tarixli, 154 saylı müqavilənin 3.11-ci bəndinə əsasən məktəb tərəfindən ümumtəhsil prosesinin təşkili və idarəedilməsi ilə bağlı qəbul edilmiş tədris, intizam, davranış, inzibati və s. məsələlərlə bağlı qaydalara özləri və şagird tərəfindən riayət edilməsini təmin etmək valideynlərin öhdəliklərindən hesab edilir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçıların iddia tələbinin əsasını övladlarının təhsilinin cavabdeh MMC-nin təqsiri üzündən başa çatdırılmaması, başqa sözlə cavabdeh tərəfin öhdəliyinin icra etməməsi nəticəsində onlara maddi və mənəvi ziyan vurulması təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, tələb edilən maddi ziyan iddiaçıların övladlarının cavabdeh təhsil müəssisəsində təhsil aldığı illər üçün ödənilmiş vəsait və çəkilən xərclərdir, bu vəsait onlar arasında imzalanmış müqaviləyə əsasən alınmış, həmin dövr üzrə iddiaçıların övladı orada təhsil almışdır. Lakin so nuncu il üçün onlar arasında müqavilə imzalanmamış, şagird daxili nizam-intizam qaydalarını pozduğu üçün pedaqoji şuranın məlum qərarı ilə təhsil müəssisəsindən xaric edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, əvvəlki tədris illəri üçün ödənilmiş pulların yenidən onlara qaytarılması barədə iddiaçıların tələbi əsassızdır və təmin edilə bilməz. İş materiallarında cavabdehin hər hansı qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi barədə hər hansı mötəbər sübut yoxdur. Övladlarının qanuni əsaslarla təhsil müəssisəsindən xaric olunması isə cavabdehin qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişlər. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçıların tələbini rədd edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçılar kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli 2(105)-1271/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayətini belə əsaslandırmışlar ki, ape lyasiya məhkəməsi qətnaməsi cavabdehin əsassız fikirlərinə istinadən qəbul edilmiş, ümumiyyətlə əsaslandırılmamış, yalnız iddia ərizəsinə əlavə edilmiş sənədlərin mövcudluğuna istinad etməklə kifayətlənmişdir. İddiaçılar qeyd etmişdir ki, G Yarməmmədli 11 illik təhsil proqramını yüksək səviyyədə başa vurmuş və 12-ci sinifdə oxumalı olduğu halda onu heç bir əsas olmadan, oxuduğu Cavabdeh MMC-dən kənarlaşdırmışdırlar. Bununla da onun Azərbaycan Dövlətində təhsilinə maneələr yaradılmışdır. X3 məktəbdə nümunəvi tələbələrdən olmuş, daim daxili və xarici tədbirlərdə iştirak etmiş, dərslərində də fərqlənən şagird kimi öndə gedən şagirdlərdən olmuşdur. "xxxx" MMC məktəbi tərəfindən iddiaçılar Gun məktəbdən kənarlaşdırılmasndan sonra onu digər orta məktəblərə qoymaq istədiklərində digər məktəblərin 11 illik təhsil proqramı üzrə ixtisaslaşdığından onu təkrar olaraq 11-ci sinfə qəbul edirlər ki, bu da onun təhsil hüququnun pozulmasına, eyni sinfi təkrar olaraq oxumasına səbəb olur. Bundan əlavə övladları yeni təhsil üçün üz tutduğu məktəblərin təhsil proqramlarım mənimsəməkdə çətinliklərlə qarşılaşır ki, bu da ona psixi olaraq çox pis təsir edir və depressiyaya düşməsinə səbəb olur. Valideyn olaraq övladlarının onlardan asılı olmayan səbəblərə görə oxuduğu məktəbdən kənarlaşdırılması nəticəsində külli miqdarda ziyana uğramışlar. Belə ki, iddiaçıların "xxxx" seçməklərinin səbəbi həmin məktəbdə təhsilin yüksək səviyyədə keçirilməsi olmamışdır. Həmin məktəbin seçilməsində məqsəd təhsilin xarici dillərə üstünlük verilərək keçirilməsi və məzun olduğu təqdirdə bir sıra ölkələrdə məhdudiyyət siz ixtisas seçiminin olması və imtahansız təhsil müəssisəsinə daxil olmaqla təhsilini davam etdirməsi olmuşdur. Bu səbəbdən iddiaçılar Gun 11 illik deyil, 12 illik təhsilinə razılıq vermiş, və külli miqdarda təhsil haqqı ödəmişlər. Ödənilən təhsil haqqının da məqsədi bu olmuş və öhdəliklər də buna görə rəsmiləşdirilmişdir. Çünki təhsil sistemi Respublikanın bütün məktəblərində eyni proqram üzrə keçirilir. Həmin proqramı nə dərəcədə pozulması isə məktəbdən deyil, şagirddən asılı olan haldır. İddiaçılar qeyd edir ki onların ödədiyi pul təhsilin keyfiyyəti üçün deyil, istiqaməti üçün olmuşdur. Övladları sonunda 12 illik deyil, 11 illik təhsil istiqaməti ilə məzun olacaqdırsa, o zaman hansı məntiqlə külli miqdarda təhsil haqqı ödəməli olmuşlar. Məhkəmənin qənaəti işin hallarına tərəflərin öhd əlik və niyyətlərin deyil, müqavilənin hərfi mənasına görə müəyyən edilmişdir. İddiaçılar qeyd etmişdir ki, məhkəmə kollegiyasının cavabdeh tərəfindən təqdim edilən sübutların iddianın rədd edilməsi üçün əsas olmasını iş materiallarında hər hansı sübutla müəyyən etməmişdir. Mənəvi zərərlə bağlı məhkəmənin gəldiyi qənaəti iddiaçılar əsaslı hesab etməmişdir. Belə ki, belə nümunəvi və savadlı şagirdin 11 illik təhsilini haqsız yerə 12 ilə başa çatdırması halında övladlarının keçirdiyi mənəvi sarsıntını məhkəmə təsəvvür etməmişdir, onun öz həmyaşıdlarının ali məktəb daxil olduğu halda təkrar olaraq 11-ci sinfi oxumasının ona mənəvi təsirini də əlaqələndirməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmaqla, sübutların qiymətləndirilməsi baxımından ciddi hüquq pozun tularına yol verilmiş, iş materiallarında mövcud olmayan sübutlara istinad edərək qiymət vermiş, maddi və prossesual hüquq normalarının kobud şəkildə pozulmuşdur. İddiaçılar kassasiya şikayətini Mülki Məcəllənin 385-ci maddəsi ilə əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh SABİS SUN Beynəlxalq Məktəb” MMC-nin vəkili Rəhmanov Emin Yelmar oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcə lləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əm əldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən, həmçinin tələb bölünməz olduğundan qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İş materiallarında cavabdehin hər hansı qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçıların fi ziki və mənəvi sarsıntılar keçirməsi barədə hər hansı mötəbər sübut yoxdur. Övladlarının qanuni əsaslarla təhsil müəssisəsindən xaric olunması isə cavabdehin qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nai l olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1271/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.