Məhkəmə qərarları › İş №2(102)-5162/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5162/2019

23.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5162/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 vəkili 1 və cavabdeh2 İKB ASC-nin vəkili 2 iştirakı ilə, İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10480/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin (hakim E.E.Rəhimov) 2(009)-2105/2018 nömrəli, 26 iyul 2018-ci il tarixli qə tnaməsi ilə iddiaçılar iddiaçı2, iddiaçı1 cavabdeh “xxxx” MMC-yə, cavabdeh2 İKB ASC-yə, üçüncü şəxs Suraxanı rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov) 2(103)-10480/2018 nömrəli, 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı2 və iddiaçı1 birgə verdikləri apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 20 18-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı2 və iddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” MMC-yə, cavabdeh2 İKB ASC-yə, üçüncü şəxs Suraxanı rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi (İş №2(010)-781/2016) ilə iddiaçı Bankın iddiaçı1 və iddiaçı2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddiası qismən təmin edilmiş və cavabdeh tərəfdən ümumilikdə 31.127 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmeti olan mübahisəli mənzilə yönəldilməsi, mənzilin ilkin satiş qiymətinin 55.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilə biləcək vəsaiti hesabına borcun ödənilməsi və sair qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09.08.2016-cı il tarixli qətnaməsi (İş № 2(103)6116/2016) ilə Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin qismən dəyişdirilməsi, cavabdeh tərəfdən tutulmalı olan cərimə borcunun 1.000 ABŞ dolları məbləğində müəyyən edilməsi və mənzil açıq hərracdan satıldığı halda cavabdehlərin mənzildən 1 ay müddətində çıxarılmaları, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün hazırki iş üzrə cavabdeh İPŞ-yə göndərilmişdir. 20.09.2017-ci il tarixinə təyin olunmuş hərrac barədə məktub iddiaçı tərəfə həmin tarixdən bir neçə gün sonra, yəni oktyabr ayının əvvəllərində gəlmişdir ki, həmin vaxt artıq hərrac bitmişdi. İddiaçı tərəf İPŞ-nin icra məmuru ilə əlaqə saxladıqda onlara hərrac nəticələri barədə hərracı keçirən təşkilatdan məlumat almaqları bildirmişdir. 14.10.2017-ci il tarixdə ərizə ilə cavabdeh MMC-yə müraciət olunmuş, müraciətdə gec gəlmiş məktuba görə 20.09.2017-ci il tarixdə keçirilmiş hərracda iddiaçı tərəfin iştirak edə bilmədiyi bildirilmiş və ümümiyyətlə, mübahisəli mənzil ilə bağlı hərracın nəticələri barədə məlumat verilməsi xahiş ol unmuşdur. MMC 20.10.2017-ci il tarixdə cavab məktubu yazaraq alıcı olmadığına görə mənzilin hərracdan satılmadığını və buna görə 1 ay ərzində Bankın mənzili almaq hüququ olduğunu bildirmişdir. İddiaçı tərəf noyabr ayının əvvəllərində bu məktubu aldıqdan sonra Bankın artıq mübahisəli mənzili almadığını və buna görə də ipotekaya xitam verildiyini müəyyən etmişdir. Bu məqsədlə ilk növbədə Banka müraciət olunmuşdur. Bankdan isə bildirmişlər ki, “gəl pulunu ödə sənə yeni qrafik açaq”. İddiaçı tərəf isə maddi imkanı olmadığını və yalnız ipoteka predmeti satılarsa, borcun bağlanacağını qeyd etmişdir. Onlar isə “bizə sizin mənzil lazım deyil” demişlər. Belə olduqda, iddiaçı tərəfə tam aydın olmuşdur ki, Bank mənzili hərracda 1 ay müddətində almamışdır. Daha sonra telefonla da MMC ilə də əlaqə saxl adıqda mənzilin heç kim tərəfindən alınmadığını və buna görə hərracdan çıxarılaraq İcra Şöbəsinə geri qaytarıldığını bildirmişdirlər. İddiaçı tərəfi noyabr ayından sonra banka olan borc və mənzillə bağlı heç kim narahat etməmişdir. Aprel ayının sonlarında icra məmuru iddiaçılarla əlaqə saxlayaraq mənzilin Bank tərəfindən hərracdan alındığını, buna görə də mənzili təcili boşaltmalı olduqlarını bildirmişdir. Onlar icra məmuruna bildirmişlər ki, iki dəfə hərrac keçirilməsinə baxmayaraq, mənzilin satılmadığına və Bankın da 1 ay müddətində mənzili almadığına dair iddiaçılarda rəsmi məlumat var. Bu məlumat MMC-nin onlara göndərdiyi 20.10.2017-ci il tarixli məktubda əks olunmuşdur. Lakin icra məmuru yekun protokola əsasən mənzilin 18.10.2017-ci il tarixdə hərracdan satıldığını və Bankın aldığını qeyd etmiş və yekun protokolun kserosurətini iddiaçılara təqdim etmişdir. Görünən odur ki, saxtakarlıq edilərək 20.10.2017-ci il tarixə qədər alınmayan mənzil 18.10.2017-ci il tarixdə satılmış və bu barədə protokol hazırlanmışdır. İpotekasına xitam verilmiş mənzilin iddiaçılardan xəbərsiz dəyərindən çox-çox aşağı qiymətə satılması 2 azyaşlı körpəsi olan bir qadına qarşı yolverilməzdir və bunun heç bir izahı yoxdur. Göstərilənlərə əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan və ünvan 1 ünvanında yerləşən 91 nömrəli mənzilin (bundan sonra – mübahisəli mənzil) açıq hərracdan satılmasına dair cavabdeh MMC ilə iş üzrə üçüncü şəxs olan Suraxanı Rayon İcra və Probasiya Şöbəsi (bundan sonra – İPŞ) tərəfindən qanunsuz təşkil edilmiş 18.10.2017-ci il tarixdə hərracın və “Hərracın nə ticələri haqqında tərtib edilmiş Y-701 nömrəli protokol”un etibarsız hesab edilməsi, həmin hərracın nəticəsi ilə iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ) tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdeh Bankın adına verilmiş “Çıxarışın”, eləcə də mənzilin ipotekasına xitam verilməklə ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10480/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və i ddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı1 vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh2 İKB ASC-nin vəkili 2 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə işt irak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10480/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Suraxanı Rayon Məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsindən (İş №2(010)-781/2016) görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Bankın cavabdehlər (hazırki iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı2 qarşı “kredit borcu tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddiası qismən təmin edilmiş və cavabdeh tərəfdən ümumilikdə 31.127 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmeti olan mübahisəli mənzilə yönəldilməsi, mənzilin ilkin satiş qiymətinin 55.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilə biləcək vəsaiti hesabına borcun ödənilməsi və sair qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09.08.2016-cı il tarixli qətnaməsindən (İş № 2(103)6116/2016) görünür ki, həmin qətnamə ilə Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin qismən dəyişdirilməsi, cavabdeh tərə fdən tutulmalı olan cərimə borcunun 1.000 ABŞ dolları məbləğində müəyyən edilməsi və mənzil açıq hərracdan satıldığı halda cavabdehlərin mənzildən 1 ay müddətində çıxarılmaları, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 09.08.2016-cı il tarixli “İcra vərəqəsindən” görünür ki, iddiaçılara məxsus mübahisəli mənzilin ilkin satış qiyməti 55.000 manat məbləğində müəyyən edilmişdir. “İcra vərəqəsi” icra edilməsi üçün hazırki iş üzrə cavabdeh İPŞ-yə göndərilmiş və onun əsasında İPŞ-nin icra məmuru tərəfindən məcburi icra hərəkətləri həyata keçirilmişdir. Cavabdeh MMC-nin 14.07.2017-ci il, 28.07.2017-ci il, 18.08.2017-ci il, 30.08.2017-ci il tarixli “Bildirişlərindən” görünür ki, mübahisəli mənzil üzr ə hərrac təşkilatçısı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış tərəflərə bildirmiş, həmçinin bildirişlərdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracın başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar əksini tapmışdır. “Poçt qəbzlərindən” görünür ki, 20.07.2017-ci, 02.08.2017-ci, 02.09.2017-ci il tarixlərdə “Rəhmanov” soyadlı şəxs bildirişiləri qəbul etmişdir. “Birja” qəzetinin 14.07-20.07, 28.07-03.08, 18.08-24.08, 31.08-06.09, 22.09-28.09.2017-ci tarixli buraxılışlarında mübahisəli mənzilə dair keçiriləcək hərracla bağlı məlumat qeyd edilmişdir. “Hərracın nəticələri haqqında Y-701 nömrəli yekun protokol”dan görünür ki, İPŞ-nin sifarişi əsasında 18.1 0.2017-ci il tarixdə cavabdeh MMC tərəfindən hərrac keçirilmiş, iddiaçılara məxsus mənzilin satışı təşkil olunmuşdur. Əmlakın ilkin satış qiyməti 55.000 manat müəyyən edilmiş, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% endirilmişdir. Əmlakın satılmış son qiyməti 35.063 manat olmuşdur. İpoteka saxlayan Bank əmlakı 35.063 manat müqabilində almış və “İpoteka Haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Cavabdeh MMC-nin 20.10.2017-ci il tarixli məktubundan görünür ki, mübahisəli mənzilə dair 16.08.2017 və 20.09.2017-ci il tarixlərdə hərrac keçirilmiş, həmin tarixlərdə keçirilən hərraclarda alıcı olmadığına görə hərraclar baş tutmamışdır. H ərraclar baş tutmamış elan edildikdən sonra “İpoteka haqqında" Qanunun 43.7 və 43.8-ci maddələrinə əsasən ipoteka saxlayan Bank, əmlakı 30 təqvim günü ərzində ala bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılardan biri olan İddiaçı1 cavabdeh Bank qarşısında olan öhdəliklərinın icrasının təminatı olaraq mübahisəli mənzil ipoteka ilə yüklü edimişdir. Bank qarşısında yaranan borc öhdəliyi icra edilmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bankın tələbi ipoteka predmetinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişdir. Qətnamə əsasında verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün İPŞ-yə göndərilmiş və İPŞ-nin icra məmuru “İcra vərəqəsi” əsasında qətnamənin icrasını həyata keçirmək, yəni ilkin satış qiyməti 55.000 manat məblə ğində müəyyən edilən mənzilin açıq hərracdan satışını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görmüşdür. Hərracın təşkili cavabdeh MMC-yə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəf hərracın təşkilatçısı olan MMC-nin qanunvericiliyin tələblərini pozduğunu, h ərracın yeri və vaxtı barədə onları lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Çünki yuxarıda da qeyd olunduğu kimi, MMC, keçiriləcək hərracın yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçılara bildiriş göndərmiş və bu bildirişlər “Rəhmanov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf istər rayon məhkəməsində, istərsə də apellyasiya baxışı iclasında izahat verən zaman “Rəhmanov” soyadlı şəxsin onlarla heç bir əlaqəsinin olmadığına, həmin şəxsi tanımadıqlarına dair hər hansı bir açıqlama verməmişdir. Lakin Məhkəmə, həmin şəxsin iddiaçılar ilə eyni soyadda olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəf qeyri-səmimilik göstərməklə hüq uqdan sui-istifadə edir. Bu isə, qanunun tələbinə görə, yolverilməzdir. Bundan əlavə, “Birja” qəzetinin iyul, avqust, sentyabr ayı buraxılışlarında da mübahisəli mənzilə dair keçiriləcək hərracla bağlı məlumat dərc olunmuşdur. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bankın tələbinin onların mənzilinə yönəldilməsini özündə ehtiva edən məhkəmə qətnaməsindən məlumatları olan iddiaçılar xüsusi mətbunu izləməli idilər. Apellyasiya instansiyası məhkəməsi 18.10.2017-ci il tarixdə mübahisəli mənzilə dair keçirilmiş hərracın nəticələri barədə tərtib olunmuş “Yekun protokolla” bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 415.5ci maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalay ırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən “Protokolu” və iş materiallarını nəzərdən keçirərək müəyyən edilmişdir ki, hərrac qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmiş, mübahisəli mənzil son nəticədə 35.063 manat müqabilində cavabdeh Banka satılmış, “Protokol” icra məmuru, hərrac təşkilatçısı və Bankın nümayəndəsi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2). Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hərracın təşkili və keçirilmə qaydaları Mülki Məcəllənin 415-ci maddəsi ilə şərtləşdirilmişdir və qanunun tələbindən görünür ki, hərrac o halda məhkəmə tərəfindən etibarsız hesab oluna bilər ki, həmin maddənin tələbləri pozulsun. Lakin MMC tərəfindən 18.10.2017-ci il tarixdə təşkil olunmuş hərracın həmin qaydaların pozulması ilə həyata keçirilməsi iş materialları ilə təsdiq olunmur. MMC tərəfindən iddiaçılara ünvanlanmış 20.10.2017-ci il tarixli cavab məktubu ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia çılar bu məktubu əsas gətirərək 18.10.2017-ci il tarixinə tərtib olunmuş “Protokol” etibarsız olduğunu hesab edirlər. Çünki 20.10.2017-ci il tarixli məktubda mübahisəli mənzilə dair iki dəfə hərrac keçirildiyi, lakin alıcı olmadığına görə baş tutmadığı, o cümlədən Bankın 30 təqvim günündə mənzili almaq hüququnun olduğu da bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 4 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK -nın 2(103)-10480/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10480/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar