Məhkəmə qərarları › İş №2(102)-5163/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5163/2020

01.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5163/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “X3 Mərkəzi” MMC, “xxxx” Kommersiya Bankı ASC, DƏDRX-in X10 və Sumqayıt şəhər İcra İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5163/20 (Açar sözlər: hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, satış qiymətinin az olması) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X9 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “X3 Mərkəzi” MMC, “xxxx” Kommersiya Bankı ASC, DƏDRX-in X10 və Sumqayıt şəhər İcra İdarəsinə qarşı «hərracın yekunları barədə protokolun, əmlakın alqı-satqısının və reyesterdən çıxarışın etibarsız edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4435/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 dekabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 18-ci mkr ünvanda yerləşən 47 saylı evin 11 saylı mənzil ipoteka predmeti olub. Mənzilin 3/4 hissəsi iddiaçının, 1/4 hissəsi isə X1 mülkiyyətində olub.

2. Məhkəmə qətnaməsi ilə mənzil ilkin satış qiyməti 55000 manatla hərraca çıxarılıb.

3. İpoteka saxlayan “xxxx” Kommersiya Bankı ASC 35062,5 manata həmin mənzili hərracd an almışdır a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər “X3 Mərkəzi” MMC, “xxxx” Kommersiya Bankı ASC, DƏDRXin X10 və Sumqayıt şəhər İcra İdarəsinə qarşı Səbail rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh “X3 Mərkəzi”nin hərracın yekunları barədə Y-345 nömrəli xx.xx.2018-ci il tarixli protokolunun, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin və onların əsasında Sumqayıt şəhəri, 18-ci mkr, 47 saylı evin 11 saylı mənzili üzərində «xxxx» Kommersiya Bankı ASC-nin adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi, ipotekaya qoyulan mənzilin bazar qiymətlərinə uyğun qiymətləndirilib yeni hərrac keçirilməklə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-74/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(060)-2619/2016 saylı qətnaməsi dəyişdirilmiş, xx xxx 2014cü il tarixli, 22-l/14SU saylı əlavə kredit müqaviləsi üzrə cərimə borcu 250 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli, 22-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə cərimə borcu 100 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə əsas və faiz borcu, tələbin ipoteka predmeti olan İddiaçı (3/4 hissə) və X1 (1/4 hissə) mülkiyyətində olan Sumqayıt şəhəri,18ci mkr,47 saylı evin 11 saylı mənzilinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır.

6. Mənzil ilkin satış qiyməti 55000 manatla açıq hərraca çıxarılmışdır.

7. Təkrar hərracda 15%, sonra isə 25% aşağı qiymətlə, yəni 35062,5 manata mənzili i poteka saxlayan “xxxx” Kommersiya Bankı ASC almışdır.

8. İpoteka müqaviləsində ipoteka predmeti 55000 manat məbləğində qiymətləndirilsə də, həmin vaxt mənzilin real bazar qiyməti 70000 manat, hərrac keçirilərkən isə 80000 manat olmuşdur.

9. İpoteka müqaviləsinin bağlanması və mənzilin qiymətləndirilməsindən 4 il 6 aydan artıq vaxt keçmişdir. Bu müddətdə Sumqayıt şəhərində mənzillərin qiyməti bir neçə dəfə bahalaşmışdır.

10. Həmçinin iddiaçı 2015-ci ildə yaşadıqları ipotekada olan mənzili əsaslı, müasir standartlara uyğun yüksək zövqlə təmir etmiş və buna 10.000 manat pul sərf etmişdir.

11. Kredit götürən vaxt pula çox ehtiyacları və müqavilənin şərtlərini manatla yerinə yetirmək iqtidarında olduqlarına görə mənzilin dəyərindən çox aşağı qiymət barədə bankın təklifinə ciddi əhəmiyyət verməm işlər.

12. Hərrac keçirən orqanın müəyyən etdiyi ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti real bazar qiymətinə uyğun olmayıb.

13. Heç bir qiymətləndirici tərəfindən yaşayış evinə baxış keçirilməmişdir.

14. Bundan başqa, hərracın yekunları barədə protokoldan ilk hərracın nə üçün baş tutmaması, təkrar hərracda isə mənzilin ilkin satış qiymətindən 25%-dən az satılması aydın deyil.

15. Hazırda yaşadıqları mənzilin real bazar qiyməti ən azı 90.000 manatdır.

16. Hərrac nəticəsində iddiaçıya 39.937,5 manat zərər dəymişdir.

17. Hərrac keçirən təşkilat ipotekada olan mənzilə dair hərracın keçirilməsi barədə iddiaçının yaşadığı ünvana və Narxatın Nəsirovaya bildirişlər göndərməmişdir.

18. Hərracı keçirən təşkilat yuxarıda bildirişləri iddiaçıya qanunla müəyyən olunmuş qaydada göndərmədiy inə görə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərə təyin olunan hərraclardan iddiaçının xəbəri olmamışdır.

19. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 415.2, 416, “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 43 və 44-cü maddələrinə istinad etmişdir.,

20. Cavabdeh “X3 Mərkəzi" MMC-nin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilib, hərracın keçirilməsi barədə iddiaçıya bildirişlər göndərilib.

21. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, hərracla bağlı bütün prosedurlara əməl edilib.

22. Digər cavabdehlərin nümayəndələr birinci instansiya məhkəmsində iştirak etməmiş, iddiaya yazılı etiraz verməmişlər.

23. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-332/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməs i ilə iddia təmin edilməmişdir. (hakim Mədinə Bağırova)

24. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, “X3 Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhər üzrə icra idarəsinə, tələbkar “xxxx” ASC-yə, borclular İddiaçı, X4 və X5 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, 3992 №-li bildirişə əsasən İddiaçı və X1 mülkiyyətindəki Sumqayıt şəhəri, 18 mkr, ev 47, mənzil 11 olan əmlaka dair hərrac xx xxxxxxxx 2018-ci il tarixə, saat 11.00-a təyin olunmuşdur. Bildirişdə əmlakın satış qiyməti 46750 manat göstərilmişdir. Həmin bildirişə əlavə olunmuş “Mega Express” Məktub və bağlamaların daşınması Xidmətinin qeydinə əsasən borclulara göndərilən bildirişi X8 şəxsən qəbul etməklə imzalamışdır, lakin İddiaçı və X2 “Mega Express” Məktub və bağlamaların daşınması Xidmətinin qeydinə əsasən göndərilən b ildirişlər “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır.

25. Məhkəmə onu da müəyyən etmişdir ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, borclular hərracda iştirak etməmiş, bundan sonra ipoteka predmeti olan əmlak banka təklif olunmuş, «xxxx» KB ASC xx.xx.2018-ci il tarixdə əmlakı 35062.50 manata almış və həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-345 saylı protokol tərtib edilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, ipotekaqoyana məxsus mənzilin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçi rilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır.

27. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus ipoteka əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir.

28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 319.5, 415.2, 416, “İpoteka haqqında” Qanunun 41, 42, 43, 44-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

29. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, mənzil dəyərində aşağı qiymətə hərraca çıxarılıb və satılıb.

31. Məhkəmə sübutklara düzgün qiymət verməyib.

32. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4435/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-332/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)

33. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hərracların keçirilməsi ilə bağlı elanlar “Market” qəzetində dərc edilmiş, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, borclular hərracda iştirak etməmişlər.

34. Apelyasiya məhkəməsi hesab etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

35. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normlarını işin müəyyən edilmiş halına uyğun hesab etməklə yanaşı, əlavə olaraq “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin də lilləri

36. İddiaçı (vəkil Aöayev Namiq Qəzənfər oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, ipoteka predmeti dəyərindən aşağı qiymətə hərraca çıxarılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə cavabdehlərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Cavabddeh İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məluma t verilsə də, iş üzrə cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bil ər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti mü qavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçıs ı) hərracın keçirilməsi barədə sifarişi verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın veri ldiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiy i gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaq ədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər i

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

45. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

46. İddia tələbi hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədədir.

47. Hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin ləğv edi lməsi barədə iddia tələbi yalnız o halda təmin edilə bilər ki, hərrac Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydaları pozmaqla keçirilsin.

48. Hərracın keçirilməsi, eləcə də ipoteka predmetinin satışı ilə bağlı hərracın keçirilməsi qaydası Mülki Məcəllənin 415 və “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə nizama salınmışdır.

49. Məhz müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

50. İddiaçı hərracın qanunsuz olmasını hərrac barədə ona məlumat verilməməsi və əmlakın real dəyərindən aşağı qiymətə satılması ilə əsaslandırsa da, hazırda kassasiya şikayətində yalnız əmlakın real dəyərindən aşağı qiymətə satılmasını dəlil kimi irəli sürmüşdür. təşkil edir.

51. Əmlakın real dəyərindən aşağı qiymətə satılması ba rədə kassasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, ipoteka predmeti olan əmlak Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır. Həmin qətnamə ilə də ipoteka predmetinin hərracda ilkin satış qiyməti 55000 manat müəyyən edilmişdir.

52. İşin məhkəmlər tərəfindən müəyyən edilən halı da odur ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, borclular hərracda iştirak etməmiş, bundan sonra ipoteka predmeti olan mənzil daha aşağı qiymtlə banka təklif olunmuş, “xxxx” KB ASC xx.xx.2018-ci il tarixdə əmlakı 35062.50 manata almışdır. Həmin tarixdə “hərracın yekunları üzrə əmlakınalqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-345 saylı protokol tərtib edilmişdir.

53. İşi müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4435/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar