Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5165/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Reqres qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-93/2*22 nömrəli, 11 may 2*22-ci il tarixli qətnaməsindən cavabdehlər tər əfindən birgə verilmiş kassasiya şikayətinə 11 oktyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi Rayon Məhkəməsinin 1*.*1.2*17-ci il tarixli hökmü ilə, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 11 ay 28 gün, Cavabdeh2 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, barələrində CM-in 7*-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş cəza 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökmlə eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 özünə məxsus kafedən götürdüyü şişlə polis baş leytenantı X6 kürəkaltı nahiyəs indən, Cavabdeh2 isə kafedən götürdüyü maşa ilə X9 təpə və gicgah nahiyəsinə xəsarətlər yetirmişdir. 2. 13.*6.2*16-cı il tarixli 767 saylı məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, polis baş leytenantı X9 bədən səthində aşkar olunmuş xəsarətlər-təpə, gicgah nahiyələrinin hematomaları və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol kürəkaltı nahiyənin sıyrığı, sol saidin qançırı küt əşyanın təsirindən törənmişdir, dərəcələrinə görə ümumilikdə sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.
3. X4 qeyd olunan hadisə ilə əlaqədar xidmətə yararsız sayılmış və ona “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 19.4-cü maddəsinə və “Polis haqq ında” Qanunun 37-ci maddələrinə əsasən 4859* manat məbləğində kompensasiya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi RPİ 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı X9 *4.*6.2*16-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı baş vermiş hadisə nəticəsində xəsarət aldığı üçün, ona dövlət büdcəsinin vəsaiti hesabına Daxili İşlər Nazirliyi tərəfindən ödənilmiş 4859* manat məbləğində birdəfəlik kompensasiyanın təqsirli şəxslər Cavabdeh1 və Cavabdeh2 reqres qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, *4.*6.2*16-cı il tarixdə saat 2*.** radələrində Binəqədi RPİ 5-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı X2* əməliyyat qrupunun tərkibində Binəqədi rayonu, Yusifzadə küçəsində baş vermiş münaqişə barədə məlumat əsasında digər əməkdaşlarla birlikdə hadisə yerinə göndərilmişdir. Hadisə yerində polis əməkdaşları sanitariya qaydalarını pozduğuna görə sərxoş vəziyyətdə olan Cavabdeh1 Azərbaycan Respublikası İXM-nə əsasən inzibati xəta haqqında protokol tərtib edən zaman Cavabdeh1 polis kapitanı V.V.Vi təhqir edərək sifətinə şillə vurmuş, sonradan hadisə yerinə gələn PB-nin sahə inspektorlan və orada olan polis baş leytenantı X2 Heydərovu nizam-intizama dəvət etmişlər. YYYvə Cavabdeh2lar polisin qanuni tələbinə tab e olmayaraq kafedən götürdükləri şişlərlə polis baş leytenantı X6 kürəkaltı, təpə və gicgah nahiyəsinə xəsarətlər yetirmiş, həmçinin polis geyim forması olan köynəyini cıraraq xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişlər. Azərbaycan Respublikası DİN-in əməkdaşı polis baş leytenantı X13 4859* manat məbləğində Azərbaycan Respublikası DİN birdəfəlik kompensasiya ödəmişdir. Həmin məbləğ cavabdehlərdən tutulmalıdır.
6. Füzuli Rayon Məhkəməsinin 17 mart 2*21-ci il tarixli 2(*64)-731/2*21 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin təqsirli, hüquqa zidd hərəkətləri ilə əlaqədar Binəqə di RPİ 5-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı X9 aldığı xəsarətlər nəticəsində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin edilmiş və bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən YYYa 4859* manat məbləğində kompensasiya ödənilməsi sübuta yetirilmişdir. Sabiq polis əməkdaşı YYY xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət aldığı üçün ona dövlət büdcəsinin vəsaiti hesabına 48.59* manat məbləğində birdəfəlik müavinət ödənilmiş təqsirli şəxslərdən, yəni hazırkı iş üzrə cavabdehlərdən tutulmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1*96.1, 1*96.2, 1*97.1, 1113.1, 1115-ci maddələrinə, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə, “Məhkəmə və hüquq mühafizə orq anları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu 19.4-cü maddəsinə, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.*4.2***-ci il tarixli 73 nömrəli Qərarının 2.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavadehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin məhkəmə iclasında iştirakını qəsdən təmin etməmiş, süni maneələr yaratmışdır. Məhkəmə qətnamə qəbul edərkən e yni zamanda prosessual normalarla yanaşı maddi hüquq normalarını da pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və.s.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Hüquq normasının tələbindən göründüyü kimi şəxsin vurduğu zərərin əvəzinin ödənilməsi reqres hüququ yaradır. Bu baxımdan müəyyən edilməlidir ki, DİN cavabdehlərin *4.*6.2*16-cı il tarixdə vurduğu zərərinmi əvəzini ödəyibmi? Bunun üçün həmin tarixdə vurulmuş zərər (xəsarətlər) və YYYun əlil olmasına səbəb olmuş xidməti davam etdirməsinə mane olan xəstəliyi təhlil olunmalı, onlar (xəsarətlər-əlillik, xəstəlik-əlillik) arasında səbəbli əlaqə müəyyən edilməlidir. Lakin məhkəmə bu əlaqəni araşdırmadan, DİN-nin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsassız və qanunsuz olaraq “delikt törətmiş şəxs” və “zərər vurmuş şəxs” kimi qəbul etmişdir. YYYun əlilliyi ilə bağlı nəticənin hadisə zamanı alınmış xəsarətlərlə birbaşa səbəbli əlaqədə olması tibbi-sosial ekspert komissiyasının rəyi ilə müəyyən edilə bilməz. YYYda əlilliyə gətirib çıxaran xəstəlik daha öncədən mövcud olmuşdur. YYY barəsində verilmiş “51* №-li Xəstəlik haqqında şəhadətnamədən” görünür ki, o, DİN-nin 1 saylı poliklinikasında 12.*7.2**6-cı il tarixdən tibbi qeydiyyata alınmışdır. Onun şikayətləri baş ağrısı, baş gicəllənməsi, halsızlıq, ətrafında olan zəiflik, keyləşmə, yerişin çətinləşməsi, yaddaş zəifliyi, əsəbilik, tez-tez baş verən qıcolma tutmalarından olmuşdur. YYY 12.*8.2*15-19.*8.2*15-ci ildə DİN-in Respublika Hospitalında stasionar müalicədə olmuşdur. 25.*8.2*15-ci ildən “Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə “D” nəzarətindədir. *4.*6.2*16-cı il tarixdə xidməti vəzifəsini icra edərkən aldığı travmadan sonra *5.*6.2*16-17.*6.2*16-cı, *5.11.2*16-18.11.2*16-cı ildə stasionar müalicədə olmuş və diaqnoz: Asteno-nevrotik vəziyyət vegetativ əlamətlərlə. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ dərəcə. Sağ tərəfli pnevmaniyanın qalıq əlamətləri. Bronxit. Xroniki hepatoxolesistit. Xəstə sonrakı dövrlərdə də stsionar müalicədə olmuş 2*15-ci ildən başlayan eyni xarakterli xəstəliklərin d iaqnozu qoyulmuşdur. YYYa verilən sosial arayışdan görünür ki, o, 2-ci qrup əlildir, əlilliyi epilepsiya, tez-tez təkrarlanan (aydı azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsilə (G4*-G41.9) bağlıdır. Bu xəstəlik YYYda 2**6-cı ildən var idi. Belə olan halda *4.*6.2*16-cı ildə aldığı xəsarətlərlə onun əlilliyi arasında hər hansı bir səbəbli əlaqə görünmür. Bu səbədən YYYun xidməti işini davam etdirməsinə mane olan əlilliyinin yaranmasında hazırkı iş üzrə cavabdehlərin təqsiri müəyyən edilmir. Həmin əlilliklə hadisə zamanı aldığı xəsarətlərin səbəbli əlaqədə olmasına dair müvafiq ekspertiza keçirilməmişdir. Əgər hadisə zamanı alınmış xəsarətlərlə əlillikdən ibarət olan nəticə arasında ekspert rəyi ilə səbəbli əlaqə müəyyən edilərsə cavabdehlər reqres tələb üzr ə təqsirli ola bilər. Cavabdehin YYYa vurduğu zərər hökm üzrə yüngül xəsarətlərdən ibarətdir. İddiaçı DİN YYYa həmin yüngül xəsarətlərə görə kompensasiya ödəməyib, kompensasiyanı YYYun uzun illər xəstəliyi nəticəsində epilepsiya, tez-tez təkrarlanan tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə müşayiət olunan əlilliyinə görə ödəyiblər. Hadisə nəticəsində YYYun aldığı yüngül xəsarətlər epilepsiya və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsinə səbəb ola biləcək xəsarətlər deyil. Sənədlər göstərir ki, epilepsiya xəstəliyi YYYda 2**6-cı ildən vardır. Lakin iddiaçı tərəf, eləcə də X24 vəsaitini kompensasiya adı ilə almış, əlilliyə səbəb olmayan xəstəliyi ilə bağlı əlilliyi yenə saxtakarcasına *4.*6.2*16-cı il tarixdə baş vermiş hadisəyə bağlamağa çalışmışlar, guya bu ə lillik faktı *4.*6.2*16-cı ildə baş vermiş hadisəyə - YYYun yüngül xəsarət almasına bağlıdır. Bu hərəkətlər ilk növbədə saxta əlillik, bununla Dövlət Vəsaitinin mənimsənilməsi, sonra həmin məbləğin məcburi köçkün olan vətəndaşlardan tutulması ilə bağlı qeyr-hüquqi əməllərdir. iddiaçı təşkilatın məcburi köçkün Cavabdeh1 və Cavabdeh2 qarşı qərəzli münasibəti həmçinin onunla təsdiq olunur ki, *4.*6.2*16-cı ildə baş vermiş hadisədə 3 nəfər məhkum olunub. Lakin DİN iddianı 2 nəfərə qarşı irəli sürərək kompensasiyanın 3 nəfərin deyil, 2 nəfərin üzərinə qoyulmasını tələb etmişdir ki, bu da çıxarılmış qanunsuz qətnamə ilə hazırki cavabdehlərin-məcburi köçkünlərin üzərinə daha da ağır əsassız maddi öhdəlik qoyulması ilə nəticələnmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-9 3/2*22 nömrəli, 11 may 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Zeynal Zeynalov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X13 İİ qrup əlillik verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 2*.12.2*17-ci il tarixli qərarı qüvvədə olduğundan və qeyd edilən qərara əsasən X15 İİ qrup əlilliyin verilməsinə səbəb məhz baş vermiş hadisə səbəb olduğundan apellyasiya şikayətinin dəlilləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi nəticəsinə gəlmək mümkün deyil. Ona görə də iddia tələ binin təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur.
13. Apellyasiya şikayətinin dəlili kimi cavabdehlər göstərmişlər ki, *4.*6.2*16-cı ildə baş vermiş hadisə ilə əlaqədar üç nəfər şəxs məhkum olunsa da, Daxili İşlər Nazirliyi tərəfindən yalnız onlara qarşı iddia qaldırılmış, digər şəxsə qarşı iddia qaldırılmamışdır.
14. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki işin materiallarında olan Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin 1* yanvar 2*17-ci il tarixli hökmünün surətindən görünür ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 başqa X16 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ona görə cəlb edilmişdir ki, o, *4 iyun 2*16-cı il tarixdə saat 2* radələrində ünvan 1 ünvanında yerləşən ət mağazasının qarşısında Cavabdeh1 Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat qrupunun üzvləri-Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı X17, sahə inspektoru X14 və əməliyyat müvəkkili X2* tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət edilən zaman alkoqol sərxoşluq vəziyyətində X5 bazunun yumşaq toxumasının sıyrılmış yarası və qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər, X7 bazu nahiyyəsinin qançırı, sol saidin yumşaq toxumasının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, həmçinin D.Zamanova məxsus xidməti geyim forması hesab olunan köynəyi cıraraq xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir.
15. Hazırkı iş üzrə cavabdehlərin ap ellyasiya şikayətində göstərdikləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş vermiş hadisədə iştirak etmiş X11 qarşı iddia qaldırmamasının səbəbi R.Hüseynovun DİN tərəfindən kompensasiya ödənilmiş X13 qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verməməsi olmuşdur. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 1* yanvar 2*17-ci il tarixli hökmünün surətindən görünür ki, X3 Rəşad Murad oğluna qarşı hər hansı bir qanunsuz hərəkətə yol verməmiş, o digər polis işçilərinə qarşı qanunsuz hərəkətlərə yol vermişdir ki, həmin polis işçilərinə də hazırkı hadisə ilə bağlı heç bir kompensasiya ödənilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, təl əbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1*96.1, 1*96.2, 1*97.1, 1113.1, 1115-ci maddələrinə, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu 19.4-cü maddəsinə, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.*4.2***-ci il tarixli 73 nömrəli Qərarının 2.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehlər (Vəkil) birgə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Hazırki işdə reqres tələbin məbləğinin həqiqətən də 4859* manat təşkil etməsi qanuna uyğun müəyyənləşdirlməyib. Qanunvericiliyin tələblərinə əsasən, polis əməkdaşının aldığı xəsarətə görə Azərbaycan Respublikasının müvafiq i cra hakimiyyəti orqanı - Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir. Nazirlər Kabinetinin qərarına əsasən iddianın əsasında dayanan hallarla bağlı polis əməkdaşının kompensasiya məbləği - onun aylıq təminat xərclərinin əlli misli miqdarında müəyyən edilməlidir. İş materillarında YYYun aylıq təminatının 97* manat təşkil etməsinə dair məhkəməyə sübut verilməyib. DİN tərəfindən nə üçün, hansı əsaslarla YYYa 4859* manat ödənilib, həmin məbləğ qanunla müəyyənləşdirilmiş məbləğdirmi, yaxud şişirdilmiş məbləğdir, əgər məbləğ düzgün müəyyən ediliməyibsə, artıq ödənilibsə, cavabdehlər artıq ödənişə görə nə üçün pul ödəməlidirlər, Ona görə də ödənilməli kompensasiyanın 4859* manat təşkil etməsi ilə bağlı hallar araşdırılmalı, iddiaçı bu halı sübut etməlidi r, reqres tələbin araşdırılmayan bu hissəsi araşdırılmalıdır.
20. Azərbaycan Respublikası mülki qanunvericiliyinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iddia müddətləri ilə bağlı sonqQərarına əsasən iddia müddəti keçmiş iddia tələblərinə müddət tətbiq olunmalı, iddia müddətinə, artıq kəsici müddət kimi yanaşılır. Hesab edilir ki, iddia müddəti keçibsə iddia tələbinə tətbiq edilməli və iddia rədd edilməlidir. Hazırki işə üzrə hadisə *4.*6.2*16-cı il tarixdə baş verib, DİN YYYa 4859* manat pulu 12.*6.2*19-cu il tarixdə ödədiyini bildirir. İddia ərizəsi 2*2*-ci ilin avqust ayında verilib, bu da hadisədən 4 il, pul ödənişindən 1 il sonraya təsadüf edir. Ona görə də hazırki işdə iddia müddəti keçmişdir, odur ki, iddia bu əsasla da rədd edilməli idi, bu məsələyə də düzgün h üquqi qiymət verilməli idi.
21. Bundan başqa, hazırki işdə Cavabdeh1 və Cavabdeh2 DİN tərəfindən YYYa ödənilmiş kompensasiyanın ödənilməsinə əsas olmuş DİN-nin Tibb İdarəsinin 51* N-li şəhadətnaməsinin 12-ci bəndini Bakı İnzibati Məhkəməsində mübahisələndirir, hazırki iş həmin inzibati mübahisə üzrə işin həllindən asılıdır. Ona görə də hazırki iş üzrə icraat inzibati mübahisə həll edilənə kimi dayandırılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 19.4. Xidməti vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidməti davam etdirməsinə imkan verməyən dərəc ədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərə onların orta əmək haqqı məbləğinin əlli misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. “Polis haqqında” Azərbaycan Respublikası Qanunu
24. Maddə
37. Polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiri lmiş qaydada və həcmdə kompensasiya verilir. Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.*4.2***-ci il tarixli 73 nömrəli Qərarı
25. Maddə 2.3. Xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola b ilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütöv lükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələnndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, baxılan iddianın maddi hüquqi əsasını “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanunun 19.4-cü maddəsi təşkil edir və işə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu müddəalar əsasında təhlil edərək i ddianı təmin etmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəricə və əsaslandırma ilə razılaşır.
40. X1 ödənilmiş kompensasiya məbləğinin (4859* manatın) düzgün hesablandığının yoxlanmaması ilə bağlı dəlilləri araşdırılmır. Çünki bundan əvvəl cavabdehlər bu barədə dəlillər irəli sürməmiş, həmin məbləği mübahisələndirməmişdir.
41. Kassatorun kəsici iddia müddətlərinə istinadən irəli sürdüyü dəlillər açıq-aşkar əsassızdır. Kassasiya şikayətində kassatorun verilmiş iddia üzrə məhz hansı müddətin tətbiq edilməli olması göstərilməyib və əsaslandırılmayıb.
42. Zərərin ödənilməsi üzrə iddia müddətləri Mülki Məcəllənin iddia müddətlərindən bəhs edən 373-cü maddəsində müəyyən edilmiş 1* illik ümumi iddia müddətlərinə aiddir və kəsici müddət deyildir.
43. İş üzrə ic raatın dayandırılması ilə bağlı kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 1*.*3.2*22-ci il tarixli qərardadı ilə Cavabdeh1 və Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası DİN Tibb İdarəsinə qarşı YYY barəsində tərtib olunmuş 51* nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin 12-ci bəndinin YYYun əlilliyə səbəb olan xəstəliyinin “*4.*6.2*16-cı il tarixdə aldığı xəsarətlərlə bağlı olması – Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmış” hissəsində etibarsız sayılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin 18.*7.2*22-ci il tarixli, 2- 1(1*3)-2379/2*22-**2 sayı qərarı ilə təmin edilməmişdir. Mülki iş materiallarına bu qərardan kassasiya şikayəti verilmə si barədə sübut əlavə olunmamışdır.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-93/2*22 nömrəli, 11 may 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.