Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5167/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı2 vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13242/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-2 051/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim G.İ.Əhmədova) İddiaçı1 və digərlərinin (cəmi 4 nəfər) cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müraciətlərinə qanunla nəzərdə müddətdə rəsmi qaydada cavab verilməsi, borclular barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi (əmlaklarının olub-olmamasının müəyyən edilməsi, mənzildən məcburi qaydada çıxarılmaları, mənzilə köçürülmələri, ölkədən girişçıxışlarına məhdudiyyətin qoyulması, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələrinə dair məhkəməyə təqdimat verilməsi) və qətnamənin dərhal icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilib. İddiaçılar qətnamədən apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx xx 2019-cu il tarixli, 2(103)13242/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçılar ayrıayrılıqda qətnamədən kasasiya şikayətləri veriblər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müraciətlərinə qanunla nəzərdə müddətdə rəsmi qaydada cavab verilməsi, borclular barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi (əmlaklarının olub-olmamasının müəyyən edilməsi, mənzildən məcburi qaydada çıxarılmaları, mənzilə köçürülmələri, ölkədən giriş-çıxışlarına məhdudiyyətin qoyulması, in zibati və cinayət məsuliyyətinə cəlb edilmələrinə dair məhkəməyə təqdimat verilməsi) və qətnamənin dərhal icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçılar eyni məzmunlu kasasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Eyni məzmunlu kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərin ə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı2 vəkili Azər Rəsulov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı3, vəkili Nemət Kərimli, İddiaçı2, İddiaçı4, vəkili Vasif İsrafilov, İddiaçı1 və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı2 vəkili Azər Rəsulovun izahatını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və pros essual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh tərəfindən icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq icraata başlanması haqqında qərar qəbul edilib və tələbin könüllü icrası barədə borclu şəxlərə bildiriş göndərilib. İcra sənədinin icrasının gecikməsinin səbəbləri icra sənədi üzrə borclu şəxslərin məcburi köçkün olması, hazırda həmin şəxslərin başqa yaşayış sahəsi ilə təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi və buna müvafiq olaraq dövlət orqanı tərəfindən onların başqa yaşayış sahəsi ilə təmin edilənədək, icra sənədi üzrə icraatın dayandırılmasının xahiş olunması olub. İddiaçılar cavabdehin hərəkəti və hərəkətsizliyi nəticəsində hüquq və mənafelərinin pozulduğunu iddia etsələr də, bu halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyiblər. Bununla da, iddiaçıların hüquq və mənafelərininin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulması, həmçinin sonuncunun qanunsuz hərəkəti və hərəkətsizliyi ilə iddiaçıların hüquqlarının pozulması arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri mülki iş materialları ilə sübuta yetmir. İddia tələbinin iddiaçıların müraciətlərinə qanunla müəyyən edilmiş m üddətdə baxılmamasına gəlincə isə, həmin tələb törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu tələb də rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni və hüquqi mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 8.1, 8.2, 12 və 87.2-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Qaradağ rayon x x xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tələbkar İddiaçı1 və digərlərinin borclu X1 və digərlərinə qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” barədə iddiası təmin edilərək, borclular Solmaz Bəylərova, Venera Quliyeva, Gülnar Sadayzadə, Saday Sadayzadə və Nuray Sadayzadənin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 32 saylı evin 62 saylı mənzilindən çıxarılmaları və tələbkar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 sözügedən mənzilə köçürülmələri qət edilib. Eyni zamanda, qanuni qüvvəyə minmiş qeyd olunan qətnamə ilə müəyyən olunur ki, xx xxxx 1990-cu il tarixli orderə əsasən sözügedən mənzil üç nəfər ailə üzvləri ilə birlikdə tələbkar İddiaçı1 verilib, lakin həmin mənzildə beş nəfər ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün düşmüş Solmaz Bəylə rova məskunlaşdığı üçün tələbkar İddiaçı1 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçə bilməmişdir. Həmçinin, işə əlavə edilmiş sözügedən qətnamə üzrə icra məmurunun “icraata başlanması haqqında” xx xxxx 2019-cu il tarixli Qərarının surətindən görünür ki, həmin Qərarla icra sənədi üzrə icraata başlanılaraq, borclu Solmaz Bəylərovaya və digərlərinə icra sənədini 10 gün müddətində könüllü icra etmələri üsün vaxt verilib. İcra sənədini könüllü icra etmədikdə borclular barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borclulardan tutulması; icra sənədinin icrasını təmin etmək məqsədilə borcluların əmlakının siyahıya alınaraq onların üzərinə həbsin qoyulması qərara alınıb. Hazırda iddiaçılar, sözügedən qətnaməni qanunl a müəyyən edilmiş müddətdə icra etmədiyi üçün icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsini, müraciətlərinə qanunla nəzərdə müddətdə rəsmi qaydada cavab verilməsini, borclular barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini (əmlaklarının olub-olmamasının müəyyən edilməsini, mənzildən məcburi qaydada çıxarılmalarını, mənzilə köçürülmələrini, borcluların ölkədən giriş-çıxışlarına məhdudiyyətin qoyulmasını, onların inzibati və cinayət məsuliyyətinə cəlb edilmələrinə dair məhkəməyə təqdimat verilməsini) və qətnamənin dərhal icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia edirlər. Cavabdeh isə, icra sənədinin icrası ilə bağlı qanunla müəyyən edilmiş müddətdə müvafiq məcburi icra tədbirləri gördüyünü, lakin borclular erməni işğalı nəticəsində Laçın rayonunda n məcburi köçkün düşdüklərindən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlar müvafiq yaşayış sahəsi ilə təmin edilmədikləri üçün icra sənədinin icra olunmadığını göstərib, iddiaya etiraz edir. Əvvəla, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2 və 15.3-cü maddələrinin mənasına görə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi...bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 43 və 44-cü maddələrində məcburi icra tədbirləri və onların tətbiqinin əsasları müəyyən edilib göstərilib və Qanunun 44.1, 44.1.1, 44.1.2 və 44.1.3-cü maddələrində göstərilir ki, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi və sair məcburi icra tədbirlərinin əsasları hesab edilir. Apelyasiya instansiyası məhkəməsi, sadalanan maddəl ərin tələblərini pozaraq, dövlətin adından çıxarılan və icrası məcburi olan sözügedən qətnamənin xx xxxx 2019-cu il tarixdən ötən 4 ay müddət ərzində icra olunmamasının səbəblərini, habelə həmin müddət ərzində icra məmuru tərəfindən qanunla müəyyən edilmiş məcburi icra tədbirlərinin görülüb-görülməməsini tam, hərtərəfli və obyektiv araşdırmadan, icra məmuru tərəfindən könüllü icra üçün borclulara verilmiş müddətdən kifayət qədər keçməsini nəzərə almadan, zərurət yarandığı halda icra işini məhkəməyə təqdim etməyi cavabdehə təklif edib icra işinə baxış keçirmədən, yalnız icra məmuru tərəfindən tələbin könüllü icrası barədə borclu şəxlərə bildirişin göndərilməsini, onların məcburi köçkün olmalarını, həmin şəxslərin başqa yaşayış sahəsi ilə təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini və müvafiq icra hakimiyyəti orqanı tərəfindən borcuların başqa yaşayış sahəsi ilə təmin edilmələrinədək icra sənədi üzrə icraatın dayandırılmasının xahiş olunmasını əsas tutub, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun icra sənədi üzrə “icraatın dayandırılmasının məcburiliyini” tənzimləyən 17.1-17.1.10-cu maddələrində, eləcə də “icraatın dayandırılmasının mümkün olduğu halları” tənzimləyən 18.1-18.1.5-ci maddələrində borclunun məcburi köçkün olması halı, icra sənədi üzrə icraatın dayandırılması üçün əsas kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən, kasasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələblərinə əsaslanaraq hesab edir ki, hazırki halda borcluların məcburi köçkün olmaları dövlətin adından çıxa rılan və icrası məcburi olan məhkəmə qətnaməsinin məcburi icra olunmasına mane ola bilməz. İşə baxan məhkəmələr iddianı rədd etməklə əslində iddiaçıların mənzilə olan mülkiyyət hüquqlarını pozmuşdur. Çünki qüvvədə olan qanunvericiliyə görə iddiaçılar borclular qarşısında onları digər yaşayış sahəsi ilə təmin etmək öhdəliyi daşımır və bu öhdəliyi ilk növbədə borcluları vaxtında erməni işğalından qoruya bilməyən dövlət, eyni zamanda işğalı bilavasitə həyata keçirən Ermənistan Respublikası daşıyır. Oxşar hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndindəki mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyət lə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət” kimi qiymətləndirilə bilər. Belə olan halda, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun, 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət”in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Çünki, ərizəçi mənzilin kirayəçisi kimi tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir. Halbuki, milli qanunvericilik bu cür sahiblik faktını qanunsuz elan edir. Belə olan halda, tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə daş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun, 1-ci maddəsinin 1-ci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. 1 saylı Protokolun, 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o, halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Göründüyü kimi mübahisəli mənzilin xx xxxx 1990-cu il tarixdən qanuni əsaslarla iddiaçılara məxsus olması, lakin həmin mənzildə Laçin rayonundan məcburi köçkün düşmüş borclular məskunlaşdıqları üçün onların həmin evə köçə bilməmələri və icra məmurunun ötən müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini hər hansı əsas olmadan icra etməməklə tələbkarların hüquq və mənafelərini pozması mülki iş materialları ilə istisna edilmir. Ona görə də cavabdehin iddiaçıların hüquq və mənafelərini pozan hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməməsi, cavabdehin hərəkəti və hərəkətsizliyi ilə iddiaçıların hüquqlarının pozulması arasında səbəbli əlaqənin olmaması və cavabdehin təqsirinin sübuta yetməməsi, eləcə də iddiaçıların müraciətlərinə qanunla müəyyən edilmiş müddətdə cavabdehin cavab verməməsi barədə iddia tələbinin törəmə tələb olmasına dair işin halları barədə apelyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə ilə də razılaşmaq olmaz. Belə ki, mülki prosessual qanunvericilikdə ümumiyyətlə əsas və törəmə tələb anlayışları yoxdur, qeyd olunan iddia tələblərinin bir hissəsinin rədd olunması, digər hissəsinin təmin olunmasını istisna etmir və MPM-nin 218.1 və 218.3-cü maddələrinin mənasına görə, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi bütün tələblər üzrə qərar qəbul etməyə borcludur. Daha sonra, işdən görünür ki, iddiaçılar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra məmuru tərəfindən icra edilməməsindən, bir sözlə icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətlənirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsində göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya bor clu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən, sadalanan maddələrin tələbləri baxımından hazırki işin aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul edibetməməsi məsələsinə də hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilm əlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13242/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5167/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5167/2020
10.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver