Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5171/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5171/20 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı-nin direktoru X3 və onun vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5035/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh2 1470 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları, məbləğində (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) pulun tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən İddiaçı-dən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədilə aviabiletlər sifariş verilmişdir. Eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel otaqları sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerləri vaxtında təqdim etmişdir. Lakin, İddiaçı cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.İcra olunmuş sifarişlərə görə İddiaçı tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hərhansısa çətinlik yaratmamışdır. Lakin, cavabdehlər tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmış dır. Qeyd edilməsi zəruridir ki, cavabdehlər tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi onların qanunla qorunan hüquqlarının pozulmasına və bununla da, maddi ziyanın dəyməsinə səbəb olur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-838/2020) iddia ərizəsi təmin edilərək, Cavabdeh1 6555 (altı min beş yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 4170 (dörd min yüz yetmiş) ABŞ dolları, Cavabdeh2 1470 (min dörd yüz yetmiş) ABŞ dollar, Cavabdeh4 6245 (altı min iki yüz qırx beş) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, İddiaçı-yə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müə yyən etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxsin Dövlət Qeydiyyatı Şəhadətnaməsinə görə, hüquqi şəxs "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxxx 2006-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı-nin Nizamnaməsinin 8-ci bəndinə görə, Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətinin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmini, Cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və Cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına Cəmiyyətin, Cəmiyyətin işçilərinin və təsisçilərinin İqtisadi maraqlarının təmin etməkdən ibarətdir. Həmin Nizamnaməyə görə, Cəmiyyət xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə y alnız bu cür icazənin (lisenziyanın) alınmasından sonra məşğul ola bilər. Uyğunluq Sertifakatına görə, "xxxx" MMC Azərbaycan Respublikasında «Hava nəqliyyatında sərnişin daşımalarının satışı və bronlaşdırılması üzrə fəaliyyət göstərən agentliklərin sertifikatlaşdırılması haqqında» Əsasnamənin tələblərinə cavab verir və havadaşımalarının bronlaşdırılması və satışını həyata keçirmək səlahiyyətinə malikdir. Bu sertifikat başqasına verilə bilməz və xx xxxx 2017-ci ilədək etibarlıdır. İddiaçı-nin çıxarışlarına görə, 2016-2017-ci illər üzrə göstərilən xidmətlərin ümumi dəyəri Cavabdeh1 görə 6555 ABŞ dolları, Cavabdeh4 görə 6245 ABŞ dolları, X2 görə 4170 ABŞ dolları, Cavabdeh2 görə 1470 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tə tbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödəmilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtd a və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kredito run etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəliklərini tam yerinə yetirmiş, buna baxmayaraq cavabdehlər göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməmişdir. Odur ki, iddiaçı onun tərəfindən göstərilən xidmətlərin pulun cavabdehlərdən tutulması tələbində haqlıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev, iş № 2(103)-5035/2020 ) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-838/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 6555 (altı min beş yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 4170 (dörd min yüz yetmiş) ABŞ dolları, Cavabdeh4 6245 (altı min iki yüz qırx beş) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, İddiaçı-yə ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunmuş, qətnamə qalan hissədə -Cavabdeh2 1470 (min dörd yüz yetmiş) ABŞ dollar məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, İddiaçı-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi iddia tələbinin əsasları, habelə bu əsaslara istina d edən birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının tətbiqində səhvə yol verilməklə, işin hallarına uyğun deyildir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə nin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405-ci maddəsinə uyğun olaraq tərəflər müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılığa gəlməlidirlər. Müqavilənin tələb olunan formaları isə Mülki Mə cəllənin 406-cı maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlərin bağlanması üçün formalar Mülki Məcəllənin 329-cu maddəsində göstərilmişdir. Mülki Məcəllə ilə müəyyən edilmiş formalar, belə formalar müəyyən edilmədikdə isə tərəflərin qarşılıqlı razılığı ilə şərtləşdirilmiş formaya riayət edilməlidir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələri). Şifahi müqavilə onu bağlamaq iradəsi şəxsin rəftarından məlum olduqda bağlanmş hesab olunur. Yazılı müqavilə isə onun məzmununu ifadə edən onu bağlayan şəxslər tərəfindən imzalanmış sən ədin tərtibi ilə bağlanır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır Mülki Məcəllənin 862.1-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Qeyd edilən maddədən müəyyən olunur ki, turist xidmətlərinin göstərilməsi zamanı tərəflər arasında öhdəlik yaranması üçün müqavilə bağlanmalıdır. Ancaq qeyd edilən müqavilənin formasına dair, yəni yazılı və ya şifahi bağlanmasına Məcəllədə heç nə deyilmir. Lakin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 9. 1-ci maddəsinə əsasən Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində turizmin anlayışı verilmişdir. Həmin normaya görə turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir. (səyah ətləri); tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan forması; turizm yollayışı - ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd; Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlərlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia edir, lakin bunu təsdiq edən yazılı müqaviləni nə 1-ci instansiya məhkəməsinə, nə də apelyasıya baxışı zamanı təqdim etməmişdir. Halbuki, iddiaçı tələbini cavabdehlərə turizm xidməti göstərməsi ilə əsaslandırır, cavabdehlər isə belə xidmətlə bağlı iddiaçı ilə yazılı razılaşma olmadığını mübahisələndirirlər, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsi nə əsasən isə Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirak çılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, cavabdehlərə turizm xidmətlərinin göstərilməsi iş materialarında olan sübutlarla eyni zamanda cavabdehlərin vəkillərinn aşağı instansiya məhkəməsində vermiş olduqları ifadələrlə təsdiq edilmişdir. Turizm xidmətlərindən istifadə etdiklərini heç vaxt inkar etməmişlər. Həmçinin aviaşirkətlərdən tərəflərindən əldə edilmiş sorğuların cavabı o laraq əldə edilmiş məktublar da bir daha təsdiq edir ki, həqiqətən cavabdehlər həmin turizm xidmətlərindən istifadə etmişlər. Cavabdehlərin hər birinə hər uçuşa görə elektron bilet verilmişdir. «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2007-ci il tarixli 94 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, adi bilet (sərnişin bileti və baqaj qəbzi)- vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşıması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet- daşıycının kompyuter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqudur. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir. Hər bir cavabdehə hər uçuşa görə verilmiş elektron bilet artıq onlar arasında müqavilənin bağlanması hesab olunur ki, bu da tərəflər arasında öhdəliklərin yaranmasına səbəb olmuşdur. Apelyasiya məhkəməsi elektron bileti müqavilə saymayaraq, həmçinin cavabdehlərin iddiaçı tərəfindən təşkil edilmiş turizm xidmətlərindən istifadə etdiklərini həm yazılı, eyni zamanda şifahi formada təsdiq etməklərini, bununla yanaşı aviaşirkətlə rdən alınmış rəsmi məktubları nəzərə almamışdır. Cavabdehlər göstərilmiş turizm xidmətinə görə heç bir ödəniş etməmişlər. Bununla bağlı da aşağı instansiya məhkəmələrində heç bir sübut təqdim edilməmişdir. Hətta birinci instansiya məhkəməsində cavabdehlərin vəkili pulu onların çalışdıqları şirkətin hesabından İddiaçı-nin bank hesabına vurduqlarını bildirmişdir. Lakin bununla bağlı yenə də heç bir sübut təqdim edilməmişdir. Apelyasiya şikayətində isə həmin ifadəyə zidd olaraq pulu şirkətin direktoru olan Fərhada verdiklərini bildirimişlər. Bu kimi təzadlı ifadələr cavabdehlərin pulu ödəmədiklərini və özlərini müdafiə üçün yalan ifadə verdiklərini bir daha təsdiq etmiş olur. Cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətində qeyd olunan arqumentləri təkzib edən əlavə sübutları apelyasiya instansiya məhkəməsinə təqdim etsə də məhkəmə həmin sübutları qəbul etməkdən imtina etmişdir. Halbuki həmin sübutlar, yəni pretenziya məktubları, eyni zamanda cavabdehlərə olan səs yazısı bir daha sübut edir ki, cavabdehlərlə iddiaçı arasında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yaranmış və onlara göstərilmiş turizm xidmətlərinə görə ödəniş etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tar ixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətləri əsasında icraat başlanmış və məhz onlara münasibətdə iddianın təmin olunmuş hissəsi ləğv olunaraq iddia rədd olunmuşdur. Digər cavabdeh apelyasiya şikayəti verməmiş və ona münasibətdə apelyasiya icraatı başlanılmamış və lakin həmin cavabdehə münasibətdə birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Belə olan halda kassasiya şikayəti apelyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğvinə yönəlmiş olsa da, hazırkı kassasiya baxışının həddi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı irəli sürülmüş tələblərin yoxlanması ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5035/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi - «Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-838/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 6555 (altı min beş yüz əlli beş) ABŞ dolları, Cavabdeh3 4170 (dörd min yüz yetmiş) ABŞ dolları, Cavabdeh4 6245 (altı min iki yüz qırx beş) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, İddiaçı-yə ödənilməsi hissəsində ləğv olunması, iddianın həmin hissədə və cavabdeh lər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunması» hissəsində ləğv edilməli və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı iddia ərizəsində iddia edərək göstərmişdir ki, ”cavabdehlər tərəfindən İddiaçı-dən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədilə aviabiletlər sifariş verilmişdir. Eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel ota qları sifariş verilmişdir. İddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerləri vaxtında təqdim etmişdir.” Göründüyü kimi, iddiaçı iddia ərizəsində sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirdiyini və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və hətta otel vauçerlərini də vaxtında təqdim etdiyini iddia edir. Beləliklə də iddiaçı cavabdehlərlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia edir, lakin bunu təsdiq edən yazılı müqaviləni nə 1-ci instansiya məhkəməsinə, nə də apelyasıya baxışı zamanı təqdim etməmişdir. Halbuki, iddiaçı tələbini cavabdehlərə turizm xidməti göstərməsi ilə əsaslandırır, cavabdehlə r isə belə xidmətlə bağlı iddiaçı ilə yazılı razılaşma olmadığını mübahisələndirirlər, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən isə Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli olan hallar tərəflər arasında turizm xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlərin yaranıbyaranmaması və münasibətlər yaranmışdırsa edilmiş xidmətlərin dəyərinin ödənilməsinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaç ının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 862.1-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilm əlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddiaçı tərəf cavabdehlərin adına yazılmış çoxsaylı elektron aviabiletlər, xidmət vauçerləri təqdim edir və bununla yanaşı müvafiq avia şirkətdən bəzi aviabiletlərin cavabdehlər tərəfindən istifadə edilməsini təsdiq edən məktuba istinad edir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh4 Həmid oğlu tərəfindən (nümayəndələri və vəkili tərəfindən imzalanmış) birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazdan görünür ki, İddiaçı ilə aramızda MMC-in bizə sonradan haqqını ödəmək şərti ilə hər hansı nisyə aviabiletlər almaq, xarici ölkələrə səfər etmək üçün vizalar təşkil etmək və gecələmək üçün hotellərdə yerlər kirayələmək barədə müqavilələr yoxdur. Biz həmin Cəmiyyətin xidmətlərindən istifadə etmişik, lakin qabaqcadan bütün sifarişlərin dəyəri tərəfimizdən ödənilmişdir. İddiaçı-in guya bizə nisyə xidmət göstərməsi və bu barədə aramızda müqavilə olması barədə dəlillər əsassızdır». «… Onlar tərəfindən İddiaçı-yə hər hansı zərər vurulmamışdır, göstərilən bütün xidmətlərin haqqı qabaqcadan ödənilmişdir» Cavabdehlərdən X5, Cavabdeh4, Cavabdeh3 apelyasiya şikayətlərində göstərmişlər ki, «… həqiqətən də xaricə səfər etmişəm, ancaq bu səfərlər id dia ərizəsində qeyd edilən 2016-2017-ci illərdə deyil, 2019-cu ilin birinci yarısında olmuşdur. Eyni zamanda bildirilmişdir ki, hazırkı iddiaçı olan İddiaçı-in tanımamışam, hüquqi şəxs olaraq ona müraciət etməmişəm və aramızda nisyə xidmət barədə hər hansı bir formada razılaşma olmamışdır. Bilet və digər məqsədlər üçün zəruri olan sənədlər və ödəniş nağd olaraq bilet satışı ilə məşğul olan Fərhad adlı şəxsə verilmiş və onun vasitəsi ilə adıma elektron bilet rəsmləşdirilmişdir. Həmin vaxtdan ötən müddət ərzində Fərhadla aramızda ödənişin edilməməsi ilə bağlı hər hansı formada danışığımız olmamışdır. Əgər həqiqətən də biletin və digər xidmətlərin pulu ödənilməmiş olsaydı bu müddət ərzində Fərhad mənim mobil telefonuma zəng edərdi və ya onda olan ünvanıma ödənişlə bağlı yazılı müraciət edər di. » Göründüyü kimi cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda və müvafiq apelyasiya şikayətlərində fərqli mövqeydən çıxış etmələri aşkar olaraq müəyyən olunur, etirazı imzalamış cavabdehlər birinci instansiya məhkəməsində qəbul edirlər ki, onların iddiaçı olan hüquqi şəxslə xidmət göstərilməsi ilə bağlı münasibətlər olmuş və edilmiş xidmətlərin əvəzi ödənilmişdir. Lakin apelyasiya şikayətlərində isə hər üç cavabdeh hüquqi şəxslə onlar arasında hər hansı müqavilə münasibətlərinin olmamasını qeyd edirlər, hüquqi şəxsin təsisçisi olan Fərhadla münasibətlərinin olmasını qeyd edərək edilmiş xidmətlərin dəyərinin həmin şəxsə ödənilməsini qeyd etmişlər. Bu halda apelyasiya instansiya məhkəməsi yaranmış ziddiyyətlərin aydınlaşdırılması üçün adı çəkilən və cavab dehlər tərəfindən hüquqi şəxsin təsisçisi kimi göstərilən Fərhad adlı şəxsin şəxsiyyətini müəyyən edərək onun prosesə tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edərək anlaşılmazlığın aradan qaldırılmasını təmin etməli idi. Digər bir hal isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin mövqeyindən fərqli olaraq apelyasiya instansiya məhkəməsi tərəflər arasında xidmətlə bağlı münasibətlərin yaranmaması və iddiaçı tərəfindən belə sübutların təqdim olunmamasına istinad edərək iddianın hazırkı cavabdehlərə münasibətdə rədd olunması nəticəsinə gəlmşdir. Lakin həmin halda cavabdehlərin iş materiallarında olan etiraz və apelyasiya şikayətlərində olan mövqelərinə diqqət yetirilməmişdir. Belə ki, hər bir halda cavabdehlər onlara turizmi xidmətlərinin göstərilməsini qəbul edirlər. İşin digər bir əhəmiyyətli halı isə ondan ibarətdir ki, cavabdehlər iddiaçının sadaladığı xidmətlərin hər hansı bir hissəsini istisna olaraq qeyd etmirlər. Azından onların bununla bağlı hər hansı etirazları mövcud deyildir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, cavabdehlərə turizmi xidmətləri göstərilmişdir. Bu halda isə digər müəyyən edilməli olan hal xidmətin hüquqi şəxs və ya onun təsisçisi olaraq adı çəkilən şəxs tərəfindən göstərilməsinin müəyyən olunması ilə bağlı olmalıdır. Lakin apelyasiya məhkəməsi göstərilən halı da faktiki olaraq araşdırmamışdır. Cavabdeh tərəf onlara xidmətin göstərilməsini qəbul edərək dəyərinin ödənildiyi göstərmiş olsalar da bir neçə dəfə təkrarlanmış xidmətlərə görə hər hansı məbləğin ödənilməsini təsdiq edən hər hansı sübuta istinad etmirlər. Apelyasiya məh kəməsi isə bu istiqamətdə hər hansı araşdırma aparılmasına cəhd göstərməmiş, yalnız cavabdeh tərəfin səsləndirdiyi formal mülahizələrlə kifayətlənmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2 004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamə nin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nai l olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5035/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi «Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-838/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 6555 (altı min beş yüz əlli beş) ABŞ dolları, Cav abdeh3 4170 (dörd min yüz yetmiş) ABŞ dolları, Cavabdeh4 6245 (altı min iki yüz qırx beş) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, İddiaçı-yə ödənilməsi hissəsində ləğv olunması, iddianın həmin hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunması» hissəsində ləğv edilsin və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.