Məhkəmə qərarları › İş №2(102)-5171/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5171/2021

25.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5171/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-203/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh t ərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı, atasının həyətindən kənd çayına çəkdirdiyi su axarı yolu üçün istifadə edilmiş azbes boruları üzərində mülkiyyət hüququnun tanınması, həyətindən gedən yararsız hala salınmış və yerdən çıxarılmış düraliminium su borularının və qarşısı kəsilmiş su axarı yolunun cavabdeh şəxsin hesabına bərpa edilməsi, su axan yolunun kəsilməsi və evin alt mərtəbəsinə suyun axması nəticəsində dəymiş 2000 (iki min) manat məbləğində maddi ziyanın, 2 ədəd su bakının (çəninin) onun icazəsi olmadan satılması nəticəsində ona dəymiş 1000 (min) manat məbləğində maddi ziyanın, 2018-ci ilin sentyabr ayından həyətindən gedən su xəttinin kəsilməsi nəticəsində ona vurulan mənəvi və fiziki ziyana görə 4000 (dörd min) manat, cəmi 7000 (yeddi min) manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ilə kimi Lənkəran rayonun Boladi kəndində valideynləri ilə birlikdə yaşamış, 1990-cı il tarixdə mərhum atası X2 həyətinin yuxarı hissəsində zəbt olunmuş bələdiyyə torpağının bir hissəsini ona 2000 (iki min) manata satmaqla onun üçün həmin sahədə onun vəsaiti hesabına yaşayış evi tikdirmişdir və həmin vaxtdan o, həmin evdə yaşayır. Bir həyətdə yaşayış evlərinin ayrı olmasına baxmayaraq, hər iki təsərrüfat birgə idarə olunmuş, araları nda ayrı-seçkilik olmamışdır. Həyətlərindən su axarı üçün yer olmadığından valideynlərinin yaşadığı həyətdə 30-35 sm hündürlükdə su qalmışdır. 1993-cü ildə atasının xahişinə əsasən, o, öz şəxsi vəsaiti hesabına azbes boruları alıb gətirmiş və əlavə 18 min manat pul xərcləyib qonşuların həyətindən keçməklə kənd çayına su axarı xəttini çəkdirmişdir. Daha sonra yenə də atası ilə qarşılıqlı razılığa əsasən o, hal-hazırda yaşadığı həyətdən düraliminium borularla su axarı xəttini çəkib həmin ümumi xəttə birləşdirmişdir. Su xəttinin çəkilməsi üçün istifadə olunmuş düraliminium borulardan artıq qalmış üç ədədi onun əmlakı olmaqla hələ də atasının həyətində qalmışdır. Beləliklə, onun və atasıgilin yaşadıqları həyətdən və qonşuların həyətlərindən həmin su xətti ilə kənd çayına su axmağa başlamışdır. Su xəttinin təmizlənməsi üçün hər il ondan pul tələb edilmiş və o, bir neçə dəfə bu işə rəhbərlik etmiş qardaşı Cavabdeh boruların təmizlənməsi üçün pul vermişdir. 2014-cü ilə kimi, yəni mərhum atasının sağlığı müddətində aralarında heç bir problem yaşanmamış, su xətti boruları heç vaxt müzakirə mövzusu olmamışdır. 2014-cü ildə atası Bayramov İbrahim öldükdən sonra ata həyətində qalan və ata evində yaşayan kiçik qardaşı Cavabdeh onun həyətindən gedib ümumi su yoluna birləşən boruları yararsız hala salmışdır. Cavabdeh 2018-ci ilin sentyabr ayında həyətindən gedən su axarı yolunu tamamilə bağladılar. Axar yeri olmayan, həyətdə qalan və evin altına keçən suyun axarının qabağının açılması üçün köməklik göstərilməsi məqsədilə dəfələrlə Boladi kənd bələdiyyəsinin sədri Salman Dadaşova şifahi və rəsmi bildirmişdir. 18.10.2018-ci və 22.11.2018-ci il tarixlərdə rəsmi teleqramla Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. İcra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Zaur Muradovun qəbulunda olmuşdur. Ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Baxmayaraq ki, Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən mərhum atası X1 adına olan həmin torpaq sahəsi vərəsələr arasında bərabər payda bölünmüş və Cavabdeh yeddi hissəyə bölünmüş torpaq sahəsindən yalnız bir hissə düşür. Cavabdeh hələ də bütün torpaq sahəsini özünün tam mülkiyyəti hesab edir, heç bir normanı, dövlət qanunlarını tanımır, yalnız arvadının onun qarşısında qoyduğu qanunlarla hərəkət edir. Həyətimdən gedən su borularının yararsız hala salınıb yerdən çıxarılması, bununla da su axarı yolunun kəsilməsi ilə bağlı FHN-nin X3, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi müraciət etmişdir. Həyətindən gedən su borularının yararsız hala salınması, daha sonra su borularının yerdən çıxarılıb, su axarı yolunun 2018-ci ildən tamam kəsilməklə evin birinci mərtəbəsinə suyun axması, nəticədə döşəmələrin və taxtaların çürüyüb yararsız hala düşməsi nəticəsində evinə, rütubətli evdə yaşamağa məcbur olduğu üçün səhhətinə ciddi ziyan dəymişdir. Bununla əlaqədar hal-hazırda da evində usta işləyir və ona 2000 manat məbləğində maddi ziyan vurulmuşdur. 2018-ci ildən müxtəlif ünvanlara etdiyi şikayətlər, çəkdiyi fiziki və mənəvi əziyyətlərə görə cavabdeh şəxs tərəfindən ona 4000 manat məbləğində ziyan vurulmuşdur. Bundan başqa, onun Salyan rayonundan gətirdiyi iki ədə d təxminən bir ton tutumlu dəmir bakının bir ədədini öz həyətində qoymuş, ikincisini isə atasının həyətində qoymuşdur ki, dizel yanacağı satışı üçün istifadə etsin. Cavabdeh ailəsi hər bir ədədinin 500 manat qiyməti olan həmin iki ədəd dəmir bakı onun icazəsi olmadan satmış, bununla da ona 1000 manat dəyərində ziyan vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2020-ci il tarixli 27779 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus evin həyətindən su axarı üçün xətt mövcud olmuşdur. Lakin hal-hazırda su borusunun cavabdehin həyətindən keçən təxminən 45 metr uzunluğunda olan hissəsi cavabdeh tərəfindən kəsilmişdir. Cavabdeh iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, su axarı yolu üçün istifadə edilmiş borular azbestdən d eyil, sinkdən olmuş və həmin boruları o, 1995-ci ildə həmkəndlisi İsa Məlikovdan o vaxtkı pulla biri 1000 manatdan olmaqla 20 ədəd alaraq qonşuların köməkliyi ilə çəkmişdir. Sonradan Namiq çirkli suların axıdılması üçün özünə başqa xəndək qazdırdığından və qonşular tərəfindən boruların qarşısı kəsildiyindən su axarı yolu öz əhəmiyyətini itirdiyinə görə o, həmin boruları çıxartmışdır və həmin borular hazırda əzilmiş formada onun həyətindədir. Sonradan onların münasibətləri pisləşdiyindən Namiq ona pislik etmək üçün hazırkı iddianı qaldırmışdır. Belə ki, Namiqin həyətindən yağış sularının axıdılması üçün yol olduğundan evin birinci mərtəbəsinə suyun axması qeyri mümkündür. İddiaçının ərizəsində göstərdiyi çənlər isə mövcud olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) 16 iyun 2020 -ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı məxsus Lənkəran rayonu, Boladi kəndindəki həyətyanı sahədən su axarı üçün nəzərdə tutulmuş və Cavabdeh tərəfindən qarşısı kəsilmiş 45 metr uzunluğunda olan su yolunun Cavabdeh vəsaiti hesabına bərpa olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı 1989-cu ildə Lənkəran rayonunun Boladi kəndində fərdi yaşayış evi inşa edərək həmin tarixdən ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ev inşa edildikdən sonra iddiaçı cavabdehlə ümumi razılığa gələrək cavabdehə məxsus həyətyanı sahədən keçməklə yağış sularının axıdı lması üçün su borusu çəkmişdir. Tərəflər arasında olan münasibətlər pisləşdikdən və mübahisəyə səbəb olduqdan sonra yağış suyunun axıdılması üçün nəzərdə tutulmuş su borusunun cavabdehin həyətindən keçən, təxminən 45 metr uzunluğunda olan hissəsi cavabdeh tərəfindən kəsildiyindən yağış suları iddiaçının həyətinə yığılır. Cavabdeh könüllü surətdə həmin su borularını bərpa etmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsində vurulmuş ziyana görə xərcə düşdüyünü, rütubətdən döşəmənin, pəncərələrin çürüməsi nəticəsində 2000 manat xərc tələb olunduğunu, cavabdeh tərəfindən satılan su çəninin hər biri 500 manat olmaqla 2 çənə görə 1000 manat xərcə düşdüyünü, mənəvi ziyana görə 4000 manat tələb etdiyini qeyd etsə də, iddia tələbini əs aslandıran hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 158.4-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçının apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı müxtəlif vaxtlarda qonşuluqda yaşayan qardaşı Cavabdeh tərəfindən artıq suların axıdılması üçün nəzərdə tutulmuş su borularının sökülməsi ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə, bələdiyyəyə şikayətlər etmişdir. Lənkəran rayonu Boladi kənd bələdiyyəsinin nümayəndələri, kənd ağsaqqalının iştirakı ilə 16.11.2018-ci il tarixdə akt da tərtib edilmişdir. Həmin aktdan müəyyən edilir ki, Lənkəran rayon Boladi kənd sakini İddiaçı həyətindən keçən su-kanalizasiya xəttinin Cavabdeh tərəfindən tutulması və su axımının qarşısının kəsilməsi barədə kənd bələdiyyəsinə etdiyi çoxsaylı şifahi və yazılı şikayətləri əsasında qeyd edilən əraziyə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Su-kanalizasiya suları nın axıdılması üçün nəzərdə tutulan boruların başlanğıcı İddiaçı həyətindən başlayır və mərhum atası X1 həyətindən (hazırda həmin həyətdə Cavabdeh yaşayır) keçərək, həyətin kənd yolu ilə birləşən hissəsində qazılmış anbara kimi uzanır. Həmin məsafədə başqa anbar yoxdur. Borular torpağa çox da dərin olmayan səviyyədə basdırılmışdır və hazırda da borular yerindədir. Baxış zamanı məlum olmuşdur ki, su-kanalizasiya borularını 1993-cü ildə İddiaçı öz vəsaiti hesabına və mərhum atası X1 razılığına əsasən öz həyətinə gedən su kanalizasiya sularının axıdılması üçün çəkmişdir. Su-kanalizasiya borularından suyun axmamasının səbəbini Cavabdeh soruşduqda, Cavabdeh bildirmişdir ki, su borularına heç bir müdaxilə etməmiş, güman ki, borular çürüyüb eroziyaya uğradığı üçün suyun axarının qarşısı kəsilmi şdir. Cavabdeh izah edilmişdir ki, heç bir halda uzun müddət istifadə edilən suyun qarşısını kəsmək olmaz. Cavabdeh da hamını tam əmin etmişdir ki, heç vaxt Namiqə məxsus olan və onun həyətindən gələn suyun axıdılması üçün nəzərdə tutulan su-kanalizasiya borularına müdaxilə etməyəcəkdir, suyun qarşısını kəsməyəcəkdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Zeynal Zeynalov) 2(106)-203/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh öz etirazını əsaslandırma q üçün konkret dəlil irəli sürməmişdir. Cavabdeh etirazında boruların çürüdüyünü bildirsə də, izahatlarında boruların sink materialdan olduğunu, özü tərəfindən quraşdırıldığını və özü tərəfindən də çıxarıldığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatını iddianın qismən etirafı kimi qəbul edərək hesab etmişdir ki, onun tərəfindən özbaşına sökülən boruların bərpası da onun tərəfindən də həyata keçirilməlidir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158.4, 170.2, 170.3, 152.1, 159, 164.1, 164.2, 238.1, 238.3, 239.1, 239.2-ci maddələrinə və İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin Qərarlarına istinadla əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20.04. 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Onun hazırda yaşadığı evin nə vaxtdan onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını yoxlamamışlar. Həmin ev cavabdehin mülkiyyətində olmuş və həmin su xətləri də ö zü tərəfindən çəkilmişdir. Sonradan həmin evi iddiaçıya bağışlamış və çəkdiyi su xətlərini sökmüşdür. Həmin su xətlərinin iddiaçıya heç bir aidiyyəti olmamışdır, İddiaçı yaşadığı fərdi yaşayış evi də cavabdehin yaşadığı fərdi yaşayış evi kimi yolun kənarında yerləşir, ancaq hər iki məhkəmə mübahisəli evlərə baxış keçirməmiş və araşdırmamışdır ki, İddiaçı yaşadığı evindən onun kanalizasiya suyunun bir başa yola axıdılması mümkündür, ya yox. İddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş sübutlar tam və hərtərəfli araşdırılmamış işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaç ı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair yazılı etirazla məhkəməyə müraciət edərək cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Rauf Babayev və vəkili Vəkil tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququ nu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyən ləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına aid olduğundanhəin dəlillər kassasiya baxışında araşdırılmır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-203/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar