Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-518/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) 06.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-5553/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən hər biri 0,12 ha ölçüdə olan 1583 №-li (reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011), 1583a №-li (reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011) və 1584 №-li (reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011) nömrəli bağ sahələri İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgə qəsəbəsi, 1583, 1583A, 158 4 saylı torpaq (bağ) sahələrindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni Cavabdeh tərəfindən özbaşına şəkildə 1583 saylı bağ sahəsinin yola baxan hissəsində yüksəldilmiş hasarın, özbaşına qoyulmuş qapının, həmçinin hər üç torpaq (bağ) sahəsindən - 1583, 1583A, 1584 saylı torpaq (bağ) sahəsindən keçən özbaşına tikilmiş hasarın (çəpərin) cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli 2(008)-3616/10 №-li qətnaməsinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilm iş, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh massivində yerləşən 1583, 1583”a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra 2021-ci ildə iddiaçının xahişi ilə həmin bağ sahələri üçün çıxarışlar, həmçinin plan və ölçülər, yəni hüquqmüəyyənedici sənədlər cavabdeh orqan tərəfindən ona təqdim edilmişdir. Bağ sahələri üzərində mülkiyyət hüququ əldə etdikdən sonra, orada öz istəyinə uyğun torpaq sahəsindən istifadənin ilkin şərtlərindən olan torpaq sahəsi hüdudlarında çəpərləmə aparmış, həmçinin qapı (darvaza) qoyulmuşdur (köhnə darvazaqapını yenisi ilə əvəz etmişdir). Lakin, iddiaçı öz bağ sahələrindən istifadə edə bilmir. Belə ki, iddiaçının qardaşı Cavabdeh özbaşına şəkildə 1583 saylı bağ sahəsinin yola baxan hissə sində özbaşına olaraq başqa tərəfdən hasar yüksəltməsi, qapı qoyması və həmçinin hər üç bağ sahəsindən keçən hasarlama işləri aparmasıdır. Yol verilmiş bu pozuntu sayəsində iddiaçı öz xüsusi mülkiyyətindən istifadə etməkdə böyük çətinliklərlə qarşılaşır.
4. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini dəqiqləşdirərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583 və 1584 saylı torpaq (bağ) sahələrində: ümumi hasar daxilində olan torpaq sahəsini 2 hissəyə bölən mişar daşının, 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli yaşayış evinin və 1584 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.
5. Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə etiraz və mülahizələr vermişdir.
6. Etiraz onun əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)- 3616/2010 №-kb qətnaməsi ilə İddiaçı cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınmasına dair iddiası təmin edilmişdir. Məhkəmə belə qərara gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 4880/2019 №-li qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin adıçəkilən qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbi rədd edilmi şdir. Həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7362/2019 №-li qərarı ilə ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(103)-1824/2020 №-li qətnaməsi ilə iddia tələbinin yalnız 1583 və 1584 saylı bağ sahələrinə aid olduğunu əsas gətirərək, Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsini qismən, yəni 1583”a” saylı bağ sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınmasını ləğv etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5273/2020 №-li qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(103)-2846/2021 saylı qətnamə ilə Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4468/2021 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi 1583A saylı bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. İddiaçı ilə cavabdeh qardaşdırlar. Lakin İddiaçı böyük qardaşı Cavabdeh qarşı çox qərəzli hərəkətlər edərək, Rüfətin öz istifadəsində olan 1583A saylı, atasından miras qalan 1583 saylı və atasının əmisinin arvadı Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahələrini guya uzun illərdir özü istifadə edirmiş kimi göstərərək, yalan danışaraq məhkəməni aldatmışdır. Belə ki, İddiaçı 1973-cü il təvəllüdlüdür. 1975-ci ildə vəfat etmiş babaları Sadıx Rəhimovun 0.24 ha bağ sahəsini ataları Adil Rəhimov və 1962-ci il təvəllüdlü böyük oğlu Cavabdeh istifadə etdikləri zaman Eldar hələ uşaq idi. 1996-cı ildən isə həmin bağ sahəsini faktiki olaraq iki yerə 1583 və 1583 A-ya bölərək, Bağlar İdarəsində bunu qeydiyyatdan keçirmişdilər. Həmin zaman İddiaçı artıq 23 yaşı var idi. O, bilirdi ki, 1583 və 1583A saylı bağ sahələri var. Üç bağ sahəsinin mövcud olması DƏDRX-nin cavab məktublarından, keçmiş DTXK-nin verdiyi plan ölçülərdən də müəyyən olunur. Uç bağ sahəsinin olması faktını iddiaçı da qəbul edir. Əgər iddiaçının dediyi kimi iki hüquqmüəyyənedici sənəd, yəni 1583 və 1 584 saylı bağ sahələrinin müqaviləsi qanuni və əsaslıdırsa, onda hansı məntiqlə İddiaçı adına hər biri 0,12 ha ölçüdə olan 3 bağ sahəsinə 3 ədəd çıxarış verilərək və 3 ədəd plan sxem tərtib edilmişdir? Cavabdeh 1583/1584 saylı bağ sahələrinin İddiaçı adına özəlləşdirilməsinə razılıq verdiyini qəbul etsələr belə, 1583A saylı bağ sahəsinin qardaşının adına keçirilməsi ilə bağlı Cavabdeh heç bir razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin hamısı eyni şəxs tərəfindən tərtib edilmişdir. Həmin şəxs İddiaçı arvadı Aytəndir. Bu şəxsin imza nümunələri ilə ekspertiza keçirilməsi barədə vəsatət versək də məhkəmə bunu təmin etməmişdir. Tərəflər arasında dəfələrlə məhkəmədə mübahisələri olmuş və bu mübahisələr hələ yekunlaşmamışdır. Buna baxmayaraq id diaçı və digər qardaşı Fərid Rəhimov özbaşınalıq edərək Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarları ilə razılaşmır, onların tələblərini kobud şəkildə pozur və açıqcasına qanunçuluğa qarşı hörmətsizliklə yanaşır. Məhkəməyə DƏDRX tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli məktubda 1583 və 1583a saylı bağ sahələrinə dair müqavilələrin müvafiq olaraq Rəhimov Adil və Cavabdehlə bağlanması faktını göstərilsə də, həmin müqavilələr nəzərə alınmamış, lakin babaları Sadıx Rəhimovun adına olmuş və Bağlar Təsərrüfatına təhvil verilmiş, faktiki mövcud olmayan, yəni ləğv edilmiş müqavilə nəzərə alınmışdır. Həmin müqavilələrin arxivdə saxlanılması, onlara nömrə verilməsi, digər ailə üzvlərinin razılığının alınması, yeni çıxarışların da 1583, 1584 və 1583A saylı bağlara veril məsi, onların sahələrinin 0.24 ha deyil, hər biri 0.12 ha olması faktı da danılmazdır. Bağ sahələrinin miras əmlak kimi qəbulunu təsdiq edən 1996-cı il tarixli müqavilələr babaları Sadıx Rəhimovdan qalan miras əmlakın yalnız Adil Rəhimov tərəfindən deyil, eyni zamanda nəvəsi Cavabdeh tərəfindən də qəbul edildiyini sübuta yetirir. Adil Rəhimovdan qalan miras paya isə 3 oğlu vərəsədir. Həmin miras pay məhkəmə kollegiyasının dediyi kimi 1583 və 1583 A saylı bağ sahələri deyil. Çünki 1583A saylı bağ sahəsi Adil Rəhimovun sağlığında oğlu Rüfətin adına olub, indi də onun istifadəsindədir. Odur ki, 2007-ci ildə vəfat etmiş Adil Rəhimovun miras qoyduğu 1583 saylı bağ sahəsi 3 oğlu arasında bölünməli idi. Elə bu səbəbdən də Cavabdeh öz miras payını qardaşına güzəşt etməsi üçün razılıq ərizəsi alınm ışdır. Həmin ərizədə Cavabdeh 1583A saylı bağ sahəsinə dair hər hansı razılıq verməmişdir. Mübahisəli bağ sahələrinin isə 1583, 1583A və 1584 olması faktı danılmazdır. Çünki bu barədə DƏDRX- nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd olan reyestrdən çıxarışlar vardır. 1584 saylı bağ sahəsi ilə bağlı məhkəmə kollegiyası Cavabdeh hər hansı subyektiv hüququnun olmamasını qeyd edir. Dolayısı ilə məhkəmə kollegiyası 1583 və 1583A saylı bağlara dair Cavabdeh hüququnun olduğunu təkzib etmir, lakin eyni zamanda 1584 saylı bağın da İddiaçı adına keçirilməsinə Rüfətin razılığının nə üçün alınmasına münasibətini bildirmir. Məhkəmə kollegiyası yalnız iddiaçı tərəfindən qeyd edilmiş arqumentlərə əsaslanaraq iddia tələbini subyektiv fikirlər əsasında təmin etmişdir. Məhkəmə kolle giyası ən azından bağ sahələrinə yerli baxış keçirə bilərdi. Yerli baxış keçirilsə idi, məhkəmə kollegiyası bir sıra faktların şahidi olacaqdı. Belə ki, iş materiallarında olan qətnamələrdən müəyyən olunur ki, Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahəsi əvvəlcə 0,25 ha olub. Həmin bağın yarısını X4 adlı şəxsin adına keçirilməsinə etiraz etməmiş və 1986-cı ildə 1584 saylı bağın yarısına yeni mülkiyyətçinin adına müqavilə verilərək yeni bağa 1584A nömrəsi verilmişdir. 1584 saylı bağ kimi qalan yarısı Nuriyyə Rəhimovanın özündə qalmışdır. Həmin bağların bölgüsü dənizə tərəfdən yola perpendikulyar şəkildə aparılmışdır. Əgər bağ sahələri həqiqətən də hal-hazırda İddiaçı verilmiş plan-sxemə uyğun olaraq dənizkənarı yola paralel şəkildə bölünmüş olsaydı, onda Ənvər adlı şəxsə təkcə Nuri yyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahəsinin yox, 1583 saylı bağ sahələrinin də baş tərəfi keçmiş sayılardı. İddiaçı tələbi ilə bağ sahələri qəsdən reallığa uyğun şəkildə sənədləşdirilməyib ki, Cavabdeh məxsus və onun tərəfindən abadlaşdırılmış 1583A saylı bağ sahəsi, onun üzərindəki tikililər, ağaclar, su quyusu və sairə ayrı-ayrı bağ sahələri arasında bölünmüş və bununla da Cavabdeh məxsus 1583A saylı bağ sahəsi sənədlərdə 3 yerə bölünmüş vəziyyətdədir. Odur ki, müvəkkili bağ sahələrinin yenidən bölünməsini və bölgünün mövcud reallığa və bağ sahələrinin xəritələrinə uyğun şəkildə aparılmasını tələb edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2332 №, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən göstərilən torpaq sahəsi (üç çıxarış üzrə nəz ərdə tutulur) ümumi hasar daxilində faktiki olaraq 3935.0 kv.m təşkil edir, ümumi hasar daxilində olan torpaq sahəsi sənədlərə uyğun olmayan vəziyyətdə cavabdeh tərəfindən mişar daşı ilə 2 hissəyə bölünüb, hasar daxilində alınan 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə 1 mərtəbəli yaşayış evi inşa edilmişdir, digər hissə olan 1584 №-li bağ sahəsinə düşən bir hissədə isə yarımçıq tikilinin bir hissəsi mövcuddur, qeyd olunan ümumi ərazi daxilində olan hər 3 torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh adına heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmayıb. Sahənin bir hissəsi qeydiyyatdan keçməyən əlavə torpaq sahəsidir.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-120/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583 və 1584 saylı torpaq (bağ) sahələrində ümumi hasar daxilində olan torpaq sahəsini 2 hissəyə bölən mişar daşı, 1583 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli yaşayış evi və 1584 saylı bağ sahəsinin bir hissəsinə düşən ərazidə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin Cavabdeh hesabına sökülməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən olunmuş faktiki hallarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi xüsusi mülkiyyətində hər biri 0,12 ha ölçüdə olmaqla 1583 nömrəli (reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011), 1583a nömrəli (reyestr nömrəsi **********83, qeydiyya t nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011) və 1584 nömrəli (reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011) bağ sahələri vardır.
10. Həmin çıxarışlar məhkəmə aktları əsasında verilmişdir. Məhkəmə aktları cavabdehin etiraz və mülahizələrində qeyd edildiyi ardıcıllıqla qəbul edilmiş, nəticə etibarı ilə İddiaçı 1583a №-li bağa dair iddiası rədd edilmiş, lakin icrada dönüş edilməmiş, daşınmaz əmlakın dövlət reyestrində həmin bağ sahəsinə dair xüsusi mülkiyyət hüququ hələ İddiaçı adında qeydiyyatda olaraq qalmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, hər üç torpaq sahəsi hazırda daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb və dövlət həmin torpaq sahələri üzərində onun hüquqlarınun müdafiə sinə və toxunulmazlığına dövlət təminat verir.
12. Cavabdehin etiraz və mülahizələrinə dair məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının dövlət qeydiyyatına alınmış və dövlət tərəfindən müdafiə olunan hüquqlarının əsasını, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə aktlarını mübahisələndirir.
13. Daşınmaz əmlaklara dair hüquqlar hazırda dövlətin reyestrində qeydiyyatda olduğuna görə onlara şübhə ilə yanaşma yolverilməzdir. 14. 1583a №-li sahəyə dair iddiaçının hüququ məhkəmə qərarı ilə ləğv edilsə də, daşınmaz əmlakın reyestrində həmin hüquq hələ ləğv edilməmişdir. Bununla yanaşı iddiaçı həmin sahəyə dair hər-hansı bir tələb irəli sürməmişdir.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 140, 152.1., 152.5., 180.1., 180.4. və 16.1.-ci maddələrinə, Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)- 3616/2010 saylı qətnaməsi ilə İddiaçı cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınmasına dair iddiası təmin edilmişdir. Məhkəmə belə qərara gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583“A” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınsın. Qe yd olunan qətnamədən məlumatsız olduğu üçün, hazırkı cavabdeh yalnız 2019-cu ildə sözügedən bağ sahələrinin satışa çıxarılmasını bildikdə, narazı qalan maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583“A” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququ tanınsın. Qeyd olunan qətnamədən məlumatsız olduğu üçün, hazırkı cavabdeh yalnız 2019-cu ildə sözügedən bağ sahələrinin satışa çıxarılmasını bildikdə, narazı qalan maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının2(1 02)- 4468/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)- 2846/2021 saylı qətnaməsi 1583”A” saylı bağa aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Bundan sonra Cavabdeh 1583”A” saylı bağa dair çıxarışın və texpasportun verilməsinə dair DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin İdarə ona məktubla cavab verərək bildirmişdir ki, Ali Məhkəmənin sonuncu qərarı ilə onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Halbuki, həmin iş üzrə cavabdeh olan sözügedən Ərazi İdarəsi Sabunçu rayon məhkəməsinin qətnaməsini icra etməklə onun üzərində öhdəlik olduğunu daha öncə qəbul etmişdir. İndi isə hansısa məlum olmayan səbəbdən Ali Məhkəmənin qərarı əsasında 1583 ”A” saylı bağa dair müvəkkilinin adına çıxarış və texpasport vermək istəmir. Bu səbəbdən DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia tələbi ilə müraciət etmişlər. Həmçinin nə Ali Məhkəmə, nə də ki, Bakı Apellyasiya məhkəməsi icrada dönüş edərək 1583 ”A” saylı Bağa dair İddiaçı adına olan çıxarışı və texpasportu ləğv edərək bağın hüquqi statusunu əvvəlki vəziyyətə gətirməyərək, elə inzibati məhkəmədə həmin məsələnin həllini mümkün saymışdır. Sabunçu rayon məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Cavabdehin vəkili tərəfindən təqdim edilmiş sübutları araşdırmamışdır. Halbuki məhkəməyə reyestr xidmətinin həmin 3 bağa dair bütün arxivi təqdim edilmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi reye srtrdən çıxarışlara və natamam ekspert rəyinə istinad etmişdir. Nəzərə alınsa ki, reyestr xidməti həmin çıxarışları qismən ləğv edilmiş məhkəmə qərarı əsasında vermişdir, həmin sübutları mötəbər hesab etmək olmazdı. Ekspert rəyinin natamamlığı isə ondan ibarətdir ki, iki yerə bölünən 3935 kv.m. ümumi torpaq sahəsinin hansı hissəsinin Cavabdeh hasara aldığı əraziyə düşdüyü qeyd edilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5553/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, 1583 və 1584 nömrəli bağ sahələri iddiaçının mülkiyyətində olduğundan, birinci instansiya məhkəməsi cavabdehin 1583 və 1584 №-li bağ sahələrində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə gəldiyi qənaət əsaslıdır.
20. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia üzrə iddiaçı cavabdeh X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qaldırdığı iddianın əsası kimi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyi göstərərək həmin müqavilənin etibarsızlığı tələb edir. Cavabdeh isə buna etiraz edərək, müqavilədə hər hansı öhdəliyin nəzərdə tutulmadığını və həmçinin iddia müddətinin ötürüldüyünü bildirir.
21. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası ilə bağlı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi hazırkı iş üzrə icraatın dayandırılması barədə cavabdehin həm apellyasiya şikayətinin dəlili, həm də vəsatəti üzrə qeyd etmişdir ki, inzibati icraat qaydasında həmin işlərin baxılması, müvafiq ekspertizaların keçirilməsi və sair səbəbdən 3-4 il çəkir ki, bu isə mülki işlərə baxılması ilə bağlı ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Kollegiya bu baxımdan hesab etmişdir ki, hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməməlidir.
22. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157, 180-ci maddələrinə, Torpaq Məcəlləsinin 67 və 68-ci mad dələrinə, «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77, 372, 380, 384 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətində işin faktiki hallarına istinad olunaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işdə olan sübutlara düzgün qiymət verməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yalnız iddiaçı tərəfindən q eyd edilmiş arqumentlərə əsaslanaraq iddia tələbini subyektiv fikirlər əsasında təmin etmişdir. Məhkəmə kollegiyası bağ sahələrinə yerli baxış keçirmə bilərdi. İş materiallarında olan qətnamələrdən müəyyən olunur ki, Nuriyyə Rəhimovaya məxsus olmuş 1584 saylı bağ sahəsi əvvəlcə 0,25 ha olub. Həmin bağın yarısını X3 adlı şəxsin adına keçirilməsinə etiraz etməmiş və 1986-cı ildə 1584 saylı bağın yarısına yeni mülkiyyətçinin adına müqavilə verilərək yeni bağa 1584A nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin hamısı eyni şəxs tərəfindən tərtib edilmişdir. Həmin şəxs İddiaçı arvadı Aytəndir. Bu şəxsin imza nümunələri ilə ekspertiza keçirilməsi barədə vəsatət verilsə də məhkəmə bunu təmin etməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən m ülkiyyətçi özgənin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Lakin Məhkəmə Cavabdeh faktiki sahibliyini qanunsuz hesab etməsə də, həmin sahiblikdən məhrumetmə nəticəsində qanuni sahibə hansı ziyanın vurulduğunu qeyd etməmişdir. Bakı Apellyasiya Məhkəməsi də iş matertiallarında olan sübutları tam araşdırsa da səhv nəticəyə gəlmişdir. Halbuki məhkəmə kollegiyası sübutlara obyektiv qiymət verməli idi. Məhkəmə iddiaçının son 35 il ərzində sözügedən bağ sahəsindən istifadə etməsi nəticəsində hansı yaxşılaşdırmalar etməsini müəyyən etməmiş və belə bir yaxşılaşdırmaları edən Cavabdeh etdiklərini isə nəzərə almamışdır. Məhkəməyə DƏDRX tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli məktubda 1583 və 1583a saylı bağ sahələrinə dair müqavilələrin müvafiq olaraq Rəhimov Adil və Cava bdehlə bağlanması faktı göstərilsə də, həmin müqavilələr nəzərə alınmamış, lakin babaları Sadıx Rəhimovun adına olmuş və Bağlar Təsərrüfatına təhvil verilmiş, faktiki mövcud olmayan, yəni ləğv edilmiş müqavilə nəzərə alınmışdır. Məhkəmə kollegiyası yalnız iddiaçı tərəfindən qeyd edilmiş arqumentlərə əsaslanaraq iddia tələbini subyektiv fikirlər əsasında təmin etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13, İ bənd Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29, İ bənd Hər kəsin mülkiyyət hüququ vardır Mülki Məcəllə
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiy i kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
31. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və y a şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsi
33. Maddə 67, 1-ci bənd Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
34. Maddə 68 Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırk i kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasə n hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin ekspertiza rəiynin düzgün olmamasına və suallara aydınlıq gətirilmədiyinə dair dəlilə münasibətdə qeyd edir ki, ekspertiza tədqiqatı üç bağ sahəsi üzrə aparılmış, hər bir bağ sahəsinin yerləşmə yeri müəyyən edilmiş və məhz cavabdeh tərəfindən tikinti işlərinin iddiaçının mülkiyyətində olan bağ sahələri daxilində yerləşməsi müəyyən olunmuşdur. Məhkəmələr isə haqlı olaraq bu faktı iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişlər. Bağ sahələrinin sərhədlərinin düzgün müəyyən olunmamsına dair isə qeyd edilməlidir ki, ekspert tədqiqat ı bağ sahələrinin reyestr qeydiyyatı üzrə aparılmışdır. Mövcud qeydiyyat üzrə isə ekspert müəyyən etmişdir ki, cavabdeh tərəfindən aparılmış tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Qeydiyyatın düzgün olmaması və bölgünün hüquqmüəyyənedici sənədlər əsasında düzgün müəyyən olunmamasına isə baxılan işin icraatı daxildə qiymət verilə bilməz. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhk əməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Kassasiya şikayətinin məhkəmə tərəfindən yalnız ekspertiza rəyinin əsas götürüldüyü, halbuki ekspert rəyinin qabaqcadan məhkəmə üçün heç bir qüvvəsinin olmadığı barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə müvafiq olaraq heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin eksp ert rəyi xüsusi biliklərdən istifadə olunmaqla tərtib edildiyindən həmin rəydə müəyyənləşdirilənlərin doğruluğuna inam böyükdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr ekspert rəyinə istinad edərkən prosessual hüquq normaları pozulmamışdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(103)-5553/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.