Məhkəmə qərarları › İş №2(102)-5183/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5183/2019

26.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5183/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X6, Cavabdeh nümayəndəsi və vəkili Ələsgərov Hafiz Zakir oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli q ərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-360/2018) iddia qismən təmin edilərək, Mənzilə su sızması nəticəsində dəymiş maddi ziyana görə Cavabdeh 4.260 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 25 manatının İddiaçı, 25 manatın isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinovvə E.Kazımov, iş № 2(103)-7666/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Ələsgərov Hafiz Zakir oğlu tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət və kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov, iş № 2(103)-7666/2018) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2018 ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi barədə Cavabdeh nümayəndəsi vəkili Ələsgərov Hafiz Zakir oğlunun ərizəsi təmin edilməmiş, Cavabdeh nümayəndəsi və vəkili Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili Ələsgərov Hafiz Zakir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı nümayəndəsi X4 izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2018-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Mənzilə su sızması nəticəsində dəymiş maddi ziyana görə Cavabdeh 4.260 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 25 manatının İddiaçı, 25 manatın isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddia qalan hisədə təmin edilməmişdir. Bakı Apelyasiya M əhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh nümayəndəsi vəkili Ələsgərov Hafiz Zakir oğlu tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət və kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,xəbərnaməli məktubun surətindən görə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsinin surətini 21 iyul 2018-ci il tarixdə şəxsən almışdır.(səh 157). Bundan əlavə Cavabdeh kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsinin 27 iyul 2018-ci il tarixində aldığını göstərmişdi r. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi cavabdehə göndərilməmiş, özü tərəfindən məhkəmədən götürülmüş, hüquqi baxımdan savadsız olduğundan kassasiya şikayəti tərtib edə bilməmiş, eyni zamanda maddi baxımdan çətinlik üzündən məhkəmə qərarından kassasiya şikayəti vermək üçün müdafiəçi ilə müqavilə bağlamaq imkanı olmamış, bu səbəbdən də, kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət buraxılmışdır. Bundan sonra isə işləmək üçün Türkiyə Cümhuriyyətinə getdiyindən müddətin bərpası haqqında vəsatəti 2019-cu ilin fevral ayında verə bilmişdir.” Məhkəmə kollegiyası k assasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, iş materiallarının 157-ci vərəqində olan xəbərnamədən görünür ki, Cavabdeh ona ünvanlanmış qətnaməni 21 iyul 2018-ci il tarixdə şəxsən qəbul edərək, xəbərnaməyə imza etmişdir. Kassator kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq ol unmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar