Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5184/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması 19.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3057/2022 nömrəli mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İdd iaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) ilə dost olmuş, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qəbzə əsasən o, iddiaçıdan 14.000 manat faizə pul almış və hissə-hissə ödəyəcəyinə söz vermiş, qəbzdə qeyd edildiyi kimi heç bir basqı altında yazmamışdır.
2. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 044-36187 Y-3220 saylı məlumatına əsasən iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı müraciətində qeyd etdiyi xüsusatların mülki xarakterli olduğu müəyyən olunduğundan, mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur.
3. Həmin qərarda olan iddiaçının şikayətindən aydın olur ki, cavabdehə hissəhissə olaraq ümumilikdə 14.000 manat məbləğində borc verdiyini, sonradan həmin puldan 1 150 manatın qaytarıldığını, qalan pulun isə qaytarılmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.000 (on dörd min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh almış olduğu pulu hissə-hissə qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. İndiyədək ona 150 (yüz əlli) manat pul vermişdir. Onun səmimiliyindən sui-istifadə edib, onu aldatmışdır. Hər dəfə müxtəlif bəhanələrlə bundan boyun qaçırır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş və əsəb xəstəliyinə düçar olmuşdur, sağlamlığına zərər vurmuşdur. Ailəsinin dağılmasına və söz-söhbətə səbəb olmuşdur.
4. İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək, cavabdeh ona olan borcundan 150 manat məbləğində ödəniş etmiş və hazırda onun qalıq borcu 13.850 (on üç min səkkiz yüz əlli) manat təşkil etdiyindən cavabdehdən 13.850 (on üç min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı faizə pul vermişdir. İddiaçıdan 1.500 manat pul götürmüşdür. Başqa şəxslər iddiaçıya borclu olduğu halda onların pulunu da ondan tələb edir. İddiaçı 1.500 manat məbləğində pulu əlbəəl vermişdir. Bununla bağlı Xətai RPİ-də izahat vermişdir. İddiaçı ona zo r gücünə 14.000 manat məbləğində pul borclu olduğunu qeyd etdirmiş, lakin o, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı onun bütün qohumlarına faizlə pul vermişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərmişdir ki, o, iddiaçı ilə birlikdə Sədərək ticarət mərkəzinə getdiyi zaman cavabdehə 600 manat pul verdiyini görmüşdür. Eşitdiyinə görə iddiaçı cavabdehə 14.000 manata qədər pul vermiş, cavabdeh pulun çox az hissəsini qaytarmışdır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3178/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov) iddia təmin edilmiş, cavabdehdən 13.850 (on üç min səkkiz yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət e dilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh X4 İddiaçı xx.xx.2019-cu il tarixdə 14.000 manat məbləğində borca pul götürərək, borcunu hissə-hissə geri qaytaracağını öhdəsinə götürmüşdür. Bu hal iş materiallarında olan və cavabdeh tərəfindən tərtib edilmiş yazılı qəbzdən də görünür. İddiaçı tərəf cavabdeh tərəfindən borc üzrə 1.150 manat ödəniş edildiyini bildirmişdir. İddiaçı tərəf cavabdeh tərəfindən borc üzrə 150 manat ödəniş edildiyini bildirmişdir. Cavabdeh qeyd edilən halı inkar edərək iddiaçıdan 1.500 manat məbləğində pulu borca götürdüyünü və iş materiallarında olan qəbzi təzyiq altında tərtib edildiyini bildirsə də, qeyd edilənlərə dair məhkəməyə heç bir sübutlar təqdim edilməmişdir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin 13.2.6, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, 7.000 (yeddi min manat) pulun ondan alınaraq cavabdehə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, 2017-ci il tarixdə İddiaçı cavabdeh 1.500 manat borc pul götürmüşdür. İddiaçı cavabdehin tanışına da faizə borc pul vermişdir. Ümumilikdə İddiaçı 7.000 (yeddi min) manat məbləğində pul götürülüb. Hər ay 700 manat faiz pul ödənilmişdir, sonradan cavabdehin tanışı ümumiyyətlə ödəniş etməmişdir. İ ddiaçı cavabdehə 14.000 manat borcunun olduğunu demişdir. Cavabdehin həmin pulu ödəməyə imkanı olmamışdır. 2019-cu ildə cavabdehdən Bakı şəhəri Xətai rayon 34-cü Polis Şöbəsinə şikayət etmişdir. Həmin ərizədə özü də 2017-ci ildə cavabdehə pul verdiyini 1.150 manat pulu qaytardığını qeyd etmişdir. İş polis bölməsində olanda İddiaçı cavabdehə təzyiq edərək guya ondan 14.000 (on dörd min) manat borc pul götürdüyünə dair qəbzə imza etdirmişdir. Lakin cavabdehin və borc götürmüş tanışının ödədiyi faiz nəzərə alınmasa, İddiaçı cəmi 7.000 manat (tanışına ona görə pul vermişdi) borcları var. Cavabdeh həmin pulu ödəməkdən imtina etmir, lakin ödənilməyən faizləri hesablayıb ondan 14.000 manat pul tələb etməsi də ədalətsizlikdir. İddiaçı Xətai RPİ-nin 34-cü Polis Şöbəsində cavabdehə 2017-ci ildə 14.0 00 manat məbləğində borc pul verdiyini, cavabdehin 1.150 manat pul qaytardığına dair ərizə vermişdir. Lakin məhkəməyə müraciətində cavabdehə guya 19 aprel 2019-cu il tarixdə 14.000 manat məbləğində borc pul verdiyini və cavabdehin 150 manat pul qaytardığını bildirmişdir. Məhkəmə bu ziddiyətə aydınlıq gətirməmişdir, iddiaçının izahatına uyğun qətnamə qəbul etmişdir. Məhkəmə ümumiyyətlə iddiaçının 14.000 manat məbləğində pulu cavabdehə hansı səbəbdən notarial qaydada müqavilə əsasında da verilmədiyinə aydınlıq gətirməmişdir. İddiaçı Xətai RPİ-nin 34-cü X5 Cəmilənin şikayət ərizəsi əsasında toplanmış materialları məhkəməyə göndərsə də, məhkəmə həmin sənədlərə hüquqi qiymət verməmiş, yalnız iddiaçının izahatına və hansı şəraitdə yazılması məlum olmayan qəbzə əsaslanmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3057/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 12.850 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmşdir.
13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə X3 14.000 manat məbləğində borc pul verilmişdir. Lakin cavabdeh iddiaçıdan aldığı pulu hazırkı vaxtadək geri qaytarmamışdır. Sonradan cavabdeh tərəfindən iddiaçıya 1.150 manat məbləğində pulun geri qaytarılması müəyyən edildiyi üçün cavabdehdən 12. 850 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b)
16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidm ətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
20. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan a) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında pul öhdəliyi mövcuddur, həmin pulun tam olaraq (12850 manat hissəi) qaytarılması sübut edilməmişdir.
33. Kassator dəlilləri ilə bağlı hər hansı sübutu ümumiyyətlə məhkəmələrə təqdim etməmişdir. Yalnız bir-birini təkzib edən izahatlar verir, borclu olduğu məbləğin 7.000 manat həcmində olmasını qeyd edir. Lakin iş materialları ilə iddiaçıdan 14.000 manat məbləğində borc aldığı, ondan isə 1.150 manatın qaytarılması təsdiq olunur.
34. İ zah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticə yə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
37. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)-3057/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.