Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5188/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü, payın ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-196/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı2 (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) keçmiş ər-arvaddırlar. Onların birgə nikahından iki uşaqları - İddiaçı1 və İddiaçı3 (bundan sonra – iddiaçılar) anadan olmuşlar. İddiaçı2 ilə cavabdehin birgə nikahı dövründə Zaqatala rayonunda həyata keçirilmiş aqrar islahat zamanı onların ailə üzvlərinin (cəmi 4 nəfər) paylı mülkiyyətlərinə hər birinin payı 1/4 hissə olmaqla Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,4119 ha, 0,2010 ha və 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri (bundan sonra – mübahisəli torpaq sahələri) əmlak payı olaraq verilmişdir. Bu barədə onların adlarına Azərbaycan Respublikası Əmlak Məsələlə ri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətlərində olan mübahisəli torpaq sahələrinin onların mülkiyyətlərində olan 3/4 hissəsinin cavabdehə məxsus 1/4 hissəsindən naturada ayrılması və onlara məxsus torpaq sahələrindən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmış lar ki, İddiaçı2 ilə cavabdehin nikahı uzun illərdir pozulsa da və onlar ayrı yaşasalar da, paylı mülkiyyətdə olan torpaq sahələrindən cavabdeh özü tək istifadə edir, iddiaçılara düşən hissədən də istifadə edərək onların əmlakını mənimsəyir. Cavabdehlə öz aralarında həmin əmlakı bölüşdürə bilmədiklərinə görə məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlə birlikdə həmin əmlaka sərəncam vermək mümkün deyildir. Onlar öz paylarını ayırmaq istəyirlər. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında keçmiş arvadı İddiaçı2 ilə 2006-cı ildən ayrıldıqlarını, mübahisəli torpaq sahələrində iddiaçı ilə ayrıldıqdan sonra fındıq bağları əkdiyini, findıq bağlarının salınmasında bütün işləri təkbaşına yerinə yetirdiyini, həmin torpaq sahələrindən iddiaçılara düşən payın əvəzində onlara ayrıca iki yerdə torpaq sahəsi verməyə razı olduğunu bildirmiş və məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında cavabdehin təklif etdiyi ayrıca torpaq sahəsinin özlərinə düşən pay torpaqla əvəz olunmasına razı olmadığını bildirmişdir. Yaranmış zərurətlə əlaqədar cavabdehin iştirakı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, Zaqatala rayonu Göyəm kəndində yerləşən mübahisəli torpaq sahələrinə yerində müayinə keçirilmişdir. Yerində müayinənin nəticəsi olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəməyə təqdim olunmuş 06.09.2018-ci il tarixli ŞM-064 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, aparılmış araşdırmaya əsasən, Zaqatala rayonu Göyəm kəndində yerləşən tərəflərin payl ı mülkiyyətlərində olan RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 0.4119 ha pay torpaq sahəsində payların naturada ayrılması mümkundür (sxem 1,2), RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 0.0879 ha pay torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün payların naturada aynlması mümkün deyil (sxem 3,4), RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 0.2010 ha pay torpaq sahəsində payların naturada ayrılması mümkündür (sxem 5,6). Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-917/2018 nömrəli iş üzrə 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddiа qismən təmin edilmiş, DƏDRX-in Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrə li vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********50 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyəti sayılan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,4119 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (çoxillik əkmələr) iddiaçıların 3/4 hissə paylarının ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LayihəTədqiqat İdarəsinin 06.09.2018-ci il tarixli 8M-064 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 1 və 2 saylı ölçü planı sxemlərinə əsaslanmaqla yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə, naturada ayrılıb onların faktiki sahibliyinə və istifadəsinə, DƏDRX-in Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə İddiaçı 2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyəti sayılan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,2010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (çoxillik əkmələr) iddiaçıların 3/4 hissə paylarının Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin 06.09.2018-ci il tarixli 8M-064 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 5 və 6 saylı ölçü planı sxemlərinə əsaslanmaqla yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə, naturada ayrılıb onların faktiki sahibliyinə və ist ifadəsinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi və ekspertiza xərci olan 60 manatın cavabdehdən tutularaq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bank hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahələri iddiaçıların və cavabdehin paylı mülkiyyətlərində olduğundan, iddiaçılar öz paylarına uyğun hissənin onların faktiki sahibliyinə və istifadələrinə verilməsini, paylarının naturada ayrılmasını tələb etmək hüququna malikdirlər. Mütəxəssis rəyinə istinadla məhkəmə belə nəticəyə gəlmişdir ki, paylı mülkiyyətdə olan 0,4119 ha və 0,2010 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçıların 3/4 hissə pay ları naturada bölünərək ayrılmalı, onların faktiki sahibliyinə və istifadələrinə verilməli, lakin 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün həmin torpaq sahəsində iddiaçıların paylarının naturada ayrılmasından imtina edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 64.1, 64.2, 65-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.1, 213.2, 215, 220.3-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayətini onunl a əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin hallarını obyektiv, hərtərəfli araşdırmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara düzgün qiymət verməmiş, nəticədə əsassız, ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi 4 nəfər ailə üzvünə verilən kolxozun aqrar islahat proqramına uyğun sahələrin dəqiqləşdirilməsini təmin etməmiş, 0,920 ha torpaq paylarının olmasını nəzərə almamış, 0,7080 ha ümumi torpaqlarının olmasını göstərmişdir. Onun adına sənədlər olmasına, 0,920 ha çöl əkin sahəsini yararlı hala salmasına, oraya fındıq bağının salınmasına, bağa qulluq edilməsində iddiaçıların heç bir iştirakı olmamasına qiymət verməmiş, onun 12 ildən çox çəkdiyi xərcin və zəhmətinin əvəzinin qanunun tələbinə uyğ un müəyyənləşdirilib verilməsinə dair qətnamə çıxarmamışdır. Məhkəmə adambaşına çöl əkin sahədən düşən pay torpaq yerlərini ölçüb dəqiqləşdirməmişdir. Həmin torpaq sahələrində əkilib yerləşdirilən bağların kimin zəhməti və vəsaiti hesabına yaradılmasına qiymət verməmiş, qeyri-obyektiv qətnamə çıxarmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalıdır. İşin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2019-cu il tarixli, 20780 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahələri naturada ¼ hissədə paylara ayrıldığı təqdirdə, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacaq və təsərrüfat sahəsi yararsız hala düşəcəkdir. Bu səbəbdən natu rada real bölgü mümkün deyildir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-33/2020 nömrəli iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), A.Mahmudov və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur; İddiaçı2 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pulun iddiaçılardan tutularaq Dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki hallarını araşdırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə düzgün olmayan qətnamə çıxarmışdır. Məhkəmə apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, şikayət əsaslıdır. Belə ki, ekspert rəyi ilə torpaq sahələrinin naturada bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. Bundan əlavə, iddia ərizəsi, 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün həmin torpaq sahəsində iddiaçıların paylarının naturada ayrılması hissəsində də əsaslı olmamışdır. Məhkəmə öz mövqeyini Torpaq Məcəlləsinin 65-ci, Mülki Məcəllənin 157.1, 213.2, 215, 220.3-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətn amədən iddiaçılar kassasiya şikayəti vermişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir, məhkəmə mübahisəyə baxarkən yalnız ekspert rəyinə əsaslanmış, lakin torpağın bölünməsinin mümkün olmamasına dair ekspert rəyi tədqiq edilməmişdir. Ekspert mütəxəssisin verdiyi rəyi təkrarlasa da, mütəxəssis birinci instansiya məhkəməsində torpaqların bölgüsünün mümkün olmasına dair rəy vermişdir. Məhkəmə mübahisəyə baxarkən eyni təşkilatın mütəxəssisinin eyni iş üzrə və eyni mübahisə üzrə müxtəlif rəy verməsinin səbəbini araşdırmamış, mütəxəssis tərəfindən verilmiş hansı rəyin düzgün olduğunu aydınlaşdırmamışdır. A zərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3201/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LayihəTədqiqat İdarəsinin rəisi İlkin Süleymanov və həmin İdarənin mühəndisi Eldar Həsilov tərəfindən tərtib olunmuş mütəxəssis rəyi ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış əlavə m əhkəmə mühəndistexniki ekspertizası üzrə 18 noyabr 2019-cu il tarixli rəyin təsviri hissəsindən isə müəyyən olunur ki, həmin rəy Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 18 oktyabr 2019-cu il tarixli məktubla göndərilmiş, həmin Xidmətin Zaqatala LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemlərə istinadən verilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə qeyd etmişdir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən MPM-in 88-ci maddəsi ilə m üəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Lakin apellyasiya instansiyası məhkəməsi ekspertin 18 noyabr 2019-cu il tarixli, 20780 saylı rəyini əsas sübut qismində qiymətləndirərkən işdə eyni orqanın müxtəlif idarələri tərəfindən verilmiş iki mütəxəssis rəyində gəlinmiş nəticələrin fərqli olmasını, eyni zamanda ekspert rəyində istinad edilmiş mütəxəssis rəyinin iş materiallarına əlavə olunmamasını və ekspert rəyində torpaqların naturada ayrılmasının mümkünsüzlüyünün əsaslandırılmamasını nəzərə almamışdır. Digər tərəfdən, həm ekspertizanın təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadında, həm də müvafiq olaraq ekspert rəyində iddiada irəli sürülmüş tələblərdən kənara çıxılmışdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, 3 nəfər olan iddiaçılar onların pay lı mülkiyyətlərində olan torpağın özlərinə aid olan 3/4 hissəsinin cavabdehin 1/4 hissəsindən ayrılmasını xahiş etmişlər. Lakin ekspert onun qarşısında qoyulmuş suallara əsasən tərəflərin hər birinin 1/4 hissəsinin naturada ayrılmasının mümkünlüyünü araşdırmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində araşdırma aparılmalı, o cümlədən təkrar ekspertizanın keçirilməsi məsələsi müzakirə olunmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən, işə yenidən apellyasiya qaydasında baxan məhkəmə təkrar məhkəmə tikinti-texniki ekspertizаsı təyin etmiş və ekspert qаrşısındа аşаğı dаkı suаlları qoymuşdur: RX seriyalı ******* nömrəli, RX ******* saylı və RX seriyalı ******* nömrəli çıxarışlar üzrə ümümi 0,7008 ha olan torpaq sahəsinin ¾ hissəsinin iddiaçılara, ¼ hissəsinin isə cavabdehə naturada ayrılıb verilməsi mümkündürmü ? Mümkündürsə hansı formada? Məhkəmə Ekspertizаsı Mərkəzinin 29 mart 2021-ci il tarixli, 10/218 №-li rəyində təkrar birinci instansiya məhkəməsində verilmiş mütəxəsis rəyinə uyğun olaraq göstərilmişdir ki, 08.06.2018-ci il tarixdə RX seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 0.4119 ha və RX seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 0.2010 ha torpaq sahələrinin 3/4 hissəsinin iddiaçılara, 1/4 hissəsinin isə cavabdehə naturada ayrılıb verilməsi mülki iş materiallarının 38-ci və 42-ci səhifələrində qeyd olunan koo rdinatlar daxilində texniki baxımdan mümkündür. RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 0.0879 ha pay torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün həmin torpaq sahəsinin 3/4 hissəsinin iddiaçılara, 1/4 hissəsinin isə cavabdehə naturada ayrılıb verilməsi texniki baxımdan mümkün deyildir. Həmçinin texniki baxımdan bölgüsü mümkün olan RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar üzrə verilmiş torpaq sahələri ilə bağlı qeyd olunmuşdur ki, həmin torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğu nəzərə alınaraq 3/4 hissəsinin iddiaçılara, 1/4 hissəsinin cavabdehə texniki baxımdan naturada ayrılıb veriləcəyi təqdirdə təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən, torpaq sahələrinin təyinatı üzrə istifadəsi baxımından naturada real bölg üsü mümkün deyildir. Bunda başqa, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən müvafiq çıxarışlar üzrə ümumi 0,7008 ha olan torpaq sahəsinin ¾ hissəsinin iddiaçılara, ¼ hissəsinin isə cavabdehə naturada ayrılıb verilməsinin mümkünlüyü, mümkündürsə hansı formada verilməsi barədə mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, çıxarışlar üzrə ümumi 0,7008 ha olan torpaq sahəsinin ¾ hissəsi iddiaçılara, ¼ hissəsi isə cavabdehə naturada ayrıldığı təqdirdə, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacaq və təsərrüfat sahəsi yararsız hala düşəcəkdir. Bu səbəbdən naturada real bölgü mümkün deyildir. Apellyasiya instansiyası mə hkəməsinin 2(107)-196/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və İ.Şükürov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; iş üzrə 18 noyabr 2019-cu il və 29 mart 2021-ci il tarixli ekpertiza rəylərinə görə müəyyən edilmiş cəmi 100 manat ekspertiza xərcinin 33 manat hissəsinin iddiaçılardan müştərək qaydada, 67 manat hissəsinin isə cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə əldə olunmuş ekspert rəyi daha mötəbər sübüt kimi qiymətləndirilməli, Zaqatala ra yonu Göyəm kəndində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0,4119 ha və 0,2010 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçıların 3/4 hissə payları naturada bölünərək ayrılmaqla onların faktiki sahibliyinə və istifadələrinə verilməli, lakin 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün həmin torpaq sahəsində iddiaçıların paylarının naturada ayrılmasından imtina edilməlidir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, ekspertiza təyin etsə də, ekspert rəyini nəzərə almamışdır. Rəydə qeyd olunmuşdur ki, bölgü olduğu təqdirdə, torpaq sahələrindən təyinatı üzrə istifadə mümkün olmayacaq. Mülki Məcəllənin 220.3-cü maddəsinə qeyd olunmuşdur ki, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan bölgü mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Cavabdeh torpaq sahəsində fındıq bağı salmış, boşandıqları gündən iddiaçı sahə ilə maraqlanmamışdır. Halbuki, ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi, onun saxlanması xərcləri bərabər şəkildə bölünməlidir. Əslində iddiaçıları maraqlandı ran torpaq sahələri deyil, fındıqdan əldə olunan gəlirdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 135.6, 220.3, MPM-nin 14-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında İddiaçı2 şikayətin əsassız olduğunu, işin hər iki instansiya məhkəməsi tərəfindən tam və düzgün araşdırıldığını qeyd etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsas ında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdə n müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumı əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. MPM Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müə yyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əvvəlki kassasiya instansiyası məhkəməsi tərkibinin qoyduğu göstərişlərə əməl edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88 və 103.1-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəs i də vardır. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş rəyləri, o cümlədən onların hansı hissəsini qəbul etdiyi, hansı hissəsini isə qəbul etmədiyi barədə mövqeyini əsaslandırmışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-196/2021 nömrəli iş üzrə 30 ap rel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.