Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5191/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı hasardan həyətə qanunsuz açılmış pəncərənin bağlanması və kondisionerin sökülməsi tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı süni mərmər sexinin sökülməsi və həmin bağ mərmər istehsalı fəaliyyət növü ilə məşğul olmasının qadağan edilməsi bar ədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-342/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh qonuşudurlar və Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi ünvanda bağ evlərində yaşayırlar. 2. 19 sentyabr 2011-ci il tarixli 025/2011 saylı müqaviləyə əsasən, Buzovna Bələdiyyəsi tərəfindən 570 kv.m. torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir.
3. Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yaşayır.
4. İddiaçı yaşadığı ünvanda s üni mərmər hazırlanan sex işlədir. Həmin sexin fəaliyyəti ilə bağlı tərəflər arasında mübahisələr yaranmış, cavabdeh sexin fəaliyyəti ilə bağlı müxtəlif qurumlara şikayətlər ünvanlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında həyətinə baxan Cavabdeh məxsus evin hasardan açılmış iki pəncərəsinin bağlanması və həyətində quraşdırılmış cavabdehə məxsus kondisionerin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanda olan evinin həyətinə Cavabdeh tərəfindən hasardan həyətinə baxan 2 pəncərə qoyulmu ş və sahəsində kondisioner quraşdırılmışdır. Həmin 2 pəncərənin onun həyətinə baxması və kondisionerin onun yaşadığı torpaq sahəsində quraşdırılması qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən quraşdırılan pəncərələr onun həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. O, öz torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir. Həmçinin kondisioner onun həyətyanı sahəsində quraşdırıldığına görə ona darvazasının açılıb-bağlanmağında maneçilik yaradır. Cavabdeh tərəfindən bu cür maneələrin yaradılmasını təsdiq edən fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh tərəfindən hasarda qoyulan həyətinə baxan pəncərələr və həyətində quraşdırılan kondisioner iddiaçı kimi onun qanunla qorunan mənafelərini pozur.
7. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, İddiaçı həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi və həmin bağ sahəsində süni-mərmər sexinin inşasının və həmin fəaliyyət növü ilə məşğul olmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırırılmışdır ki, İddiaçı subyektiv hüququ olmayan şəxsdir. Belə ki, iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutları, yəni torpaq sahəsinin mülkiyyətində və ya istifadəsində olmasına dair, eyni zamanda, göstərdiyi evin onun mülkiyyətində və ya istifadəsində olmasına dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh hansı hüquqlarının pozulduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. O, öz torpaq sahəsindən bağ evi inşa edərək yay aylarında öz ailə üzvləri ilə birl ikdə həmin bağ sahəsindən və bağ evindən istifadə edir. Bağ evi tikildikdən sonra iddiaçı ilə qonşuluq münasibətləri yaxşı olmuşdur. İddiaçı onun bağına nəzarət edirdi və bunun müqabilində zəhmət haqqı alırdı. Bağ evi tikilərkən iddiaçı özü evin arxasından pəncərə və kondisioner quraşdırılmasına razılıq vermiş, hətta kondisionerin küçədə quraşdırılmasına razı olmamış, oğurlanma təhlükəsi olduğunu bildirərək, evinin arxasında quraşdırılmasını təklif etmişdir. İddiaçının ona qarşı iddia irəli sürməsinin səbəbi uzun müddətdir istifadəsində olan torpaq sahəsində qanunsuz olaraq lisenziya olmadan süni mərmər sexi inşa edərək süni mərmər istehsal etməsi nəticəsində kəskin aseton-yapışqan qoxusu, eləcə də mərmərin hazırlanmasında istifadə olunan digər kimyəvi maddələrin iyi və qoxusu, daşın emalı zamanı tozunun ona və ailəsinə çox pis təsir etməsi ilə əlaqədar aidiyyəti orqanlara şikayət yazmağı olmuşdur. Artıq uzun müddətdir ki, bağ sahəsində istirahət edə bilmir. Bu səbəbdən də, aidiyyəti orqanlara müraciət etmişdir. Aidiyyəti orqanlar onun iştirakı olmadan şikayət olunan sahəyə özlərinin yazmasına görə baxış keçirirlər və pozuntu olmadığını, çirklənmənin norma daxilində olduğu barədə cavablar yazırlar. Halbuki, istirahət zonasında kimyəvi-zəhərli maddələrlə bağlı nəyinsə istehsalı qadağandır. Eyni zamanda, sexə işlək vəziyyətdə baxış keçirilməli idi.
9. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında Cavabdeh məxsus evin hasarından İddiaçı həyətinə iki pəncərənin açılması və orada kondisioner quraşdırılması tikinti norma və qaydalarına uyğun olmuşdurmu? Həmin kondisioner İddiaçı öz əmlakından sərbəst istifadəsinə maneə törədirmi? 2) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən mərmər sexinin işlək olduğu halda qaz, toz, qoxu və s. kimyəvi maddələr qonşuluqda olan şəxslərin, xüsusilə Cavabdeh sağlamlığına zərər vururmu?
10. Ekspertiza təyin olunması barədə qərardadın birinci sualı üzrə ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə, ikinci sual üzrə ekspertizanın keçirilməsi Xəzər rayon Gigiyena və Epidemiologiya Mərkəzinə həvalə edilmişdir.
11. Həmin qərardad əsasında Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 11 yanvar 2021-ci il tarixli, 10/3825 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən tikilinin iki qonşu sahələrinin sərhədində inşa edilmiş divara bitişik olmasını nəzərə alaraq, həmin tikilidən qonşu torpaq sahəsinə iki pəncərənin açılmasının və orada kondisioner quraşdırılmasının tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən olunur.
12. İş üzrə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 04 fevral 2021-ci il tarixli 01-73/17 saylı rəyindən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus həyətdə fəaliyyət göstərən mərmər sexindən çıxan qaz, toz, qoxu və s. kimyəvi maddələr qonşuluqda yaşayan Cavabdeh sağlamlığına zərər vurulmasını öyrənmək məqsədilə laboratoriyaya məxsus avadanlıqlar vasitəsilə götürülmüş və sanitar gigiyenik laboratoriyada müayinə edilmişdir. Laboratoriya müayinələrinin nəticələri sanitar normalara uyğun gəlmişdir. Laboratoriya müayinələrinə əsasən belə nəticəyə gəlmək olar ki, sağlamlığına təsir göstərən mərmər sexindən çıxan kimyəvi maddələrin Cavabdeh sağlamlığına heç bir mənfi təsiri yoxdur.
13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-240/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) ilkin iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus evin hasardan açılmış, İddiaçı evinə baxan iki pəncərəsinin bağlanması və həyətində qura şdırılmış Cavabdeh məxsus kondisionerin sökülməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmışdır və iş üzrə alınmış ekspert rəyi, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında iddiaçının həyətinə baxan Cavabdeh məxsus evin hasarından iki pəncərənin açılması və həyətində quraşdırılmış kondisionerin quraşdırılması tikinti norma və qaydalarını pozmuş, bununla da iddiaçı öz qanuni mülkiyyətində olan əmlakından sərbəst istifadə imkanından məhrum olmuşdur. Mübahisə predmeti olan pəncərələrin açılmasına və kondisionerin quraşdırılmasına ilkin iddia üzrə cavabdehin hü ququ olmamışdır, həmin pəncərə və kondisioner iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin vəsaiti hesabına pəncərələr bağlanmalı və kondisioner sökülməlidir.
15. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə qeyd etmişdir ki, iş üzrə alınmış ekspert rəyi, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, mübahisəli mərmər sexinin fəaliyyəti sanitar normalara uyğun olmaqla, mərmər sexindən çıxan kimyəvi maddələrin Cavabdeh sağlamlığına heç bir mənfi təsiri yoxdur. Bundan əlavə, həmin sex hal-hazırda fəaliyyət göstərmir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.8 və 158.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hesab etmişdir ki, mübahisə predmeti olan pəncərələrin açılmasına və kondisioner quraşdırılmasına cavabdehin hüququ olmamışdır, bu tikinti norma və qaydalarına uyğun deyildir, ilkin iddiaçını öz qanuni mülkiyyətində olan əmlakından sərbəst istifadə hüququndan məhrum etmişdir. Məhkəmənin gəldiyi bu qənaət səh vdir. Çünki iddiaçının qeyd olunan ünvanda tikdiyi ev və mərmər sexi qanunsuz tikilidir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7330/21 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks-məhkəmə ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni mərmər sexinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda qaz, toz, qoxu, və s. kimyəvi maddələr, habelə səs-küy normalar daxilindədirmi? 2)Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni mərmər sexinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda qaz, toz, qoxu, və s. kimyəvi maddələr, habe lə səs-küy qonşuluqda olan şəxslərin, xüsusilə Cavabdeh sağlamlığına zərər vururmu?
20. Ekspertizanın aparılmasına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena Və Epidemiologiya Mərkəzi» Publik hüquqi şəxsin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssləri cəlb edilməsi və ekspertizanın qeyd olunan sex fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda (ən azı 2 saat işlədilməsi təmin olunmaqla) aparılması qərara alınmışdır.
21. Məhkəməyə təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 20/81 saylı, 31 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Milli Hidrometeorologiya Xidmətinin, Abşeron Rayon Vəkillər bürosunun və Səhiyyə Nazirliyinin Gigiyena E pidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2022-ci tarixində monitorinq keçirilmişdir. Ölçmə işləri şikayətçinin vəkili və sex sahibinin iştirakı ilə sabit hava şəraitində saat 10:50-12:00 radələrində səyyar GM1356 cihazı vasitəsilə qeyd olunan ünvanın ətraf ərazilərində aparılmış və təyin edilən səs-küy səviyyəsi 51.5 dBA (norma: 60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olmuşdur. Eyni zamanda, monitorinq zamanı sözügedən mərmər sexinin sifarişlər əsasında fəaliyyət göstərdiyi və hal-hazırda sifariş olmadığından sexin işləmədiyi məlum olmuşdur.
22. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04-22/3/450-2022 saylı, 01 fevral 2022-ci il tarixli məktubunda qeyd ed ilmişdir edilir ki, xx.xx.2022-ci il tarixdə yerində keçirilmiş baxış nəticəsində mənzil sahibi Cavabdeh evdə olmaması və evin qapısının bağlı olması, süni mərmər istehsalı sexinin nümayəndəsi İddiaçı isə sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qeyd olunanlar barədə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin və ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin X1 nümayəndələrinin iştirakı ilə akt tərtib olunmuşdur. Süni mərmər istehsalı sexinin nümayəndəsi İddiaçı akta imza etməkdən imtina etmişdir. 23. xx.xx.2022-ci il tarixli Sanitariya gigiyenik qiymətləndirmə aktına əsasən araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəs i, ünvan 2 ünvanında İddiaçı məxsus həyətdə süni mərmər sexi fəaliyyət göstərir, sexin həyətə və küçəyə qapıları vardır, sex ilə qonşunun (şikayətçinin) evi arasındakı məsafə təqribən 16-17 metrdir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanına uyğun olaraq sexdə səs küyün səviyyəsini ölçmək məqsədilə İddiaçı avadanlıqların işlədilməsi və bu zaman əmələ gələn toz, qoxu, səsküyün laborator instrumental yolla ölçülməsi xahiş olunmuşdur. Lakin birmənalı olaraq avadanlıqların işlədilməsinə və ölçmələrin aparılmasına lazımi şərat yaradılmamışdır.
24. Məhkəmə kollegiyasının iclasında dindirilən Azərbaycan Respublikası Səhiyyə N azirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin mütəxəssisi X5 izahatında və verilən suallara cavabında bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni-mərmər sexinə baxış keçirmək istəmişlər, lakin, İddiaçı buna şərait yaratmamışdır.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-342/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv olunmuş, ilk iddia qismən təmin olunaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında, İddiaçı həyətində quraşdırılmış Cavabdeh məxsus kondisionerin sökülməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında İddiaçı həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
26. Məhkəmə ilk iddia tələbi ilə bağlı hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi və ya fiziki şəxslər yalnız o halda özbaşına tikilinin sökülməsinə dair iddia qaldırmaq hüququnun subyekti kimi çıxış edə bilərlər ki, həmin özbaşına tikili onların qanunla qorunan maraqlarına toxunsun. İddiaçı cavabdeh tərəfindən evinin hasarında qoyulan və iddiaçının həyətinə baxan pəncərələrin iddiaçının qanunla qorunan hansı mənafelərini pozduğuna dair heç bir dəlil göstərməmiş, sübut təqdim e tməmişdir. Bu hissədə tələbini yalnız cavabdehə məxsus iddiaçının həyətinə baxan pəncərələrin mövcud olmasını milli mentalitetə uyğun olmayan hal kimi əsaslandırmışdır. Bu mənada, cavabdeh tərəfindən hasarda qoyulan iddiaçının həyətinə baxan pəncərələrin ilk iddiaçının qanunla qorunan mənafelərini pozması (havalandırmaya və giriş-çıxışa maneələr yaratması və sair) aşkar olunmadığına görə iddia tələbi pəncərələrin bağlanması hissədə əsaslı sayıla bilməz. Belə ki, sözügedən pəncərələrin mövcudluğu iddiaçının özünə məxsus olan həyət sahəsindən istifadəsinə maneçilik törətməsi sübut olunmur.
27. Lakin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən kondisioner iddiaçının həyətyanı sahəsində quraşdırıldığına görə ona darvazasının açılıb-bağlanmağında maneçilik yaratdığından ilk iddia tələbi kondi sionerin sökülməsi hissədə əsaslıdır.
28. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 20/81 saylı, 31 yanvar 2022-ci il tarixli məktubunda müəyyən olunmuş xx.xx.2022-ci tarixli monitorinqin nəticələri mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin məktubdan və eyni vaxtda monitorinqə cəlb edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04-22/3/450-2022 saylı, 01 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, süni mərmər istehsalı sexinin nümayəndəsi (sahibi) İddiaçı sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Halbuki, mübahisəli sexin fəaliyyətindən yaranan səs-küy və atmosfer tullantılarının norma daxilində olub-olmamasının müəyyən edilməsi üçün sex işlək vəziyyətdə ekspertiza aparılmalı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir. Həmçinin, yuxarıda qeyd olunan qərardadın icrası ilə bağlı iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04-22/3/450-2022 saylı, 01 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə yerində keçirilmiş baxış nəticəsində mənzil sahibi Cavabdeh evdə olmaması və evin qapısının bağlı olması, süni mərmər istehsalı sexinin nümayəndəsi İddiaçı isə sexin ava danlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qeyd olunanlar barədə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin və ETSN-nin Milli Hidrometereologiya Xidmətinin X1 nümayəndələrinin iştirakı ilə akt tərtib olunmuşdur. Süni mərmər istehsalı sexinin nümayəndəsi İddiaçı akta imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli Sanitariya gigiyenik qiymətləndirmə aktına əsasən araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında İddiaçı məxsus həyətdə süni mərmər sexi fəaliyyət göstərir, sexin həyətə və küçəyə qapıları vardır, sex ilə qonşunun (şikayətçinin) evi arasındakı məsafə təqribən 16-17 metrdir. “Ətraf mühitə və in san sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanına uyğun olaraq sexdə səs küyün səviyyəsini ölçmək məqsədilə İddiaçı avadanlıqların işlədilməsi və bu zaman əmələ gələn toz, qoxu, səs-küyün laborator instrumental yolla ölçülməsi xahiş olunmuşdur. Lakin birmənalı olaraq avadanlıqların işlədilməsinə və ölçmələrin aparılmasına lazımi şərat yaradılmamışdır. Həmçinin, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanına uyğun olaraq belə mübahisəli obyektlər yaşayış sahəsindən 50 metr uzaq məsafədə yerləşməlidir. Lakin sex ilə qonşunun (şikayətçinin) evi arasındakı məsafə təqribən 16-17 metrdir.
29. Göründüyü kimi, mübahisəli sexin fəaliyyətindən yaranan səs-küy və atmosfer tullantılarının norma daxilində olub-olmamasının müəyyən edilməsi üçün sex işlək vəziyyətdə ekspertiza aparılmalı olmasına baxmayaraq süni mərmər istehsalı sexinin nümayəndəsi (sahibi) İddiaçı sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır.
30. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən həmçinin Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 saylı Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7330/21 saylı xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin monitorinq məktubunu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04-22/3/450-2022 saylı, 01 fevral 2022-ci il tarixli məktubunu, həmin monitorinq zamanı iştirak etmiş və məhkəmə kollegiyasının iclasında dindirilən mütəxəssis X2 izahatını, eləcə də “Ekoloji təhlükəsizlik haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununlarının tələblərini, habelə mübahisəli sexin fəaliyyətindən yaranan səs-küy və atmosfer tullantıl arının norma daxilində olub-olmamasının müəyyən edilməsi üçün sex işlək vəziyyətdə ekspertiza aparılmalı olmasına baxmayaraq süni mərmər istehsalı sexinin nümayəndəsi (sahibi) İddiaçı sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamasını əsas götürərək hesab etmişdir ki, mübahisəli sexin fəaliyyəti cavabdehin sağlamlığına zərərli təsir göstərir və Cavabdeh onun evindən 16-17 metr məsafədə yerləşən (yuxarıda qeyd edilən normativ hüquqi aktlarda 50 metr məsafə nəzərdə tutulduğuna baxmayaraq) mübahisəli süni mərmər sexinin sökülməsini tələb etməkdə haqlıdır.
31. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanınd a İddiaçı məxsus süni-mərmər sexinin fəaliyyət göstərməsi nəzərdə tutulan torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər də müəyyən olunmamışdır.
32. Məhkəmə qarşılıqlı iddia tələbinin digər hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin həyətində inşa edilən süni-mərmər sexi söküldüyü təqdirdə, həmin bağ sahəsində cavabdehin süni-mərmər sexi işlətmək kimi fəaliyyət ilə məşğul olması özlüyündə mümkün olmayacaqdır. Cavabdeh gələcəkdə qanunsuz olaraq sex inşa etdiyi və bu inşaat iddiaçının hüququnu pozduğu təqdirdə iddiaçının aidiyyəti dövlət orqanlarına və ya məhkəməyə müraciət etmək hüququ vardır.
33. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələrinə, “Sanitariyaepid emioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 2-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla əsaslandırmışdır.
34. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
35. Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmış, məhkəmə onun xeyrinə olan qətnaməni ləğv etmiş, ona qarşı irəli sürülən iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarmış, lakin bu qətnaməni qiyabi adlandırmamışdır. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin X Vİİ fəsli ilə nəzərdə tutulmuş qiyabi icraat və qiyabi qətnamə qaydalarını pozmuşdur.
38. Məhkəmə MPM-nin 97.5-ci maddəsinə istinad etməklə bunu yalnız tərəflərdən birinə şamil etmişdir. Halbuki, bu ekspertizanın keçirilməsi üçün ilk növbədə Cavabdeh evdə olması və ekspertin həyətə daxil olması imkanı ilə bağlı olmuşdur.
39. Məhkəmənin qətnaməsindən səhv olaraq belə başa düşülür ki, guya söhbət gedən mərmər sexində daş mərmərin yonulması, kəsilməsi, müxtəlif tipli əşya və fiqurların hazırlanması həyata keçirilir. Halbuki, məsələ tamamilə başqadır. Bu sexdə yalnız kustar üsulu ilə süni mərmərin yoğrularaq hazırlanması prosesi həyata keçirilib. Sexdə fəaliyyət göstərən yeganə texnika yaş palçığı qarışdıran mikserdir. Burada dəzgahın səs salması, mərmər daşın kəsilməsi, yonulması, səs-küy sal ması, ətrafa mərmər tozunun yayılmasından bəhs oluna bilməz. Tam qapalı sexdə yalnız su ilə palçığın qarışdırılaraq yoğrulması prosesi həyata keçirilir. Bu proses ətrafa toz, hansı isə xoşagəlməz iy və ya səs-küy yayılmasına səbəb ola bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmənin istinad etdiyi Ekologiya və Təbii Sərvətlər nazirliyi X7 Departamentinin 22.07. 2016-cı il tarixli məktubundan da görünür ki, sexdə mərmərin işlədilməsi, mərmərdən müxtəlif ləvazimatların hazırlanması deyil, mərmərin sadəcə yoğrularaq qəliblərə yığılması prosesi həyata keçirilir. Eyni zamanda iş materiallarına əlavə edilmiş, FHN Sənayedə işlərin təhlükəsiz X4 tərtib etdiyi 23.09. 2020-ci il tarixli və Ekologiya və təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən tərtib edilmiş 19 avqust 2020-ci il t arixli monitorinqin nəticələrindən göründüyü kimi, ərazidə səs və qoxu səviyyəsinin, habelə ventilyasiya sisteminin normal vəziyyətdə olduğu və heç bir qayda pozuntusunun və insan sağlamlığı üçün hər hansı təhlükənin olmadığı müəyyən edilməmişdir.
40. İddiaçıb öz həyətində tikdiyi qeyri-yaşayış sahəsi kimi müxtəlif məqsədlər üçün istifadə edə biləcəyi tikintinin sökülməsi qonşu Cavabdeh tərəfindən tələb edilə bilməzdi. İddiaçıa belə bir subyektiv hüquqa malik deyildi və məhkəmə sexin sökülməsini qət edilə bilməzdi. Məhkəmə yalnız sexdə qanunsuz həyata keçirilən və ya kiminsə hüquqlarını pozan fəaliyyətin dayandırılması barədə qərar çıxara bilərdi. 41.
42. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
43. Tətbiq edilən hüquq
44. Azərba ycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
46. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
47. Maddə 158.2. Əmlak hüquqla rı həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
48. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
49. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 50. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunu
51. Maddə
2. Bu Qanun hüquqi və fizik i şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. 52. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunu
53. Maddə 1.1. Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və z ərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
54. Maddə
2. Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə təmin olunur: əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli proqramların yerinə yetirilməsi; dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməsini; əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş g igiyena təlim-tərbiyəsi işlərinin görülməsi; əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariyagigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat verilməsi; dövlət və idarə sanitariya nəzarəti, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət sistemi. Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları (AzDTN 2.6-1) 55.
5. İstehsalat ərazisi. Sənaye zonası (rayonu). 5.5. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin məskunlaşma ərazisində istehsalat prosesində havaya zərərli tullantılar buraxmayan, yanğın və partlayış təhlükəsi olmayan, qəbul olunmuş normadan artıq səs yaratmayan və dəmir yolu tələb olunmayan sənaye müəssisələrini yerləşd irmək olar. Bununla yanaşı, sənaye müəssisələri sahəsinin sərhədlərindən yaşayış binalarına, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərinə, tibb və istirahət müəssisələrinədək olan məsafə 50 mdən az olmamalıdır.
56. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
57. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə h ansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən ed ilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi ş ikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
69. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən yalnız qarşılıqlı iddia tələbinin təmin edilən hissəsndə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında süni mərmər sexində süni mərmər istehsalı fəaliyyəti ilə məşğul olması qadağan edilməli, qarşılıqlı iddia qalan hissədə rədd olunmalıdır.
73. Belə ki, ilkin iddianın təmin olunması hissəsində apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Çünki cavabdehin inşa etdiyi evdən iddiaçının həyətinə pəncərənin açılması, tikinti qaydalarında qadağanedici hal kimi nəzərdə tutulmamışdır.
75. Qarşılıqlı iddiaya aid hissədə isə apelyasiya instansiyası səhv nəticəyə gəlmişdir. Çünki əvvəla İddiaçı tətəfindən inşa edilmiş tikilinin (sexin) müvafiq icazə alınmadan tikilməsi, özlüyündə Cavabdeh onun sökülməsi barədə iddia vermə hüququ vermir. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələ r almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Odur ki, Cavabdeh bu cür iddia verməyə subyektiv hüququ, həmin tikintinin onun qanunla qorunan mənafelərinə toxunduğu halda yarana bilər.
76. Lakin T.Əliyevanın qonşuluq hüququndan istifadə etməklə mərmər sexinin fəaliyyəti ilə bağlı əmələ gələn buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan etmək hüququ vardır. Qarşılıqlı iddianın əsaslandığı faktik hallar da məhz bunlardan ibarətdir.
77. Məhkəmə bu amillərin yolverilən həddə olmasını müəyyən etmək üçün ekspertiza təyin etmiş, mütəxəssis tərəfinsdən səs-küyün normalar daxilində olduğu müəyyən edilməsinə baxmayaraq, digər zərərli amillərin (buxarın, qoxunun, hisin, tüstünün və digər oxşar amillərin) müəyyən olunması üçün ekspert tərəfindən tədqiqat aparılmasına İddiaçı şərait yaratmamışdır.
78. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, eksp ertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
79. Buna görə də apelyasiya instansiyası məhkəməsi tikinti qaydalarının tələblərinə əsasən belə mübahisəli obyektlərin yaşayış sahəsindən 50 metr uzaq məsafədə yerləşməli olmasına, mübahisəli sexin isə qonşunun (Cavabdeh) evi arasındakı məsafənin təqribən 16-17 metr məsafədə yerləşməsinə istinadla mərmər istehsalı fəaliyyətini qanunsuz sayması əsaslı olmuşdur. Lakin apelyasiya məhkəməsi bu cür amillərlə müşayiət olunan fəaliyyəti qadağan etməli olduğu halda, tikintinin sökülməsi barədə qərar çıxarılmasna üstünlük vermiş və iddianın bu cür həllinə ehtiyac olmadığı barədə yanlış nəticəyə gəlmişdir.
80. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin v ə ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
81. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə maddi hüquq normasını tətbiq edərkən səhvə yol vermişdir və bu hal qətnamənin ləğvi üçün əsaslardan biri olduğuna görə qətnamə qarşılıqlı iddiaya aid hissədə ləğv edilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul e dilməsi mümkün olduğuna görə həmin hissə üzrə yeni qərar çıxarılmalıdır.
82. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-342/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılmaqla Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin olunsun. İddiaçı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında süni mərmər sexində süni mərmər istehsalı fəaliyyəti ilə məşğul olması qadağan edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə m