Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5192/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2502/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank "xxxx" ASC-nin Premium filialı ilə İddiaçı arasında 27 sentyabr 2012-ci il tarixli, AKL-006/12P saylı kredit müqaviləsinə əsasən İddiaçı 60 ay müddətə, illik 17 faiz ödəmək şərti ilə 88.032 (səksən səkkiz min otuz iki) manat məbləğində Bank "xxxx" ASCnin Premium filialında kredit götürmüşdür. Bank "xxxx" ASC-nin Premium filialı ilə İddiaçı arasında 27 sentyabr 2012-ci il tarixli, AKL-006/12P saylı girov müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı 60 ay müddətinə 880,32 manat (səkkiz yüz səksən manat otuz iki qəpik) məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliyə və bu müqaviləyə əsasən digər ödən işlərinin qaytarılmasının təminatı kimi “Lexus LX 570” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı (xx.xx.2014-cü il tarixli razılıq məktubu əsasında **-VD-*** d.q.n.) avtomobil ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər.
2. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi 58.463,22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65.223,42 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, 58.463,22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə ol maqla ümumilikdə 65.223,42 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4892/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 3. xx.xx.1976-cı il təvəllüdlü məhkum Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, BöyükŞor qəsəbəsi ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmünün surətindən görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tut ulduğu, həbsdə və ev dustaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanılaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 isə CMin 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 say lı hökmü Cavabdeh1 münasibətdə dəyişdirilmiş, hökmdən Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş cəzanın həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi ilə bağlı müddəalar çıxarılmış, həmin hökmlə Cavabdeh1 CMin 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 3 il 2 ay 23 gün hissəsi icraya yönəldilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 1(102-630/2019 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 1(104)-304/2018 saylı qərarı qüvvədə saxlanılmışdır.
7. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixl i, 1 (088)-10/2017 saylı hökmünün məzmununda olan iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ilin sentyabr ayında “Lexus”un rəsmi idxalçısı "xxxx" Bankın ipoteka müqaviləsi ilə ilkin ödəniş edib JTJHY00W304103094 ban nömrəli, ağ rəngli "Lexus” LX 570 markalı avtonəqliyyat vasitəsini almışdır. Həmin avtonəqliyyat vasitəsi DYR-də öz adına qeydiyyata alınmış, ona **-RO-*** dövlət nömrə nişanı verilmişdir. Həmin vaxtdan etibarən avtonəqliyyat vasitəsi aylıq 2186 manat ödənilməklə onun istifadəsində olmuşdur. 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X43” markalı avtomobilə dəyişmək qərarına gəlmişdir. Bununla əlaqədar avtomobili Badamdar qəsəbəsi avtonəqliyyat vasitələrinin satış mərkəzində yerləşən “Mir” avtosalonuna 40.000 ABŞ dolları və qalan 6 0.000 kredit borcunun banka ödənilməsi şərti ilə avtosalonun satış meneceri X1. Bu barədə "xxxx" banka həmin tarixdə məlumat vermişdir. Bundan sonra avtosalonun meneceri O.S.Əhədov "Lexus” LX 570 markalı üzərindən **-RO-*** dövlət nömrə nişanını DYPİ-yə təhvil vermişdir. Avtomobili **-VD-*** dövlət nömrə nişanı ilə qeydiyyata qoymuşdur. xx.xx.2014-cü il tarixdə Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq "Lexus” LX 570 markalı avtomobili satması barədə məlumat vermişdir. 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub gecikdirilməsini bildirmişlər. O isə X14 zəng vuraraq narazılığını bildirmişdir. O cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Şəxsi tanışlıqları hesabına **VD-*** dövlət nömrə nişan lı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. Lakin avtomobilin sonrakı aqibəti barədə xəbəri olmamışdır. Sonra Anarı tapmış, Qismət, Anar və o, görüşüb bu barədə söhbət etmişlər. Anar avtomobili tanışının xahiş etdiyinə görə ölkə ərazisindən çıxardığını, avtomobilin başqa şəxsə məxsus olmasını bilməmişdir. Anardan Arifin telefon nömrəsini almış və onunla telefon əlaqəsi saxlamışdır. Arif avtomobili gömrük məntəqəsindən onun buraxdığını bildirmişdir. Ona 60.000 ABŞ dolları zərər dəymişdir. Bank həmin pulu ondan tələb edir. Zərərçəkmiş şəxs İddiaçı ifadəsində həmçinin bildirmişdir ki, o 4-5 il əvvəl Qismətə “BMW” markalı avtomobil alarkən etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xatırladığı qədər beş ya da on illik olmuşdur. Etibarn amədə konkret avtomobilin adı qeyd edilmir. Qismətə başqa etibarnamə isə verməmişdir. Qismət ona verdiyi həmin etibarnamə əsasında onun icazəsi olmadan digər şəxsə etibarnamə vermiş, avtomobili satmışdır. Əslində isə Qismətin avtomobil üzərində alqı-satqı etmək səlahiyyəti olmamışdır. Avtomobilin texniki pasportunda onun özgəninkiləşdirilə bilməməsi barədə qeydiyyat olmuşdur. Ona bir aylıq etibarnamə isə verməmişdir. İbtidai istintaq zamanı da belə ifadə verməmişdir. O, banka 40.000 ABŞ dolları ödəmiş, 60.000 ABŞ dolları isə qalmışdır. Avtomobili satarkən avtoservislə alqı-satqı müqaviləsi bağlamamışdır. Sonradan avtomobili Anar Məcidovun ölkə ərazisindən çıxarması ona məlum olmuşdur. O, Anara avtomobil verməmişdir. Anarı avtomobil ölkə ərazisindən çıxarıldıqdan sonra, işlə bağlı istintaq başlandıqdan sonra tanımışdır. Qismət isə avtomobili Rövşən adlı şəxsə satmışdır. Qismət avtomobili satıb ona 38.000 ABŞ dolları verməli olmuşdur. Avtosalona avtomobili verərkən heç bir sənədləşmə aparmamışdır. O, avtomobilin ipoteka ilə yüklü edildiyini bilmiş, banka avtomobili satacağı barədə yazılı məlumat vermişdir. Lakin avtomobili başqa şəxsə satmaq üçün bankla şifahi qaydada razılaşmışlar. Avtomobilin nömrəsini dəyişmək üçün rəsmi məktub almışdır. Qismət avtomobili Rövşən adlı şəxsə sataraq, 30.000 ABŞ dollar beh almış, lakin həmin puldan ona verməmişdir. Bu barədə banka məlumat verməmişlər. Anar Məcidova qarşı şikayətçidir. Avtomobilini ondan tələb edir. Digər təqsirləndirilən şəxslərdən şikayəti yoxdur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)77 58/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bank "xxxx" ASC və X14 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(103)-3884/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1430/ 2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3884/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. X12 Bakı şəhəri Yasamal RPİ-nin rəisinə yazdığı xx.xx.2015-ci il tarixli ərizəsindən və aidiyyatı dövlət qurumlarına yazdığı xx.xx.2017-ci il tarixli izahatının məzmunundan görünür ki, xx.xx.2014-cü il tarixdən işlədiyi Yasamal rayonu ərazisində yerləşən Bakı Avtomobil satışı mərkəzindəki «Mir» avtosalonuna X26 maşın almaq üçün ona müraciət etdi. O, BTB bankda girovda olan ağ rəngli «Lexus” LX 570 markalı **-VD-*** dövlət nömrə nişanlı avtomobili bəyənərək almaq qərarına gəldi. O, ilkin ödəniş olaraq 28000 ABŞ dollarını ödəyərək və banka olan 58000 manatı ödəməyi 1 ay ərzində öhdəsinə götürdü, lakin maşını aldıqdan sonra banka olan borcu ödəməmiş, maşını qaytarmaqdan boyun qaçırmışdır. Hal-hazırda avtomobil İddiaçı adınadır. O maşını ona satarkən 1 ay müddətinə İddiaçı ona olan mülkiyyət etibarnaməsi əsasında vermişdir. Xahiş edir ki, X29ünün qanunsuz əməllərinin ifşa olunmasına və məsuliyyətə cəlb olunmasına göstəriş verilsin.
12. X17 xx.xx.2008-ci il tarixdən «Mir» avtosalonuna meneger vəzifəsində qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2013-cü il tarixdən isə Cavabdeh3 MMC-yə qeyri-ərzaq malları üzrə satıcı nəzarətçi-kassir vəzifəsinə təyin edilmişdir.
13. İddiaçı xx.xx.2009-cu il tarixli, ƏN-İ 188500 saylı etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur.
14. İddiaçı və X17 da öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X18 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 100.000 (yüz min) ABŞ dolları avtomobilin dəyəri, 30000 (otuz min) ABŞ dolları məbləğində dəymiş maddi zərər olmaqla, 10.000 ABŞ dolları dəymiş mənəvi zərər olmaqla cəmi 140.000 ( yüz qırx min) ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İd diaçı banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan ‘'Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X17 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100000 (yüz min) ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X3 həyata keçirmək üçün etibarnamə vermişdir. Onunla birlikdə Bank "xxxx" ASC-nin “Premium” Filialına getmiş, “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-RO-*** nömrəli dövlət qeydiyyatlı avtomaşın “MİR” avtosalonunda satışa qoyduğunu bildirərək həmin nömrənin avtomobilin üzərindən çıxarılması üçün DYP-yə məktub vermələrini xahiş etmiş, bank tərəfindən məktub vermiş və maşının nömrəsi dəyişdirilərək **-VD-*** olmuşdur. Avtosalon maşını 100000 manata satıb, bankın borcunu və salonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Yəni bankdakı öhdəlikləri yeni alıcıya keçməsini tənzimləməklə qalan vəsaiti iddiaçıya verməli idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşını almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır. Tərəfindən dərhal polisə məlumat verilmişdir. Uzun müddət axtarışdan sonra məlum olmuşdur ki, cavabdeh Əliyev X27 Kərimin mülkiyyətində olan “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını hansısa vasitə ilə ələ keçirərək tanışı, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 vasitəsilə, əlbir olaraq qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasına keçirərək satmışlar. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ondan, ümumilikdə cəmi 65223.42 manat pul vəsaiti iddiaçıdan tutularaq Bank BTB ASC-yə verilməsi qət edilmişdir. Göründüyü kimi o avtomobili «Mir» Avtosalonuna (“Avtoinvest" MMC) 100.000 ABŞ dolları satışa çıxarmışdır. Bunun nəticəsində İddiaçı 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan nəqliyyat vasitəsinin oğurlanaraq qaçaqmalçılıq yolu ilə Gürcüs tana keçirilməsində təqsirli bilinmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli, 1(088)10/2017 saylı hökmü ilə Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətə, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)-304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1(088)-10/2017 saylı hökmü dəyişdirilmiş, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 1(102)-630/2019 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. O, n əqliyyat vasitəsini 100.000 ABŞ dolları dəyərinə satıb, banka olan borcunu ödəmək, qalan məbləğə isə yeni nəqliyyat vasitəsi əldə etmək niyyətində idi. Lakin cavabdehlərin vurduğu qəsd nəticəsində ona 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, «Mir» Avtosalonu (“Avtoinvest" MMC) sözügedən hadisə ilə bağlı onu məlumatlandırsaydı mülkiyyətində olan avtomobilin qaçaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarılaraq satılmasının qarşısını ala bilərdi. Bu səbəbdən bu müddət ərzində o, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuş, ona maddi və mənəvi zərər dəymişdir. Hesab edir ki, «Mir» Avtosalonu (“Avtoinvest" MMC) cavabdeh kimi işə cəlb edilməli, «Mir» Avtosalonundan keçirdiyi iztirablara görə 10.000 ABŞ dolları mənəvi zərərə görə vəsait tutularaq ona ödənilməlidir. Həmçinin h esab edir ki, cavabdehlər maşını sataraq onu 100000 ABŞ dollarından məhrum etməklə həmin vəsaiti 6 il istifadə etdiklərindən xeyli miqdarda zərər vurmuşlar. Belə ki, Mərkəzi Bankın uçot faiz dərəcəsi 2018-ci ildə 109.75%, 2019-cu ildə 9.25-7.5% arasında dəyişmiş, 2020-ci il tarixdə 7.25-6.25% arasında dəyişmişdir. Qeyd olunan faiz dərəcələrinin ən aşağı həddini götürməklə 100.000 X 5%= 5000 (beş min) ABŞ dolları X 6 il= 30.000 (otuz min) ABŞ dolları. 17. Avtoinvest" MMC-nin nümayəndəsi iddianın MMC-yə münasibətdə əsassız olması barədə məhkəməyə təqdim etdiyi yazılı etirazda göstərilmişdir ki, qüvvədə olan məhkəmə qətnamə, qərar və hökmləri ilə Qismət Əhədov İddiaçı ziyan vurmaqda təqsirli bilinməmişdir və Q.Əhədovun hərəkətlərində İddiaçı hüquqlarını pozan hər hansı qəsd və ehtiyatsızlıq müəyyən edilməmişdir. Belə ki, İddiaçı cavabdeh Q.Əhədova qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbinin əsası və predmeti hazırkı iddia tələbinin əsası və predmeti ilə eynidir. Həmin iş üzrə cavabdeh olan Q.Əhədov isə Cavabdeh3 MMC-nin işçisidir. Belə ki, xx.xx.2013-cü ildən Q.Əhədov Cavabdeh3 MMC-də nəzarətçi vəzifəsində işləyir. İşin ədalətli həll edilməsi üçün İddiaçıla Q.Əhədov arasında olan məhkəmə mübahisəsi əhəmiyyət kəsb edir və bununla bağlı müəyyən edilmiş faktlar birbaşa bu işdə tətbiq edilməlidir. Əmək kitabçasından da göründüyü kimi Q.Əhədov Cavabdeh3 MMC-də işə qəbul edilməmişdən əvvəl xx.xx.2008- ci ildən xx.xx.2011-ci ilədək “MİR” avtosalonu kimi tanınan qardaşı X8 avtosalonunda menecer vəzifəsində işləmişdir. X15 fərdi sahibkar kimi (VÖEN **********) fəaliyyət göstərir və əmək kitabçasında da, həmin VÖEN qeyd edilmişdir. İddiaçı Q.Əhədova qarşı qaldırdığı iddia ərizəsində qeyd edir ki, - Göründüyü kimi, mən avtomobili “Mir Avtosalon”un sahibinin qardaşı X14 şifahi razılaşmaya əsasən satmışam”. Deməli, İddiaçı ən azı 2008-ci ildən “MİR” avtosalonun sahibi kimi Məhərrəm Q.Əhədovu “MİR” avtosalonun meneceri kimi tanıyır və Q.Əhədovla dost olmuşlar və uzun illərdir bir-birlərinə etimad edərək aralarında ticarət münasibətləri olmuşdur və aralarında avtomobillərin alışısatışı olmuşdur. Məhz buna görə də, İddiaçı hələ xx.xx.2009-cu il tarixində 5 il müddətinə, (Q.Əhədovun qardaşının “MİR” avtosalununda işlədiyi dövrdə) Q.Əhədova etibarnamə verərək, ona özünün “bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərənc am verməyi” və digər səlahiyyətləri vermişdir (həmin etibarnamə əlavə olunur). İddiaçı Q.Əhədova satdığı “Lexus LX 570” markalı avtomobilin əvəzində isə X43 markalı avtomobili almışdır. Q.Əhədov da İddiaçı aldığı avtomobili ona verilmiş həmin etibarnamə əsasında “Lexus” LX 570 markalı avtomobili X6 ona İddiaçı adından xx.xx.2014-cü il tarixində etibarnamə vermişdir. Məhz buna görə də, 2015-ci ilin fevral ayında avtomobilin oğurlanması faktı aşkar edidlikdə, bu barədə Bakı şəhər Yasamal RPİ-nə xx.xx.2015-ci ildə ərizə ilə ilk müraciət edən şəxs İddiaçı deyil, Q.Əhədov özü olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi - onun Q.Əhədova qarşı qaldırdığı iddia üzrə qüvvədə olan 2(011)-7758/2019 saylı xx.xx.2019-cu il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə aşağıdakı faktlar müə yyən edilmişdir: -... həmçinin İddiaçı həmin avtosalondan X43 markalı maşını götürərək, ilkin ödəniş kimi 28.000 ABŞ dolları məbləği ilə əvəzləşdirmişdir (qətnamə: səh. 3, abz. 1); ƏN-İ 472589 saylı, xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edənlər İddiaçı və X17 daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X18 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir (qətnamə: səh. 3, abz. 6); ƏN-İ 188500 saylı, xx.xx.2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmişdir, etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur (qətnamə: səh. 3, abz. 7); Məhkəmə tərəfindən iş materiall arı əsasında müəyyən olunmuşdur ki, İddiaçı və X17 eyni vaxtda daşınar əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. səlahiyyətləri X18 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir... (qətnamə: səh. 4, abz. 2); İddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatı olmuşdur (qətnamə: səh. 4, abz. 2); Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10.000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin sayılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehləri təqsirliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Soltanovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmadı (qətnamə: səh. 4, abz. 2); Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X18 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X12 dəymiş ziyana görə təqsiri müəyyən olunmadığından və avtomobilin faktiki sahibliyindən çıxması barədə İslamovla əlaqələndirilidiyindən iddia tələbi cavabdeh Q.Əhədova münasibətdə təmin oluna bilməz. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh Q.Əhədova qarşı yönəlmiş iddia tələbi üzrə mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə dair normalarına uyğun həll edilməli, bununla yanaşı iddia tələbi əsassız olduğuna görə iddia müddəti də tətbiq olunmalıdır (qətnamə: səh. 4, abz. 3) Qüvvədə olan 2(011)-7758/2019 saylı xx.xx.2019-cu il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməm iş və yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə İddiaçı maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi 1(088)-10/2017 saylı xx.xx.2017-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə zərərçəkmiş şəxs olan İddiaçı öz ifadəsində aşağıdakıları göstərmişdir: “2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X43” markalı avtomobilə dəyişmək qərarına gəlmişdir. ” (hökm: səh. 43, abz 5); “avtomobili X2” “18 sentyabr 2014-cü il tarixində Q.S.Əhədov onun ***-***-**** mobil nömrəsinə zəng vurub “Lexus LX 570” markalı avtomobili satması barədə məlumat v ermişdir” (hökm: səh. 44, abz 1); Avtomobili satarkən avtoservislə alqı-satqı müqaviləsi bağlamamışdır (hökm: səh. 44, abz 2); Həmin avtomobil isə X23 və X30 birlikdə X19 və X20 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istintaq orqanı tərəfindən işindən ayrıca cinayət işi ayrılmışdır (hökm: səh. 79, abz 6) Hökmdən güründüyü kimi iddiaçı onun Q.Əhədova verdiyi etibarnamə əsasında avtomobili satmış və bu barədə iddiaçıya hələ 18 sentyabr 2014-cü ildə məlumat vermişdir. Həmin vaxtdan iddiaçı avtomobilinin satıldığını bilmiş və buna dair hər hansı etirazı olmamışdır. Yəni iddiaçının hər hansı hüququları pozulmuş olsaydı belə, bundan artıq 7 (yeddi) il əvvəl məlumatı var idi. Deməli İddiaçı tərəfindən həm də iddia müddəti ötürülmüşdür və məhkəmə tərəfindən iddia m üddəti də tətbiq edilməlidir. Cavabdeh olaraq Cavabdeh3 MMC iddia müddətinin tətbiq edilməsini xahiş edir. Həmin hökmə və 1(104)-304/2018 saylı xx.xx.2018-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qərarına əsasən Cavabdeh1 və Cavabdeh2 törətdikləri əməllərə görə təqsirli bilinmişlər. Hökmdən həmçinin aydın olur ki, İddiaçı ilə "xxxx" MMC arasında yazılı müqavilə bağlanmamışdır. "xxxx" MMC-nin və onun rəhbərliyinin bütün bu proseslərdən ümumiyyətlə məlumatı olmamışdır.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6082/2021 nömrəli iş üzrə 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın qismən təmin edilməsi, Cavabdeh3 MMC-dən 47600 (qırx yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarını n Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22400 (iyirmi iki min dörd yüz) manat, eləcə də, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)-7758/2019 nömrəli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir, lakin həmin qətnamədə əksini tapmış müəyyən hallar hazırki iddianın əsaslılığına hüquqi qiymət verilməsi üçün zəruridir. Həmin iş üzrə cavabdeh X12 İddiaçı «Mir» avtosalondan X43 markalı maşını götürərək, ilkin ödəniş kimi 28.000 dollar məbləğ ilə əvəzlə şdirməsini bildirməsi faktı heç bir sübutla təsdiq edilməmiş, bu halın mövcudluğu da sözügedən qətnamə ilə müəyyən edilməmişdir. Qətnamədə bu halı yalnız X12 nümayəndəsi izahatında bildirmişdir ki, izahat da, məhkəmənin həmin faktı müəyyən edilməsi kimi qiymətləndirilmir.
20. Məhkəmə daha sonra qeyd edir ki, baxılan iş üzrə Avtoinvest" MMC-nin nümayəndəsi də, İddiaçı Q.Əhədova satdığı “Lexus LX 570” markalı avtomobilin əvəzində isə X43 markalı avtomobili almasına istinad etsə də, bu faktın mövcudluğunu təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaya etirazında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə zərərçəkmiş şəxs olan İddiaçı öz ifadəsində 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X43” markalı avtom obilə dəyişmək qərarına gəlməsini göstərməsinə istinad etməsi də əsassızdır. İddiaçı hazırki məhkəmə iclasında da belə bir niyyəti olmasını gizlətməmişdir, lakin qiymətləri sərf etmədiyi üçün məhz avtasalon tərəfindən bunun həyata keçirmədiyini və avtomobilli ona vermədiklərini bildirmişdir.
22. Məhkəmə cavabdehin iddiaya olan etirazının əsası kimi iddiaçının bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmasına istinad etməsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həqiqətən də iddiaçıya avtomobilinin satılması barədə məlumat verilmiş, buna görə də o, bu barədə ona Q.Əhədovun məlumat verməsində qeyri-adi hər hansı hal görməmişdir. Lakin iddiaçının həm məhkəmədə, həm də hökmdə olan izahatından görünür ki, 2015-ci ilin fevral ayında ona "xxxx" ba nkın problemli kreditlər şöbəsindən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra X14 zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Sonradan şəxsi tanışlıqları hesabına **VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. İş materiallarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdehin də etirazında etiraf etdiyi kimi 2015-ci ilin fevral ayında avtomobilin oğurlanması faktı aşkar edildiyi üçün bu barədə Bakı şəhər Yasamal RPİ-nə xx.xx.2015-ci ildə ərizə ilə ilk müraciət edən şəxs İddiaçı deyil, Q.Əhədov özü olmuşdur. Bu isə avtomaşının məhz cavabdeh MMC-nin əməkdaşı olan Q.Əhədov tərəfindən satılmasının və bu barədə də i ddiaçıya məlumat verməsinin bir daha təsdiqidir. Həmçinin sözügedən qanuni qüvvəsini almış qətnamədən də görünür ki, X17 (onun nümayəndəsinin izahatı) iddiaçının ona etibarnamə verməsini, sonuncunun isə həmin etibarnamə əsasında iddiaçının iradəsini yerinə yetirməsini göstərmişdir. Cavabdeh tərəfin hazırki iş üzrə iddiaya etirazında da göstərdiyi kimi, Q.Əhədov da, İddiaçı aldığı avtomobili ona verilmiş həmin etibarnamə əsasında “Lexus” LX 570 markalı avtomobili X6 ona İddiaçı adından xx.xx.2014-cü il tarixində etibarnamə vermişdir. Göründüyü kimi, cavabdeh MMC iddiaçının adından avtomaşının satılması ilə bağlı etibarnamə üzrə verilən səlahiyyətlər həddində Q.Əhədovun müəyyən hərəkətlərinin etməsini etiraf etmişdir. Q.Əhədovun isə həmin vaxtı cavabdeh MMC-nin əməkdaşı olması işin mübahisəs iz halıdır.
23. Məhkəmə iddiaya olan etirazın dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli, 1(088)-10/2017 nömrəli hökmünün məzmununda "xxxx" MMC-nin və onun rəhbərliyinin İddiaçı mülkiyyəti olan avtomaşının MMC-nin əməkdaşı olan X17 tərəfindən satılması ilə müşayət olunun proseslərdən ümumiyyətlə məlumatı olmamasına dair hər hansı qeyd yoxdur. Həmçinin məhkəmə cavabdeh tərəfindən MMC-nin bütün bu proseslərdən xəbərdar olmamasına dair qeydlərin olması ilə bağlı irəli sürülən dəlilləri də inandırıcı saymır. Ən azından ona görə ki, iddiaya etirazdan da görünür ki, sözügedən avtosalonun sahibi X12 qardaşı, fərdi sahibkar X10r.
24. Məhkəmə daha sonra qeyd edir ki, cavabdeh MMC-nin əməkdaşı iddiaçının mülkiyyətində olan avtomaşını o nun adına verilmiş etibarnamədən istifadə etməklə ilkin olaraq 28000 ABŞ dollarını alması və hazırki vaxta kimi də həmin məbləğin iddiaçıya qaytarılmaması ilə onun hesabına əsassız varlanmışdır. Odur ki, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır.
25. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Bank BTB ASC və X14 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının tutulmasına dair iddiasının rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qərarlarının olmasına, həmin qətnamə ilə mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Əhmədovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamasına, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X18 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X12 dəymiş ziyana görə təqsiri müəyyən olunmamasına və avtomobilin faktiki sahibliyindən çıxmasının birbaşa R.İslamovla əlaqələndirildiyindən iddia tələbinin cavabdeh Q.Əhədova münasibətdə təmin oluna bilməməsinə baxmayaraq işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X17 məhz Bakı Avtomobil satışı mərkəzindəki «Mir» avtosalonu adı altında fəaliyyət göstərən avtosalunu “Avtoinvest" MMC avtosalonunun əməkdaşı olmaqla işlədərək, İddiaçı mülkiyyətində olan «Lexus» LX 570 markalı **-VD-*** dövlət nömrə nişanl avtomobili etibarnamə əsasında 2014-cü ilin sentyabr ayında X4 və buna görə ondan ilkin olaraq 28000 ABŞ dolları alması faktı tam təsdiq edilir. Bu halların mövcudluğu isə satışla bağlı alınmış 28000 ABŞ dolları məbləğinə münasibətdə Q.Əhədovun işçisi olduğu cavabdeh MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşımasının birbaşa təsdiqidir. Başqa sözlə, alqı-satqı ilə bağlı iddiaçı ilə cavabdeh MMC arasında hər hansı sənədləşdirmənin aparılmaması, MMC-nin əməkdaşı olmuş Q.Əhədovun avtosalona satış üçün qoyulmuş avtomaşını satmaqla ilkin olaraq 28.000 ABŞ dollarını alması faktının mövcudluğu fonunda MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşımamasını istisna etmir.
26. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmü qanuni qüvvəsini aldığı andan hesablandığından onun tərəfindən qeyd edilən normada təsbit edilmiş müddət buraxılmamışdır.
27. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməyə davam edərək daha sonra qeyd etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, 16587 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, ‘'Lexus LX 570" markalı avtomobilin 25 sentyabr 2014-cü il tarixə dəyəri 70000 (yetmiş min) manat müəyyən edilir. Avtomaşının “Avtoinvest" MMC-nin satış salonundan satılmasından sonra baş verən hadisələrin axarı cinayət əməlləri ilə müşayiət olunmasına baxmayaraq hazırki mövcud durumda avtosalon tərəfindən onun əməkdaşının vasitəsilə salonda olmuş və oradan da satılan avtomaşına görə alınmış 28000 ABŞ dolları məbləğində pula münasibətdə MMC iddiaçı qarşısında mülki məsulliyət daşıyıcıdır və həmin məbləğ Azərbaycan manatının ABŞ dollarının məzənnəsinə uyğun (28000 x 1.70 manat=46000 manat) olaraq MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə qeyd edilən hallarla yanaşı eyni zamanda belə nəticəyə gəlmişdir ki, avtomaşının müəyyən edilmiş dəyərinin digər 24.000 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmü ilə müəyyən edilmişdir ki, «Lexus LX 570» markalı, JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **VD-*** dövlət qeydiyyat nişanlı avtomaşın 25 sentyabr 2014-cü il tarixdə saat 02:52-də Tovuz Gömrük İdarəsini n «Sınıq Körpü» gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmişdir. «Lexus LX 570» markalı, JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış 016-39958-1215 nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Bank "xxxx" ASC-nin Premium filialı arasında AKL-006/12P nömrəli, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında həmin avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin avtomobil isə X23 və X30 birlikdə X19 və X20 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istintaq orqanı tərəfindən cinayət işindən ayrıca cinayət işi ayrılmişdır. Cavabdeh1 isə qeyd olunan avtomobili Azərbay can Respublikasından qanunsuz keçirilməsini təşkil etmşidir. Həmin xüsusat cinayət işində olan və tədqiq edilmiş telefon danışıqları, SMS mətnləri ilə sübuta yetirilir. Hökmlə daha sonra müəyyən edilmişdir ki, Cavabdeh1 və Rəşad Dadaşovla yanaşı bu cinayət əməlinin törədilməsində xüsusi subyekt- Tovuz Gömrük İdarəsinin «Sərhəddə icazə blanklarının verilməsinə nəzarət» şöbəsinin əməkdaşı Cavabdeh2 iştirakı müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 həmçinin «Lexus LX 570» markalı, JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomaşının rəsmiləşdirilməsini aparmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, yəni, həmin avtomaşınların rəsmiləşdirməsini Cavabdeh 1 xahişi əsasında onun verdiyi məlumatlar əsasında həyata keçirmişdir. Belə ki, Cavabdeh1 güşədə ona yaxınlaşaraq avtomaşınlara dair məlumatları şifahi deyərək avtomaşınların sənədlərini təqdim etməmiş, həmin məlumatları yoxlamaq vəzifəsi olan Cavabdeh2 isə qulluq mənafeyi tələb etdiyi halda bu səlahiyyətindən istifadə etməyib rəsmiləşdirmə aparmaqla hərəkətsizlik edib vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdə əksini tapmış Dövlət Gömrük Komitəsinin “X7 Sistemi”-nə baxış keçirilməsi haqqında xx.xx.2016-cı il tarixli protokoldan görünür ki, “Lexus LX 570” markalı, **-VD-*** qeydiyyat nömrə nişanlı minik avtomobili 25 sentyabr 2014-cü il tarixdə, saat 02:52-də “Sınıq Körpü” gömrük postunda 365 nəzarət müddəti qoyulmaqla müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirməklə Azə rbaycan Respublikası ərazisindən çıxarılmışdır. Rəsmiləşdirmə inspektor Cavabdeh2 tərəfindən həyata keçirilmişdir.
29. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələblərinə də qiymət verərək qeyd etmişdir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.
30. Məhkəmə hesab etmişdir ki, avtomaşının Cavabdeh1 Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etməsi və Cavabdeh2 da vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə buna müəyyən şərait yaratması nəticəsində iddiaçı faktiki olaraq mülkiyyətindən qanunsuuz məhrum edilməsi, bununla da həmçinin banka olan kredit borcunun təminatı da əldən çıxması bu hərəkətlərindən sonra iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı, iztirab vermişdir. Göstərilənlər məhkəməyə iddiaçıya mənəvi ziyan vurulması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Lakin məhkəmə iddianın mənəvi ziyan tutulması hissəsinin qismən, yəni, qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməsini mümkün sayır.
31. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 MMC tərəfindən onun əməkdaşı vasitəsilə sözügedən avtomaşının yalnız satışı ilə bağlı 28.000 ABŞ dolları alınması ilə bağlı hərəkətlər həyata keçirilmiş, hadisələrin sonrakı gedişatında baş vermiş cinayət əməllərinin sözügedən cavabdehə aidiyyatı hüquq mühafizə orqanları vasitəsilə və məhkəmə hökmü ilə müəyyən olmadığı üçün onun iddiaçı qarşısında mənəvi ziyanla bağlı məsuliyyəti yaranmamışdır.
32. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu mənəvi ziynan məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 1.000 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 2.000 manatın müştərək qaydada tutularaq İddiaçı ödənilməsini ədalətli və məqsədəmüvafiq sayır.
33. Məhkəmə iddiaçının cavabdehlərdən 30000 (otuz min) ABŞ dolları məbləğində dəymiş maddi zərər tutulması barədə tələbini əsassız hesab edir.
34. İddiaçı bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər həm ağlabatan, həm də, hər hansı sübutlarla öz təsdiqini tapmamışdır.
35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 21, 23-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməyən qalan hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1(088)10/2017 saylı hökmünün məzmununda olan iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən görün ür ki, o, 2012-ci ilin sentyabr ayında “Lexus”un rəsmi idxalçısı "xxxx" Bankın ipoteka müqaaviləsi ilə ilkin ödəniş edib JTJHY00W304103094 ban nömrəli, ağ rəngli “Lexus” LX 570 markalı avtonəqliyyat vasitəsini almışdır. Həmin avtonəqliyyat vasitəsi DYR-də öz adına qeydiyyata alınmış, ona **-RO-*** dövlət nömrə nişanı verilmişdir. Həmin vaxtdan etibarən avtonəqliyyat vasitəsi aylıq 2186 manat ödənilməklə onun istifadəsində olmuşdur. 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X43” marklı avtomobilə dəyişmək qərarına gəlmişdir. Bununla əlaqədar avtomobili Badamdar qəsəbəsi avtonəqliyyat vasitələrinin satış mərkəzində yerləşən “Mir” avtosalonuna 40.000 ABŞ dolları və qalan 60.000 kredit borcunun banka ödənilməsi şərti ilə avtosalonun satış meneceri X1. Bu barədə "xxxx" banka həmin t arixdə məlumat vermişdir. Bundan sonra avtosalonun meneceri O.S.Əhədov "Lexus” LX 570 markalı üzərindən **-RO-*** dövlət nömrə nişanını DYPİ-yə təhvil vermişdir. Avtomobili **-VD-*** dövlət nömrə nişanı ilə qeydiyyata qoymuşdur. xx.xx.2014-cü il tarixdə Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq "Lexus” LX 570 markalı avtomobili satması barədə məlumat vermişdir. 38. 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub gecikdirilməsini bildirmişlər. O, isə X14 zəng vuraraq narazılığını bildirmişdir. O, cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. Lakin a vtomobilin sonrakı aqibəti barədə xəbəri olmamışdır.
39. Sonra Anarı tapmış, Qismət, Anar və o, görüşüb bu barədə söhbət etmişlər. Anar avtomobili tanışının xahiş etdiyinə görə ölkə ərazisindən çıxardığını, avtomobilin başqa şəxsə məxsus olmasını bilməmişdir. Anardan Arifin telefon nömrəsini almış və onunla telefon əlaqəsi saxlamışdır. Arif avtomobili gömrük məntəqəsindən onun buraxdığını bildirmişdir. Ona 60.000 ABŞ dolları zərər dəymişdir. Məhkəmə yalnış olaraq 60.000 ABŞ Dolları məbləğində, eləcə də 40.000 ABŞ dolları dəyərində avtosalan digər verəcəyi avtomobilə görə nəzərə alınacaqdı ki, bu da baş vermədiyindən 40.000 ABŞ dolları da dəymiş zərər hesablanmaqla ümumilikdə 100.000 ABŞ dollarına qarşı 47600+22400 zərər hesablamışdır.
40. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi və mənəvi zərərin həcminin cavabdehlər tərəfindən mülki qanunvericiliyə uyğun olaraq tam ödənilməsini təmin etməyərək işin faktiki halları araşdırılmadan qətnamə qəbul edilmişdir.
41. Qətnamədən Cavabdeh3 MMC tərəfindən də apellyasiya şikayəti verilərək, qətnamənin Cavabdeh3 MMC-dən 47600 (qırx yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh3 MMC-yə dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Q.Əhədov və onun qardaşını 2014-cü ilə qədər çox əvvəllər tanıması barədə etirafı, onlar arasında olan münasibətlər mühüm əhəmiyyət kəsb etdiyi halda məhkəmə tərəfindən nəzərə alınmamış, İddiaçı ilə Cavabdeh3 MMC arasında hər hansı müqavilə münasibətinin olmaması nəzərə alınmamış, etibarnamə ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnamələri müəyyən edilmiş hallar nəzərə alınmamış, iddiaçının uydurması mübahisəsiz fakt kimi qəbul olunmuş, 28.000 ABŞ dollarının Cavabdeh3 MMC tərəfindən alınmaması nəzərə alınmamış, Q.Əhədovun iddiaçıya zərər vurması, o cümlədən 28.000 ABŞ dollarının alınması ilə bağlı təqsirinin olmaması nəzərə alınmamış, Cavabdeh3 MMC-nin işçisi Q.Əhədovun təqsiri olmadığı halda Cavabdeh3 MMC-nin məsuliyyət daşımaması nəzərə alınmamış, həmçinin iddia müddətinin tətbiqində uydurma xx.xx.2021-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarına istinad ed ilmiş, iddiaçının hüquqlarının pozulması ilə bağlı fakt və hallara əhəmiyyət verilməmişdir.
43. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, İddiaçı bankda girovda olan “Lexus” LX 570 markalı avtomobili 2014-cü ildə Q.Əhədovun işlədiyi avtosalona satılması üçün vermiş, avtosalon isə həmin avtomobili 100.000 ABŞ dollarına sataraq bankın borcunu verməklə, qalan pulu ona qaytarmalı idi. Lakin bir müddət sonra, yəni 2015-ci ilin fevral ayında bankdan İddiaçı borcun verilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, adıçəkilən avtomobil avtosalondan oğurlanmışdır. Bu ərəfədə avtomobili oğurlayanlar tapılaraq cinayət məsuliyyətinə cəlb edilmişlər. Gör ündüyü kimi, iddiaçya maddi ziyan dəymişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçıya bu məsələdə dəymiş maddi ziyanın məbləğini düzgün müəyyən etməmişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbi tam təmin edilməlidir.
44. Məhkəmə iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı özünün də etiraf etdiyi kimi 2008-ci ildən “MİR” avtosalonun sahibi kimi Məhərrəm Əhədovu, onun qardaşı olan Qismət Əhədovu isə “MİR” avtosalonun meneceri kimi tanıyır və ondan bir neçə dəfə özü üçün avtomobil alıb satmışdır. İddiaçı 2008-ci ildən xx.xx.2013-cü ilədək, nə də ondan sonra Q.Əhədovu Ca vabdeh3 MMC-nin işçisi olaraq tanımamışdır. İddiaçı ilə "xxxx" MMC arasında heç bir zaman münasibət olmamış, yazılı müqavilə bağlanmamış, nə "xxxx" MMC-nin, nə də onun rəhbərliyinin bütün bu proseslərdən ümumiyyətlə məlumatı olmamışdır. İddiaçının inkar etməsinə baxmayaraq iddiaçı ilə Q.Əhədov arasında şəxsi münasibətlər, etibar və etimad olmuşdur. İddiaçı “MİR” avtosalonu dedikdə, Q.Əhədovu və onun qardaşı M.Əhədovu tanımışdır və hətta iddiaçı çıxışının sonunda Q.Əhədovun qardaşı ilə bağlı sualları cavablandırarkən, salonun əvvəllər başqa yerdə olduğunu bildirmişdir. Bu barədə məhkəmənin video yazısında da görmək olar. Bütün bu göstərilənlər onu sübut edir ki, iddiaçı avtomobili satmaq üçün "xxxx" MMC-yə deyil, birbaşa olaraq münasibətdə olduğu Q.Əhədova müraciət etmişdir. Bundan başqa 28.000 ABŞ dolları məbləğinin Cavabdeh3 MMC tərəfindən qəbul edilməsinə dair iş materiallarında hər hansı sübut yoxdur. İddiaçı ilə Cavabdeh3 MMC arasında hər hansı müqavilə münasibəti olmamış, Cavabdeh3 MMC avtomobili satmamış və Cavabdeh3 MMC iddiaçı qarşısında avtomobilin satılması ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Həmçinin qeyd edilməlidir ki, cinayət işi üzrə qəbul edilmiş hökm və qərarlar ilə Cavabdeh1 və Cavabdeh2 törətdikləri əməllərə görə təqsirli bilinmişlər və iddia tələbi yalnız həmin şəxslərə münasibətdə təmin edilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh3 MMC tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir, çünki iddiaçı artıq 2014-cü ilin sentyabr ayından 28.000 ABŞ dolları məbləğinin Q.Əhədov tərəfindən əldə etdiyini bildi yi vaxtdan artıq iddia müddətinin axımı başlamışdır.
45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2502/2022 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi-Cavabdeh3 MMC-yə münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
46. Məhkəmə kollegiyası ilk olaraq cavabdeh “Avtoinvest" MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə “Lexus” LX 570 markalı JT JHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X17 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100.000 (yüz min) ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X3 həyata keçirmək üçün etibarnamə vermişdir. Avtosalon maşını 100.000 dollara satıb, bankın borcunu və salonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşını almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli, 1(088)-10/2017 saylı hökmünün surətindən görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu, həbsdə və ev düstaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanıralaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
47. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx. xx.2009-cu il tarixli, ƏN-İ 188500 saylı etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur. İddiaçı və X17 da öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X18 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir.
48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi avtomaşının məhz cavabdeh MMC-nin əməkdaşı olan Q.Əhədov tərəfindən satılması barədə gəldiyi nəticə yanlış olmaqla, işin faktiki hallarını əks etdirmir. Belə ki, iddiaçı tərəf avtomobilin məhz Cavabdeh3 MMC-yə təhvil verməsi, həmin MMC ilə avtomo bilin satılması barədə razılığa gəlməsi barədə mötəbər sübutları təqdim etməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2009-cü il tarixli ƏN-İ 188500 saylı etibarnamə ilə İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur. X5 Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdə əmək müqaviləsi bağlamışdır (1-ci cild, i.v 183). Göründüyü kimi iddiaçı ilə X17 arasında olan münasibətlər 2009-cu ildən yaranmış və həmin ildə iddiaçı X14 5 il müddətinə etibarnamə vermiş, X12 isə Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdən əmək münasibətləri başlamışdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı v ə X17 öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X18 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir.
49. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Bank BTB ASC və X13 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdeh X9 avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
50. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)7758/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həm in qətnamədən apellyasiya şikayəti verilsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır.
51. Həmin iş üzrə müəyyən edilmişdir ki, iddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmuşdur. Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Soltanovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamışdır.
52. Məhkəmə kollegiyasının mövqeyinə görə X11 avtomobilin satılmasına dair ilkin olaraq 28000 ABŞ dollarını Cavabdeh3 MMC-nin işçisi kimi alması, həmin məbləğdə pul vəsaitinin Cavabdeh3 MMC-də qalması sübuta yetirilmir, çünki avtomobilin Cavabdeh3 MMC-nin sahəsinə daxil olması, eləcə də orada satışa qoyulması barədə təhvil təslim aktı olmasına dair, eyni zamanda həmin halın təsdiq edilməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. X12 Cavabdeh3 MMC-nin işçisi qismində iddiaçıdan avtomobili qəbul edərək, məhz həmin avtosalonda satışa qoyulması işin qeyd olunan halları ilə təkzib edilmişdir. Göründüyü kimi iddia tələbinin Cavabdeh3 MMC-yə qarşı hissəsində dəlilləri öz təsdiqini tapmamaqla, əsassız olmuşdur.
53. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Cavabdeh3 MMC-yə münasibətdə iddia tələbi üzrə iddia müddəti də keçmiş, iddia müddətinin tətbiqi barədə Cavabdeh3 MMC birinci instansiya məhkəməsi baxışı zamanı ərizə vermiş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddətinin tətbiqindən imtina etmişdir. İddiaçının həm hazırki iş üzrə birinci instansiya məhkəməsində, həm də hökmdə olan izahatından görünür ki, iddiaçı 28.000 dolların Qismətə ödənilməsindən və Qismətin həmin pulu banka qaytarmamasından 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra bilmiş və o, X14 zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir.
54. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı 2015-ci ilin fevral ayından avtomobilə görə Qismətə ödənilmiş pulun sonuncu tərəfindən banka qaytarmadığından məlumatlı olmuşdur. Bununla da müəyyən edilir ki, id diaçı öz hüquqlarının pozulmasını həmin andan bilmişdir. Birinci instansiya məhkəməsi isə yanlış olaraq iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məhkəmə hökmünün qanuni qüvvəsini aldığı tarixdən hesablamışdır, halbuki mülki qanunvericiliyində istinad edilən normalarına əsasən iddia müddətinin axımı məhz şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması ilə müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 MMC-nin ərizəsi nəzərə alınmaqla iddia tələbinin ona aid hissədə iddia müddəti tətbiq edilməlidir.
56. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı onun xeyrinə tutulmalı olan vəsaitin məbləğini mübahisələndirsə də iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsin in 19 may 2017-ci il tarixli, 1(088)10/2017 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, 16587 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, ‘'Lexus LX 570" markalı avtomobilin 25 sentyabr 2014-cü il tarixə dəyəri 70000 (yetmiş min) manat müəyyən edilir. İddiaçı isə avtomobilin dəyərinin daha yüksək olması barədə hər hansı mötəbər sübutlara istinad edə bilməmişdir.
57. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu mənəvi ziyan məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 100 0 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 2000 manatın müştərək qaydada tutularaq İddiaçı ödənilməsini ədalətli və məqsədəmüvafiq hesab etməklə düzgün nəticəyə gəlmişdir.
58. Bununla yanaşı iddia tələbi - cavabdehlərdən 30.000 (otuz min) ABŞ dolları məbləğində dəymiş maddi zərər tutulması hissəsində də əsassız olmuşdur. Belə ki, iddiaçı bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər həm ağlabatan, həm də, hər hansı sübutlarla öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdə ibarət olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissələrində işin faktiki hallarını düzgün müəyyən edərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır.
59. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 372.1, 377.1, 373.4, 373.5, 1095, 375.2, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. İddiaçı (nümayəndəsi və vəkili- Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli hökmü və yazılı izahatlarla avtomaşının «Mir» avtosalonuna satışa qoyulduğu, avtosalonun meneceri Q.Əhədova verildiyi, onu 28000 ABŞ dollarına satdığı öz təsdiqini tapır. «Mir» avtosalon unun Cavabdeh3 MMC-yə məxsus olması, Əhmədov Qismətin MMC-nin işçisi olduğu işin mübahisəsiz halıdır. İşçinin iş yerində avtomobili təhvil aldıqdan, orada satış qoyulduğu və qeyd edilən şəxslərə satılması iş materialları ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsindən fəqli olaraq qanunverici hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıdığını imperativ norma kimi müəyyən etmişdir.
62. Əhədov Qismətə qarşı məhkəmə aktlarında cavabdeh «Mir» avtosalonun deyil, şəxsi münasibətlərə görə verilmiş etibarnamə əsasında iddiaçının adından hərəkət etdiyini bildirmişdir. «Mir» avtosalonu ayrıca hüquq şəxs deyildir. Hüquqi ünvanı yoxdur və vergi ödəyicisi deyil. «Mir» avtosalonun Cavabdeh3 MMC-yə məxsus olması yalnız hazırkı iş üzrə iddia qaldırılmadan önc ə müəyyən edilmişdir. Avtomobili təhvil alan şəxsin şəxsi münasibətlərə görə verilmiş etibarnamə əsasına iddiaçının adından hərəkət etdiyini bildirdiyi (Xətai rayon məhkəməsinin qüvvədə olan qətnaməsinin 2-ci vərəqəsi və 2-ci abzası) halda və həmin qətnamə qanuni qüvvədə mindiyi halda şəxsi münasibətlərə görə verilmiş etibarnamə əsasında iddiaçının adından hərəkət etdiyini bildiyi, «Mir» avtosalonun, xüsusilə avtosalonun Cavabdeh3 MMC-yə məxsusluğunu gizli saxladıqları halda iddianı nə vaxt hazırkı cavabdehin əsassız varlanması barədə məlumat əldə etmişdir. Zərər mülki mübahisə üzrə deyil. Cinayət əməli nəticəsində baş vermişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli hökmü Cəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş, Ali Məhkəməni n xx.xx.2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Lakin avtomobili Q.Əhədovdan satın alan şəxslər həmin hökmlə məsuliyyətə cəlb olunmamışlar. Avtomobili «Mir» avtosalonundan satın alan 28.500 ABŞ dolları ödəyən və avtomobili qaçırıb sonrakı öhdəliklərini icra etməyən şəxslər hal-hazırda həbs edilərək məsuliyətə cəlb edilmişlər və iş məhkəmənin icratındadır. İddiaçının bu qədər zərər gördüyü halda, bank qarşısında öhdəliyinin qalması halında ona məxsus pul vəsaiti cavabdehə hədiyyə edilməməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. Cavabdeh Avtoinvest MMC-nin nümayəndəsi və vəkili X25 oğlu kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Mülki Məcəllə
64. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
65. Maddə 372.1. Başqa şəxsdən hə r hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
66. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
67. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
68. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
69. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
70. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
71. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
72. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
73. Maddə 1 096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
74. Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
75. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
76. Maddə 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır v ə əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
77. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi s arsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhə miyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində m ənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməli dir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında həmçinin qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəf indən tətbiqi təcrübəsi haqqında” 7 saylı qərarının 4-cü bəndində göstərilir ki,şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsasların ı müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb et mək hüququnu istisna etmir.
80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bund an sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Mülki Prosessual Məcəllə
81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
83. Maddə 82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
84. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
85. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
86. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
87. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
88. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır.
89. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
90. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
93. İlkin olaraq qeyd edilməlidir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetin i müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
94. İddiaçının mövqeyinə görə “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X17 tə rəfindən istifadə edilən “MİR” avtosalonunda 100.000 (yüz min) ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X3 həyata keçirmək üçün etibarnamə vermişdir. Avtosalon maşını 100.000 dollara satıb, bankın borcunu və salonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşını almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır.
95. Cavabdeh3 MMC-in mövqeyinə görə birinci instansiya məhkəməsi avtomaşının məhz cavabdeh MMC-nin əməkdaşı olan Q.Əhədov tərəfindən satılması barədə gəldiyi nəticə yanlış olmaqla, işin faktiki hallarını əks etdirmir. … iddiaçı tərəf avtomobilin məhz Cavabdeh3 MMC-yə təhvil verməsi, həmin MMC ilə avtomobilin satılması barədə razılığa gəlm əsi barədə mötəbər sübutları təqdim etməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2009cu il tarixli ƏN-İ 188500 saylı etibarnamə ilə İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur. X5 Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdə əmək müqaviləsi bağlamışdır (1-ci cild, i.v 183). Göründüyü kimi, iddiaçı ilə X17 arasında olan münasibətlər 2009-cu ildən yaranmış və həmin ildə iddiaçı X14 5 il müddətinə etibarnamə vermiş, X12 isə Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdən əmək münasibətləri başlamışdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı və X17 öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X18 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir.
96. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş halları olaraq qeyd etmişdir ki, X11 avtomobilin satılmasına dair ilkin olaraq 28.000 ABŞ dollarını Cavabdeh3 MMC-nin işçisi kimi alması, həmin məbləğdə pul vəsaitinin Cavabdeh3 MMC-də qalması sübuta yetirilmir, çünki avtomobilin Cavabdeh3 MMC-nin sahəsinə daxil olması, eləcə də orada satışa qoyulması barədə təhvil təslim aktı olmasına dair, eyni zamanda həmin halın təsdiq edilməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
97. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il ta rixli hökmü ilə müəyyən olunur ki «… Lexus LX 570» markalı … 10 VD-570 dövlət qeydiyyat nişanlı avtomaşın… İddiaçı mülkiyyətindədir. … həmin avtomobil isə X23 və X31 ilə birlikdə X22 və X20 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istinaq orqanı tərəfindən cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Cavabdeh1 isə qeyd olunan avtomobili Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etmişdir. Həmin xüsusat cinayət işində olan və tədqiq edilmiş telefon danışıqları, SMS mətnləri ilə sübuta yetirilir.»
98. İşin müəyyən olunmuş hallarından isə aydın olur ki, nəqliyyat vasitəsi iddiaçı tərəfindən Qismət Əhədova təqdim edilmişdir. (bundan əvvəl və sonra iddiaçı tərəfindən Q.Əhədova etibarnamələr verilmişdir)
99. İşin digər hallarından görünür ki, məhz İddiaçı zərərçəkmiş olduğu hissə üzrə digər şəxslərə münasibətdə (X30 və başqaları barəsində) cinayət işi ayrılmış və hazırda məhkəmə baxışı mərhələsindədir.
100. İşin mübahisəsiz halları olaraq qeyd edilir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsi Qismət Əhədova verilmiş, həmin vaxt Qismət Əhədov Cavabdeh3 MMC-in işçisi olmuş, sonuncu tərəfindən satılmış, avtomaşının dəyərinin bir hissəsi olan 28000 (və ya 28500)ABŞ dolları Q.Əhədov tərəfindən alınmış və iddiaçıya verilməmişdir.
101. İddiaçı iddia tələbində göstərir ki, ona qarşı mülki hüquq pozuntusu törədilmiş, ona zərər birlikdə vurulduğuna görə cavabdehlər müştərək məsuliyyət daşıyırlar.
102. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «… cavabdeh MMC-nin əməkdaşı iddiaçının mülkiyyətində olan avtomaşını onun adına verilmiş eti barnamədən istifadə etməklə ilkin olaraq 28000 ABŞ dollarını alması və hazırkı vaxta kimi də həmin məbləğin iddiaçıya qaytarılmaması ilə onun hesabına əsassız varlanmışdır. Odur ki, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır.»
103. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edir ki, «… birinci instansiya məhkəməsi avtomaşının məhz cavabdeh MMC-in əməkdaşı olan Q.Əhədov tərəfindən satılması barədə gəldiyi nəticə yanlış olmaqla, işin faktiki hallarını əks etdirmir.».
104. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd edir ki, « … iddiaçı tərəf avtomobilin məhz cavabdeh "xxxx" MMC-yə təhvil verməsi, həmin MMC ilə avtomobilin satılması barədə razılığa gəlməsi barədə möhtəbər sübutlar təqdim etməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır.»
105. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir
106. Baxılan işin halları belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətində göstərdiyi kimi Q.Əhədovun MMC-nin işçisi olması, məhz avtomaşının ona təhvil verilməsi, onun tərəfindən satılması, avtomobilin dəyərinin bir hissəsini a lması, həmin məbləğin iddiaçıya verilməməsi ilə bağlı işin hallarına düzgün hüquqi qiymət verilməmişdir.
107. Bununla yanaşı avtomaşına görə iddiaçı ilə MMC və ya onun əməkdaşı arasında hər hansı əvəzləşdirmənin (iddiaçının mövqeyinə görə avtomaşına görə hər hansı digər bir avtomaşın verilməmiş, cavabdeh tərəf isə belə bir avtomaşının verilməsini göstərir) aparılıb aparılmasının,alınmış pul məbləğinin Q.Əhədovda qalmasının hüquqi əsasları,qaytarılmasının mümkünsüz olması qənaətinə gəldikdə isə dəymiş zərərin qalan hissəsinin ödənilməli olub-olmaması, məhz zərərə görə məsuliyyətin kimin üzərinə qoyulmalı olması aydınlaşdırılmadan qalmışdır.
108. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi ayrılmış cinayət işinin hazırkı işlə bağlı olmasının nəzərə almamış, işin icraatının dayand ırılmasının mümkünlüyünün müzakirə etməmiş, nəticədə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq MMC-yə münasibətdə iddianı rədd edərək Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərini pozmuş və bu prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
109. Nəticə olaraq qeyd edilməlidir ki, hazırkı işin halları baxımından məhkəmələrin iddiaçının iddiasında göstərdiyi kimi ona zərərin vurulub-vurulmaması və ya cavabdehin iddiaçının hesabına varlanıb-varlanmaması müəyyən olunmalı, məhz bundan sonra müvafiq maddi hüquq normalarının tətbiqi müzakirə edilməli, eyni zamanda müəyyən olunmuş münasibətlərə iddia müddətinin təbiqinin mümkünlüyü, mümkün olduğu təqdirdə isə müddətinin axımının hansı vaxtdan başlanılması müzakirə edilm əlidir.
110. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
111. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
112. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli, 2(103)-2502/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.