Məhkəmə qərarları › İş №2(102)-5205/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5205/2021

25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5205/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi. Qanuni qüvvəsini almış və icra edilmiş məhkəmə qqərarının mübahisələndirilməsi. Hüquqi müəyyənlik prinsipi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mül ki kollegiyasının 2(103)-5959/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadından hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab edərək, mülkiyyətində olan Bakı şəhəri, Çobanzadə küçəsi, 7 saylı evin 4 və 5 saylı mənzillərində təsdiq edilmiş layihəyə uyğun olaraq aparılmış əlavə tikililərə dair daşınmaz əmlakın dövlət r eyestrində cari dəyişikliklər aparılmasının, çıxarış verilməsinin və texniki pasport tərtib edilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Elşanə Vəliyeva) 2(005)1658/2009 saylı iş üzrə 19 may 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs Mənzil Tikinti Kooperativi qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 Aprel 2014-cü il tarixli 161 saylı sərəncamı ilə Bakı şəhər Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi Maraqlı şə xs MTK-nın istifadəsinə verilib. İddiaçı məxsus, ünvan 1 ünvandakı ikimərtəbəli 12 mənzilli binadakı 4 və 5 saylı mənzillər Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə Maraqlı şəxs MTK ayrılmış torpaq sahəsində yerləşir. Maraqlı şəxs MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı ünvan 3 ünvanda mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. ünvan 1 ünvanda yerləşən yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadisələr törədə bilər. Bu barədə 11 Fevral 2016-cı il tarixli akt tərtib edilib. Maraqlı şə xs MTK həmin məhkəmədə iddia qaldıraraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin cavabdeh X2 adına verdiyi RX seriyalı ******* saylı 19 İyun 2014-cü il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmədə iddia qaldıranadək isə Maraqlı şəxs MTK Bakı Şəhər İcra Hakimiyyətinə və Nizami Raoyn İcra Hakimiyyətinə müraciət edərək İcra Hakimiyyəti tərəfindən X3 Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən ikimərtəbəli 12 mənzilli 7 saylı binada yenidənqurmaya icazə verilib-verilməməsi barədə məlumat verilməsini və əgər belə icazə verilmişsə bu barədə sərəncamının surətinin verilməsini xahiş edib. Lakin müraciətlərə heç bir cavab verilməyib. Həmin məhkəmə prosesində Maraqlı şəxs MTK-ya məlum ol ub ki, Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı evin 4 və 5 saylı mənzilləri üzrə İddiaçı adına verilmiş çıxarış sonradan onun əri X2 adına ******* saylı 19 İyun 2014-cü il tarixli çıxarışla rəsmiləşdirilib. X4 isə qeyd olunan torpaq sahəsi Maraqlı şəxs MTK-nın istifadəsinə verildikdən sonra əsassız varlanmaq və Maraqlı şəxs MTK-dan öz yaşayış sahəsinin dəyərindən qat-qat artıq pul qoparmaq məqsədilə, qanunsuz olaraq binada dəyişiklik edib, 4 və 5 saylı ikiotaqlı mənzillərini 64,2 kvadrat metr sahəsi olan üç otaqlı mənzilə və 320,2 kvadrat metr yardımçı sahəyə çevirib, qanunsuz yenidənqurma əsasında 384,4 kvadrat metr sahəyə mülkiyyət hüququnu qanunsuz olaraq 19 İyun 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində ********** sayla qeydə aldırıb, Daşınmaz Əmlakın Dövlət Reyestr X idmətinin Bakı Şəhər Ərazi İdarəsindən, RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış alıb və həmin qanunsuz sahənin əvəzində Maraqlı şəxs MTK-dan 420 kvadrat metr yaşayış sahəsi tələb edir. Sərəncamın 1995-ci ildə verilməsinə baxmayaraq, tikinti işlərinin layihəsmeta sənədlərinin hazırlanması 14 ildən sonra 2009-cu ildə razılaşdırılıb. Digər tərəfdən Nizami Rayon İcra Hakimiyyəti Başçısının adı çəkilən sərəncamında konkret olaraq Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı evin 5 saylı mənzilində yararsız hala düşmüş eyvanın yenidən bərpa edilməsinə icazə verilməsi göstəriş verilib. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində 4 və 5 saylı mənzillərində aparılmış əlavə tikililərin eskiz layihəsi razılaşdırılıb. Bakı Şəhər İcra Hakimiyyəti Memarl ıq və Şəhərsalma Baş İdarəsi sərəncama uyğun olaraq 5 saylı mənzildə yararsız hala düşmüş yalnız eyvanın yenidən bərpa edilməsinə icazə verilməsinin göstərilməsinə baxmayaraq, 4 və 5 saylı mənzillərində aparılmış əlavə tikililərin eskiz layihəsinin razılaşdırılması barədə qərar verib. 1995-ci il tarixdə verilmiş adı çəkilən sərəncamın verilməsi əsas məqsəd o olub ki, binanın xarici görkəminə, estetik görnüşünə heç bir xələl gətirmədən, binanın köhnə olduğu nəzərə alınaraq və binanya heç bir əlavə yüklənməyə yol verilmədən, yalnız mənzilin eyvanının həmin binanın digər eyvanlar kimi standart ölçüdə və görkəmdə bərpa edilməsi məqsədi ilə verilib. İddiaçının adına verilmiş (hazırkı qohumunun) adına verilmiş çıxarışda mənzillər üzrə yardımçı sahə kimi göstərilən 320 kvadrat metr sahə, nə mənzi l üzrə texnki imkanlara, nə də məntiqə baxımdan ağlabatan deyil. Məhkəmə gəldiyi nəticədən belə çıxır ki, onda Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı binada yaşayan 12 mənzil üzrə sahə mülkiyyətçilərinin hər biri hazırki iddiaçı kimi binada istədikləri qədər sahə artırmaqla dəyişiklik edə bilərlər. Məhkəmə isə göstərilənlərə heç bir münasibət bildirməyərək əsassız və qanunsuz qətnamə qəbul edib. Məhkəmə qətnaməsi də özü-özlüyündə sübut edir ki, iddiaçının 4 və 5 saylı mənzilləri üzrə inşa etdiyi əlavə tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun olmayaraq inşa edilib. Görünən odur ki, iddiaçının məqsədi 5 saylı mənzilində eynvanın bərpa edilməsi deyil, sahib olduğu mənzilin sah əsindən dəfələrlə artıq 7 saylı binanın sahəsi qədər sahəyə mülkiyyət hüququ əldə etmək olub. Məhkəmə nəzərə almayıb ki, Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı ev bina tiplidir və həmin binada iddaçının istədiyi kimi dəyişikliklər edilməsi yolverilməzdir. Eyni zamanda iddiaçı hazırki qətnaməni əldə etməklə mənzil şəraitini yaxşılaşdırmaq deyil, binanın köhnə olması, gələcəkdə binanın söküləcəyi və söküntü zamanı əldə edəcəyi irimiqyaslı yaşayış sahəsi hesabına əsassız varlanması məqsədi dayanıb. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Talışinski - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Rafael Eyvazov) 14 iyun 2021-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilərək mülki işin Bakı şəhə ri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiyanın mümkünlüyünü yoxlanarkən müəyyən edimişdir ki, tərəflərə məhkəmə qətnaməsi 26.05.2009-cu il tarixdə göndərilmiş, həmçinin 22.06.2009-cu il tarixdə məhkəmə aktı icraya yönəlmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəl b edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə qeyd etmişdir ki, qətnamə artıq qanuni qüvvəsini almış və icra edilmişdir. Qətnamə qəbul edilən və icra edilən zaman şikayət verən şəxsin hüquq və vəzifələrinə toxunması müəyyən edilməmişdir. Qanunvericilik isə yalnız qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan şikayətin mümkünlüyünü müəyyən etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, (mülki prosessual) qanunvericilikdən (hüquqlardan) sui-istifadə yolverilməzdir. Ona görə, qanuni qüvvəsini almış məhkəmə aktından verilən şikayətə münasibətdə prosessual müddətlərin ötməsinə qiymət verilməsi, habelə hüquq və vəzifələrə toxunması əsasları baxımından şikayətin icraata qəbulu mümkün deyildir. Maraqlı şəxs Mənzil Tiki nti Kooperativi (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 357 və 366-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəməs işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayarkən nəzərə almayıb ki, “Orbita" MTK ilə İddiaçı qohumu, mənzillərin hazırkı mülkiyyətçisi X4 arasında Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı evin 4 və 5 saylı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. “Orbita" MTK Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq həmin mənzillərə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin cavabdeh X2 adına verdiyi RX seriyalı ******* saylı 19 İyun 2014-cü il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Həmin işə baxılarkən müəyyən edilib ki, İddiaçı Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsi 7 saylı evin 4 və 5 saylı mənzillərə mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış Bakıı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1658/2009 saylı mülki iş üzrə 19 May 2009-cü il tarixli əsassız və qanunsuz qətnaməsi əsasında verilib. Həmin məhkəmə qətnaməsi qanun qüvvəsinə minib və "xxxx" MTK-nın qaldırdığı iddiaya məhkəmədə baxılmasına mane olur. Mülki Prosessual Məcəllənin 15-ci maddəsinin tələbinə g örə isə qanun qüvvəsinə minmiş məhkəmə qətnaməsi bütün dövlət orqanları və şəxslər üçün məcburidir. Məhz buna görə də "Orbita” MTK qaldırdığı iddiaya obyektiv baxılması üçün Nərimanov Rayon Məhkəməsini qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verib. Apelyasiya məhkəməsi isə həmin şikayəti mümkünsüz hesab etməklə “Orbita" MTK-nın Nizami Rayon Məhkəməsində qaldırdığı iddianın təmin olunmaması üçün hüquqi baza formalaşdırır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən Maraqlı şəxs Mənzil Tikinti Kooperativi qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. MTK-nın başqa məhkəmə mübahisəsi üzrə iddia tələbinin olması qanuni qüvvəyə minmiş və icra edilmiş məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə ziddir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 dekabr 2006-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imka nları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə MPM-də qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresk u Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarı nəzərə alınaraq qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq m əqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipini n, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən, prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hüquq və vəzifələrinə toxunulan Maraqlı şəxs Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5959/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar