Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5208/2019 15.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şadıyev Ənvər Əhməd oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, 3-cü şəxs X3 vəkili Nümayəndə iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(009)2500/2018 saylı qətnaməsi ilə (hakim N.Bağırov) hər iki iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 7.300 manat, X3 xeyrinə 8.000 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)-2113/2019 saylı qətnaməsi ilə (hakimlər: V.Sadıqov, A.Hüseynov və A.İmanov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(009)-2500/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)-2113/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyin icra olunması və 35.300 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır k i, cavabdeh onunla qonşuluqda yaşayır, uzun müddət tanışlıqları olmuşdur. 17.05.2013-cü ildə cavabdeh ondan 300 manat borc istəmiş, o da həmin məbləği cavabdehə verib, sonuncudan öz xətti ilə yazdığı qəbz almışdır. Bundan bir müddət sonra, 2013-cü ilin təxminən may ayında cavabdeh ona müraciət edərək, problemlərinin olduğunu və onların həlli üçün ona təcili 25000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Həmin vaxt onun cəmi 7000 manat şəxsi pulu olmuş və o, bu məbləği cavabdehə vermişdir. Lakin, verdiyi məbləğlə cavabdehin problemləri həll olunmadığına görə o, sonuncunun xahişi ilə tanışları Nəzakət Nuriyeva və Lalə Rüstəmovadan, müvafiq olaraq 10.000 manat və 8000 manat əlavə pul alıb, ümumilikdə cavabdehə 25000 manat borc vermişdir. Lalədən pulu alarkən əvəzində şəxsi qızıl-bril iyant əşyalarını onda girov qoymuşdur. Ceyranla borcun konkret qaytarılma vaxtını danışmamışlar, lakin onların aralarında belə sövdələşmə olmuşdur ki, Ceyran problemlərini həll edəndən qısa müddət sonra aldığı 25000 manatı qaytaracaqdır, o da həmin məbləğdən 10.000 manat Nəzakətə və 8000 manat Laləyə qaytarıb, sonuncudan girov qoyduğu qızıl-briliant əşyalarını geri alacaqdır. Pulun geri qaytarılmasına təminat vermək üçün Cavabdeh 12.06.2013-cü il tarixdə onun adına verdiyi notarial qaydada təsdiq olunmuş etibarnaməni, Quba rayonu, Qudyalçay yatağında yerləşən 3,5 ha torpaq sahəsinə dair çıxarışın əslini, habelə öz əli ilə yazdığı 25000 manat pulun ona ödəməli olması barədə yazılı öhdəliyi vermişdir. 25.03.2014-cü il tarixdə Cavabdeh onun zaminliyi ilə tanışı Tamila Əliyevadan 10 gün müdd ətinə 10.000 manat pul götürmüş və girov kimi 3500 manat dəyərində qızıl əşyalarını girov qoymuş, həmin əşyaların siyahısını öz əli ilə yazıb onda saxlamışdır. Lakin Cavabdeh Tamila Əliyevadan aldığı 10000 manatı 10 gün müddətində qaytarmadığına görə, o zamin kimi Tamila Əliyeva qarşısında öz öhdəliyini yerinə yetirmiş və sonuncuya 10000 manat pul verərək cavabdehin borcunu bağlamışdır. Bununla da cavabdehin onun qarşısında həmin 10.000 manatı ödəməyi barədə öhdəliyi yaranmışdır. Bir müddət sonra cavabdeh həmin çıxarışın əslini ondan alıb, Quba rayonundakı torpaq sahəsini satıb ondan aldığı 35300 manatı qaytaracağını bildirmiş, lakin sonradan bildiyinə görə torpaq sahəsi satılsa da, ondan aldığı pulu qaytarmamışdır. O, Ceyrandan pulunu geri tələb etsə də, cavabdeh müxtəlif yalan vədlərlə p ulun qaytarılmasından boyun qaçırır. Buna baxmayaraq o, Nəzakətdən aldığı 10000 manat pulu özü qaytarmışdır. Lalədən aldığı 8000 manat pulun əvəzinə isə onun qızıl-brilliant əşyaları bu günədək girovda qalmaqdadır. Beləliklə, cavabdeh tərəfindən ona cəmi 35300 manat borcun qaytarılması barədə öhdəlik yaranmışdır. O, məhkəməyə müraciət etdiyi günədək borcun heç bir hissəsi qaytarılmamışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Cavabdeh qarşı “borcun qaytarılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, 10000 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı onun qonşusudur. Cavabdeh hər zaman pul l azım olduqda İddiaçı almışdır. 2013cü ildə Cavabdeh pul lazım olanda o, İddiaçı evində sonuncunun xahişi ilə Ceyrana 8000 manat pul borc vermişdir və pulu verərkən pulun qaytarılma vaxtı danışılmamış, amma Cavabdeh əmlakını satıb, borcu tez bir zamanda qaytaracağını bildirmişdir. Onun ailə həyatı dəyişdiyindən və Cavabdeh inandığından bu günədək pulu tələb etməmişdir. Hazırda Cavabdeh cəmi 8000 manat borcun qaytarılması öhdəliyi yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)-2113/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: 3-cü şəxs X4 vəkili Nümayəndə kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, üçüncü şəxsin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşin apelyasiya instansiya sı məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı cavabdehdən 35300 manat məbləğində borcun tutulması barədə iddia qaldıraraq, həmin puldan 300 manatını cavabdehə 17.05.2013-cü ildə, 25000 manatını təxminən 2013-cü ilin may ayında, 10000 manatını isə 25.03.2014-cü ildə verdiyini, həmçinin 25000 manatdan 7000 manatın onun özünə, 10000 manatın Nəzakət Nuriyevaya və 8000 manatın Lalə Rüstəmovaya aid olduğunu bildirmişdir. İşə baxılarkən Lalə Rüstəmova özü də müstəqil tələb irəli sürərək, cavabdehdən 10000 ABŞ dolları məbləğində borcun tutulmasını tələb etmiş, lakin iddia ərizəsində verdiyi pulun İddiaçı tələb etdiyi 8000 manat olduğunu göstərdiyi halda, heç bir izah (əsaslandırma) vermədən cavabdehdən 10000 ABŞ dolları məbləğində pul tələb etmişdir. İddiaçı və üçüncü şəxs iddia tələblərinin əsası kimi cavabdeh tərəfindən verilmiş iltizamları rəhbər tutmuşlar. 17.05.2015-ci il tarixli iltizamdan görünür ki, Bakı şəhəri Səbail rayonu Qurban Abbasov küçəsi, 44 saylı evin 15-ci mənzilində yaşayan Hüseynova X1 Nina Viktorovnadan 300 manat məbləğində borc almışdır. Bundan başqa, Cavabdeh tərəfindən yazılmış başqa bir iltizamdan görünür ki, o, 10.000 manatı Nəzakət Nuriyevaya, 8.000 manatı Lalə Rüstəmovaya (İddiaçı məxsus 8 adda qızıl-zinət və brilliant əşyalarının girovu müqabilində) və 7.000 manatı İddiaçı özünə məxsus olan cəmi 25.000 manatın əvəzində sonuncuya 12.06.2013-cü il tarixli etibarnamə vermişdir. Onun tərəfindən bütün məbləğ qaytarıldıqdan sonra verdiyi baş etibarnamə ona qaytarılacaqdır. Cavabdeh həmin iltizamların onun tərəfindən yazılmasını və onların m əzmununu mübahisələndirməmiş, birinci iltizam üzrə iddiaçıdan aldığı 300 manatı qısa müddətdən sonra qaytardığını, digər iltizamı isə iddiaçı və üçüncü şəxsdən hər hansı məbləğdə pul almadan yazıb iddiaçıya verdiyini bildirmiş və bunu onunla izah etmişdir ki, o, iddiaçıdan 25000 manat borc istədikdə, sonuncu pul tapmamış ondan iltizam yazdırıb almış, habelə torpaq sahəsinin çıxarışını və həmin sahəyə dair etibarnamə almış, lakin sonradan iddiaçı əvvəlcədən vəd etdiyi kimi 3 faizlə yox, 10 faizlə pul tapdığı üçün borc götürmək fikrindən daşınmış, bununla belə, aralarında inam olduğundan həmin vaxt iltizamı, etibarnaməni və çıxarışı iddiaçıdan götürməmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ik itərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbayc an Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən göründüyü kimi tərəflər arasında borc münasibətlərinin mövcudluğu mübahisələndirilməmiş, mübahisə borcun məbləği, qaytarılma müddəti, qaytarılıb- qaytarılmaması ilə bağlı olmuşdur. Belə ki, iddiaçı 17.05.2015-ci il tarixli iltizamla 300 manat, digər (tarixsiz) iltizamla isə 25000 manat cavabdehə borc verdiyini, hər iki borc məbləğinin geri qaytarılma müddətinin müəyyən olunmadığını, cavabdeh isə yalnız birinci iltizam üzrə iddiaçıdan 300 manat alıb qısa müddətdə qaytardığını, digər iltizam üzrə isə iddiaçı və üçüncü şəxsdən hər hansı məbləğdə pul almadığını iddia etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci mad dəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudovun Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsa slı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, borc münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin movcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəlikdlərin icra müddəti, qaydası və şərtləri barədə müddəaları sübut etmək yükünü iddiaçı, borc müqaviləsi yazılı bağlandıqda isə cavabdeh daşıyır. Hazırki işdə tərəflər arasında notariat qaydada təsdiq olunmuş və ya sadə yazılı borc (kredit) müqaviləsi bağlanmasa da cavabdeh tərəfindən imzalanmış iltizamlardan g örünür ki, sonuncu 17.05.2015-ci il tarixli iltizam üzrə iddiaçıdan 300 manat, digər (tarixsiz) iltizam üzrə isə 7000 manatı iddiaçıya, 8000 manatı üçüncü şəxsə məxsus olmaqla cəmi 25000 manat məbləğində borc pul almışdır ki, məhkəmə kollegiyası da həmin iltizamları şübhə altına almağa əsas görmür. Belə ki, cavabdeh birinci iltizam əsasında borc aldığı 300 manatı qaytarmasını, ikinci iltizamı isə iddiaçıya inandığı üçün pul götürmədən yazmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, etirazını ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, ikinci iltizamın mətni elə dəqiqliklə yazılmışdır ki, onun mücərrəd (gələcək) öhdəliklər üzrə verilməsi inandırıcı görünmür. Cavabdeh tərəfindən borc şəklində götürülən konkret məbləğ, həmin pulun konkret kimlərə məxsus olması, xü susilə Lalə Rüstəmovadan götürülən 8000 manat borca görə səkkiz adda qızı-zinət (brilliant) əşyalarının girov qoyulması, habelə qabaqcadan torpaq sahəsinə dair iddiaçının adına etibarnamə alınması da iltizamın məhz cavabdeh tərəfindən götürülmüş 25000 manat məbləğində real borca görə verildiyini təsdiq edir. Həmin hissədə cavabdehin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı 25000 manat məbləğində borc pulu 3 faizlə tapmalı olduğu halda 10 faizlə tapmış, həmin faiz də onun qane etməmişdir. Lakin, nəzərə almaq lazımdır ki, iltizamda borcun faizlə verilməsi barədə ümumiyyətlə heç bir qeyd yoxdur, bu isə cavabdehin həmin dəlilinin əsassız olduğunu göstərir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində iddia müddətinin tətbiq edilməsi arqumenti ilə bağlı qeyd edir ki, hazırkı iddia tələ binə iddia müddətinin tətbiq edilməsinə hər hansı hüquqi əsas yoxdur. Belə ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (maddə 427.2). İş materiallarından görünür ki, cavabdeh tərəfindən yazılan iltizamlarda borcun qaytarılması müddəti göstərilməmişdir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kollegiya qeyd edir ki, borcun götürülməsi ilə əlaqədar verilm iş iltizamlarda öhdəliyin icrası müddəti təyin olunmadığından, yəni öhdəlik üzrə icra müddəti müəyyənləşdirilmədiyindən, iddia müddətinin axımı kreditorun öhdəliyin icrasını tələb etdiyi vaxtdan başlamışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-5208/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5208/2019
15.08.2019 · Sair mülki iş - Digər - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver