Məhkəmə qərarları › İş №2(105)-2503/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2503/2020

14.09.2020 · Sair mülki iş - Digər - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2503/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Q.R.Rəcəbov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın təmin edilməsi, Cavabdeh 1000 (min) manat əsas borc, şəxsiyyət vəsiqəsinin təsdiq edilməsi üçün ödənilmiş 5 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1135 (bir min yüz otuz beş) manatın alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı X2 Cavabdeh 1000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə, 5 manat notariatda təsdiq olunmuş sənəd üçün ödənilmiş və 30 manat iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh tanıyır və münasibətləri yaxşı olmuşdur. Əvvəllər Pirəkeşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə MAXE kimi xidmət etmiş, hazırda isə Qusar rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edir. 2019-cu ilin iyun ayında Samir ona pula ehtiyacı olduğunu və qısa müddətdə qaytaracağını deyərək borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün xx xxxx 2019cu il tarixdə Samirə 1000 manat pul borc vermiş, aralarında olan razılaşmaya görə Samir borcu 2019-cu ilin iyul ayının 20-dən başlayaraq hissə-hissə qaytaracağına söz vermişdir. Samir hərbçi vəsiqəsinin surətini və öz xətti ilə yazdığı qəbzi imza edərək ona vermişdir. Həmin vaxtdan bir il müddət keçməsinə baxmayaraq Samir onun telefon zənglərinə cavab vermir, ondan qaçıb gizlənərək borcunu qaytarmır. Samirdə olan pulunun alınması üçün iddia ərizəsinin yazılması və hüquqi yardım üçün ünvan 1 saylı ünvanda yerləşən hüquqi işlər mərkəzinə müraciət etmiş və buna görə 100 manat xidmət haqqı köçürmüşdür. Bundan başqa sənədlərinin notarial qaydada təsdiq olunmasına 5 manat, iddia ərizəsinin verilməsi üçün isə 30 manat dövlət rüsumu köçürmüşdür. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. Bildiyinə görə Samir hərbçi yoldaşı Z.Z.Cabbarovdan 2019-cu il tarixdə sələmi ilə 1000 manat borc pul almış və bu barədə qəbzi oğlu yazmışdır. Samirin dediyinə görə aldığı 1000 manat borc pulu Zamiqə qaytarmışdır. Lakin Z.Cabbarovun tələb etdiyi pul 1000 manat Samirə borc kimi verdiyi 1000 manat pulun faizidir. Cavabdeh hərbiçi olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydiyyatdadır. Qanunun tələbinə görə iddia ərizəsi cavabdehin yaşadığı və əmlakının olduğu yerə görə verilir. Məhkəmə aidiyyət qaydalarını pozaraq işə baxmışdır. Bununla da iş üzrə qətnaməni maddi və prosessual hüquq normalarını pozmuşdur. Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçı Z.Z.Cabbarov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında olan DİN-nin BRQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxxx 1996-cı ildə Qobustan rayonu Mərəzə qəsəbəsində anadan olub və Sumqayıt şəhəri, X3 qəsəbəsi N nömrəli hərbi hissədə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinin əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Cavabdeh Sumqayıt şəhərində qeydiyyatda olduğu müəyyən olunduğuna görə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə baxarkən aidiyyət məsələsinin pozulmasını qeyd edir və hazırda mülki işə Qobustan Rayon Məhkəməsində baxılmasını düzgün hesab etmir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35.1, 44, 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(026)-90/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar