Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5209/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi, məhkəmə aktının əsaslandırılması, iddianın əsasının dəyişdirilməsi, dispozitivlik prinsipi, çəkişmə prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh2 və onun vəkili X10 iştirakı ilə, Sumqayıt Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(105)-1252/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh1 mülkiyyətində olan və Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətində (bundan sonra – iddiaçı və ya Sığorta Şirkəti, hal-hazırda ləğv prosesindədir) sığortalanmış “CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını (bundan sonra – sığortalı avtomobil) idarə etmək üçün əri Cavabdeh2 05.01.2015-ci il tarixdə 6 il 4 ay 16 gün müddətinə etibarnamə vermiş, etibarnamənin qüvvədə olma müddəti 21.05.2025-ci il tarixədək müəyyən edilmi şdir. 04.02.2019-cu il tarixində, saat 07:20 radələrində Sumqayıt şəhəri ərazisində Cavabdeh2 qardaşı Cavabdeh3 tərəfindən idarə olunan sığortalı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X6 idarə etdiyi “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər və eyni zamanda həmin avtomobildə olan sərnişinlər X7 və X1 yüngül ziyan dəymişdir. Hadisə baş verərkən Cavabdeh2 da sərnişin qismində sığortalı avtomobildə olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05.03.2019-cu il tarixli qərara əsasən, yol-nəqliyyat hadisəsi zamanı X7 və X8 yüngül dərəcəli, X2 zərər vurmayan bədən xəsarəti aldığından, toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, əməldə inzibati qayda pozuntusu olduğundan sürücü Cav abdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmişdir. Cavabdeh3 barəsində 20.03.2019-cu il tarixdə İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Hadisə nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün Sığorta Şirkəti tərəfindən zərərçəkmişlər X9 1612 manat, X5 400 manat və X4 350 manat olmaqla, ümumilikdə 2,362 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2,362 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 manat dövlət rüsumunun, ümumilikdə 2,392.40 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Sığorta Şirkəti tərəfindən zərərçəkənlərə ümumilikdə 2,362 manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdeh3 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi Sığorta Şirkəti tərəfindən zərərçəkənlərə ödənildiyindən, Sığorta Şirkətinin “İcbari sığortalar haq qında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcbari sığortalar haqqında” Qanun) 63-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, sığortalı avtomobili o yox, qardaşı Cavabdeh3 idarə etmişdir. Yol-nəqliyyat hadisəsi zamanı o, qabaq sərnişin oturacağında, iş yoldaşı xx isə arxa sərnişin oturacağında əyləşmişdir. Ona görə də, avtomobili idarə etdiyi üçün, qardaşı barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, cərimə olunmuşdur. İddiaçının istinad etdiyi, hadisə yerindən yayınma faktı isə öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd olunma sını məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 01.04.2019-cu il tarixli, ******* saylı arayışın təsdiq olunmuş surətində qeyd edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və hadisə yerindən yayınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(060)-5550/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında cavabdehlərə münasibətdə “İcbari sığortalar haqqında” Qanunun 2 5 və 63cü maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin olması barədə sübut yoxdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdən (inzibati xəta haqqında protokol, qərar və s.) görünür ki, yolnəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınma halı olmamış, bununla əlaqədar heç kim inzibati qaydada məsuliyyətə cəlb olunmamışdır. İşin bu halını Cavabdeh3 barəsində İXM-in yalnız 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə inzibati xəta haqqında protokol tərtib edilməsi, həmin Məcəllənin 327.6-cı maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati xəta haqqında protokol tərtib edilməməsi və cinayət i şinin başlanılmasının rədd edilməsi haqqında 05.03.2019-cu il tarixli qərar da təsdiq edir. Odur ki, iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 77.1, 217.4-cü, “İcbari sığortalar haqqında” Qanunun 25, 63cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1108.2, 1108.3-cü, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddələrinin və prosessual qanunvericilik normalarının tələblərini pozmuş, işin faktiki hallarına düzgün hüquqi qiym ət verməmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş 20.03.2019-cu il tarixli, TYP 107746 nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh3 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və araşdırma zamanı onun avtonəqliyyat vasitəsini idarəetmə (istifadə etmə) hüququ olmadan istifadə etdiyi (etibarnaməsiz) aşkar edilmişdir. Belə ki, avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmiş və onun həmin etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə vermək hüququ olmamışdır. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2, ona yalnız idarə etməyə etibar olunmuş avtomobili özü avtomobildə olmaqla Cavabdeh3 idarə etməyə verərək hesab etmişdir ki, ona verilmiş səlahiyyəti ötürə bilər. İşə baxan birinci instansiya məhkəməsi isə bu faktı araşdırmadan iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1252/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olmayan apellyasiya instansiyası məhkəməsi Mülki Məcə llənin 21, 1096.1, 1097.1, 1108, 1115-ci maddələrinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vurulmuş zərərə görə məsuliyyəti bilavasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Odur ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin tam təmin edilməsi üçün əsasdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 922.1, 926.1, 936.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.4-cü, “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.2, 63.1-ci, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta haqqında” Qanun) 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətini n dəlilləri Cavabdehlər (Vəkil xxx oğlu) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, subroqasiya hüququndan yaranan münasibətlərə deliktlərdən irəli gələn normaları tətbiq etmişdir (Mülki Məcəllənin 59-cu fəsli). İş materiallarında cavabdehlərə münasibətdə “İcbari sığortalar haqqında” Qanunun 25 və 63-cü maddələrində təsbit edilmiş halların mövcudluğu barədə sübut yoxdur. Avtomobilin sürücüsünün hadisə yerindən yayınması faktı yoxdur. Bu fikri iddiaçı sadəcə öz iddia ərizəsində və apellyasiya şikayətində göstərmişdir. Məhkəmə isə iş mate riallarına deyil, iddiaçının subyektiv fikrinə əsaslanmışdır. Kassasiya şikayətinin əsası kimi MPM-nin 14.2, 217-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər və Sığorta Şirkətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə on ların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edi ldiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki mə suliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir (maddə 19.2). İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3). Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin b aş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər (maddə 25.2). Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə q arşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). MPM Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəv ət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
53. İddianın dəyişdirilməsi İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız i ddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarı Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uy ğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Qərarı İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı t ələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmuşdur. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün i şin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barə də məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianı təmin olunduğu əsaslandırılmalıdır. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qan unvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, sadəcə iş materiallarının və bir sıra qanunvericilik normalarının sadalanması, mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsaslı olması barədə bir cümlədən ibarət olan qənaəti əks etdirən məhkəmə aktı ə saslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Baxılan iş üzrə vurulmuş zərərə görə məsuliyyəti bilavasitə zərərvuranın daşıdığı barədə qənaətə gəlmiş apellyasiya instansiyası məhkəməsi hansı maddi hüquq normasına əsasən subroqasiya tələbinə üzrə pulun hər üç cavabdehdən, yəni sığortalı avtomobilin mülkiyyətçisindən, mülkiyyətçinin əri olan etibar edilmiş şəxsdən, habelə avtomobili idarə edən şəxsdən birgə qaydada tutulduğunu ümumiyyətlə əsaslandırmamış, “İcbari sığortalar haqqında” Qanunun həmin münasibəti birbaşa tənzimləyən 25.2-ci maddəsinə ümumiyyətlə istinad etməmişdir. Eyni zamanda apellyasiya şikayətinin dəlillərini iddianın tam təmin edilməsi üçün əsas hesab etmiş apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, prosessual qanunvericilik iddiaçıya birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək iddia tələbinin həcmini azaltmaq və ya artırmaq hüququ verir. Lakin iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddian ın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Baxılan iş üzrə iddia tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh3 sığortalı avtomobillə qəza törətdikdən so nra hadisə yerindən yayındığından icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxslərə ödənilmiş pul subroqasiya qaydasında cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlər iddiaya etiraz edərək bildirmişlər ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmamışdır. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı iddianın əsasının dəyişdirilməsi barədə yazılı ərizə verməmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında müəyyən etmişdir ki, iş üzrə Cavabdeh3 sığortalı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən yayındığı müəyyən edilmədiyi üçün iddia əsassızdır və təmin oluna bilməz. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində iddiasının əsasını təşkil edən hala deyil, yeni əsasa istinad etmiş və h esab etmişdir ki, sığortalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmiş və onun həmin etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə vermək hüququ olmamışdır. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2, ona yalnız idarə etməyə etibar olunmuş avtomobili özü avtomobildə olmaqla Cavabdeh3 idarə etməyə verərək hesab etmişdir ki, ona verilmiş səlahiyyəti ötürə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsasında iddianın məhz hansı əsasla təmin edildiyini müəyyən etmək mümkün olmasa da, məhkəmə öz qətnaməsində apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunması üçün əsas olduğunu qeyd etmişdir. Halbuki birinci instansiya məhkəməsində iddianın əsasını təşkil etməyən halla ra (hüquqi faktlarla) istinad edən apellyasiya şikayətinin dəlillərinin əsaslı hesab olunması MPM-in 53-cü maddəsi ilə yanaşı, 9.1-9.3, 14.1 və 14.2-ci maddələrinin də tələblərinə ziddir və son nəticədə qarşı tərəfin yeni əsasla bağlı sübutlar təqdim etmək imkanından məhrum edilməsi ilə nəticələnir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fərqli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir arayı sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Eyni zamanda nəzərə alınmalıdı r ki, məhkəmənin iddianın əsası ilə uzlaşmayan sübutları nəzərə almadan işə mahiyyəti üzrə baxması iddiaçını məhz həmin sübutlara istinad etməklə yeni əsasla məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməli, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1252/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.