Məhkəmə qərarları › İş №2(102)-5216/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5216/2021

18.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5216/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin maraqlı şəxs "xxxx" MMCnin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Maraqlı şəxsin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-1579/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" MMC-nin (rəhbər Maraqlı şəxs) 19 oktyabr 2016-cı il tarixinə dövlət büdcəsinə ümumilikdə 529803 (beş yüz iyirmi doqquz min səkkiz yüz üç) manat 31 (otuz bir) qəpik məbləğində (o cümlədən vergilər üzrə 395558 (üç yüz doxsan beş min beş yüz əlli səkkiz) manat 06 (altı) qəpik, maliyyə sanksiyası 65422 (altmış beş min dörd yüz iyirmi iki manat 17 (on yeddi) qəpik vergi borcu vardır. Borcludan yuxarıda qeyd edilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları B irinci instansiya məhkəməsində icraat Ərizəçi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin maraqlı şəxs "xxxx" MMCnin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan 774823 (yeddi yüz yetmiş dörd min səkkiz yüz iyirmi üç) manat 12 (on iki) qəpik vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs “A.M.A.Y“ MMC vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 01. 02.2016-cı il tarixə 774823.12 manat vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, 20 aprel 2016-cı il tarixli **********367900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Azər Paşayev) 2(006)-10468/2016 saylı, 04.11.2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, borclu “A.M.A.Y“MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.153, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-7.1, 3557.2, 355-7.3-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, ərizə təmin edilməlidir. Qətnamədən maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-10468/2016 saylı, 04.04.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs "xxxx" MMC-nin təsisçisinin 14.10.2019-cu il tarixli qərarına əsasən həmin MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Hazırda həmin MMC-nin direktoru X1r. Maraqlı şəxs ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq, faktiki ol araq, 2007-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yaşayır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında, eyni zamanda məhkəmənin müvafiq qətnaməsi barədə heç bir məlumatı olmamışdır. Ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə bu yaxınlarda məlumatı olmuşdur. Maraqlı şəxs apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 305.1.12, 355-5.1, 355-5.2, 355-7.2ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 12 mart 2021-ci il tarixli 2(103)-1579/2021 nömrəli qətnaməsi ilə borclu Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək i ş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-10468/2016 nömrəli 04.04.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borclu "xxxx" MMC-nin 19 oktyabr 2016-cı il tarixinə dövlət büdcəsinə ümumilikdə 529803 (beş yüz iyirmi doqquz min səkkiz yüz üç) manat 31 (otuz bir) qəpik məbləğində (o cümlədən vergilər üzrə 395558 (üç yüz doxsan beş min beş yüz əlli səkkiz) manat 08 (altı) qəpik, faizlər üzrə 68823 (altmış səkkiz min səkkiz yüz iyirmi üç) manat 06 (altı) qəpik, maliyyə sanksiyası 65422 (altmış beş min dörd yüz iyirmi iki manat 17 (on yeddi) qəpik vergi borcu vardır və bununla əlaqədar borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuş və ondan 5 gün ərzində borcun ödənilməsini təmin etmək tələb edilsə də, Maraqlı şəxs tələbi yerinə yetirməmişdir. Borclu Maraqlı şəxs qeyd edilən məbləğdə borcu 5 gün müddətində dövlət büdcəsinə ödəməməklə Vergi Məcəlləsinin qeyd edilən 65.1, 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-7.1, 355-7.2, 355-7.3-cü maddələrinin tələblərini pozmuşdur. Borclu apellyasiya şikayətində MMC-nin direktoru vəzifəsindən azad edildiyini və hazırda həmin vəzifənin X2 tərəfindən icra edildiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildiyi zaman MMC-nin rəhbəri olduğundan borclu həmin şəxs hesab edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmiş dir ki, birinci instansiya məhkəməsi borclunun məlum olan qeydiyyat ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərmiş, lakin zərf “köçüb” qeydi ilə geri qayıtmışdır (i.v. 33). İş materiallarında borclunun faktiki yaşayış ünvanı barədə hər hansı məlumat olmadığından, məhkəmə borclunun qeydiyyat ünvanına bildiriş göndərməklə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmişdir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verməmişdir. Kollegiya hesab edir ki, borclu “A.M.A.Y“ MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Azərbaycan Respublikası Vergilər Departamentinin ərizəsinin təmin edi lməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Odur ki, borclunun apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Maraqlı şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2021-ci il tarixli 2(103)-1579/2021 nömrəli qətnaməsinin ləğv edilərək ərizəçi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin ərizəsinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisinin 14.10.2019-cu il tarixli qərarına əsasən, Maraqlı şəxs MMC-nin direkt oru vəzifəsindən azad edilib və həmin MMCnin direktoru X1r. Bu dəyişiklik 16.10.2019-cu ildə Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində qeydiyyata alınıb və həmin tarixdə yeni çıxarış verilib və "xxxx" MMC-nin yeni qanuni təmsilçisi X2 olub. Maraqlı şəxs isə "xxxx" MMC ilə hər hansı bağlılığı qalmayıb, buna görə də MMC-nin öhdəliklərinə görə Maraqlı şəxs məsuliyyət daşıya bilməz. Bakı Apelyasiya Məhkəməsi Maraqlı şəxs MMC-nin direktoru olduğu zaman birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsi arqumentini irəli sürüb, lakin bu arqument əsassızdır. Çünki vergi ödəyicisinin vergini ödəməməsi davam edən pozuntudur və əvvəlki qanuni təmsilçi vergi ödəyicisinin öhdəliklərinə görə daimi olaraq məsuliyyət daşıya bilməz. Məhkəməni n mövqeyindən belə başa düşmək olar ki, Maraqlı şəxs ömürlük bu öhdəliklərə görə məsuliyyət daşımalıdır. İşdə iştirak edən şəxslərdən məhkəməyə kassasiya şikayətinə dair etiraz və ya izahatlar daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxsin vəkili Maraqlı şəxs kassasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşlə əlaqədar ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Maddə 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesabla nmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını“ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən g etmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsi üçün yeganə əsas maraqlı şəxsin dövlət büdcəsinə vergilər, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcunun olmasıdır. Ərizənin rədd edilməsi üçün əsas isə borcun olmamasıdır. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (rəhbər Maraqlı şəxs) 19 oktyabr 2016-cı il tarixinə dövlət büdcəsinə ümumilikdə 529803 (beş yüz iyirmi doqquz min səkkiz yüz üç) manat 31 (otuz bir) qəpik məbləğində (o cümlədən vergilər üzrə 395558 (üç yüz doxsan beş min beş yüz əlli səkkiz) manat 06 (altı) qəpik, maliyyə sanksiyası 65422 (altmış beş min dörd yüz iyirmi iki manat 17 (on yeddi) qəpik vergi borcu olduğuna görə birinci instansiya məhkəməsi onun ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. Hazırda kassator özünü n "xxxx" MMC-nin təsisçisinin 14.10.2019-cu il tarixli qərarına əsasən MMC-nin direktoru vəzifəsindən azad edildiyinə və həmin MMC-nin yeni direktoru X2 olduğuna istinad edərək, MMC-nin vergi öhdəliklərinə görə məsuliyyət daşımadığını və onun ölkədən getmək hüququnun məhdudlaşırılması barədə qətnamənin ləğvini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən 3 il sonra baş vermişdir. Bu yeni yaranmış əsas isə qətnamənin ləğvinə əsas vermir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən bu dəlil hazırki iş üzrə araşdırılmalı və qiymət verilməli olan məsələ deyil. Kassator direktor vəzifəsindən azad edilməsi əsası ilə özü barəsində həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı vergi o rqanına müraciət edə bilər. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra“dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanını vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-1579/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar