Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5219/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər "xxxx" MMC və “X3” MTK-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5219/21 (Açar sözlər: iş üzrə tərəf olmayan şəxsin apellyasiya şikayətinin qeyrimümkün sayılması ) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili Rəfiyev Şahin Hamlet oğlunun, “X3” fərdi tikinti şirkətinin yaradıcısı xxx vəkili Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı İddiaçı c avabdeh "xxxx" MMC və “X3”ə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7288/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli qərardadından “X3” fərdi tikinti şirkətinin yaradıcısı xxx kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər "xxxx" MMC və “X3” MTK-dan mənzilə görə ödəmiş olduğu 10982 manat pulun, 2018-ci ilin 11 fevral tarixindən hazırki vaxta kimi illik 5 % məbləğin, 5000 manat mənəvi zərərin və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X3” fərdi tikinti şirkətindən 10982 (on min doqquz yüz səksən iki) manat pul vəsaiti və həmin məbləğin 7.5 faizi miqdarda zərərin əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdeh “X3” fərdi tikinti şirkətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim İlkin Əliyev)
3. Binəqədi New Service” fərdi tikinti şirkətinin yaradıcısı Mustafayeva Vera Osman qızı şikayət verib, qərardadın ləğv iddianın təmin edilməməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-7288/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Fuad Babayev)
5. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iş üzrə iddia tələbinin yönəldiyi cavabdehlər "xxxx" MMC və “X3”dir. İş materiallarında olan mənzil tikintisi haqqında müqavilənin bir tətəfi İddiaçı, digər tərəfi isə "xxxx" Mənzil Tikinti Şirkəti olmuşdur. Müqavilənin 6-cı maddəsində əks olunan rekzivitlərdə isə “payçı” hissəsində İddiaçı adı və imzası əks edilmiş, “Şirkət” hissəsində isə "xxxx" Mənzil Tikinti Şirkəti, onun direktoru R.B.Bəşirovun imzası, fərdi sahibkar xxx adı və vergi ödəyicisi nömrəsi əks olunan möhür vurulmuşdur.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə isə cavabdeh “X3” fərdi tikinti şirkətinə qarşı olan iddia qismən təmin edilmişdir. Lakin qeyd edilən qətnamədən apellyasiya şikayəti fərdi sahibkar statusuna malik (VÖEN: **********) X1 və onun vəkili Vəkil2 tərəfindən verilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş 268 nömrəli vəkil orderindən də görünür ki, hüquqi yardım göstərilən şəxs Mustafayeva Vera Osman qızıdır.
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti qeyri-mümkün hesab edərkən ona istinad etmişdir ki, iş üzrə mübahisə subyektləri İddiaçı, "xxxx" MMC və “X3” fərdi tikinti şirkəti (“X3” MTK) olduğundan qətnamə də yalnız bu mübahisə subyektləri və ya qanunla nəzərdə tut ulan digər subyektlər tərəfindən mübahisələndirilə bilər. Nəticə etibarı ilə “X3” fərdi tikinti şirkətinin yaradıcısı xxx iş üzrə tərəf olmadığından, qəbul edilmiş məhkəmə qətnaməsini xxx mübahisələndirə bilməz.
8. Apellyasiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 360, 363.1.3, 366.2 və 366.-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 9. “Binəqədi New Service” fərdi tikinti şirkətinin yaradıcısı xxx (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, apellyasiyanın mümkün hesab edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlilləri: - nəzərə alınmayıb ki, xxx fərdi sahibkar kimi vergi orqanında qeydiyyatdan keçə rək fərdi sahibkarın fəaliyyətinin formal adı və rekviziti kimi “Binəqədi New Service” fərdi tikinti şirkəti adı yazılmış möhür alması və ya ondan istifadə etməsi ilə bağlı iddiaçı və ya cavabdeh kimi Vera Mustafayeva tanına bilər; - “Binəqədi New Service” fərdi tikinti şirkəti hüquqi şəxs olmadığından, onun adından məhkəmə aktından şikayət verilməsi də qeyri-mümkündür. Buna görə də qətnamədən V.Mustafayevanın apellyasiya şikayəti verməsi qanuni və əsaslıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında “X3” fərdi tikinti şirkətinin yaradıcısı xxx vəkili Vəkil2 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xah iş etdi.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instan siyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
15. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadının ləğvi xahiş edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 5 -8-ci bəndlərində əks edilən mövqeyi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı zəruri olan bütün hallara qiymət vermiş və sonda tətbiq edilməli olan prosessual hüquq normalarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin mövqeyi ilə təkzib edilir.
20. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “X3” fərdi tikinti şirkətinin yaradıcısı xxx kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7288/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.