Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5228/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və iddiaçının nümayəndəsi X1, Cavabdeh vəkili X2 iştirakları ilə, İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əliyev X3 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin və öhdəliyin icra edildiyindən xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx xxxxxx 2011-ci il tarixli 300000 manat borc alınmasına dair əllə yazılmış müqavilənin, eləcə də xx xxxxxx 2012-ci il tarixli cavabdehdən 300000 manat borc pul alınmasına dair Bakı şəhəri 6 saylı DNK bağlanan 3m/1611 reyestr saylı borc müqaviləsinin borcu qaytararaq icra etdiyi üçün xitam verilməsi, bunun əsasında Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin icraatında olan icra işinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş e tmişdir. Abşeron rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.Səfiyeva, iş 2(012)-1352/2019) İddiaçı Cavabdeh qarşı borc müqaviləsinə və öhdəliyə icra edildiyindən xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), R.Əsgərova və M.Rzayev, iş № 2(105)-3547/2019) İddiaçı nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Əliyev X3 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbini n tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Məhkəmə kollegiyasına daxil olmuş İddiaçı tərəfindən verilmiş vəsatətdə qeyd edilmişdir ki, «Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olmuş 2(105)3547/2019 saylı mülki iş üzrə tərtib olunmuş məhkəmə iclas protokollarına həmin vaxt nümayəndəm olmuş oğlum X4 tərəfindən yazılı qeydlər verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən, İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Həmin Məcəllənin 274-cü maddəsində qeyd edilir; 274.1. Protokola dair qeydlərə onu imzala mış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir; 274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır; 274.3. Zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, icraatınızda olan 2(102)-5228/2020 saylı mülki işi kasasiya baxışının icraatından çıxarılaraq apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edəsiniz.” Məhkəmə iclasında iştirak edən İddiaçı, vəkili Vəkil və iddiaçının nümayəndəsi X4 vəsatəti müdafiə e dərək təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili X5 məhkəmə kollegiyasının iclasında vəsatətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi X4 tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli məhkəmə iclas protokoluna verilmiş qeyd ap elyasiya instansiya məhkəməsi tərəfindən müzakirə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı vəsatəti təmin edilsin. Hazırki mülki iş üzrə İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı nümayəndəsi X4 tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli məhkəmə iclas protokoluna verilmiş qeyd müzakirə edilməsi üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılsın və Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5228/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5228/2020
17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver