Məhkəmə qərarları › İş №2(102)-5233/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5233/2022

25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5233/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və ziyan, qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı Cavabdeh2 qarşı «mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və ziyan», qarşılıqlı iddia üzrə iddiaçı Cavabd eh2 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2739/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə payı tam olmaql a İddiaçı məxsusdur, onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ümumi sahəsi 1539,45 kvadratmetr olan ev 76C xüsusi mülkiyyət hüququ ilə payı tam olmaqla İddiaçı məxusdur, onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə alınmışdır

3. Yasamal Rayon Məhkəməsinin 3(004)-57/2021 saylı, xx.xx.2021-ci il t arixli qərarından görünür ki, İddiaçı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilimiş 22 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan İddiaçı verdiyi şikayət təmin edilmiş, 22 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilmiş, həmin qərar əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi İnformasiya sistemində İddiaçı barəsində yerləşdirilmiş cərimə məbləği silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, cavabdehin hərəkətləri nəticəsində dəymiş 50.000 manat maddi və 50.000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin tor paq sahəsində fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış və tikinti işlərinə başlanılmışdır. Lakin cavabdeh guya qanunsuz tikinti işləri aparıldığı üçün, əslində isə onun heç bir hüququna toxunmadığı halda həmin tikintiyə qanunsuz müdaxilələr edirlər. Bu isə həm vaxt itkisinə, yersiz mübahisələrə, həm tikinti işlərinin ləngiməsinə, cavabdehlərin qeyri-hüquqi hərəkətləri nəticəsində isə maddi və mənəvi ziyanın vurulmasına gətirib çıxarmışdır.

6. Eyni zamanda, Cavabdeh2 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sa həsinin üzərində inşa edilmiş tikinti obyektinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin yanvar ayından etibarən iddiaçının evi ilə üzbəüz ara yolun qarşı hissəsində özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində tikinti obyektinin inşasına başlamışdır. Cavabdeh tikintiyə başlayarkən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa ediləcəyini və bununla bağlı olaraq yerli icra hakimiyyəti orqanını məlumatlandırdığını bildirsə də, daha sonra tikintinin gedişatı zamanı həmin obyektin çoxmənzilli bina olduğu məlum olmuşdur. Halbuki şəhərsalma və tikinti qanunvericiliyi tikintinin hansı hall arda məlumatlandırma icraatı qaydasında aparılması şərtlərini müəyyənləşdirmişdir. İşlər xüsusi lisenziyası olmayan şəxslər tərəfindən və müvafiq icazələr olmadan həyata keçirilir. Aparılan tikinti işləri məlumatlandırma icraatı ilə bağlı layihəyə uyğun aparılmadığına, belə olan halda müvafiq icra hakimiyyəti orqanının tikintiyə icazəsinin tələb olunmasına baxmayaraq, belə bir icazə alınmadığına, tikinti işləri xüsusi lisenziya olmayan şəxslər tərəfindən aparıldığına və tikintidə ara məsafəsi qaydalarına riayət olunmadığına görə həmin tikinti obyekti sökülməlidir. Tikintinin aparıldığı ərazi sürüşmə zonası olmaqla ərazidə heç bir infrastruktur da yoxdur. Belə ki, tikintinin aparıldığı ərazidə çirkab sularının axını üçün nə kollektor sistemi, nə də kanal yoxdur.

8. Məhkəmə Ekspertizası Mərk əzinin 20 sentyabr 2021-ci il tarixli, 10/2856 saylı rəyindən görünür ki: 1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 160 №-li qərarının tələblərinə zidd deyildir; 2 sual üzrə: Faktiki vəziyyətdə tərəflərin hər birinin istifadəsində olan torpaq sahəsinə sərbəst şəkildə daxil olmaq, eyni zamanda ümumi istifadədə olan avtomobil yollarına sərbəst şəkildə çıxış mövcud olduğuna görə, sözügedən tikilinin inşa olunması Cavabdeh2 ümumi istifadədə olan sahədən istifadəsinə maneə yaratmır; 3-cü sual üzrə: Mübahisəli tikilinin inşa olun masının Cavabdeh2 hər hansı təhlükə yaratmadığı müəyyən olunmuşdur.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-173/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı maneəçilik törədilməsi Cavabdeh2 qadağan edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi ilkin iddia üzrə iddiaçının xüsusi mü lkiyyətində olmaqla ona məxsusdur. Cavabdeh isə özünün hərəkətləri ilə iddiaçının mübahisəli əmlakdan istifadəsinə maneçilik törətməklə, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də iddiaçı öz mülkiyyət hüquqlarının müdafiəsi və təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Həmçinin, qarşılqlı iddia üzrə iddiaçıya məxsus əmlaka təhlükə yarada biləcək və tikinti normalarına zidd olan cavabdeh tərəfindən inşa edilmiş hər hansı qeyri-qanuni tikilinin mövcudluğu iş materiallarında olan dəlillərlə öz təsdiqini tapmır. İş materiallarında olan sübutları ekspert rəyi ilə yanaşı yoxlayaraq məhkəmə hesab edir ki, qarşılqlı iddia üzrə iddiaçının qeyd etdiyi ünvanda cavabdeh tərəfindən hər hansı qanunsuz tikinti işləri aparılmamışdır. Bu səbəbdə n məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh qanuni əsaslarla ona ayrılmış ərazidə hər hansı qeyri-qanuni tikinti aparmamış və tikinti normalarını pozmamışdır. Bu səbəbdən qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

12. Beləliklə, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi ilkin iddia üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmək istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan əmlaka dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkil də məhdudlaşdırıla bilməz. İlkin iddia üzrə iddiaçı mülkiyyətindən istifadəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mübahisəli əmlakdan istifadəsinə yaradılmış maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdır və onun iddia tələbi bu hissədə əsaslı hesab edilməlidir.

13. İlkin iddia tələbinin 50.000 manat maddi və 50.000 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır.

14. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əm lak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.

15. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərəri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 21.1, 21.2, 152, 157.1, 157.2, 157.7, 178.1, 180, 215.4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədlə ri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndi, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndi, Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. İlkin iddia tələbinin təmin edilməsi əsassızdır. Tikintinin aparıldığı ərazi sürüşmə zonası olmaqla ərazidə heç bir infrastruktur da yoxdur. Bu da hər an onun evinin baş verə biləcək torpaq sürüşməsi nəticəsində uçması təhlükəsi yaradır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2739/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –İ.Şirinov (sədrlik edən və məruzəçi), A.Tan rıverdiyev, İ.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 21.1, 21.2, 152, 157.1, 157.2, 157.7, 178.1, 180, 215.4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndi, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndi, Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi ekspertiza rəyini nəzərə alaraq hüquqi nəticəyə gəlmişdir. Məhkəmə tikintinin obyekt deyil, çoxmənzilli hündürmərtəbəli yaşayış binasının olmasını əks etdirən sübutları nəzərə almamışdır.

24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti haqqında Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin aparılması qaydalarını pozan iddiaçı barəsində icra hakimiyyəti orqanı tərəfindən inzibati tədbir görülür. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən bunu nəzərə almamışdır.

25. Mülkiyyət hüququnun həyata keçirilməsi zamanı hansı maneçiliyin törədilib törədilməməsi qətnamədə müəyyən edilməmişdir. Qətnamədə ümumiyyətlə maneənin hansı sübutlarla təsdiq olunması qeyd olunmamışdır.

26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.6, 152.10, 152.11, 157.4, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti haqqında Məcəlləsinin 1, 80.1, 92.4. 1, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26.1, 26.2, 29, 71, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14, 76, 78, 88, 218.3, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası

29. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödə nilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə

152. Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətd ə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

34. Maddələr 157.1, 157.2, 157.4. Mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsil ə tələb edə bilər.

35. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

36. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

37. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı

38. Bənd

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fizi ki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

39. Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

40. Bənd 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icr a hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunsa da dəlilləri qarşılıqlı iddianın təmin olunmaması hisssəsi ilə bağlıdır. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində apardığı tikili cavabdehin öz mülkiyyətində olan torpaq sahəsindən və tikilidən istifadəyə hər hansı mane törətmir. Məhz cavabdehin iddiasındakı dəlillər bununla bağlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş rəylə də cavabdehin dəlillərinin əsassız olması müəyyən edilmişdir.

54. Cavabdeh həmin dəlillərlə bağlı yenidən çıxış etsə də işin faktiki hallarını araşdıran məhkəmələrə heç bir sübut təqdim etmədiyi aşkardır.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən s übutlara düzgün qiymət verilməməsi barədə dəlilini əsassız sayır və qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

56. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonr a məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı).

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən qanunvericiliyin tələblərinin p ozulması kimi dəlillərinə qiymət verərək həmçinin hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya məhkəməsi tərəfindən hazırki mübahisə apaşdırılan zaman maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir.

58. Kassasiya kollegiyası, bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2739/2022 nömrəli iş üzr ə 23 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar