Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5234/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı1nun Cavabdeh2na və üçüncü şəxslər X1, X4, X7, X14, X11 və X1 qarşı notariat hərəkətinin aparılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 fevral 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) İddiaçı1 nun Cavabdeh2na və üçüncü şəxslər X1, X4, X7, X14, X11 və X1 qarşı notariat hərəkətinin aparılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 notariat hərəkətlərinin aparılmasından imtinası qeyri-qanuni hesab edilməklə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair paylı mülkiyyətçilərin arasında bağlanan bağışlama müqaviləsinin (müqavilələrinin) təsdiq edilməsinin həmin notariat kontoruna tapşırılması qət edilmiş, maraqlı şəxs X12 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Məmmədov, hakimlər Ş.Abasov və A.Abbasov) Qusar rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdı r. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Üçüncü şəxs X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 nun Cavabdeh2na və üçüncü şəxslər X1, X4, X7, X14, X11 və X1 qarşı notariat hərəkətinin aparılması tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 hektar torpaq sahəsi hər birinin payı 1/7 hissədə olmaqla, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, X8, X3, X10, X1, X2 və X9 məxsusdur. Həmin evin və torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan X11, X7, X14, X5 və X6 özlərinin paylarını İddiaçı1 bağışlamaq i stəyirlər. Bu məqsədlə onlar Cavabdeh2na müraciət edərək aralarında bağışlama müqavilələrinin bağlanmasını və notariat qaydasında təsdiq olunmasını xahiş etmiş, lakin həmin eydə qeydiyyatda olan X13 bu barədə razılıq vermədiyinə görə notarius notariat hərəkətinin aparılmasından imtina etmişdir. S.Yəhyayeva bu müqavilənin bağlanmasına razılıq verməməsini onunla əsaslandırır ki, evin Z.Yəhyayevə bağışlanması onun və uşaqlarının həmin evdən istifadə hüququnun pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə sərəncam hüququ-əmlakın (əş yanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Göründüyü kimi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evinin və torpaq sahəsinin paylı 4 mülkiyyətçisinin özünün payını digər şəxsə bağışlamaq barədə sərəncam vermək hüququnu həyata keçirməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində heç bir məhdudiyyət və ya xüsusi qayda nəzərdə tutulmamışdır. Bundan başqa, fərdi yaşayış evində qeydiyyatda olan şəxsin həmin evin bagışlanmasına razılıq verməməsi səbəbindən mülkiyyətçinin sərənca m hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulmuş mülkiyyət hüququnun məhdudlaşdırılması əsaslarına aid deyildir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X1nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5234/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5234/2019
21.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver