Məhkəmə qərarları › İş №2(102)-5236/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5236/2022

31.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5236/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu (delikt), sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi) və Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş zərərin aradan qaldırılması” tələb inə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3319/2022 nömrəli mülki iş üzrə 3 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. MH ******* seriyalı, xx.xx.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0,03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv metr yaşayış, 30 kv metr köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evi İddiaçı(bundan sonra-iddiaçı) xüsusi mülkiyyətindədir.

2. İddiaçının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-cavabdeh) ünvanladığı pretenziya məktubundan müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə evinin yararsız vəziyyətə düşməsində Cavabdeh ASC təqsirkar olduğundan Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi, 89A saylı fərdi həyət evimin təzədən sökülüb-tikilməsini, yaşamaq üçün yararlı vəziyyətə salınmasını cavabdehdən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində 0,03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv metr yaşayış, 30 kv metr köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülərək yenidən tikilməsi və təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia çı tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı ev küçələrindəki müxtəlif qurumlar tərəfindən su, qaz, kanalizasiya xətləri çəkilərkən qəzalı vəziyyətə salınmışdır. Belə ki, burada ağır texnikalar işlədikcə silkələnmə nəticəsində evin divarları çat vermiş, evin yol tərəfdən divarı isə aşağı enmiş və yuxarı hissədən aralanmışdır. 1993cü ildə ailəsi ilə birlikdə Ağdam rayonundan məcburi köçkün düşmüş, həyat yoldaşı 16 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Qeyd olunan məsələ ilə bağlı 2016-cı ildən müvafiq dövlət orqanlarına və təşkilatlara müraciət etməsinə baxmayaraq demək olar ki, real olaraq yaranmış məsələnin həlli ilə bağlı heç bir tədbir görülməmişdir. Sonuncu dəfə 07 aprel 2020-ci ildə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Fövqəladə H allar Nazirinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Cavabdehçıq Səhmdar Cəmiyyətininin Prezdentinə, Cavabdeh ASC-nin Suraxanı Rayon Sukanal İdarəsinə, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına, Suraxanı Rayonu İcra Hakimiyyəti Aparatının Başçısına müraciət olunaraq Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi, 89A saylı fərdi həyət evinə baxışın keçirilməsində və qəzalı vəziyyətdə olması barədə “AKT”ın tərtib edilməsində, evin əvvəlki vəziyyətinin bərpa edilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Sonuncu müraciətindən sonra yuxarıda adları çəkilən aidiyyatı dövlət qurumları əməkdaşlarının işirakları ilə evinə baxış keçirilmiş, evin qəzalı vəziyyətə düşməsinin səbəbləri araşdırılmış və evin girişə nəzərən sol divarının yanında ola n yolun alt hissəsində su və kanalizasiya xətlərinin keçməsi, boru xətlərindən keçən suyun evin bünövrə hissəsinə axması və bünövrənin çökməsinə səbəb olması müəyyən olunmuşdur. Tərtib olunmuş akta əsasən cavabdehin evin qəzalı vəziyyətə düşməsində təqsirkar olduğu müəyyən edilmişdir. Cavabdeh təqsirkar olmasına baxmayaraq heç bir tədbir görməməsi nəticəsində tərəfindən bu barədə pretenziya ilə 24 iyun 2020-ci il tarixdə Cəmiyyətə müraciət olunmuş və Cəmiyyətdən evinin təzədən sökülüb- tkiliməsi, yaşamaq üçün yararlı vəziyyətə salınması xahiş edilmiş, əks halda, yəni 10 gün müddətində müvafiq qərar qəbul edilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən 29 iyun 2020-ci il tarixdə imzalanıb qəbul olunmasına baxmayaq bu günə kimi heç bir c avab verilməmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(004)2793/2021 nömrəli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli 10/3486 saylı ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşən 89A nömrəli fərdi yaşayış evinin texniki cəhətdən qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş, evin girişə nəzərən sol divarın yanında olan yolun alt hissəsində su və kanalizasiya boru xəttləri keçir. Bu boru xəttlərindən sızan suyun evin bünövrə hissəsinə axması müşahidə olunmuş və evin bünövrəsinin çökməsinə səbəb olmuşdur. Fərdi yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün evin bünövrə hissəsində izolyasiy a işləri görülməli və kürsü üzərində evin inşası aparılmalıdır. Evin divarlarında mövcud çatlar ikitərəfli olmaqla həm şaquli, həm də üfiqi istiqamətdə yerdəyişmələrdən yarandığı üçün bu qüsurun kosmetik təmirlə aradan qaldırılması mümkün deyil. Odur ki, həm rütubət və nəmişliyin, həm də çatların aradan qaldırılması, evin demontaj olunaraq yenidən inşa edilməsi yolu ilə mümkün ola bilər. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşən 89A nömrəli fərdi yaşayış evində zərər dəymiş tikililərin yenidən bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 18612,00 manat məbləğində müəyyən edilmişdir.

6. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi, 89A saylı fərdi həyət evinin qəzalı vəziyyətə düşməsinin təqsirinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən törədilməsi sübut edilmir. Ümumiyyətlə həmin evin tikintinorma və qaydalarına uyğun olaraq tikilməsi də şübhəlidir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

7. Məhkəmə iclasına dəvət olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X3 bildirmişdir ki, Yasamal rayon Məhkəməsinin 2 (004)-2793/2021 saylı, xx.xx.2021-ci il tarixli tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardadı əsasında mülki iş üzrə xx.xx.2021-ci il tarixli rəyi qəbul etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, rəyin verildiyi tarixdən bu günə kimi evdəki çatlar daha da dərinləşmiş olması qaçınılmazdır, çünki evdə deformasiya və çökmə halları davam edir. Evin texniki vəziyyəti qəzalıdır. Orda yaşayan insanların həyatı üçün təhlükəlidir. Evin sağ və sol divarları söküldükdə digər tərəflər də söküləcəkdir. Evin demontaj olunaraq yenidən inşa edilməsi dedikdə, həmin evin bünövrədən sökülərək bünövrəsindən inşasını nəzərdə tutur və bu mütləqdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evin tikinti və təmiri üçün rəy verilən tarixə çıxarılmış 18600 manat məbləğində qiymət əslində minimum məbləğdir. Hal-hazırda həmin məbləğin daha yüksək olma ehtimalı böyükdür. Çünki, ölkədə tikinti materiallarının qiyməti və buna uyğun olaraq işçi qüvvəsinə ödənilməli məbləğlər də artmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 yanvar 2022-ci il tarixli, 2(004)-68/2022 saylı qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində 0,03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv metr yaşayış, 30 kv metr köməkçi sahədən ibarət 89 A nömrəli fərdi yaşayış evinin cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülməsi və yenidən tikilərək İddiaçı təhvil verilməsi, ekspertiza xərcinə görə 50 (əlli) manat pulun cavabdeh "Azərsu” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus su boru xəttlərində n sızan suyun iddiaçıya məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv metr yaşayış, 30 kv metr köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin bünövrə hisəsinə axması nəticəsində iddiaçıya məxsus evdə dərin çatların əmələ gəlməsi, evin bünövrəsinin çökməsi, evin yararsız və qəzalı vəziyyətdə düşməsi, həmin evdə yaşamanın təhlükəli olması iş materialları, fotoşəkillər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli 10/3486 saylı ekspert rəyi ilə sübuta yetirildiyindən, iddiaçının əmlakına vurulmuş zərərə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu səbəbdən iddiaçı vurulmuş zərərin aradan qaldırılma sını tələb etməkdə haqlıdır. Cavabdehin vəsatətində göstərdiyi aparılan su təchizatı və kanalizasiya xətlərinin çəkilməsi işlərinin icraçı "xxxx" MMC-nə həvalə edilməsi və təqsirin həmin şirkətə aid olması ilə bağlı məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə Bakı şəhəri, Suraxanı rayonu Bül-bülə qəsəbəsi Ə.Verdiyev küçəsi ilə M.Əzizbəyov küçələrində işlərin aparılması ilə bağlı razılıq əldə olunmuşdur. İddiaçıya məxsus fərdi yaşayış evi isə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşir.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.4, 21.1, 21.2, 1096, 1097.1, 1108.1 və 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan son ra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iddiaçının mülkiyyətində olan evin yararsız hala düşməsinə “Azərsu" ASC-nin təqsikar olmasına dair sübutların olmaması, iddiaçının iddia ərizəsində küçədə müxtəlif qurumlar tərəfindən su, qaz, kanalizasiya xətləri çəkilərkən evin qəzalı vəziyyətə salınmasını qeyd etməsi, bu səbəbdən digər aidiyyəti qurumların da cavabdeh qismində cəlb etməli olması, ekspertiza rəyinin əsassız olması, yolun alt hissəsindən keçən su və kan alizasiya xətlərindən evin bünövrə hissəsinə suyun sızması müşahidə edilməsinin qeyd olunması, lakin evin bünövrəsinə sızan suyun məhz həmin su xəttindən axıdılmasının sadəcə ehtimal olaraq bildirilməsi, halbuki həmin ərazidə su sızması ilə bağlı Cəmiyyətə heç bir müraciətin daxil olmaması, iş üzrə tam və hərtərfli araşdırmanın aparılmaması, eyni zamanda Cavabdeh ASC-nin tikinti şirkəti olmaması, bu səbəbdən də evin sökülərək yenidən inşasının onun üzərinə qoyulmasının qanunsuz olmasını qeyd etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3319/2022 nömrəli iş üzrə 3 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, məhkəmə, iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehlərin apellyasiya şikayətində qeyd etdikləri isə, formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

15. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

16. Kassasiya şikay əti apellyasiya şikayətləri ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1096-cı maddəsinin dipozisiya şərtləri ödənilmədiyi halda, apellyasiya istansiyası məhkəməsi tərəfindən həmin normanın tələbləri pozulmuşdur. b)

17. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli ol duğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanu nla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3319/2022 nömrəli mülki iş üzrə 3 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar