Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5241/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı2, onun vəkili X1, Cavabdeh1 və vəkili X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev, iş № 2(067)-xx/18) iddiaçılar X5, X6, İ ddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermə, mirası qəbul etmə ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, miras qalmış daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov-sədrlik edən və məruzəçi, Ş.Abasov və T.Məmmədov, iş № 2(105)xx/19) apellyasiya şikayəti təmin edilməyərək Xaçmaz Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçılar X12, X13, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Uzunoba kəndində mərhum valideynləri X14 və X4 məxsus olmuş yaşayış evi və evin yerləşdiyi, qanuni istifadədə olan 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə sahiblik, istifadə etmək və onun barəsində sərəncam vermək kimi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, müvafiq olaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, ataları X7 ölümündən sonra ondan miras qalmış əmlakın birinci növbə vərəsələrdən anaları X8 və onlar tərəfindən qəbul edilməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; analarının ölümündən sonra isə ondan miras qalmış əmlakın birinci növbə vərəsələr olaraq onlar tərəfindən qəbul edilməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; valideynlərindən miras qalmış əmlaka Xaçmaz rayonu, Uzunoba kəndində xüsusi mülkiyyət olan yaşayış evinə və evin yerləşdiyi, qanuni istifadəyə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinə bütövlükdə qanun üzrə vərəsəlik qaydasında onların mülkiyyət hüququnun yaranmasının tanınması; valideynlərdən miras qalmış həyətyanı torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə cavabdehlər tərəfindən qanunsuz əldə edilmiş ********** qeydiyyat nömrəli xx xx 2013-cü il qeydiyyat tarixli RX ******* saylı Çıxarışın etibarsız h esab edilməsi və torpağa mülkiyyət hüququna dair şəhadətnamələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı2 və vəkili R.Qənbərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh1 və vəkili R.Novruzəliyev kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh3 Azərbaycan Respublikası MPM-nin 6 7-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçılardan yalnız İddiaçı2 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçıların hazırkı iş üzrə tələbləri aşağıdakılardan ibarətdir: -Xaçmaz rayonu, Uzunoba kəndində mərhum valideynləri X14 və X4 məxsus olmuş yaşayış evi və evin yerləşdi yi, qanuni istifadədə olan 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə sahiblik, istifadə etmək və onun barəsində sərəncam vermək kimi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, müvafiq olaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, ataları X7 ölümündən sonra ondan miras qalmış əmlakın birinci növbə vərəsələrdən anaları X8 və onlar tərəfindən qəbul edilməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; -analarının ölümündən sonra ondan miras qalmış əmlakın birinci növbə vərəsələr olaraq onlar tərəfindən qəbul edilməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; valideynlərindən miras qalmış əmlaka Xaçmaz rayonu, Uzunoba kəndində xüsusi mülkiyyət olan yaşayış evinə və evin yerləşdiyi, qanuni istifadəyə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinə bütövl ükdə qanun üzrə vərəsəlik qaydasında onların mülkiyyət hüququnun yaranmasının tanınması; -valideynlərdən miras qalmış həyətyanı torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə cavabdehlər tərəfindən qanunsuz əldə edilmiş ********** qeydiyyat nömrəli xx xx 2013-cü il qeydiyyat tarixli RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi; -cavabdehlərin adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi. Birinci instansiya məhkəməsi iddiaçıların öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları, yəni, hazırda cavabdehlərin birgə paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsi və üzərində yerləşən evin ataları Zaman Kərəmova məxsus olmasını, onun ölümündən sonra həmin əmlakı miras kimi qəbul etmələrinin sübut edilməməsini, eləcə də İddiaçı2 2015-ci ildə məhkəməyə yalnız həyətyanı torpaq sahəsi haqqında iddia tələbi ilə müraciət etdiyi halda, hazırda həm də həmin torpaq sahəsi üzərində yerləşən evi də tələb etməsini müəyyən edərək iddianı rədd etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.1, 240.2, 324.1, 324.2, 329.1, 337.1, 139-1.1, 149.2, 527, 1133.1, 1133.2, 1134.1, 1145, 1243.2, 1243.3, 1246, 1255-ci, MPM-nin 77.1, 307.2.9-cu maddələri ilə əsaslandırmışdır. İddiaçıların apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi qanunvericilik normalarını işin hallarına uyğun hesab etmişdir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xx 2015-ci il tarixli 2(06 7)-xx/2015 saylı qətnaməsindən (i.v.125) görünür ki, hazırkı iş üzrə iddiaçılardan İddiaçı2 hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 qarşı iddia qaldıraraq, sonuncunun adına işlənmiş xxxx kodlu, 057 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0,25 ha torpağın öz adına işlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddiası rədd edilmişdir. Həmin qətnamə ilə İddiaçı2 göstərilən iddia üzrə subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Qeyd edilən qətnamədən apelyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xx 2016-cı il tarixli 2(067)xx/2016 saylı qətnaməsindən (i.v.127) görünür ki, hazırkı iş üzrə iddiaçı X15 cavabdeh olan Cavabdeh1 qarşı iddia qaldıraraq Xaşmaz rayonunun Uzunoba kə ndində 0,25 ha torpaq sahəsində 1936-cı ildə tikilmiş evin və torpaq sahəsinin mülkiyyət hüququ əsasında atası X10 məxsus olması, onun vərəsəliyi qəbul etməsi faktının müəyyən edilməsi, Cavabdeh1 DƏDRX-in 5 saylı ərazi İdarəsindən verilən reyestr çıxarışının ləğv edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilən evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisə edilən torpaq sahəsinə və evə iddiaçının atası Zaman Kərəmovun adına mülkiyyət hüquq qeydə alınmayıb, bu səbəbdən həmin əmlaklar miras əmlaka daxil deyil. X3 rayon məhkəməsinin xx xx 2016-cı il tarixli 2(067)-xx/16 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, lakin apleyasiya şikayətindən imtina etdiyi üçün Sumqayıt Ape lyasiya Məhkəməsinin xx xx 2016-cı il tarixli 2(105)-xx/2016 saylı qərardadı ilə apelyasiya icraatına xitam verilmişdir. Bununla da Xaçmaz rayon məhkəməsinin xx xx 2016-cı il tarixli 2(067)-xx/2016 saylı qətnaməsi də qanunu qüvvəsini almışdır. Göründüyü kimi, qanunu qüvvəyə minmiş məhkəmə qətnamələri ilə qeyd edilən torpaq sahəsinə dair İddiaçı2 subyektiv hüququnun olmaması, mübahisə edilən torpaq sahəsinə və evə iddiaçıların atası Zaman Kərəmovun adına mülkiyyət hüququnun qeydə alınmaması, bu səbəbdən həmin əmlakların miras əmlaka daxil olmaması halı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələn dirilmir və yenidən sübut edilmir. Bundan əlavə, hazırda iddiaçıların etibarsız hesab edilməsini tələb etdikləri ********** qeydiyyat nömrəli xx xx 2013-cü il qeydiyyat tarixli RX ******* saylı Çıxarış xxxx kodlu, 057 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. xxxx kodlu, 057 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi barədə iddia da Xaçmaz rayon məhkəməsinin xx xx 2015-ci il tarixli 2(067)-xx/2015 saylı qətnaməsi ilə rədd edilmişdir. Bir halda ki, xx xx 2013-cü il qeydiyyat tarixli RX ******* saylı Çıxarışın verilməsinə əsas olmuş xxxx kodlu, 057 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilməyib, belə olan halda onun əsasında verilmiş RX ******* saylı Çıxarışın da ləğvi mümkün deyildir. İddia tələbi həm də bu əsasa görə təmin edilə bilməz. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanunvericiliyə uyğun saymış və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə də apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər ara sında bölüşdürüldüyündən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbay can Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” işüzrə xx xx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qava zov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə toplanmış sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin kassatora münasibətdə gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası qərara aldı: İddiaçı2kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(105)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5241/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5241/2019
20.08.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver