Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5245/2021 20.08.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu İddiaçı oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1767/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərardadlarından verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli qərardadlarından kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli qərardadlarının biri iddiaçıya dövlət hesabına vəkil təyin edilməsi barədə ərizənin təmin edilməməsi, digər isə 29 apr el 2021-ci il tarixli qərardaddan kassasiya şikayətinin geri qaytarılması barədə olmuşdur. Mülki Prosessual məcəllənin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarıl ır. Göründüyü kimi, mübahisələndirlən qərardadlardan biri iddiaçıya dövlət hesabına vəkil təyin edilməsi barədə ərizənin təmin edilməməsi barədədir ki, həmin qərardadlardan da kassasiya şikayəti verilməsi qanunla nəzərdə tutulmayıb. Həmçinin kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən görünür ki, şikayət İddiaçı oğlu tərəfindən imzalansa da, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şik ayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Bu səbəbdən hesab edirəm ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 402 və 408.1.3-cü maddələrinin tələblərinə uyğun olmadığı üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, kassasiya şikayəti işlə birlikdə qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1767/2021 nömrəli, 25.05.2021-cı il tarixli nömrəli qərardadlarından İddiaçı oğlunun verdiyi kassasiya şikayəti icraa ta qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-5245/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5245/2021
20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver