Məhkəmə qərarları › İş №2(102)-5246/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5246/2022

31.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5246/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan, delikt, işçinin vurduğu zərərə görə məsuliyyət, öhdəliklərə xitam verilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanmas ı Fonduna qarşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3101/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə (bundan sonra – Bank, hal-hazırda ləğv prosesindədir) İddiaçı (bundan sonra - iddiaçı) arasında 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsi (bundan sonra – Kredit müqaviləsi) bağlamış, müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 5112 manat kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsi ilə iddiaçı Kredit müqa viləsi üzrə öhdəliklərin təminatı olaraq mülkiyyətində olan “Mercedes Benz 190” markalı, 10XT443 dövlət qeydiyyat nişanlı, buraxılış ili 1990-cı il olan avtomobili (bundan sonra – mübahisəli avtomobil) Bank qarşısında ipoteka ilə yüklü etmişdir.

2. Mübahisəli avtomobil iddiaçının verdiyi etibarnamə əsasında onun qohumu X1 faktiki sahibliyində və istifadəsində olmuşdur. 3. 2010-cu ilin sentyabr ayında Bankın Problemli kreditlər şöbəsinin müdiri Cavabdeh1 mübahisəli avtomobili götürərək Banka təhvil vermişdir. 4. 05 mart 2021-ci il tarixdə Bank tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə yaranmış 4061,82 manat əsas, 771,57 manat faiz, cəmi 4833,39 manat borcun ödənilməsi tələbi barədə bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – Fond) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış Kredit və ipoteka müqavilələrinin ləğv edilərək öhdəliklərə xitam verilməsi, ona məxsus olan avtomobilin Bank tərəfindən müqavilə şərtləri pozulmaqla satılması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi qismində 7500 manat, mənəvi zərərin əvəzi qismində 10.000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Kredit müqaviləsinə əsasən borcun ödənilməsində ilk 6 ay ərzində heç bir problem olmamış, daha sonra maddi vəziyyət ağırlaşdığından ö dəmələrdə gecikmələr yaranmışdır. Daha sonra, Cavabdeh1 tələbi ilə 01 fevral 2011-ci il tarixdə avtomobilə dair Kürdəmir rayon sakini X2 adına etibarnamə vermişdir. Şifahi razılığa əsasən avtomobil hərracda satılıb əldə olunan vəsait borcun silinməsinə yönəldilməli olub. Avtomobil götürülərkən cavabdeh tərəfindən heç bir sənəd verilməyib. 2018-ci ilin dekabr ayında iddiaçı təzə kredit götürmək istəyərkən ona məlum olmuşdur ki, onun Banka 5900 manat borcu qalmışdır. Bundan sonra aldadıldığını başa düşmüş və Zərdab rayon prokurorluğuna və polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bankın problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş cavabdeh girov predmeti olan avtomobili Elnur Məmmədovun əlindən alaraq bankın müvəqqəti duracağına yerləşdirmiş, sonradan avtomobilə dair ayrı-ayrı şəxslərə etibarnamələr verilmiş, avtomobil 14 oktyabr 2014-cü il tarixdə Bank tərəfindən satılsa da, borc bağlanmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh Bankın işçisi kimi fəaliyyət göstərib ona maddi və mənəvi zərər vurduğundan, hər iki cavabdeh vurulmuş zərərə görə məsuliyyət daşıyır. Bundan əlavə, kredit və ipoteka müqavilələrinin şərtləri Bank tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə həmin müqavilələr ləğv edilib öhdəliklərə xitam verilməlidir.

7. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, avtomobil 2010-cu ilin sentyabr ayında götürüldüyünə görə iddiaçı hüquqlarının pozulduğunu həmin vaxtdan bilmiş, lakin 10 illik ümumi iddia müddətini də buraxmaqla məhkəmədə iddia qaldırmışdır. İddia müddəti buraxılmaqla yanaşı, iddiaçı ona zərər vurulmasını da sübut edə bilməmişdir.

8. Fond vəsatətlə məhkəməyə müraciət edərək Bank ləğv etmə prosesində olduğuna görə “Banklar haqqında” Qanunun 72.1.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.1-ci maddələrinə əsasən hazırkı işin icraatına xitam verilməsini xahiş etmişdir.

9. İcraat zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 avqust 2021-ci il tarixli 9/2801 saylı rəyinə əsasən, mübahisəli avtomobilin 2011-ci ildə orta bazar qiyməti təxminən 7500 manat müəyyən edilmişdir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 noyabr 2021-ci il tarixli, 2(006)-1654/2021 sayl ı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi kimi 7500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçını aldatmış, avtomobili ondan almış, lakin iddiaçının borcu Bankdan silinməmişdir. Beləliklə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçiya maddi zərər dəymişdir. İddianın rədd edilmiş hissəsində isə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı həmin hissədə məhkəməyə sübutlar təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 170.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, Bank tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli şəkildə pozulduğuna görə kredit və ipoteka müqavilələrinin ləğv edilməsinə kifayət qədər əsaslar olduğu halda, məhkəmə maddi hüquq normalarını pozaraq iddianı həmin hissədə təmin etməmişdir. Bundan əlavə, cavabdeh Bankın işçisi kimi ona ziyan vurduğundan, ziyanın əvəzinin ödənilməsinə görə Fond onunla birlikdə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə maddi hüquq normalarını pozaraq iddianı Fonda qarşı hissədə təmin etməm işdir. Delikt nəticəsində iddiaçıya mənəvi zərər vurulması da aşkar olduğu halda, məhkəmə əsassız olaraq bu hissədə də iddianı təmin etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

15. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçıya zərər vurulması sübuta yetirilmədiyi və iddia müddəti keçdiyi halda, məhkəmə işin faktiki hallarını tam araşdırmayaraq, əsassız olaraq iddianı ona qarşı hissədə təmin etmişdir. Bundan əlavə, o, Bankın işçisi kimi fəaliyyət göstərdiyindən, Mülki Məcəl lənin 1099.1-ci maddəsinə əsasən iddiaçı qarşısında mülki məsuliyyəti Bank daşıyır və iddia Banka qarşı qaldırılmalı idi.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 25 may 2022-ci il tarixli, 2(103)-2101/2022 nömrəli qətnaməsi ilə (hakimlər - İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

18. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, mübahisəli avtomobil Bankın Problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş Cavabdeh1 tərəfindən qanunsuz olaraq 2010-cu ildə qanuni sahibindən götürülərək Bankın duracağına ye rləşdirilmişdir. Bu hal Cavabdeh1 Zərdab Rayon Prokurorluğunda araşdırma aparılarkən verdiyi izahatı ilə təsdiq olunur. Həmin avtomobil Bankla bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Avtomobil 2010-cu ildə Bankın dayanacağına yerləşdirildikdən sonra dəfələrlə etibarnamə ilə ayrı-ayrı şəxslərin istifadəsinə verilmiş, 14 oktyabr 2014-cü il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bankın kredit və ipoteka müqavilələri üzrə borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə uzun müddət məhkəmədə iddia qaldırmaması və yalnız 05 mart 2021-ci il tarixdə iddiaçıya bildiriş göndərməsi, avtomobilin harada olması ilə maraqlanmaması və nəhayət 14 oktyabr 2014-cü il tarixdə satılması Bankın həmin avtomobi lin iddiaçının qanuni sahibliyindən çıxıb faktiki olaraq Bankın sahibliyinə keçməsindən məlumatlı olması barədə nəticəyə gəlməyə kifayət qədər əsas verir.

19. Avtomobil qanunsuz olaraq iddiaçının və onun etibarnamə verdiyi Elnur Məmmədovun sahibliyindən götürülüb satılsa da, Banka olan borcunun ödənilməsinə sərf olunmamış, nəticədə ona maddi ziyan dəymişdir. İddiaçıya maddi ziyan vurulması ilə nəticələnmiş delikti Bankın işçisi olan Cavabdeh1 törətmişdir. Buna görə də Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, bank öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, kredit və ipoteka müqavil ələrinin ləğv edilməsi tələbinə dair iddia bilavasitə müqavilənin tərəfi olan Banka qarşı, işçinin törətdiyi mülki hüquq pozuntusuna görə vurulmuş maddi və zərərin əvəzinin ödənilməsi barədə iddia işçinin işlədiyi Banka qarşı yönəldilməli olduğundan, iddia tələbi ona cavab verməli olmayan cavabdehə və Fonda qarşı yönəldiyindən, təmin edilə bilməz. Kollegiya hesab etmişdir ki, iddia əsl cavabdehə qarşı yönəlmədiyindən, kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, iddiaçıya maddi və mənəvi zərərin vurulması və iddia müddətinin tətbiqi barədə məsələnin araşdırılmasına lüzum yoxdur. Qeyd olunan məsələlər iddia tələbi əsl cavabdehə qarşı irəli sürüldüyü halda araşdırma predmeti ola bilərdi.

21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 2 1.1, 21.2, 59.4, 60.2, 61.7, 386.1, 421.1, 1096.2, 1097.1, 1099.1 və 1114.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil1) kassasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Bunu nəzərə alaraq, Ləğv prosesində olan Bankın hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddia tələbinin Fonda qarşı qaldırılması əsaslıdır. Bundan başqa, avtomobilin satılması, satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməməsi, bu barədə iddiaçıya məlumat ve rilməməsi müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması halı kimi müəyyən edilməli və müqavilənin ləğvi üçün əsas kimi qəbul edilməli idi. Əlavə olaraq öhdəliyin yalnız Cavabdeh1 üzərinə qoyulması düzgün olmamışdır, çünki o vəzifələrini icra edərkən Bankın işçisi olmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə ümumiyyətlə Bank haqqında heç bir əsaslandırma qeyd etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı tələbə münasibət bildirməmişdir. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə riayət edilməmiş, iddiaçıya və digər subyektlərə bildirişlər göndərilməmişdir. Bu, qanunvericiliyin və müqavilə şərtlərinin kobud şəkildə pozulmasıdır. Odur ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgü n tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazların dəlilləri

24. Fond kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

25. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı kredit və ipoteka müqavilələrinin ləğv olunması üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, Fond müqavilənin tərəfi olmadığından iddianın ona qarşı yönəldilməsi qəbul edilə bilməz. İddia əsl cavabdehə qarşı yönəlmədiyindən müqavilənin ləğv olunması tələbi əsassızdır. Kassatorun şikayəti formal mülahizələr əsasında verildiyi üçün əsassızdır.

26. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

27. Etiraz iddia ərizəsinə etirazın dəlillərin ə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.

31. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

32. Maddə 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.

33. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxs in öhdəsinə qoyula bilər.

36. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

37. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Qərarı Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahə sində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zi dd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır... İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Prosessual Məcəllə

39. Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Baxılan iş üzrə iddia tələbi iki hissədən ibarət olmuşdur: iddiaçıya məxsus avtomobilin qanunsuz olaraq özgəninkiləşdirilməsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi, iddiaçıya məxsus ipoteka predmeti olan avtomobilin borcun əvəzi kimi ondan alınaraq Banka təhvil verildiyinə görə kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi (müqavilələrin ləğv edilməsi).

49. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi əsl olmayan cavabdehlərə qarşı verildiyi əsası ilə iddianı rədd etmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ləğv prosesində olan Banka təyin edilmiş ləğvedicinin (baxılan işdə Fondun) həmin Bank tərəfindən vurulmuş zərərin ödənilməsi və onunla bağlanmış müqavilənin ləğvi tələbləri üzrə əsl cavabdeh olmadığı barədə mövqeyini qanuni və əsaslı hesab edir, bu hissədə həmin məhkəmənin əsaslandırılması ilə razılaşır.

51. Buna baxmayaraq Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

52. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Bankın işçisi Cavabdeh1 tərəfindən iddiaçıya ziyan vurulduğu, ona qarşı delikt törədildiyi barədə nəticəyə gəlmişdir.

53. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərinə görə zərərin tam həcmdə ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

54. Baxılan iş üzrə işin müəyyən edilmiş hallarının sadalanan dispozisiya şərtləri ilə uyğunluq təşkil edib-et mədiyi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı kredit öhdəliyini yerinə yetirmədiyi üçün ipoteka predmeti olan avtomobil Bankın işçisi Cavabdeh1 tərəfindən qanunsuz götürülərək Banka təhvil verilsə və sonradan satılsa da Banka olan borcunun ödənilməsinə sərf olunmamış, nəticədə iddiaçıya maddi ziyan dəymişdir.

55. Məhkəmə avtomobilin iddiaçının iradəsinə zidd olaraq özgəninkiləşdirilməsində sonuncunun təqsirinin nədən ibarət olduğu və onun hərəkəti ilə iddiaçıya ziyan vurulması arasında səbəbli əlaqənin mövcud olduğunu, başqa sözlə Cavabdeh1 mülki hüquq pozuntusu törətməsi barədə gəldiyi qənaətini maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Halbuki MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

56. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən belə qənaətə gəlmişdir ki, Bankın işçisi Cavabdeh1 delikt törətmiş olsa da, onun törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün həmin şəxs deyil, məhz Bank məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzi Bank tərəfindən ödənilməlidir.

57. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1-ci maddəsini düzgün təfsir etməmiş və həmin maddəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş rəsmi şərhi nəzərə almamışdır.

58. Belə ki, Azərba ycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hü quq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

59. Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işçi kimi delikt törətmiş şəxs onun əməli nəticəsində törədilmiş deliktə görə yaranmış zərərin ödənilməsi tələbinə cavab verməli olan şəxs deyil.

60. Hazırkı işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən, amma məhkəmələr tərəfindən hüquqi qiymət verilməmiş digər hal isə ondan ibarətdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə eyni vaxtda biri-birini istisna edən iki tələb irəli sürmüşdür.

61. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı öz tələbində həm ona məxsus avtomobilin qanunsuz olaraq özgəninkiləşdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsini, həm də özünə məxsus ipoteka predmeti olan avtomobili borcun əvəzi kimi ondan alınaraq Banka təhvil verildiyinə görə kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsini tələb etmişdir.

62. İddiaçının özünün bildirdiyinə görə irəli sürülən iki tələbin eyni anda təmin olunması qeyri-mümkündür. Çünki əgər iddiaçının bildirdiyi kimi cavabdehlərin (və ya onların işçilərinin) iddiaçıya vurduğu delikt nəticəsində məhrum olduğu əmlakın dəyəri ona ödənilməlidirsə, onda iddiaçının kredit və ipoteka predmetləri üzrə öhdəlikləri qüvvədə qalmış olur (nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam icra edilmədiyi işin mübahisəsiz halıdır). Əksinə iddiaçının bildirdiyi kimi əgər tərəflər arasında əldə edilmiş şifahi razılığa əs asən ipoteka predmeti olan avtomobilin üçüncü şəxslərə satılaraq borcun ödənilməsi şərtilə iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmişdirsə onda iddiaçıya maddi və mənəvi ziyanın vurulduğu istisna edilir.

63. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(103)-3101/2022 nömrəli mülki iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar