Məhkəmə qərarları › İş №2(102)-525/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-525/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-525/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı birinci iş, Maraqlı şəxs1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı bir icraatda birləşdirilmiş ikinci mülki iş üzrə QƏRARİ İş № 2(102)-525/2025 (Açar sözlər: ipotekaya xitam verilməsi, protokol və çıxarışın etibarsız hesab edilməsi; protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ipotekaya xitam verilməsi, protokol və çıxarışın etibarsız hesab edilməsi və sair” tələbinə dair birinci iş və Maraqlı şəxs1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının "xxxx" Məhdud Məsuliyyətli Cəmiy yətinə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair bir icraatda birləşdirilmiş ikinci mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4807/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən birləşdirilmiş birinci iş üzrə İddiaçı (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Birinci iş üzrə:

1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 214,6 kv.m. yaşayış, 556,4 kv.m. köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 8790 nömrəli vərəqində 01 iyul 2008-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, 21 iyun 2013cü il tarixli qətnaməsi ilə cavabdeh X3 173.200 manat əsas, 115.005 manat faiz, 3.000 manat dəbbə pulu, cəmi 291.205 manat pul, 120.500 ABŞ dollar əsas, 78.937 ABŞ dolları faiz, 2.000 ABŞ dolları dəbbə pulu, cəmi 201.467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin i poteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250.000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291.205 manat və 201.467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X4 və İddiaçı ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd olunmuş Qətnaməsi icraya yönəldilmiş və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsi verilmişdir.

4. Qeyd olunan icra vərəqəsi əsasında Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlanılmış və ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 250.000 manat olmaqla hərracdan satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. 5. "xxxx" MMC tərəfindən 2016-cı ildə keçirilmiş ilk və təkrar hərrac baş tutmamış, bundan sonra, ipoteka predmeti xx.xx.2016-cı il tarixli məktubla “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ipoteka saxlayana - Banka təklif olunmuşdur.

6. İpoteka predmeti Bank tərəfindən əldə edilmədiyindən "xxxx" MMC xx.xx.2017-ci il tarixli məktubla İcra şöbəsinə əmlakın hərracda satılmasının baş tutumadığı barədə məlumat vermiş və İcra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 8606/3171 saylı məktubla icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. 7. "xxxx" ASC ilə Maraqlı şəxs1 QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarix li müqaviləyə əsasən, Bankın problemli aktivlərinin tələb hüququ sonuncuya ötürülmüş və xx.xx.2018-ci il tarixli, S-FK-1179 saylı təhvil-təslim aktına əsasən X9 tərəfindən götürülmüş kredit borcuna dair sənədlər Maraqlı şəxs1 QSCyə təhvil verilmişdir. 8. "xxxx" MMC-nin 31 may 2019-cu il tarixli, 610 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 25 iyun 2019-cu il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi – 250.000 manat olmaqla hərraca çıxarmışdır.

9. Bundan sonra, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 26/3İH saylı məktubla icra sənədi təkrar hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş, "xxxx" MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaql a xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salınaraq 212.500 manat müəyyən olunmaqla, xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak Maraqlı şəxs2 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y-187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alğı-satqı müqaviləsi bağlanmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 185993 saylı Çıxarışa əsasən, ünvan 1 ünvanındakı əmlak Maraqlı şəxs2 adına xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. İkinci iş üzrə:

11. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanması qərara a lınmışdır.

12. Xəzər rayon İcra Şöbəsi tərəfindən borclu X5, surəti borclu İddiaçı, tələbkar "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən X3 173.200 manat məbləğində əsas kredit borcu, 115.005 manat məbləğində faiz borcu, 3.000 manat məbləğində dəbbə pulu, cəmi 291.205 manat məbləğində pul, 120.500 ABŞ dolları məbləğində əsas kredit borcu 78.937 ABŞ dolları məbləğində faiz borcu, 2.000 ABŞ dolları məbləğində dəbbə pulu cəmi 201.467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tutma İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Həmin ev İddiaçı sahibliyindən alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, evin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250.000 manat müəyyən edilməli, evin satışından əldə olunmuş vəsaitdən 173.200 manat məbləğində əsas kredit borcu 115.005 manat məbləğində faiz borcu 3.000 manat məbləğində dəbbə pulu cəmi 291.205 manat məbləğində borc, bundan başqa 120.500 ABŞ dolları məbləğində əsas kredit borcu 78.937 ABŞ dolları məbləğində faiz borcu, 2.000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 201.467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" AS C-nə ödənilməlidir. 13. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişin surətindən görünür ki, Banka kredit borcu olan X4, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli evi keçirilən hərraclar zamanı satılmamışdır (evin ilkin satış qiyməti - 250.000 manat, satış qiyməti – 159.375 manat). AR Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” AR Qanununun 43.7,43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması banka təklif olunur. “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinə əsasən “ipotekasaxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə i potekaya xitam verilir”. Bildirirlər ki, xx.xx.2016-cı il tarixədək əmlakı almadığı halda iş sifarişçi icra şöbəsinə qaytarılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3-cü və 398-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan alıcı qismində çıxış etdiyi üçün icra işini icra şöbəsinə qaytarma tarixinə qədər hərrac təşkilata xidmət haqqı ödəməlidir. 14. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2016-cı il tarixli 2427 saylı bildirişdə “X33” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkir şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nü gədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinə çatdırılır ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir. 15. "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit X6 sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə aşağıdakı məzmunda xx.xx.2016-cı il tarixli 13/2573 nömrəli məktub göndərilmişdir: "xxxx" MMC-nin "xxxx" A SC-yə ünvanlandığı xx.xx.2016-cı il tarixli 2427 saylı bildirişdə “X33” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkir şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nügədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinizə çatdırırıq ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazı yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməyinizi xahiş edirik.” 16. "xxxx" MMC tərəfindən Banka verilən məlumata əsasən, bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, daxili arxiv qaydalarına uyğun olaraq 2016cı ilin qəbzləri (həmçinin 836690 kodlu qəbz) məhv edilmişdir. Lakin şirkətin informasiya sistemindən əldə olunan məlumata əsasən, 836690 nömrəli qəbz "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsindəki birinci iş üzrə icraat:

17. İddiaçı (bundan sonra birinci iş üzrə iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Beynəlxalq Bank), Cavabdeh2 (bundan sonra Agentl ik), Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra Reyestr Xidməti) və "xxxx" MMC-yə (bundan sonra Hərrac Mərkəzi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması eyni zamanda Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y187 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Reyestr Xidməti tərəfindən Maraqlı şəxs2 verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xa hiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə keçirilmiş hərrac üzrə Bank ipoteka predmetini əldə etmədiyindən ipoteka qoyan kimi onun “İpoteka haqqında” Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İcra şöbəsi isə qanuna zidd olaraq xx.xx.2019-cu il tarixli məktubla ipoteka predmeti ilə bağlı təkrar hərrac keçirilməsi barədə yenidən sifariş vermiş və hərrac təşkilatı da həmin sifariş əsasında xx.xx.2019-cu il tarixdə ilkin və xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirmişdir. Nəticə etibarı ilə, ipoteka predmeti qeyri-qanuni olaraq xx.xx.2019-cu il tarixli hərracın nəticələri barədə protokolla Maraqlı şəxs2 satılmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsa sən, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracın keçirilməsi qanuna zidd hesab edilməlidir.

19. Bank 4 oktyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən problemli kreditlər üzrə tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyini bildirmiş, özünün əsl cavabdeh Maraqlı şəxs1 QSC ilə əvəz edilməsini xahiş etmişdir. 4 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin təmin olunmasına etiraz edərək, Bank tələb hüququnu versə belə, əmlakın sənədlərdə onun adına yüklü olunduğunu bildirmişdir. Cavabdehin əsl cavabdehlə əvəz olunmasına iddiaçının razılığı olmadığından məhkəmə tərəfindən ərizə təmin olunmamışdır.

20. Mə hkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X16 izahat verərək bildirmişdir ki, X5 məxsus kredit dosyesi X17 Kreditə 22 yanvar 2018-ci ildə ötürülmüşdür. Bu dosye ötürülən zaman birinci hərracla bağlı sənədlərin içərisində heç bir sənəd olmamışdır və hal-hazırda da yoxdur. Onlarda yalnız 2019-cu ildə baş tutmuş hərracla bağlı sənədlər var.

21. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 arasında tərtib olunmuş Y187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilməsi, iddiaçı tərəfindən ödə nilmiş 10 manat dövlət rüsumunun cavabdeh Beynəlxalq Bankdan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunda yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Hazırkı mülki iş üzrə iddia tələbləri bir-biri ilə bağlı olan tələblər old uğu üçün qeyd edilən tələbə, yəni alğı-satqı müqaviləsinin etibarsızlığının nəticələri ilə bağlı 1 illik müddət şamil edilməməlidir.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı qətnamənin surətini əldə edərək ipoteka üzərində dövlət qeydiyyatının ləğvi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə müraciət etməli, əgər inzibati orqan bundan imtina edərsə, onun üzərinə müvafiq vəzifə qoyulması ilə bağlı inzibati icraat qaydasında iddia qaldıra bilər. Eyni qaydada, hazırkı qətnamə ilə ipoteka müqaviləsinə xitam verildiyindən sənədlərin geri qaytarılması ilə bağlı Banka müraciət edilməli, əgər bundan imtina edilərsə müvafiq iddia qaldırılmalıdır.

24. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 269.1, 317, 416-cı, “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair- 28 oktyabr 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci iş üzrə icraat:

25. Qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, ipoteka predmetləri ilə bağlı iki dəfə hərrac təyin edilmiş, da ha sonra Hərrac Mərkəzi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildirişdən müəyyən edilir ki, Beynəlxalq Banka ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək bildirirlmişdir ki, xx.xx.2016-cı il tarixədək əmlakın alınmadığı halda işin sifarişçi icra şöbəsinə geri qaytarılması barədə xəbərdarlıq edilmiş, həmin məktuba cavab olaraq Beynəlxalq Bank tərəfindən xx.xx.2016cı il tarixli, 13/2573 nömrəli məktubla Hərrac Mərkəzinə bildirilmişdir ki, “sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrarhərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa Bank həmin məktubda “Bank tərəfindən ipoteka predmetlərinin əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixini müəyyə nləşdirib rəsmi məlumat verilməsi xahiş edilmiş, lakin müqavilə Hərrac Mərkəzi tərəfindən hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə hər hansı bir müqavilə təqdim edilməmişdir. Belə olduğu təqdirdə də Xəzər Rayon Məhkəməsinin qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Xəzər Rayon İcra Şöbəsi tərəfindən lazımi tədbirlər görülməyərək icra işi başa çatdırılmamışdır. Bundan sonra borclu şəxs X5 dair sənədlər S-FK-1179 saylı, 22 yanvar 2018-ci il tarixli təhviltəslim aktına əsasən Maraqlı şəxs1 QSC -yə verilmiş, araşdırma aparılarkən, icra sənədi icra edilmədiyindən onların ərizəsi əsasında təkrar icra şöbəsinə göndərilmiş və hərrac keçirilmişdir. Hərrac qanunun tələblərinə uyğun olmuşdur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunm ası barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

27. Qətnamədən cavabdeh Beynəlxalq Bank apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, birinci dəfə keçirilmiş iki hərracda əmlak satılmadığından hərrac təşkilatı tərəfindən Banka müqavilənin bağlanılması təklif olunmuş, həmin bildirişə cavab olaraq bank tərəfindən xx.xx.2016-cı il tarixdə Hərrac Mərkəzinə ipoteka predmetlərinin əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixinin müəyyənləşdirilib Banka rəsmi məlumat verilməsi ilə bağlı məktub göndərilmişdir. Əlavə olaraq, onlar tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə “xx.xx.2 016-cı il tarixdə Beynəlxalq Bank tərəfindən Hərrac Mərkəzinə 836690 nömrəli qaimə ilə məktub göndərilmişdir. Hal-hazırda məhkəmə mübahisəsində yaranmış zərurətlə əlaqədar olaraq, həmin qaimənin çatdırılma qəbzini Banka göndərilməsi ilə bağlı” məktub göndərilmiş, adı çəkilən şirkət tərəfindən verilən məlumata əsasən məktub "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15:00-da Hərrac Mərkəzinə “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məlumdur ki, “İpoteka haqqında” qanunda qeyd edilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə m alikdir. Göründüyü kimi, Beynəlxalq Bankın qanunvericiliyin tələblərinə tam əməl edərək, hərrac təşkilatına müvafiq protokolun imzalanması ilə bağlı məktub ünvanlamasına baxmayaraq, Hərrac Mərkəzi öz üzərinə düşən öhdəliyi icra etməmiş, icra etməməsinin səbəbləri barədə hər hansı məlumat daxil olmadığından, Bank ipoteka predmeti olan əmlakı almaq imkanından məhrum olmuşdur. Həmçinin əmlakın ipoteka ilə yüklü edildiyi kredit müqaviləsinə əsasən, tələb hüququ Maraqlı şəxs1 QSC-yə keçdiyindən, hesab etmişdir ki, hal-hazırda həmin mənzillə bağlı hər hansı hüququn mübahisələndirilməsi Beynəlxalq Bankın marağında olmadığından, Beynəlxalq Bank bu mülki iş üzrə əsl olmayan cavabdehdir. Xəzər rayon icra və probasiya Şöbəsindən qeyd olunan icra işinin məhkəməyə göndərilməsinə dair vəsatət verilsə də, məhkəmə zamanı həmin icra işinin göndərilib-göndərilməməsi əhəmiyyətli faktor kimi nəzərə alınmamışdır.

29. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 QSC BOKT apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia tələbinə baxılarkən maraqlarına toxunan tərəf olaraq nə Maraqlı şəxs1 QSC BOKT, nə də ki Maraqlı şəxs2 işə cəlb olunmamışdır. Həmçinin digər iki cavabdehlər Cavabdeh2 MMC və Beynəlxalq Bankın apellyasiya şikayətlərinə uyğun olaraq Hərrac Mərkəzi tərəfindən Beynəlxalq Bankın xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna heç bir cavab verilmədiyinə, bunun nəticəsində ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş sübyektiv hüququnu həyata keçirə bilməməsinə istinad etmişdir.

31. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, ona qarşı iddia tələbini təmin etmiş, onunla bağlı hərracı, tərəf olduğu alğı-satqı müqaviləsini, onun konstitusion hüququnu - mülkiyyət hüququnu (çıxarışını) etibarsız hesab etməklə ləğv etmiş, ancaq, onu işə cəlb etməmiş, ciddi prosessual pozuntularla düzgün olmayan qətnamə çıxarmışdır. O, vicdanlı alıcıdır.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3288/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Banka yönələn hissəsi ilə bağlı qeyd etmişdir ki, Bank tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyindən iş üzrə cavabdeh məhz həmin QSC-dir. Bank cavabdehin əvəz edilməsi ilə bağlı ərizə vermiş, lakin məhkəmə ərizəni nəzərə almamışdır. Halbuki, hər hansı iddia tələbi yalnız həmin iddiaya cavab verməli olan şəxsə qarşı irəli sürüldükdə təmin edilə bilər. Əgər iddia əsl olmayan cavabdehə qarşı verilmişd irsə, birinci instansiya məhkəməsi bu zaman həmin hüquqi məsələni tərəflərlə müzakirə edərək iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll edə bilər. İddiaçı buna razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır (MPM-in 54-cü maddəsi). Hazırkı işdə iddia əsl olmayan cavabdehə qarşı verilmiş, məhkəmə isə bu məsələni tərəflərlə müzakirə etmədən prosessual hüquq normalarını pozmaqla əsl olmayan cavabdehə qarşı verilmiş iddianı təmin etmişdir. Odur ki, iddia buna cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün həmin hissədə rədd edilməlidir.

35. Məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı halda ipoteka müqaviləsinə xitam verilməsi üçün ümumiyyətlə əsas yoxdur. Belə ki, Hərrac Mərkəzinin xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildirişi ndən müəyyən edilir ki, Banka ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək, xx.xx.2016-cı il tarixədək əmlakın alınmadığı halda işin sifarişçi İcra şöbəsinə qaytarılacağı bildirilmiş, Bank tərəfindən isə xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı qiymətlərlə alınmasına heç bir etiraz yoxdur, alğı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilir. X31 tərəfindən Banka hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə hər hansı müqavilə göndərilməmişdir. Göründüyü kimi, Bank “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka predmetinin əldə olunması ilə əlaqadər öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda, Hərrac Mərkəzi və ya icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipoteka saxlayanın ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz. Bu baxımdan, sonrakı hərracların keçirilməsi iddiaçının deyil, tələbkar olaraq ipoteka saxlayan Bankın (hazırkı halda isə Maraqlı şəxs1 QSC-nin) hüquqlarının pozulması ilə nəticələnmiş olur.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, digər tərəfdən, Maraqlı şəxs1 QSC tərəfindən Bankdan problemli aktivlərin satın alınması ilə bağlı borcluya dair sənədlər təhvil alındıqdan sonra xx.xx.2018-ci il tarixdə QSC-nin törəmə müəssisəsi olan Cavabdeh2 MMC tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli icra sənədi icra edilməmiş və İcra şöbəsi tərəfindən “İcra Haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. İcra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu tərəfindən heç bir üzrlü səbəb olmadan sözügedən qətnamə icra edilməmişdir. Adı çəkilən MMC xx.xx.2018-ci il tarixli, 1472 nömrəli məktubla məhkəməyə müraciət edərək, sözügedən icra vərəqəsinin təkrarən icraya yönəldiməsini xahiş etmiş və məhkəmə tərəfindən icra vərəqəsi yenidən icraya yönəldilmişdir.

37. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hərracın yekunları barədə Y-187 saylı protokolun və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi nəticəsinə gələrkən nəzərə almamışdır ki, iş üzrə belə bir tələb olmamışdır. Tələb hərrac protokolunun və hərracın hüquqi nəticələrinin etibarsız hes ab edilməsi barədə olmuşdur. Əqdin etibarsızlığının və ləğvinin hüquqi nəticələrinin fərqli olmasına baxmayaraq, məhkəmə bu hala ümumiyyətlə aydınlıq gətirməmişdir. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

38. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından ipoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə, ipoteka əqdin bir növü olduğuna görə (M ülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir.

39. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki,, Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərrac qanunsuz hesab edilmiş olsa belə, Maraqlı şəxs2 mənzili əldə etməsi qanunsuz hesab edilə bilməz, ona görə ki, həmin şəxsin hərracın qanunsuz olubolmamasından məlumatı ola bilməzdi. Odur ki, Maraqlı şəxs2 hazırkı işin halları baxımından vicdanlı əldə edən şəxs olduğundan onunla Hərrac Mərkəzi arasında tərtib olunmuş Y-187 saylı protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilə bilməz. Belə olan halda, həmin protokol əsasında daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğvi üçün də hər hansı əsas mövcud deyil.

40. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 317.1, 317.2, 324.1, 324.2, 329.1, 329.2, 331.1, 337.1, 337.3, 337.4-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1 və 43-cü maddələrinə, “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci iş üzrə icraat:

41. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, apellyasiya məhkəməsinin kredit borcunun güzəşt edilməsinə görə Bankın hazırkı iddia üzrə cavabdehlik daşımaması barədə mövqeyi əsassız olmuşdur. Belə ki, iddia tələbi kredit borcunun silinməsi ilə deyil, ipotekaya xitam verilməsi ilə bağlı olduğundan və dövlət reyestrində ipoteka saxlayan kimi Beynəlxalq Bank qeydiyyata alındığından məhz Beynəlxalq Bank özü bu tələb üzrə cavabdehlik daşıyır. Digər tərəfdən, məhkəmə X18 təklifinə cavab məktubunu əsas götürərək, onun tərəfindən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinin pozulmadığını bildirsə də, Qanunun 46.1-ci maddəsində “ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə olunması” anlayışına izah verilmişdir. Normadan da göründüyü kimi, “ipoteka predmetini əldə etmək” termini məhz alğı-satqı müqavilə sinin notariat qaydasında təsdiq olunması və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun imzalanmasını ehtiva edir. Beynəlxalq Bankın formal olaraq təklifə bu formada cavab yazması ipoteka predmetinin əldə olunması kimi başa düşülə bilməz. Bu, həm də hüquqdan sui-istifadədir. Belə ki, Beynəlxalq Bankən kifayət qədər vaxtı olsa da, yekun protokolun bağlanması üçün heç bir təşəbbüs göstərməməsi, əksinə hərəkətsizlik nümayiş etdirməsi ancaq hüquqdan sui-istifadə ola bilər.

43. Apellyasiya məhkəməsinin hərrac təşkilatını və icra məmurunu hərəkətsizlikdə ittiham etməsi də tamamilə absurd yanaşmadır. Əvvəla, Hərrac Mərkəzinin təklif məktubunu göndərməsi ilə kredit borcunun Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsi ara sında 1 ildən çox vaxt olmuşdur ki, bu müddət ərzində Beynəlxalq Bankın hər hansı səlahiyyətli nümayəndəsinin hərrac təşkilatına gedə bilməməsi inandırıcı deyil. İcra məmuruna gəldikdə isə, nə hərracın nəticələrinə dair yekun protokola, nə də yekun alğısatqı müqaviləsinə icra məmuru imza etmir. İcra məmuru yalnız hərracın sifarişçisidir, onun hərracla bağlı məsuliyyəti yalnız bundan ibarətdir. Həmçinin, apellyasiya məhkəməsi Maraqlı şəxs2 əmlakı vicdanlı əldə edən kimi təqdim etsə də, məhkəmə iclasında tərəfindən həmin şəxsin Beynəlxalq Bankla və ona aidiyyəti şəxslə bağlılığı haqqında məlumat verilmiş, lakin məhkəmə kifayət qədər ciddi olan bu fakta heç bir əhəmiyyət verməmişdir. Eyni zamanda, Bankın xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubunun surəti məhkəməyə təqdim olunmamış, m əhkəmə isə kifayət qədər ciddi prosessual pozuntuya yol verərək, həmin məktubu sübut kimi qəbul etmişdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4553/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Aqil Abbasov və Elşad Şamayev) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

45. Kassasiya kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bankın iddiası üzrə kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ö dənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə oradan məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 2016-cı ildə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, tələbkar da onu əldə etməmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixli məktubla icra vərəqəsini “İcra haqqında” Qanunun 23.1.5-ci və “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır.

46. Bank qeyd olunan icra vərəqəsi üzrə tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, bundan sonra həmin QSC-nin müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və İcra şöbəsi tər əfindən xx.xx.2019-cu il tarixli məktubla icra sənədi hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salınaraq 212.500 manat müəyyən olunmaqla, xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak Maraqlı şəxs2 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y-187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alğı-satqı müqaviləsi bağlanmış və əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir.

47. Hazırda iddiaçı - ipoteka qoyan 2016-cı ildə keçirilmiş hərracın baş tutumamış elan edilməsindən sonra i poteka predmetin tələbkar – ipoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş müddət ərizində əldə olunmadığını və eyni əmlakla bağlı 2019-cu ildə yenidən keçirilmiş hərracın qanunsuz olduğunu bildirərək, həmin hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və ipoteka xitam verilməsi barədə mübahisə açmışdır.

48. Cavabdeh Beynəlxalq Bankın iddaya qarşı etirazları həmin icra sənədi üzrə tələb hüququnu güzəşt etdiyindən iş üzrə əsl cavabdeh olmadığı və 2016-cı ildə keçirilmiş hərrac baş tutmadıqdan sonra hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifinə qanunla müəyyən edilmiş müddətdə razılıq məktubu göndərməsinə baxmayaraq, hərrac təşkilatının hərəkətsizliyi ucbatından müqavilə bağlanmasının mümkün olmadığı yönündə olmuşdur.

49. Apellyasiya instan siyası məhkəməsi cavabdehin etirazları ilə razılaşaraq, iddianı rədd edərkən hazırkı iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına, Beynəlxalq Bank 2016-cı ildə keçirilmiş hərrac üzrə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka predmetinin əldə olunması ilə əlaqadər öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi, alğı-satqı müqaviləsinin Hərrac Mərkəzi və ya icra məmurunun hərəkətsizliyi nəticəsində bağlanmadığına istinad edərək, hazırkı halda ipoteka xitam verilməsi üçün ümumiyyətlə əsaslar olmadığı, sonrakı hərracların keçirilməsinin isə iddiaçının deyil, tələbkar olaraq ipoteka saxlayan Beynəlxalq Bankın (hazırkı halda isə Maraqlı şəxs1 QSC-nin) hüquqlarının pozulması ilə nəticələnmiş olması nəticəsinə gəlmişdir.

50. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

51. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

52. Həmin Məcəllənin 54.1 və 54.2-ci maddələrinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

53. İddiaçı hazırda daşınmaz əmlakın dövlət reystrində ipoteka saxl ayan kimi Bankın qeyd olunduğuna istinad edərək, ipotekaya xitam verilməsi tələbini ona qarşı, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbini isə Hərrac təşkilatına qarşı qaldırmışdır.

54. Apellyasiya məhkəməsi Beynəlxalq Bankın tələb hüququnu Maraqlı şəxs1 QSCyə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə də, nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmin hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir.

55. Baxılan işdə Beynəlxalq Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlə t reyestrində qeydiyyat aparılıbaparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Beynəlxalq Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan cavabdehə qarşı qalıdırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur.

56. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən ipoteka haqqında qanunvericilikdə yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi hə min qanuna zidd hesab edilməlidir. Bəzən təcrübədə müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təsadüf edilir. Plenum, bununla bağlı qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Hazırk ı işdə 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməmiş və icra sənədi icra olunmadığından məhkəməyə geri qaytarılmışdır. Lakin 2019-cu ildə icra sənədi yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni hərraclar keçirilməklə, əmlak satılmışdır ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə ziddir.

57. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası onu da vurğulamışdır ki, eyni ipoteka predmetinə dair iki hərracın keçirilməsindən sonra yeni hərracın nəticələri yalnız o halda etibarlı hesab edilə bilər ki, əvvəl keçirilmiş hərraclar etibarsız olmuş olsun. Baxılan işdə isə ipoteka saxlayan tərəfindən nə əvvəllər bu istiqamətdə hər hansı məhkəmə mübahisəsi açılmamış, nə də ona qarşı yönəlmiş ipoteka xitam verilməsi barədə hazırkı iddiaya qarşı tələb və ya etiraz olaraq bu istiqamətdə hər hansı dəlillər irəli sürülməmişdir. Belə ki, Beynəlxalq Bankın etirazının dəlilləri 2016-cı ildə keçirilmiş hərracların qanuni olub-olmadığı ilə deyil, Hərrac təşkilatının bundan sonrakı hərəkətləri ilə bağlı olmuşdur.

58. Məhkəmə kollegiyası 2016-cı ildə keçirilmiş hərrac baş tutmamış hesab edildikdən sonra ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş müddətdə əldə edib-etmədiyi barədə mübahisənin maddi hüquqi həlli ilə bağlı isə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan Qərardadındakı hüquqi mövqelərə əsasən bildirmişdir ki, qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif mə ktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Baxılan işdə olduğu kimi, əgər ipoteka saxlayan əmlakın əldə edilməsinin qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmadığına istinad edirsə, belə hallarda ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. İpoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələ binə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.

59. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən, həm də ipoteka predmetini 2019-cu ildə keçirilmiş təkrar hərracdan əldə etmiş Maraqlı şəxs2 vicdanlı əldə edən olmasına istinad etmiş, lakin bu hissədə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Vicdanlılıq reyestr məlumatlarına güvənərək əşya hüququ qazanan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Hazırkı halda isə əldə edən reyestr məlumatlarına deyil, hərrac təşkilatı tərəfindən keçirilən hərracın qanuniliyinə güvənərək hüquq əldə etmişdir ki, bu halda hərracın məhkəmə tərəfindən etibarsız hesab edilməsi onun vicdanlı əldə edən kimi tanınmasını istisna etməklə, etibarsız əqdin nəticələrinin tətbiq olunması və düşdüyü zərərin əvəzini tələb etmək hüquqlarını əmələ gətirir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə müvafiq araşdırma aparılmalı və düzgün məhkəmə aktı qəbul edilməlidir. Birinci instansiya məhkəməsindəki ikinci iş üzrə icraat:

61. İddiaçı Maraqlı şəxs1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac X12 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləçən 20 nömrəli fərd i yaşayış evinin hazırkı ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh Hərrac Mərkəzi tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul olunmasını xahiş etmişdir.

62. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında ipoteka predmeti əvvəlcə Hərrac Mərkəzi tərəfindən 2016-cı ildə iki dəfə hərraca çıxarılmış, hər iki hərrac baş tutmamış, sonda ipoteka predmeti banka təklif olunmuş, bununla bağlı ona təklif məktubu da göndərilmiş, bank da öz növbəsində xx.xx.2016-cı il tarixli məktubla təklifə müsbət c avab vermiş, lakin tərəflər arasında nə alğı-satqı müqaviləsi, nə də yekun protokol bağlanılmamışdır. xx.xx.2018-ci il tarixdə Beynəlxalq X1 qarşı tələb hüququ Maraqlı şəxs1 QSC BOKT-a keçmişdir. Maraqlı şəxs1 QSC BOKT sonradan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə məktub ünvanlayaraq icra vərəqəsinin təkrarən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Nəticədə icra vərəqəsi təkrarən icraya yönəldilmiş, yuxarıda göstərilən ipoteka predmeti xx.xx.2019-cu il tarixdə üçüncü dəfə hərraca çıxarılmış, həmin hərracda da satılmamış,xx.xx.2019-cu il tarixdə dördüncü dəfə hərraca çıxarılmış, bu dəfə isə 212500 manata Maraqlı şəxs2 satılmışdır. Bununla bağlı xx.xx.2019-cuil tarixli hərracın nəticələrinə dair yekun protokol imzalanmış və Maraqlı şəxs2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyes trində qeydiyyata alınmışdır. Bundan sonra ipoteka qoyan İddiaçı cavabdehlər Beynəlxalq Banka Cavabdeh2 MMC-yə, Reyestr Xidmətinə və Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, hazırda həmin qətnamədən cavabdehlər Cavabdeh2 MMC, Beynəlxalq Bank və maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 QSC və Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bütün qeyd olunanlar bir daha onu göstərir ki, həmin qətnamənin icrası ilə bağlı hərrac təşkilatı tərəfindən 2016-cı ildə hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, Beynəlxalq Bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına və bu barədə Hərrac təşkilatına yazılı şəkildə məktub göndərilməsinə baxmayaraq, həmin razılıq məktubuna Hərrac təşkilatı tərəfindən heç bir münasibət bildirilməmiş, Beynəlxalq Bank ilə protokol imzalanmamış, son nəticədə Hərrac təşkilatı həmin protokolu imzalamaqdan yayınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən X4 Beynəlxalq Banka olan problemli borcu üzrə tələb hüququ Beynəlxalq Bankdan Maraqlı şəxs1 QSC-yə ötürüldüyü andan həmin borcun təminatı olan ipoteka üzrə tələb hüququ da Beynəlxalq Bank dan Maraqlı şəxs1 QSC-yə ötürülmüşdür, yəni, X4 borcunun təminatı olaraq ipotekaya qoyulmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutmanın yönəldiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi ilə bağlı tələb hüququ artıq Maraqlı şəxs1 QSC-yə məxsusdur.

63. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, 16 iyun 2023cü il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərd i yaşayış evinin hazırkı ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokol cavabdeh Hərrac Mərkəzi tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilmişdir.

64. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, Hərrac Mərkəzi tərəfindən 2016-cı ildə keçirilmiş ilk və təkrar hərrac baş tutmamış, bundan sonra, ipoteka predmeti xx.xx.2016-cı il tarixli məktubla “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ipoteka saxlayana - Banka təklif olunmuşdur. Beynəlxalq Bank həmin təklifi qəbul edərək Maraqlı şəxs1 QSC BOKT-a və Hərrac Mərkəzinə xx.xx.2016-cı il tarixli 13/2573 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, “X7 Banka ünvanlandığı xx.xx. 2016-cı il tarixli 2427 saylı bildirişdə “X33” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkir şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nügədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinizə çatdırırıq ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazı yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməyinizi xahiş edirik.” "xxxx" MMC tərə findən Banka verilən məlumata əsasən, bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, daxili arxiv qaydalarına uyğun olaraq 2016-cı ilin qəbzləri (həmçinin 836690 kodlu qəbz) məhv edilmişdir. Lakin şirkətin informasiya sistemindən əldə olunan məlumata əsasən, 836690 nömrəli qəbz Beynəlxalq Bankdan xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da Hərrac Mərkəzində “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

65. Məhkəmə hesab etmişdir ki, 2016-cı ildə yekun protokolun imzalanmaması hərrac təşkilatının səhlənkarlığı nəticəsində baş verdiyindən iddia təmin olunmalıdır.

66. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, 127-ci maddəsinin 2 -ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 317.2, 372.1, 372.2, 373.1, 373.3, 373.4, 415.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 43.3, 43.4, 43.7-1, 43.8, 48-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birləşdirilmiş iş üzrə icraat:

67. Qətnamədən 3-cü şəxs İddiaçı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, birinci instansiya məhkəməsinin 16 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

68. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, guya ki, 2016-cı ildə hərrac təşkilatı tərəfindən “İpoteka haqqında” qanunun 43.7-ci m addəsinə əsasən ipoteka predmeti Beynəlxalq Banka təklif olunmuş, bank tərəfindən həmin təklifə müsbət cavab verilmiş və yekun protokolun və alğı-satqı müqaviləsinin imzalanması üçün konkret tarix müəyyənləşdirilməsi xahiş olunmuşdur. Ona görə də iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırkı ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh Hərrac Mərkəzi tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmişdir.

69. Ümumilikdə, qətnamə saysız-hesabsız və kobud maddi və prosessual pozuntu lara yol verilməklə çıxarılmışdır.

70. Birincisi, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Maraqlı şəxs1 QSC BOKT-un bu cür iddia tələbi ilə çıxış etmək hüququ yoxdu, çünki, hazırkı işdə ipoteka saxlayan Beynəlxalq Bankdır. Əgər bu cür iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmuşdursa belə, bu hüquq Maraqlı şəxs1 QSC-yə deyil, Beynəlxalq Banka aiddir. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsini ləğv edərkən həmin qətnamədə yol verilmiş prosessual hüquq pozuntularından biri olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi Bankın tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə də, nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyest rində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmin hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir. Baxılan işdə Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlət reyestrində qeydiyyat aparılıb-aparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan cavabdehə qarşı qaldırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur (Qərarın 64, 65, 66, 67, 68 və 69-cu bəndləri). Nəticə etibarilə, Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin vaxt daşınmaz əmlakın dövlət reyestrində ipoteka saxlayan kimi Beynəlxalq Bank qeydiyyatdan keçmişdir və nə qədər ki, Beynəlxalq Bank ipoteka saxlayandır, o vaxta qədər də bu cür iddia ərizəsi ilə çıxış etmək hüququ ona məxsusdur. Göründüyü kimi, Səbail Rayon Məhkəməsi də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində yol verdiyi pozuntunu təkrarlamış, Ali Məhkəmənin bu pozuntunu aşkara çıxaran qərarını nəzərə almamışdır. Halbuki, MPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Belə olan halda Səbail Rayon Məhkəməsi həm də hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuş olur.

71. İkincisi, aydın məsələdir ki, hazırda iddiaçının bu cür iddianı qaldırmasında əsas Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadıdır (konkret olaraq qərarın 4-cü bəndi). Birinci instansiya məhkəməsində aparılan icraat zamanı İddiaçı vəkili iddiaçının nümayəndəsinə konkret olaraq sual vermişdir ki, onlar, yəni iddiaçı 2016-cı ildə yekun protokolun imzalanmamasının hərrac təşkilatının səhlənkarlığı nəticəsində olmasını nə ilə sübut edirlər. Təbii ki, iddiaçı məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının əsaslandığı yeganə hal ondan ibarətdir ki, hərrac təşkilatının ipoteka predmetinin əldə olunması ilə bağlı xx.xx.2016-cı il tarixli təklifinə bank xx.xx.2016cı il tarixli məktubla müsbət cavab vermişdir. Səbail Rayon Məhkəməsi məhz bu halı əsas götürərək hesab etmişdir ki, protokolun imzalanmaması hərrac təşkilatının səhlankarlığı nəticəsində baş vermişdir. Təəssü f ki, məhkəmə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadını düzgün tətbiq etməmişdir. Belə ki, həmin qərardadda bununla bağlı məsələlər aydın şəkildə tənzimlənir. Göründüyü kimi, Ali Məhkəmə bu tip iddia qaldırılarkən ipoteka saxlayanın formal əsaslarla deyil, məhz qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməsi halında iddianın təmin olunmasını mümkün hesab edir. İddiaçı özü bildirir ki, hərracın təklifi banka 2016-cı ilin iyun ayında daxil olmuşdur. İddiaçı onu da bildirir ki, X5 aid kredit portfeli xx.xx.2018-ci ildə Maraqlı şəxs1 QSC-yə təhvil verilmişdir. Sual yaranır ki, aradan keçən 1 il 8 aylıq uzun bir müddət ərzində bankın hər hansı nümayəndəsi hərrac təşkilatına yaxınlaşıb protokolun imzalanması ilə ba ğlı hər hansı təşəbbüs göstərmişdirmi?! Əgər doğurdan da hərrac təşkilatının protokolu imzalamaqdan imtina etmək kimi bir niyyəti var idisə və bu “imtina” banka məlum idisə, niyə bank qeyd olunan müddət ərzində bununla bağlı nə məhkəmədə iddia qaldırmamış, nə də ki, hərracın sifarişçisi olan icra qurumuna, yaxud icra vərəqəsinin icrasına nəzarəti həyata keçirən Xəzər Rayon Məhkəməsinə, yaxud ən azından hərrac təşkilatının özünə bir xəbərdarlıq, yaxud məlumat xarakterli bir məktub göndərməmişdir. Sual doğuran daha iki məqam ondan ibarətdir ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi niyə onun marağında olsun?! Əgər hərrac təşkilatının belə bir marağı var idisə, onda Maraqlı şəxs1 QSC-nin adından çıxış edən Cavabdeh2 MMC-nin 2019-cu il tarixli müraciəti əsasında niyə həmin i poteka predmeti yenidən hərraca çıxarıldı?! Təbii ki, hazırkı iddianın mahiyyətini aşkara çıxaran bütün bu suallara iddiaçının nümayəndəsi cavab verməli olsa da, cavab vermir. Onu da qeyd edilir ki, iş materiallarından göründüyü kimi, iddiaçı 2019-cu ildə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmetinin məhz yenidən hərraca çıxarılmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçının nümayəndəsi məhkəməyə düzgün ifadə verməmiş və bildirmişdir ki, guya ki, Maraqlı şəxs1 QSC-nin 2016-cı ildə keçirilmiş hərracdan məlumatları olmamışdır. Bu həm də onu sübut edir ki, iddiaçı 2016-cı ildə təşkil olunmuş hərracın bu formada yekunlaşması ilə razı olmuş və ipoteka predmetinin Beynəlxalq Bank tərəfindən əldə olunmasında maraqlı olmamışdır. Əks təqdirdə həmin hərracın nəticələrinin etibarsız s ayılması barədə məhkəmədə iddia qaldırardı.

72. Üçüncüsü, Ali Məhkəmənin sözügedən qərardadının 61-ci bəndində bu cür iddia qaldırılarkən ipoteka saxlayanın müddət məsələsinə və vicdanlılığa əməl etməsi şərti xüsusilə vurğulanmışdır. Həmin bənddə qeyd olunur ki, bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir. İddiaçı 2019-cu ildə məhkəməyə müraciət edərək, ipoteka predmetinin təkrarən hərraca yönəldilməsini xahiş etmişdir. Yəni 2019-cu ildə baş tutmuş hərracın nəticələrindən razı olduğunu etiraf etmiş və hal hazırda 7 il sonra əqdin bağlanılmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı vicdanlılıq prinsiplərindən kənara çıxmaqla məhkəmədə əsassız iddia qaldırmışdır. Diqqətlə nəzər yetirilsə görünər ki, Ali Məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı “hərracın nəticələrinə dair yekun protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılması barədə” iddianın məhz o halda qaldırılmasını mümkün sayır ki, qanuni keçirilmiş hərrac baş tutmasın, ipoteka saxlayan yekun protokolun imzalanması üçün bütün zəruri tədbirləri görsün, hərrac təşkilatı qəsdən protokolu imzalamaqdan yayınsın, bundan sonra ipoteka saxlayan yuxarıda qeyd olunmuştələblə məhkəməyə müraciət etsin. Hazırda isə iddiaçı öz istəyi ilə ipoteka predmetinin təkrarən hərraca çıxarılmasını təmin etmiş və 2019-cu ildə keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlı hər hansı iddia qaldırmamışdır. Yəni bu halın mövcudluğu Maraqlı şəxs1 ASC-yə bu cür iddia qaldırmağa əsas vermir. Səbail Rayon Məhkəməsi isə Ali Məhkəmənin qərardadını bütün digər hissələrdə nəzərə almadığı kimi, bu hissədə də nəzərə almamışdır.

73. Hazırkı iddia ona görə qeyri-mümkündür ki, Maraqlı şəxs1 QSC tamamilə başqa iki müstəqil kommersiya hüquqi şəxsinin arasında hər hansı əqdin bağlanılmış hesab olunmasını məhkəmədən xahiş edir. Belə bir əqdin bağlanılmış hesab olunması üçün ən azı Beynəlxalq Bankın iradə ifadəsi zəruridir ki, bank da bu cür tələblə çıxış etməmişdir. Belə olan halda Səbail Rayon Məhkəmə sinin iddianı mümkün hesab etməsi anlaşılan deyil və mülki qanunvericiliyin əqdlərlə bağlı müddəalarının kobud pozuntusu deməkdir. Hazırda məhkəmədə irəli sürülmüş tələb bir tərəfdən ipoteka saxlayan Beynəlxalq Bank ilə ipoteka qoyan İddiaçı arasında bağlanılmış ipoteka müqaviləsindən, digər tərəfdən hərrac təşkilatı ilə Beynəlxalq Bank arasında mövcud olmuş və “İpoteka haqqında” qanunun tələblərindən irəli gələn hüquq münasibətləri ilə bağlıdır. Maraqlı şəxs1 QSC yuxarıda qeyd olunmuş hüquq münasibətlərinin heç birində tərəf deyil və onun üçün bu münasibətlərdən irəli gələn hər hansı öhdəlik mövcud olmadığı kimi, heç bir hüquq (hüquqi ixtiyar) da nəzərdə tutulmamışdır. Qeyd olunan əsasla Maraqlı şəxs1 QSC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

74. Məhkəmə iddia müddətinin tətbiqinə dair 3-cü şəxs İddiaçı ərizəsini təmin etməli idi. Hazırda iddiaçı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə çıxış edir. Eləcə də tələb daşınmaz əmlakla bağlıdır. Məhkəmə əsassız olaraq qeyd etmişdir ki, hazırkı tələb hərracın nəticələrinə dair yekun protokolun imzalanmış hesab edilməsi ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, hərracın nəticələrinə dair yekun protokol özü də müqavilədir və tərəflər üçün hüquq və öhdəliklər yaradır. Deməli, hazırkı mübahisəyə müqavilə tələbləri üzrə 3 illik iddia müddəti, ən pis halda isə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti tətbiq edilməlidir.

75. İddiaçı 20 16-cı ildə Hərrac Mərkəzi ilə Beynəlxalq Bank arasında hərracın nəticələrinə dair yekun protokolun bağlanmış hesab olunmasını məhkəmədən xahiş edir, ancaq həmin protokolun məhz hərrac təşkilatının səhlənkarlığı (hərəkət və ya hərəkətsizliyi) üzündən baş verdiyini sübut edən dəlilləri məhkəməyə təqdim edə bilmir. Məhkəmənin diqqətinə bir daha çatdırırıq ki, iddia tələbini təsdiq edən halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Səbail Rayon Məhkəməsi bu hala diqqət yetirməmişdir və nəticədə aşkar prosessual pozuntuya yol vermişdir.

76. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Səbail Rayon Məhkəməsinin hazırda mübahisələndirdikləri qətnaməsi hüquqi müəyyənlik prinsipinə həm də ona görə ziddir ki, iddianın təmin olunacağ ı təqdirdə İddiaçı 2021-ci ildə cavabdehlər Hərrac Mərkəzinə, Beynəlxalq Bank və Cavabdeh2 MMC-yə qarşı qaldırdığı iddia rədd olunacaqdır. Məlumdur ki, həmin iddia ərizəsində tələblərdən biri də 2019-cu ildə hərrac təşkilatı ilə Maraqlı şəxs2 arasında bağlanmış Y-187 saylı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi və onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsidir. Nəticədə hər iki hərracın nəticələri qanuni sayılacaq və ipoteka predmetinin hüquqi taleyi həll olunmaz qalacaqdır. Bununla da məhkəmə qətnaməsi mövcud vəziyyətə aydınlıq gətirmək əvəzinə, onu daha da mürəkkəb vəziyyətə gətirəcəkdir.

77. Həmçinin apellyasiya şikayətinə əlavədə qeyd etmişdir ki, hazırkı tələbə ümumi məhkəmədə baxılması yol verilmezdir. Çünki hem iddiaçı Maraqlı şə xs1 QSC, həm də cavabdeh hərrac təşkilatı kommersiya fəaliyyəti hətata keçirən, VÖEN-i olan hüquqi şəxsdir. Odur ki, MPM-in 26.1-ci maddəsinin tələbləri baxımından, hazırkı tələbə Səbail Rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalı idi.

78. Mülki iş materiallarına diqqətlə nəzər yetirilsə görünür ki, X8 Banka göndərdiyi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli məktubunda yalnız hazırda mübahisəsi gedən daşınmaz əmlakın deyil, ümumilikde 4 əmlakın əldə olunması təklif olunur ki, bunlardan da biri “X33” markalı, **-RC-*** dovlət qeydiyyat nişanlı avtomobil, ikincisi, Şəmkir şəhəri, C.Cabbarlı küçəsinde yerləşən 19 saylı fərdi yaşayış evi, üçüncüsü isə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,36 ha torpaq sahəsidir. Onlar tərəfindən DİN Baş Dövlet Yol Polisi İdarəsinə ve Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinə yuxarıda qeyd olunmuş ipoteka predmetlerinin özgəninkiləşdirilməsi ile bağlı hər hansı qeydin aparılıb-aparılmaması haqqında sorğular gondərilmiş və sorğulara cavab verilmişdir. Beləliklə, cavab məktubundan aydın olur ki, yuxarıda qeyd olunmuş “X33” markalt, **-RC-*** dovlet qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə gömrük bəyannaməsi 455330 nömrəli hesab-arayış əsasında X10 adına qeydiyyata alınaraq X19 filialının xeyrinə yüklü edilmiş və Beynəlxalq Bankın xx.xx.2016-cı il tarixli 19/1868 nömreli məktubu əsasında ipotekadan azad edilmiş və həmin gün Y-292 nömrəli hərrac protokolu əsasında X10 adından qeydiyyatdan çıxarılaraq X13 adına rəsmiləşdirilmişdir. Bele çıxır ki, banka teklif olunan əmlaklardan biri ilə b ağlı qanunsuz da olsa, yekun protokol tərtib olunaraq, həm Hərrac Mərkəzi, həm də bank tərəfindən həmin protokol imzalanmış, həmin protokol əsasında avtomobil qanunsuz olaraq üçüncü bir şəxsin adına rəsmiləşdirilmişdir. Sual olunur ki, əgər hərrac təşkilatı bir təklif məktubunda qeyd olunmuş ipoteka predmetlərindən biri ilə bağlı keçirilmiş hərracın nəticələrinə dair yekun protokolu imzanlanması üçün banka təqdim etmişdirsə, digər əmlaklarla bağlı keçirilmiş hərrac protokolunu niyə təqdim etməməli idi? Deməli hərracın nəticələrinə dair yekun protokolların imzalanması yalnız Beynəlxalq Bankın iradəsindən asılı olmuşdur. Bank hərrac xərclərini ödəmək istədiyi ipoteka predmetlerini əldə etmiş, digərlərini isə qanunsuz olaraq üçüncü bir şəxsin adına protokollarla rəsmiləşdirmiş və hərrac xərcl ərini də ona ödətmişdir. Eləcə də DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, hərrac təşkilatının banka təklif etdiyi ipoteka predmetlərindən digəri – ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 2016-2018-ci illər ərzində mülkiyyət huququ barədə dövlət qeydiyyatı aparılmamış, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3096/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı və JN-185A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 15 fevral 2023-cü il tarixli ümumi birgə mülkiyyet hüququnu təsdiq edən çıxarış verilmişdir, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3096/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qərarından görünür ki, yuxarıda qeyd olunmuş daşınmaz əmlakla bağlı artıq xx.xx.2 013-cü il tarixde Y-304 nömrəli protokol imzalanmış və həmin daşınmaz əmlak ipoteka saxlayan Beynelxalq Bankın mülkiyyətinə keçmişdir. Göründüyü kimi, bankın qarşısında təklif olunan ipoteka predmetlərini əldə etməsi üçün heç bir maneə olmamışdır və Maraqlı şəxs1 QSC BOKT-un iddia ərizəsində qeyd etdiyi kimi – “hərracın nəticələrinə dair yekun protokolun hərrac təşkilatının səhlənkarlıq səbəbindən imzalanmaması” həqiqətə uyğun gəlmir. Beləliklə, məhkəmə həmin halları hərtərəfli və obyektiv surətdə araşdırmamışdır.

79. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə 2(103)-5240/2023 nömrəli mülki işin 2(103)-2048/2023 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır.

80. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-2048/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) birinci iş üzrə cavabdehlər Cavabdeh2 MMC, Beynəlxalq Bank, Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməsi, ikinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-795/2023 nömrəli, xx.xx.2023-cü il tarixl i qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

81. Apellyasiya instansiyası məhkəməsi birinci iş üzrə ilk növbədə qeyd etmişdir ki, birinci işə apellyasiya qaydasında təkrar baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

82. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Hazırkı işin mübahisəsiz halları ond an ibarədir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bankın iddiası üzrə kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə oradan məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 2016-cı ildə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, tələbkar da onu əldə etməmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixli məktubla icra vərəqəsini “İcra haqqında” Qanunun 23.1.5-ci və “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır.

83. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Bank qeyd olunan icra vərəqəsi üzrə tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, bundan sonra həmin Maraqlı şəxs1 QSC-nin müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla icra sənədi hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salınaraq 212.500 manat müəyyən olunmaqla, xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak Maraqlı şəxs2 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alğı-satqı müqaviləsi bağlanmış və əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir.

84. Hazırda iddiaçı - ipoteka qoyan 2016-cı ildə keçirilmiş hərracın baş tutumamış elan edilməsindən sonra ipoteka predmetin tələbkar – ipoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş müddət ərizində əldə olunmadığını və eyni əmlakla bağlı 2019-cu ildə yenidən keçirilmiş hərracın qanunsuz olduğunu bildirərək, həmin hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə mübahisə açmışdır.

85. Cavabdeh bank, agentlik və Maraqlı şəxs1 QSC-nin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 2018-ci ildə bankın kredit müqaviləsi üzrə tələb hüququnu (hazı rkı əmlak həmin kredit müqaviləsinə əsasən ipoteka ilə yükül edilmişdir) Maraqlı şəxs1 QSCyə güzəşt etmişdir, ona görə də hazırkı iddia tələbi üzrə o, əsl olmayan cavabdehdir.

86. Apellyasiya məhkəməsinin öncəki qətnaməsinin ləğv edilməsi barədə Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-4553/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 68-ci bəndində qeyd edilir ki, apellyasiya məhkəməsi Bankın tələb hüququnu Aqrarkredit QSC-yə güzəşt etdiyinə istinad edərək iş üzrə əsl cavabdehin həmin QSC olduğunu bildirsə də, nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququ olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla əmələ gəldiyindən, reyestrdə bununla bağlı dəyişiklik edilənədək adına qeydiyyat aparılan şəxs həmin hüququn sahibi olmaqla, bu hüquqla bağlı qaldırılmış istənilən iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir.

87. Qərarın 69-cu bəndində göstərilir ki, baxılan işdə Bankın tələb hüququn güzəşt edilməsindən sonra ipotekaya dair adı çəkilən QSC-nin xeyrinə dövlət reyestrində qeydiyyat aparılıb-aparılmadığı istiqamətində hər hansı araşdırma aparılmamış, məhkəmə yalnız cavabdeh Bankın etirazının dəlillərini əsas götürməklə ipoteka xitam verilməsi tələbinin əsl olmayan cavabdehə qarşı qalıdırıldığı qənaətinə gəlmiş, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur.

88. Məhkəmə kollegiyası bununla bağlı bildirmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən təqdim edilmiş DƏRX-nin ******* nömrəli çıxarışından məlum olur ki, İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş əmlakın Maraqlı şəxs1 QSC BOKT-un xeyrinə yü klü edilməsi barədə qeyd yalnız xx.xx.2019-cu il tarixdə aparılmışdır. Demək ki, 2016-cı ildə keçirilmiş iki hərracın baş tutmaması, ipoteka predmetinin qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməməsi zamanı həmin əmlak Bankın xeyrinə ipoteka ilə yüklü olmuşdur. Bu mənada qeyd edilməlidir ki, iddia tələbi 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmaması və ipoteka predmetinin qanunla müəyyən edilmiş müddətdə tələbkar tərəfindən əldə edilməməsinə əsaslandığından, həmin vaxt hüququn daşıyıcısı Bank olduğundan hazırkı iddia tələbinə də cavabdeh Bankdır.

89. Göründüyü kimi, 2016-cı ildə keçirilmiş iki hərrac baş tutmadığından və ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə bank tərəfindən əldə edilmədiyindən, Maraqlı şəxs1 QSC-nin ərizəsinə əsasən, 2019-cu ildə icra s ənədinin yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni hərraclar keçirilməklə, əmlak satılması yuxarıda qeyd olunan hüquqi mövqelərə zidd olmuşdur. Qanuna görə, 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İddiaçı da hazırda həmin tələblə çıxış edir və onun tələbi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə, əsaslıdır.

90. Maraqlı şəxs2 apellyasiya şikayətinin iki əsas dəlili var. Birincisi, onu işə cəlb etmədən, hazırkı tələbə baxılmış, ikincisi, o vicdanlı alıcıdır.

91. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin işə onu cəlb etmədən baxılması barədə qeyd etmişdir ki, işin hallarından görünür ki, bu belədir. Bununla belə, qeyd edilməlidir ki, MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

92. Hazırkı halda, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin imperativ göstərişinə əsasən, 2016-cı ildə keçirilmiş iki hərracın baş tutmaması və ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə bank tərəfindən əldə edilmədiyindən ipotekaya xitam verilməsini tələb edir. Üçüncü şəxs Maraqlı şəxs2 qanunun tələbinə görə artıq xitam verilmiş ipoteka predmetini Maraqlı şəxs1 QSC-nin ərizəsinə əsasən, 2019-cu ildə icra sənədinin yenidən icraya yönəldilərək, ipoteka predmeti üzrə yeni qanunsuz hərraclar keçi rilməsi nəticəsində əldə etmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Maraqlı şəxs2 cəlb edilməməsinə, yəni prosessual hüquq normasının pozulmasına baxmayaraq, nəticədə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilməmişdir.

93. Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin onun vicdanlı alıcı olması barədə dəlili üzrə isə, Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-4553/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 77-ci bəndində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən, həm də ipoteka predmetini 2019-cu ildə keçirilmiş təkrar hərracdan əldə etmiş Maraqlı şəxs2 vicdanlı əldə edən olmasına istinad etmiş, lakin bu hissədə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

94. Beləliklə, Ali Məhkəmənin həmin mövqeyi i lə razılaşaraq məhkəmə kollegiyası bildirmişdir ki, vicdanlılıq reyestr məlumatlarına güvənərək əşya hüququ qazanan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Hazırkı halda isə əldə edən reyestr məlumatlarına deyil, hərrac təşkilatı tərəfindən keçirilən hərracın qanuniliyinə güvənərək hüquq əldə etmişdir ki, bu halda hərracın məhkəmə tərəfindən etibarsız hesab edilməsi onun vicdanlı əldə edən kimi tanınmasını istisna etməklə, etibarsız əqdin nəticələrinin tətbiq olunması və düşdüyü zərərin əvəzini tələb etmək hüquqlarını əmələ gətirir.

95. Məhkəmə kollegiyası birinci işdən apellyasiya şikayəti vermiş Maraqlı şəxs1 QSC-nin və Maraqlı şəxs2 apellyasiya şikayətinin işə onları cəlb etmədən baxılması barədə dəlili üzrə bildirir ki, onların bu dəlili formal olmaqla işin hallarına və mahiyyə tinə aid deyildir. Əvvəla ona görə ki, Cavabdeh2 MMC iş üzrə cavabdeh olmuşdur, həmin Agentliyin isə məhz Maraqlı şəxs1 QSC-nin təmsil etmək üçün yaradıldığı onun nizamnaməsində birbaşa qeyd olunmuş, bütün məhkəmə işlərində olduğu kimi hazırkı işdə də Agentlik məhz Maraqlı şəxs1 QSC-nin səlahiyyətli təmsilçisi kimi cavabdeh olaraq göstərilmişdir. Demək ki, Maraqlı şəxs1 QSC-nin işə cəlb olunmaması barədəki dəlili qətnamənin əsassız olması qənaətinə gəlinməsi və ləğvi üçün ola bilməz. İkincisi isə, mülki işin materiallarından bəli olur ki, Bankın və Agentliyin nümayəndələrinin iddiaya etiraz dəlilləri və bütün izahatları Maraqlı şəxs1 QSC və vicdanlı alıcı hesab etdikləri Maraqlı şəxs2 hüquqlarının müdafiəsinə yönəlmişdir. Birinci iş üzrə Bankın, Agentliyin, Maraqlı şəxs1 QSC-nin və eləcə d ə Maraqlı şəxs2 verdiyi şikayətləri mahiyyət etibarı ilə eyni məzmunlu olması da onu göstərir ki, onu hüquqları ilə bağlı məsələ müzakirə olunmuş və məhkəməyə bu hal məlum olmuşdur, demək ki, Maraqlı şəxs2 rayon məhkəməsində işə baxılmasına cəlb edilməməsi formal baxımdan pozuntu olsa da, onun iştirakı mahiyyət etibarı ilə fərqli nəticəyə gətirib çıxarmayacaqdı. MPM-in 385.2-ci maddəsinə görə də belə olan hal qətnamənin mütləq ləğvinə əsas olmur.

96. Məhkəmə kollegiyası birinci iş üzrə cavabdeh Bank, Agentlik və maraqların toxunan şəxs Maraqlı şəxs1 QSC-nin apellyasiya şikayətlərinin Hərrac Mərkəzi tərəfindən Beynəlxalq Bankın xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna heç bir cavab verilmədiyinə, bunun nəticəsində ipoteka saxlayanın, yəni bankın “İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməməsi barədə dəlillərinə ikinci iş üzrə münasibət bildirəcəkdir.

97. Apellyasiya instansiyası məhkəməsi ikinci iş üzrə qeyd etmişdir ki, birinci işə yenidən apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2048/2023 nömrəli, xx.xx.2023-cü il tarixi qərardadı ilə iddiaçı Maraqlı şəxs1 QSC BOKT-un cavabdehlər Hərrac Mərkəzi, Beynəlxalq Bank, Xəzər Rayon İcra Şöbəsi, X14, X5 qarşı “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-795/2023 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.

98. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ikinci iş üzrə iddia çı Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh Hərrac Mərkəzinə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi İddiaçı tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırkı ipoteka saxlayan Maraqlı şəxs1 QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh Hərrac Mərkəzi tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi bardədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 2(003)1052/2013 nömrəli, xx. xx.2013-cü il tarixli qətnaməsi əsasında ipoteka predmeti əvvəlcə Hərrac Mərkəzi tərəfindən 2016-cı ildə iki dəfə hərraca çıxarılmış, hər iki hərrac baş tutmamış, sonda ipoteka predmeti banka təklif olunmuş, bununla bağlı ona təklif məktubu da göndərilmiş, bank da öz növbəsində xx.xx.2016-cı il tarixli məktubla təklifə müsbət cavab vermiş, lakin tərəflər arasında nə alğı-satqı müqaviləsi, nə də yekun protokol bağlanılmamışdır. İddiaçı hesab edir ki, bank hərrac təşkilatının təklifinə müsbət cavab versə də, alğı-satqı müqaviləsi, yekun protokol bağlanılmaması hərrac təşkilatının yayınması nəticəsində baş vermişdir.

99. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İidiaçı Maraqlı şəxs1 QSC iddia edir ki, həmin vaxt ipoteka saxlayan olan banka Hərrac Mərkəzi xx.xx.2016-cı il tarixli bildiri şlə ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanılması barədə məlumat vermiş, bank da xx.xx.2016-cı il tarixli cavab məktubu vermişdir ki, əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir. İddiaçı Maraqlı şəxs1 QSC həmin vaxt ipoteka saxlayan olan bankın qeyd edilən xx.xx.2016-cı il tarixli cavab məktubuna istinad edərək əmlaka dair alğı-satqının bağlanmış hesab olunmasını tələb edir.

100. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərardadının 57-ci bəndinə görə, bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab etmişdir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük m üddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Həmin qərardaddan göründüyü kimi bu iddianın təmin edilməsi üçün məhkəmə ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edilməlidir.

101. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı halda iddiaçınnın istinad etdiyi yeganə sübut bankın qeyd edilən xx.xx.2016-cı il tarixli əmlakın razılıq barədə cavab məktubudur. İddiaçı qanunla nəzərdə tutulmuş müddət, söhbət 30 günlük müddətdən gedir ki, o vaxtkı ipoteka saxlayan bankın ipotek a predmetinin əldə edilməsi üçün bütün zəruri tədbirləri görməsi barədə başqa bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətində üçüncü şəxs bankın qeyd edilən cavab məktubunun hərrac təşilatına çatdırılması barədə məlumatın-sübutun səhilhiyini mübahisələndirmişdir.

102. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən Banka verilən məlumata əsasən, bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, daxili arxiv qaydalarına uyğun olaraq 2016-cı ilin qəbzləri (həmçinin 836690 kodlu qəbz) məhv edilmişdir, lakin şirkətin informasiya sistemindən əldə olunan məlumata əsasən, 836690 nömrəli qəbz Beynəlxalq Bankdan xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da Hərrac Mə rkəzində “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

103. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, arxiv sənədləri məhv olduğu halda 836690 nömrəli qəbzin Beynəlxalq Bankdan xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülərək, xx.xx.2016-cı il saat 15.00-da Hərrac Mərkəzində “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilməsi barədə sistemdən alındığı qeyd edilən məlumatın hansı sistemdən alınması, ən azından bunun təsdiqi kimi hər hansı bir çıxarış əlavə edilmədiyindən üçüncü şəxsin həmin məlumatın qeyri-dürüst olması barədə dəlillərinin aşkar əsassız olmadığı qənaətinə gəlməyə əsas verir.

104. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, üçüncü şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, X7 Banka göndərdiyi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli məkt ubunda yalnız hazırda mübahisəsi gedən daşınmaz əmlakın deyil, ümumilikde 4 mlakın əldə olunması təklif olunur ki, bunlardan da biri “X33” markalı, **-RC-*** dovlet qeydiyyat nişanlı avtomobil, ikincisi, Şəmkir şeheri, C.Cabbarlı küçesinde yerleşen 19 saylı ferdi yaşayış evi, üçüncüsü ise Quba rayonu, 2-ci Nügədi kendinde yerləşən 1,36 ha torpaq sahesidir. Onlar tərəfindən AR DİN Baş Dövlet Yol Polisi İdarəsinə ve Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinə yuxarıda qeyd olunmuş ipoteka predmetlerinin özgəninkiləşdirilməsi ile bağlı her hansı qeydin aparılıb-aparılmaması haqqında sorğular gonderilmiş və sorğulara cavab verilmişdir.

105. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, beləliklə cavab mektubundan aydın olur ki, yuxarıda qeyd olunmuş “X33” markalt, ** -RC-*** dovlet qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixde gömrük bəyannaməsi 455330 nömrəli hesab-arayış əsasında X10 adına qeydiyyata alınaraq X20 filialının xeyrinə yüklü edilmiş və Beynalxalq Bankın xx.xx.2016-cı il tarixli 19/1868 nömreli mektubu esasında ipotekadan azad edilmiş və həmin gün Y-292 nömrəli hərrac protokolu əsasında X10 adından qeydiyyatdan çıxarılaraq X13 adına rəsmiləşdirilmiş, Eləcə də DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, hərrac təşkilatının banka teklif etdiyi ipoteka predmetlerinden digəri – ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evine dair daşınmaz əmlakın dövlet reyestrində 2016-2018-ci illər ərzində mülkiyyət huququ barədə dövlət qeydiyyatı aparılmamış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022 -ci il tarixli, 2-1(114)-3096/2022 nömrəli qərarı və JN-185A saylı “Torpağın mülkiyyətə verilmesine dair” şəhadətnamə əsasında 15 fevral 2023-cü il tarixli ümumi birgə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir, Gəncə İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(114)-3096/2022 saylı qərarından görünür ki, yuxarıda qeyd olunmuş daşınmaz əmlakla bağlı xx.xx.2013-cü il tarixde Y-304 nömrəli protokol imzalanmış və həmin daşınmaz əmlak ipoteka saxlayan Beynelxalq Bankın mülkiyyətinə keçmişdir. Üçüncü şəxs qeyd etmişdir ki, bankın qarşısında teklif olunan digər ipoteka predmetlərini əldə etməsi, lakin İddiaçı məxsus ipoteka predmetini isə əldə etməməsi Maraqlı şəxs1 QSC BOKT-un iddia ərizəsində qeyd etdiyi kimi – “hərracın nəticələrinə dair yekun protokolun hərrac təşkilatının səhlənkarlıq səbəbindən imzalanmaması” həqiqətə uyğun gəlmir. Bununla bağlı araşdırma aparılarkən, bank tərəfindən təklif olunan digər ipoteka predmetləri əldə edilsə də, məhz bu ipoteka predmetinin əldə edilməməsi barədə hər hansı bir tutarlı əsas göstərilməmişdir.

106. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı Maraqlı şəxs1 QSC hazırkı iddia tələbini qaldırmaqla, onun ərizəsi əsasında icra vərəqinin yenidən icraya yönəldilməsi, təkrar hərracda ipoteka predmetinin Maraqlı şəxs2 satılması barədə birinci iş üzrə mübahisələndirilən hərracın qanunsuz keçirilməsini də bir növ qəbul etmişdir.

107. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddiaçı QSC 2016-cı ildə iki dəfə keçirilən hərracın baş tutmaması nəticəsində hərrac təşkilatının hərəkətsizliyi nəticəsində protokolu n bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni yeddi il sonra müraciət etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərardadındakı ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir ifadəsi qətiyyən hazırkı işdə olduğu kimi bu qədər uzun müddət sonra, yəni yeddi il sonra ipotekanın bağlanmış hesab edilməsini nəzərdə tutmur. Çünki başqa cür yanaşma Qanunun 43.8-ci maddəsində olan ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir müddəasına zidd olardı. Həmin qərardadı n 55-ci maddəsində qeyd ediliyi kimi, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili hazırkı iddianı qaldırmaq üçün Maraqlı şəxs1 QSC-nin subyektiv hüququ olmaması, çünki protokolun imzalanmış hesab edilməsinin tələb edildiyi dövrdə ipoteka saxlayanın bank olması ilə bağlıdır.

108. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu dəlil də əsaslıdır. Çünki ipoteka müqaviləsi üzrə bank tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, il k iki hərrac isə 2016-cı ildə keçirilmişdir ki, həmin vaxt ipoteka saxlayan bank olmuşdur. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci v ə üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

109. Məhkəmə kollegiyası ikinci iş üzrə apellyasiya şikayətinin iddiaçı və cavabdehin, yəni hər iki tərəf hüquqi şəxs olduğundan işə kommersiya məhkəməsində baxılmalı olması barədə dəlili üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. Belə ki, bununla bağlı aparılmış müzakirələr zamanı ikinci iş üzrə apellyator İddiaçı nümayəndəsi və vəkilindən başqa məhkəmə prosesinin bütün iştirakçıları ikinci işin də birinci işlə birlikdə baxılmalı olduğunu bildirmiş və bu mövqelərini izahatlarında müvafiq qaydada əsaslandırmışlar. Sonuncu məhkəmə iclasında isə ikinci işin kommersiya məhkəməsinə aid olmasına dair şikayətinin dəlilinə münasibətdə İddiaçı vəkili aparılmış müzakirələrin nəticəsi olaraq (həmin mövqeyinin formal olaraq əsaslı olsa da) mahiyyət etibarı ilə digər proses iştirakçıların mövqelərini qəbul etdiyini və ikinci işə də birləşmiş ilkin işlə bir icraatda baxılmasının daha düzgün və prosessual qənaət, eləcə də işlərə ağlabatan müddətlərdə baxılması kimi vacib prinsiplər kontekstindən daha səmərəli olduğunu bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, birləşmiş işlər üzrə ikinci işin məhkəmə aidiyyəti ilə bağlı uzun-uzadı müzakirələr aparılmış və nəhayətdə işlərin birlikdə baxılması qənaətinə gəlinmişdir. Məhkəmənin bu qənaətə gəlməsi əsassız olmamışdır. Bu vaxt hazırkı işin xüsusi halları, o cümlədən: birinci işin 2 (iki) il 5 (beş) ay icraatda olması; birinci işə apellyasiya və kasassiya qaydasında bir dəfə baxıldıqdan sonra, ikinci apellyasiya baxışı zamanı onun icraatının məhz ikinci işə görə dayandırılması; ikinci iş rayon məhkəməsində baxıldıqdan sonra, məhz apellyasiya mərhələsində onun birinci işə birləşdirilməsinə dair qərardadın çıxarılması; bundan sonra ikinci işin aidiyyət pozuntusuna görə ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi; bu halda birləşmiş işlərin yenidən ayrılmalı olması və birinci işin icraatının yenidən, həm də ikinci iş üzrə yekun məhkəm aktı qəbul olunanadək dayandırılmasının zəruriliyi, bunun isə o qədər də mürəkkəb olma yan birinci işin baxılmasının ağlabatan hesab edilməyən və həddən artıq uzun müddət çəkməsinə səbəb olacağı nəzərə alınmışdır. Bu zaman Məhkəmə Kollegiyası həm də məhkəmə aidiyyəti ilə bağlı aparılmış araşdırmalar zamanı son olaraq bütün proses iştirakçılarının, xüsusən də həmin dəlilin müəllifi olan ikinci iş üzrə apellyatorun da ikinci işə də onun birləşdirildiyi birinci işlə birlikdə baxılmasına dair vahid mövqedə olmalarını nəzərə almışdır.

110. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, həm də ədalət mühakiməsinin işlərə baxılmasında ağlabatan müddət, prosessual qənaət, eləcə də səmərəlilik kimi fundamental prinsiplərə əsaslanmışdır.

111. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3, 42.1, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 4 3.6, 43.7, 43.7-1, 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli Qərardadına istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birləşdirilmiş iş üzrə birinci icraat:

112. Qətnamədən ”X22 Edilməsi Agentliyi” MMC (Vəkil5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya məhkə məsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçı Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsinə, İddiaçı isə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

113. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar X4 Beynəlxalq Banka olan 291.205,0 manat və 201.437 ABŞ dolları məbləğində borcu və buna dair sənədlər S-FK117 9 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən Beynəlxalq Bankdan Maraqlı şəxs1 QSC-yə təhvil verilmişdir. Təhvil-təslim sənədlərinə əsasən, ümumilkdə 632.000 manatdan artıq borc üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə güzəşt edilmişdir. Yuxarıda qeyd olunan Fərmanın və Nazirlər Kabinetinin Sərəncamının icrası ilə əlaqədar həmin borcların qaytarılması üçün müvafiq tədbirlərin görülməsi Maraqlı şəxs1 QSC qarşısında vəzifə olaraq qoyulmuşdur. Qeyd olunmalıdır ki, borc üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə ötürüldüyü üçün ipoteka ilə bağlı tələb hüququ da Maraqlı şəxs1QSC-yə keçmişdir. Apellyasiya instansiyası məhkəməsi 2016-cı ildə keçirilmiş 1-ci hərrac prosesi zamanı təkrar hərrac baş tutmamış elan edildikdən sonra həmin vaxt ipoteka saxlayan (Beynəlxalq Bank) tərəfindən 30 gün müddətində ipoteka əmlakı əldə edilmədiyinə görə ipotekaya xitam verilməsi qənaətinə gəlmişdir. Halbuki apellyasiya məhkəməsi nəzərə almamışdır ki, 2016-cı ildə keçirilmiş hərracda ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə edilməsi ilə bağlı hərrac protokolunun imzalanmaması, ipotekasaxlayanın təqsiri nəticəsində deyil, məhz hərrac təşkilatının təqsiri nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka əmlakının bank tərəfindən 30 gün müddətində əldə edilməsini əngəlləmişdir. Bunu iş materiallarında olan sənədlər təsdiq edir. Belə ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, 21 iyun 2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı 2016-cı ildə keçirilmiş hərracda X25 ünvanlanmış ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması barədə xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildiriş məktubu Beynəlxalq Bank tərəfindən xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubla cavablandırılaraq Hərrac Mərkəzinə bildirilmişdir ki,“sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa Bank həmin məktubda Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alğı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilmişdir. X31 tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7.1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, Beynəlxalq Bankən təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalama q barədə razılığı olmasına baxmayaraq, həmin razılıq məktubuna Hərrac Mərkəzi tərəfindən heç bir münasibət bildirilməmiş, bankla heç bir protokol imzalamamış, son nəticədə Hərrac Mərkəzi həmin protokolu imzalamaqdan yayınmışdır. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir. Qeyd edilməlidir ki, borc və ipoteka üzrə tələb sahibi olan Maraqlı şəxs1 QSC tərəfindən cavabdeh Hərrac Mərkəzinə qarşı ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi bank tərəfindən Hərrac Mərkəzin ə ipoteka əmlakının əldə edilməsi üçün göndərilmiş məktubuna razılıq verilməsi və alğı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi barədə məktubunu mötəbər sübut saymamışdır. Məhkəmə kollegiyası sözügedən məktubun "xxxx" MMC tətrəfindən 14 nömrəli kuryer vasitəsilə Hərrac Mərkəzinə çatdırılmasını və xx.xx.2016-cı il tarixdə saat 15.00-da Hərrac Mərkəzində “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilməsinə dair sübutu şübhə altına alaraq, həmin məlumatların qeyri-dürüst olması qənaətinə gəlmişdir. Halbuki həmin sənədin (yəni məktubun çatdırılması barədə sübutun) saxta və qeyri-səhih olması iş üzrə cavabdeh Hərrac Mərkəzi tərəfindən təkzib edilməmiş və ya bu sübutun saxtalığı barədə məhkəməyə cavabdeh və digər şəxslər tərəfindən hər hansı sənəd təqdim edi lməmişdir. Hesab edirlər ki, bununla bağlı apellyasiya instansiyasının gəldiyi qənaət tam əsassızdır. Apellyasiya instansiyası bankın ipoteka əmlakını əldə etmək barədə xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna şübhəsini əsaslandırmaq və həmin sübutu təkzib etmək məqsədilə İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir ki, bu da yolverilməzdir. Halbuki həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli və tərəflərin iştirakı ilə araşdırılmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi nədənsə buna göz yummuş və İddiaçı vəkili və nümayəndəsi tərəfindən apellyasiya məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir. İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyasına təklif məktubunda göstərilmiş digər 3 əmlakla bağlı təqdim edilmiş sənədlərin heç birində bankla Hərrac Mərkəzi arasında hərrac protokolunun imzalanmasını təsdiq edən sübutlar yoxdur. Belə ki,apellyasiya məhkəməsinin istinad etdiyi banka təklif olunan X10 adına olan “X33” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracdan bank tərəfindən deyil, X27 tərəfindən alınmış və Y-292 nömrəli hərrac protokolu Hərrac Mərkəzi ilə həmin şəxs arasında imzalanmışdır. Bank hərrac protokolu imzalamış olsaydı bu halda avtomobilin bankın adına keçməsini təsdiq edən mülkiyyət sənədləri olmalı idi. Bu barədə sənədlər isə yoxdur. Buradan da göründüyü kimi, apellyasiya instansiyasının banka təklif olunan digər əmlakların əldə etməsi barədə gəldiyi qənaət tam əsassızdır. Qeyd olunmalıdır ki, hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun realizəsi zamanı hüquqi müəyyənlik prinsipinə əməl olunmalıdır. Hərrac Mərkəzinin hərəkətsizliyi tələbkarın ipoteka əmlaklarının əldə etmək və müqavilə bağlamaq barədə razılıq məktubunu cavabsız qoymasıdır. Bakı Apellyasiya Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, iddiaçı ”Aqrarkredit” QSC 2016-cı ildə iki dəfə keçirilən hərracın baş tutmaması nəticəsində hərrac təşkilatın hərəkətsizliyi nəticəsində protokolun imzalanmış hesab edilməsinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni yeddi il sonra məhkəməyə mürciət etdiyini, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərardadındakı ipoteka saxlayanın ipo teka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu halın həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hər hansı ziddiyyət təşkil etmir ifadəsi qətiyyən hazırkı işdə olduğu kimi bu qədər uzun müddət sonra, yəni yeddi il sonra ipotekanın bağlanmış hesab edilməsini nəzərdə tutmur. Apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmaq olmaz, ona görə ki, 30 günlük müddət ərzində tələbkar əmlakın əldə etməklə bağlı Hərrac Mərkəzinə razılıq məktubunu göndərib, iradə ifadəsini bildirib və qarşı tərəf də həmin məktubu alıb, burada hər hansı kəsici müddətdən söhbət gedə bilməz. İddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməmiş və məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə kollegiyası üçüncü şəxs İddiaçı apellyasiya şi kayətinin dəlilini əsaslıhesab edərək hazırkı iddianı qaldırmaq üçün Maraqlı şəxs1 QSC-nin subyektiv hüququnun olmaması qənaətinə gəlmiş və bunu tələb hüququnun Maraqlı şəxs1 QSC-yə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən güzəşt edildiyini, ilk iki hərracın isə 2016-cı ildə keçirildiyini və həmin vaxtı isə ipotekasaxlayanın Beynəlxalq Bank olması ilə izah etmişdir. Hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət əsassızdır. Hazırkı mübahisədə üçüncü şəxs kimi çıxış edən Beynəlxalq Bank tərəfindən ipoteka saxlayanın hüquq və vəzifələri Maraqlı şəxs1 QSC-yə ötürüldüyündən iddia qaldırmaq hüququ da məhz Maraqlı şəxs1 QSC-yə məxsusdur. İddiaçı tərəfindən qaldırılmış iddia ərizəsində Maraqlı şəxs1 QSC cavabdeh qismində qoyulmamış, birinci instansiya məhkəməsinə cavabd eh qismində cəlb edilməmiş, hətta Beynəlxalq Bankın bu barədə ərizəsi olsa belə, həmin ərizə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, borc və ipoteka üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə ötürüldüyündən, o, həmin işdə cavabdeh qismində cəlb olunmalı idi. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 2021-ci ildə işə baxılarkən bu cür ciddi qanun pozuntusuna yol verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən bu hallar nəzərə alınmamışdır. Birinci iş üzrə əmlakı 2-ci hərrac prosesi zamanı hərracdan əldə etmiş şəxs Maraqlı şəxs2 da cavabdeh qismində işə cəlb olunmalı olduğu halda, Səbail rayon Məhkəməsi tərəfindən buna lüzum görülməmişdir. Apellyasiya Məhkəməsi nədənsə işin bu halına da göz yummuşdur. Birinci iş üzrə İddiaçı tərəfindən 2019-cu ildə keçirilmiş hərracın nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 2021-ci ildə müraciət olunmuşdur. Halbuki 2019-cu ildə ipoteka qoyulmuş əmlak hərracdan alınmış və həmin vaxtdan alıcı Maraqlı şəxs2 həmin əmlak üzərində mülkiyyət hüququ əldə edərək, əmlakla bağlı sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmişdir. Bu hal həmin vaxtı birinci iş üzrə İddiaçı məlum olmuş, lakin o, 2 il sonra, yəni 2021-ci ildə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi həmin məsələyə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbləri birbiri ilə bağlı olan tələblər olduğu üçün, qeyd edilən tələbə, yəni alğı-satqı müqaviləsinin etibarsızlığı üçün tələbə iddia müddəti şamil edilməməlidir. Gö ründüyü kimi 1-ci instansiya məhkəməsi həmin iş üzrə tətbiq edilməli olan Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin bu hallarını ümumiyyətlə araşdırmamış, buna qətnamədə heç bir münasibət bildirməmişdir.

114. Cavabdeh tərəf müqavilənin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi həm borcalan, həm də ipoteka qoyan tərəfindən müqavilə üzrə öhdəsinə düşən vəzifəni vicdanla icra etməmişdir.

115. Bakı Apellyasiya Məhkəməsi tərəfindən həriki iş üzrə verilmiş apellyasiya şikayətlərinə baxılarkən mülki prosessual hüquq normalarının pozulması hallarılna yol verilmişdir. Məhkəmə qətnamələrindən apellyasiya şikayəti verilmiş 2 iş bir icraatda birləşdiri ldikdən sonra apellyasiya məhkəməsi işdə iştirak edən şəxslərin diqqətini İddiaçı nümayəndəsinin və vəkilinin apellyasiya şikayətində göstərdiyi aidiyyat məsələsinə yönəldərək bu məsələyə məhkəmə tərəfindən qiymət verildikdən sonra, işə mahiyyəti üzrə baxılıb - baxımayacağının elan ediləcəyini və buna görə iclasın təxirə salınmalı olduğunu bildirdi. Məhkəmə bununla bağlı iclası çox qısa müddətə təyin edərək, həmin gün qəbul ediləcək qərarın elan olunacağını bildirdi. Eyni zamanda bildirdi ki, telefonla da katiblə əlaqə saxlayıb elanın nəticəsini öyrənmək olar. Elan olunan gün tərəflərdən yalnız 2-si iştirak edirdi. Məhkəmə aidiyyatla bağlı hər hansı bir qərara lüzum olmadığını və işin bu məhkəmədə baxılacağını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən digər şəxsləri dəvət etmədən v ə onları dinləmədən, işdə olan sübutları onların iştirakı ilə araşdırmadan, çəkişmə prinsipini kobud şəkildə pozaraq işi yekunlaşdıraraq həmin günü də iş üzrə qətnamə qəbul etdi. Apellyasiya instansiyası iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan və həmin sübutlara obyektiv qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası bankın ipoteka əmlakını əldə etmək barədə xx.xx.2016cı il tarixli, 13/2573 nömrəli məktubuna şübhəsini əsaslandırmaq və həmin sübutu təkzib etmək məqsədilə İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir ki, bu da yolverilməzdir. Halbuki həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli və tərəflərin iştirakı ilə araşdırılmalı idi. Apellyasiya instan siyası məhkəməsi işin müəyyən edilmiş hallarınıaraşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir Hesab edirlər ki, hazırkı iş üzrə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur.

116. Qətnamədən həmçinin Maraqlı şəxs2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin İddiaçı cavabdehlər Beynəlxalq Banka, Cavabdeh2 MMC-nə, Azərbaycan Respublikası Əmlak Məsələl əri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X29 Şəxsi və Hərrac Mərkəzinə qarşı “ipotekaya xitam verilməsi, protokol və çıxarışın etibarsız hesab edilməsi və sair” tələbinə dair hissədə ləğv edilməsi və iş üzrə iddiaçının iddia tələblərinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

117. Kassasiya şikayəti onunla əsaslandırılımışdır ki, işə baxan məhkəmə kollegiyası öz qətnaməsini əsaslandırarkən qətnamədə qeyd olunan bəndlərlə göstərmişdir ki, İşə Bakı Apellyasiya Məhkəməsi tərəfindəntəkrar baxılarkən, "xxxx" QSC-nın DƏDRX-in təqdim etdiyi ******* nömrəli çıxarışdan da məlum olduğu kimi, İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş əmlakın "xxxx" QSC BOKT-un xeyrinə yüklü edilməsi barədə qeyd xx.xx.2019-cu il tarixdə aparılmışdır. Yəni, mübahisəli əmlak xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs2 tərəfindən əldə edilən zaman artıq "xxxx"QSC-nin əmlak üzərindəki yüklülük hüququ mövcud olmuşdur. Maraqlı şəxs2 həmin hərrac keçirilərkən də "xxxx" QSC-nin əməkdaşları tərəfindən,bu reyestr çıxarışı ilə tanış edilmiş, bu da onun vicdanlı alıcı olduğunu istisna etmir. Həmin çıxarışdan da aydın olduğu kimi, "xxxx" QSC-nin mübahisəli əmlakı özgəninkiləşdirmək səlahiyyəti var idi və reyestrdə buna qarşı hər hansı bir etiraz qeydə alınmamışdı. Digər tərəfdən qeyd olunmalıdır ki, işə baxan apellyasiya məhkəməsinin qətnaməsində əks olunan “birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Maraqlı şəxs2 cəlb edilməməsinə, yəni prosessual hüquq normasının pozulmasına baxmayaraq, nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilməmişdir” kimi yanaşması da t am absurddur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə bir başa Maraqlı şəxs2 hüquqlarına toxunub. Onun hüquqları qanunlarla və ən əsası Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunmasına baxmayaraq, onun bir mülkiyyətçi kimi hüquqları məhkəmə tərəfindən pozulur və buna yuxarı instansiya məhkəməsi fikir bildirməklə göstərir ki, “prosessual hüquq normasının pozulmasına baxmayaraq, nəticədə etibarı ilə düzgün olmayan qətnamə qəbul edilməmişdir”. Dövlətin adından qətnamə çıxaran məhkəmənin bu cür yanaşması qəbul edilməzdir və bu yanaşma sıravi bir vətəndaşlarda dövlətimizə və qanunlarımıza olan inamının itirilməsinə gətirib çıxarır.

118. Hazırkı işə baxan apellyasiya məhkəmənin qətnaməsində əks etdirdiyi halları və yanaşmasını əsassız hesab edirlər və on unla razılaşa bilməzlər. Belə ki, Maraqlı şəxs2, ipoteka predmeti olan əmlakla bağlı Beynəlxalq Bank tərəfindən əvvəllər neçə dəfə hərracın keçirilməsi barədə məlumat əldə etməsi mümkün deyildi, ümumiyyətlə, onun həmin məlumatlara giriş imkanı olmamışdı. İpoteka predmeti olan əmlakın hərracdan satılması zamanı dövlət orqanlarının yol verdiyi pozuntuları aşkar edə bilmək üçün imkanları olmayan (və ya Plenumun qərarında qeyd edildiyi kimi məhdud imkanlara malik olan) şəxslərin vicdanlı alıcı kimi qəbul edilməməsi onların Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun kobud pozuntusunu təşkil edir. Hərracın nəticələrinə dair yekun protokol və müqavilə səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən Maraqlı şəxs2 həmin əqdlərin etibarlılığı ilə bağlı etim ad və inamı qorunmalıdır. Məhkəmələr ipoteka predmeti ilə bağlı keçirilmiş hərracı qanunsuz hesab etmiş olsa da belə, vicdanlı alıcı olan Maraqlı şəxs2 mənzili əldə etməsini qanunsuz hesab edə bilməzdi. Məhkəmə iddiaçının iddia tələblərini rədd etməklə, Maraqlı şəxs2 deyil, məhz bank qarşısında borcun ödənilməsinə əmlakı ilə zəmanət vermiş və bununla bağlı üzərinə öhdəliklər götürmüş X11 ona vurulmuş ziyanın əvəzini almaq hüququnun olduğunu izah etməli idi.

119. Qanunun tələbləri pozulmaqla keçirilən hərracın nəticələrinə dair müqavilə də məhz mübahisələndirilən əqdlərə aiddir.İşin hallarından da aydın olduğu kimi, mübahisəli əmlak xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs2 adına qeydiyyatdan keçmiş və bundan sonra o mübahisəli əmlaka sahiblənmiş və onu idarə etmə yə başlamışdır. X14 öz hüquqlarının pozulduğunu həmin an artıq bilirdi.

120. Lakin onun tərəfindən hərracın yekunlarına dair protokolun və müqavilənin etibarsızlığı barədə iddia ilk dəfə 2021-ci ilin avqust ayının 21-də məhkəmədə qaldırmışdır. İddiaçı qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Həmin müddət kəsici müddət olduğundan onun hər hansı səbəbə görə bərpa edilməsi də mümükün deyildir. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamış və qanunla müəyyən edilmiş bu hallara ümumiyyətlə, qiymət verilməmişdir.

121. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixinədək iclaslarda yalnız 2(103)5240/2023 saylı mülki işin aiddiyyət məsələsi ilə bağlı qaldırılmış vəsatətlərə qiymət verilmiş, işlərin məhkəmə aidiyyəti müzakirə olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən iclasda hakim İkram Şirinov 3 gün sonraya məhkəmə iclasını təyin etmiş, işlərin aidiyyət məsələsi ilə əlaqədar qərardadı elan edəcəyini bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində keçirilən iclasın sonunda hakim İkram Şirinov tərəflərə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə keçiriləcək iclasda iştiraklarına zərurət yoxdur, yəni işə sədrlik edən qeyd etmişdir ki, “gəlmiyə bilərsiniz aidiyyat məsələsinə baxılacaqdır”. Hakimin “gəlmiyə” bilərsiniz sözü xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə iclasının audio-video yazısında öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixlison iclasda tərəflərdən yalnız Maraqlı şəxs1 QSC BOKT-un nümayəndəsinin iştirak etməsinə baxmayaraq, həmin gün yekun qətnamə qəbul edilmişdir. Qeyd olunmalıdır, iş Ali Məhkəmə tərəfindən Bakı Ap ellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə, ümumiyyətlə, işin mahiyyəti üzrə hər hansı araşdırma aparmamış, tərəflərin izahatını dinləməmişdir.

122. Tərəflərin məhkəmə iclasına gəlməmələri və iclasın çəkişmə prinsipinə uyğun olaraq aparılmaması, kəsici müddətin tətbiq edilməsinə dair fikirlərin bildirilməməsi işə baxan hakimə sərf etdiyindən, özü də xx.xx.2023-cü il tarixli iclasın formal xarakter daşıyacağını və yalnız aidiyyət məsələsinə toxunulduqdan sonra növbəti iclasın təyin ediləcəyini xx.xx.2023-cü il tarixli məhkəmə iclasının sonunda tərəflərə bidlirmişdir. Bunların hamısı onu göstərir ki, işə baxan hakimişin iddiaçının xeyrinə həlledilməsində maraqlı idi.

123. İşlərin məhkəmə aidiyyətini yalnız Mülki Prosessual Məcəllə müəyyən edir və onun hər hansı yolla, hətta tərəfləri n qarşıqlı razılığı ilə, proses iştirakçıları tərəfindən dəyişdirilməsi mümkün deyildir. Lakin Bakı Apellyasiya Məhkəməsinin mövqeyindən belə anlaşılır ki, işin məhkəmə aidiyyəti ilə bağlı tərəflərin mövqeyi qanunun tələblərindən üstündür (belə olduğu təqdirdə, onda gərək bütün işlərdə aidiyyət məsələsi tərəflərin iradəsinə uyğun olaraq həll edilsin, qanuna hər hansı bir zərurət qalmasın). Həmçinin Mülki Prosessual Məcəlləyə əsasən bir-biri iləəlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. İşlərə ağlabatan müddət, prosessual qənaət prinsiplərinə uyğun baxılması barədə mövqe də tamamilə əsassızdır, çünkü prinsiplər qanunun məcburi tələbindən yayınmaq üçün istif adə edilməməlidir. "xxxx" QSC BOKT-un cavabdeh Hərrac Mərkəzinə qarşı “Protokolun qanunla müəyyən edilmiş 30 gün müddət ərzində imzalanmış hesab edilmiş hesab edilməsi”tələbinə dair iddiası üzrə məhkəmə iclasında işin ümumi məhkəməyə aid edilməsi ilə bağlı fikir bildirilsə də, göründüyü kimi, bu mübahisə hər 2 tərəfin kommersiya fəaliyyətindən irəli gəlir və qanunun tələbinə müvafiq olaraq həmbu işə, həm də ilkin iddiaya kommersiya məhkəmələri tərəfindən baxılmalıdır.

124. Bu tipli işlərdə Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən (onların halında iddiaçı bunu artıq xx.xx.2019-cu il tarixində bilirdi) bir ilərzində əqdi mübahisə edə bilər. Göstərilən maddə ilə müəyyən edilmiş müddət mahiyyət etibarı ilə kəsici müddət olduğuna görə, həmin müddətin ötürülməsi əqdin etibarsızlığını mübahisələndirməyə mane olan haldır. Hazırkı işə baxan apellyasiya məhkəməsi iddianı təmin etməklə və kəsici müddətini tətbiq etməməklə məhkəmə təcrübəsinin vahidliyinin pozuntusuna yol vermişdir.

125. Hesab etmişdir ki, ipoteka predmetini əldə edən vicdanlı üçüncü şəxslərin hüquq və mənafelərini qorumaq məqsədilə ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə iddia qaldırmaq hüququnun həyata keçirilməsi özü də müəyyən bir müddətlə məhdudlaşdırılmalıdır. Hal-hazırkı işdə olduğu kimi ipoteka qoyan İddiaçı özü də Beynəlxalq Bankı tərəfindən 2016-cı ildə keçirilmiş hərraclardan və onun nəticəsindən xəbərdar olmuşdur. Lakin buna baxmayaraq, yalnız bunun üstündən 5 il keçdikdən sonra (2021-ci iliniavqust ayının 21-də) ipotekaya xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Belə çıxır ki, bu müddət ərzində ipoteka qoyanın özünə əmlakının taleyi maraqlı olmamışdır. Aparılan gedişatdan da göründüyü kimi, işə baxan məhkəmə sanki iddiaçının hüquqlarını qoruyan bir vəkil kimi işə yanaşaraq, məhkəmə tərəfindən əmlakın əvvəlki mülkiyyətçisinə istədiyi zaman keçirilmiş hərracların nəticələrini ləğv edilməsi ilə bağlı iddia qaldırmaq, ipotekaya xitam verilməsini tələb edə bilmək hüququnu vermişdir ki, bu da yeni mülkiyyətçinin və onun kimi digər mülkiyyətçilərin də (vicdanlı üçüncü şəxslərin) hüquqlarının kobud pozuntusunu təşkiledir.

126. Qətnamədən eyni zamanda Beynəlxalq Bankı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsinə v ə İddiaçı cavabdehlər Beynəlxalq Bankına, Cavabdeh2 MMC-yə, Reyestr Xidmətinə və Hərrac Mərkəzinə qarşı “ipotekaya xitam verilməsi və.s” tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

127. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvimgünü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Lakin hazırkı iş üzrə materiallardan da göründüyü kimi 2016-cı ildə keçirilmiş hərracda ipoteka predmetinin ipotekasaxlayan tərəfindən əldə edilməsi ilə bağlı hərrac protokolunun imzalanmaması, ipotekasaxlayanın təqsiri nəticəsində deyil, məhz hərrac təşkilatının təqsiri nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka əmlakının bank tərəfindən 30 gün müddətində əl də edilməsini əngəlləmişdir. Belə ki, iş materiallarında olan dəlillərdən də göründüyü kimi birinci dəfə keçirilmiş iki hərracda əmlak satılmadığından hərrac təşkilatı tərəfindən Banka müqavilənin bağlanılması təklif olunmuş, həmin bildirişə cavab olaraq bank tərəfindən xx.xx.2016-cı il tarixdə Hərrac Mərkəzinə ipoteka predmetlərinin əldə edilməsi üçün alğısatqı müqavilələrinin imzalanması tarixinin müəyyənləşdirilib Banka rəsmi məlumat verilməsi ilə bağlı məktub göndərilmişdir. Əlavə olaraq, onlar tərəfinfən xx.xx.2021-ci iltarixdə "xxxx" MMC-yə “xx.xx.2016-cı il tarixdə Beynəlxalq Bank tərəfindən Hərrac Mərkəzinə 836690 nömrəli qaimə ilə məktub göndərilmişdir. Hal-hazırda məhkəmə mübahisəsində yaranmış zərurətlə əlaqədar olaraq, həmin qaimənin çatdırılma qəbzini Banka göndərilməsi ilə bağlı” məktub göndərilmiş, adı çəkilən şirkət tərəfindən verilən məlumata əsasən məktub Beynəlxalq Bankdan xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15:00-da Hərrac Mərkəzində “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, “Beynəlxalq Bankın qanunvericiliyin tələblərinə tam əməl edərək, hərrac təşkilatına müvafiq protokolun imzalanması ilə bağlı məktub ünvanlamasına baxmayaraq,“Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi öz üzərinə düşən öhdəliyi icra etməmiş, icra etməməsinin səbəbləri barədə hər hansı məlumat daxil olmadığından, Bank ipoteka predmeti olan əmlakı almaq imkanından məhrum olmuşdur.

128. İlkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin ic rasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Hazırkı işdən məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyultarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylıSərəncamının icrası ilə əlaqədar X4 Beynəlxalq Banka olan 291.205,0 manat və 201.437 ABŞ dollarıməbləğində borcu və buna dair sənədlər S-FK-1179 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslimaktına əsasən Beynəlxalq Bankdn Maraqlı şəxs1 QSC -yə təhvil verilmişdir. Təhvil-təslim sənədlərinə əsasən, ümumilkdə 632.000 manatdan artıq borc üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə güzəşt edilmişdir. Yuxarıda qeyd olunan Fərmanın və Nazirlər Kabinetinin Sərəncamının icrası ilə əlaqədar həmin borcların qaytarılması üçün müvafiq tədbirlərin görülməsi Maraqlı şəxs1 QSC qarşısında vəzifə olaraq qoyulmuşdur. borc üzrə tələb hüququ Maraqlı şəxs1 QSC-yə ötürüldüyü üçün ipoteka ilə bağlı tələb hüququ da Maraqlı şəxs1 QSC-yə keçmişdir.

129. Qeyd edilən maddəyə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığ ıilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəzedə bilər. Məhkəm ə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qeyd edilən normaya istinad edərək bildiririk ki, məhkəmə bu hissədə səhvə yol vermişdir. Hazırkı iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfə qarşı qətnamənin qəbul edilməsi mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Hesab edirik ki, iddiaçının tələbinin yönəldiyi Beynəlxalq Bank tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyindən iş üzrə cavabdeh məhz "xxxx" QSC BOKT-dur. Belə ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli 570 nömrəli Fərmanına uyğun olaraq, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar Beynəlxalq Bank ilə Maraqlı şəxs1 QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2017-ci iltarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin tələblərinə uyğun olaraq X4 (ipoteka predmeti qisminə İddiaçı mübahisələndirdiyi mənzil çıxış edir) problemli borcu - 291.205 manat və 201437 ABŞ dolları məbləğində pul vəsaiti X26 tərəfindən ödənilmişdir. İş materiallarından göründüyü kimi Beynəlxalq Bank tərəfin əvəz edilməsi ilə bağlı ərizə vermiş olsa da məhkəmə ərizəni nəzərə almamışdır. Bundan başqa, iş materiallarında olan Maraqlı şəxs1 QSC tərəfindən təqdim edilmiş RX ser iyalı,1486653 nömrəli Çıxarışdan göründüyü kimi, mübahisəli ipoteka predmeti Bakı şəhəri,Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində yerləşən 20 saylı fərdi yaşayış evi Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Halbuki, hər hansı iddia tələbi yalnız həmin iddiaya cavab verməli olan şəxsə qarşı irəli sürüldükdə təmin edilə bilər. Əgər iddia əsl olmayan cavabdehə qarşı verilmişdirsə, birinci instansiya məhkəməsi bu zaman həmin hüquqi məsələni tərəflərlə müzakirə edərək iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll edə bilər. İddiaçı buna razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır (MPM-in 54-cümaddəsi). Hazırkı işdə isə iddia əsl olmayan cavabdehə qarşı verilmiş, öz növbəsində də məhkəmə bu məsələni tərəflərlə müzakirə etmədən prosessual hüquq normalarını pozmaqla əsl olmayan cavabdehə qarşı verilmiş iddianı təmin etmişdir. Ona görə də, iddia buna cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün həmin hissədə rədd edilməlidir.

130. Qeyd edilən normaya əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi bank tərəfindən Hərrac Mərkəzinə ipoteka əmlakının əldə edilməsi üçün göndərilmiş məktubuna razılıq verilməsi və alğı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi barədə məktubunu mötəbər sübut saymamışdı r. Məhkəmə kollegiyası sözügedən məktubun "xxxx" MMC tətrəfindən 14 nömrəli kuryer vasitəsilə Hərrac Mərkəzinə çatdırılmasını və xx.xx.2016-cı il tarixdə saat 15.00-da Hərrac Mərkəzində “Quliyev”soyadlı şəxs tərəfindən qəbul edilməsinə dair sübutu şübhə altına alaraq, həmin məlumatların qeyri-dürüst olması qənaətinə gəlmişdir. Halbuki həmin sənədin (yəni məktubun çatdırılması barədə sübutun) saxta və qeyri-səhih olması iş üzrəcavabdeh Hərrac Mərkəzi tərəfindən təkzib edilməmiş və ya bu sübutun saxtalığı barədə məhkəməyə cavabdeh və digər şəxslər tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Hesab edirik ki, bununla bağlı apellyasiya instansiyasının gəldiyi qənaət tam əsassızdır. Bundan başqa, apellyasiya instansiyası bankın ipoteka əmlakını əldə etmək barədə xx.xx.2016-cı iltarixli, 13/2 573 nömrəli məktubuna şübhəsini əsaslandırmaq və həmin sübutu təkzib etmək məqsədilə İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir ki, bu da yolverilməzdir. Halbuki həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli və tərəflərin iştirakı ilə araşdırılmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi nədənsə buna göz yummuş və İddiaçı vəkili və nümayəndəsi tərəfindən apellyasiya məhkəməsində təqdim olunmuş sübutlara istinad etmişdir. İddiaçı nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiyasına təklif məktubunda göstərilmiş digər 3 əmlakla bağlı təqdimedilmiş sənədlərin heç birində bankla Hərrac Mərkəziarasında hərrac protokolunun imzalanmasını təsdiq edən sübutlar yoxdur. Belə ki, apellyasiya məh kəməsinin istinad etdiyi banka təklif olunan X10 adına olan “Jeep GrandCherokee” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracdan bank tərəfindən deyil, X27 tərəfindən alınmış və Y-292 nömrəli hərrac protokolu Hərrac Mərkəzi ilə həmin şəxs arasında imzalanmışdır. Bank hərrac protokolu imzalamış olsaydı bu halda avtomobilin bankın adına keçməsini təsdiq edən mülkiyyət sənədləri olmalı idi. Bu barədə sənədlər isə yoxdur. Buradan da göründüyü kimi, apellyasiyainstansiyasının banka təklif olunan digərəmlakların əldəetməsi barədə gəldiyi qənaət taməsassızdır.

131. Qətnamədən "xxxx" QSC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edilməsini, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçı Ma raqlı şəxs1 QSC BOKT-un iddia tələbinin təmin edilməsinə, İddiaçı isə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

132. Kassasiya şikayəti ”X22 Edilməsi Agentliyi” MMC-nin kassasiya şikayətinə uyğun əsaslandırılmaqla bərabər qeyd edilmişdir ki, İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin bu hallarını ümumiyyətlə araşdırmamış, buna qətnamədə heç bir münasibət bildirməmişdir.

133. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1348/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) birinci iş üzrə cavabdehlər Beynəlxalq Bank və Cavabdeh2 MMC, birinci iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 və birinci iş üzrə maraqlarına toxunan şəxs və ikinci iş üzrə iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

134. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi müvafiq tələb hüququnun Beynəlxalq Bank tərəfindən Maraqlı şəxs1 QSC BOKT-a 21 aprel 2017-ci il tarixli müqavilə ilə güzəşt edilməsi və Maraqlı şəxs1 QSC BOKT-un mübahisə predmeti olan daşınmaz əmlak üzərində ipoteka hüququnun 06 mart 2019-cu il tarixində qeydə alınması halına mülki prosessual hüquq norm alarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.

135. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı halda iddiaçının istinad etdiyi yeganə sübutun bankın qeyd edilən xx.xx.2016-cı il tarixli əmlakın əldə edilməsinə razılıq barədə cavab məktubu olması, iddiaçının qanunla nəzərdə tutulmuş 30 günlük müddətdə o vaxtkı ipoteka saxlayan bankın ipoteka predmetinin əldə edilməsi üçün bütün zəruri tədbirləri görməsi barədə başqa bir sübut təqdim etməməsi barədə əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla bank da xx.xx.2016-cı il tarixli cavab məktubu vermişdir ki, əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfində n ipoteka predmetlərini əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir. Hərrac Mərkəzi-nin həmin məktubu almasını təkzib etməsi iş materialları ilə təsdiq edilmir. Həmçinin apellyasiya instansiyası məhkəməsi müvafiq məktubun Hərrac Mərkəzi tərəfindən alınmadığını kifayət qədər əsaslandıra bilməmişdir. Digər tərəfdən bankın hansı tədbirlər görməli olması da əsaslandırılmamışdır.

136. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi X7 Bankra göndərdiyi xx.xx.2016-cı il tarixli, 2427 nömrəli məktubunda hazırda mübahisəsi gedən daşınmaz əmlakla bərabər təklif olunan digər əmlakların bank tərəfindən qəbul edildiyini və məhz mübahisəli ipoteka predmetinin əldə edilməməsi barədə hər ha nsı bir tutarlı əsas göstərilmədiyini qeyd etsə də məktubda göstərilən digər əmlakların hamısının bank tərəfindən əldə edilməsi iş materialları ilə təsdiqlənmir. Apellyasiya instansiyası məhkəməsi müvafiq məktubun məzmununda ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair yazılmış məlumata və ümumiyyətlə məktubun məzmununa Beynəlxalq Banknın məsuliyyət daşıyıb-daşımaması halına da hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən məsələ ilə əlaqədar sübutları nəyə görə apellyasiya baxışında qəbul etdiyini də əsaslandırmamışdır.

137. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Hərrac Mərkəzinın müvafiq protokolu imzalamaqdan yayınıb-yayınmamsı halını ətraflı araşdırıb hüquqi qiymət verməmişdir. Göründüyü kimi, apellyasiya inst ansiyası məhkəməsinin sübutlara qiymət verməsi MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Bu isə apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə qanuni və əsaslı nəticəyə gəldiyi qənaətinə gəlməyə imkan vermir.

138. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ikinci iş üzrə yuxarıda göstərilən hallar araşdırılıb hüquqi qiymət verildikdən sonra həmin iş üzrə iddianın əsaslı olması qənaətinə gəlinərsə, bundan sonra birinci iş üzrə iddiaçının müvafiq iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığına hüquqi qiymət verməklə yekun məhkəmə aktı qəbul edilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsinin araşdırması və hüquqi qiymətləndirməsi göstərilənlərə və prosessual hüquq normalarının tələbinə cavab vermədiyi üçün madd i hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə də gəlinməsi mümkün deyil. Apellyasiya instansiyası məhkəməsindəki birləşdirilmiş iş üzrə ikinci icraat:

139. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4807/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) birinci iş üzrə cavabdehlər Cavabdeh2 MMC, Beynəlxalq Bank və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 QSC BOKT ilə Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehl ər Beynəlxalqı Bank, Cavabdeh2 MMC, Reyestr Xidməti və Hərrac Mərkəzinə qarşı “ipotekaya xitam verilməsi və s.” tələblərinə dair iddiasının təmin edilməməsi, ikinci iş üzrə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

140. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Hərrac Mərkəzinin xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildirişi ilə Beynəlxalq Banka ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək, xx.xx.2016-cı il tarixədək əmlakın alınmadığı halda işin sifarişçi İcra şöbəsinə qaytarılacağı bildirilmiş, Beynəlxalq Bank tərəfindən isə x x.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, bildirişdə göstərilən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı qiymətlərlə alınmasına heç bir etiraz yoxdur, alğı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilir. "xxxx" MMC tərəfindən Beynəlxalq Banka verilən məlumata əsasən, bankın xx.xx.2021-ci il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, daxili arxiv qaydalarına uyğun olaraq 2016-cı ilin qəbzləri (həmçinin 836690 kodlu qəbz) məhv edilmişdir, lakin şirkətin informasiya sistemindən əldə olunan məlumata əsasən, 836690 nömrəli qəbz Beynəlxalq Bankdan xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da Hə rrac Mərkəzində “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, Beynəlxalq Bank “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə müvafiq olaraq ipoteka predmetinin əldə olunması ilə əlaqadər öz iradə ifadəsini aydın şəkildə ifadə etmiş, alğı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsini Hərrac Mərkəzindən xahiş etmişdir.

141. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli, icra sənədi üzrə borclu X3 tələbkar Beynəlxalq Bankın xeyrinə tutulmalı olan borcun məbləği 291.205 manat və 201.467 ABŞ dolları təşkil etdiyi halda, tələbkarın ilkin satış qiyməti 250.000 manat müəyyən edilmiş ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə əldə edilməməsi üçün marağının olmaması, bununla bağlı Hərrac Mərkəzinə müraciət etməməsi ağlabatan deyil. Çünki əldə olunması üçün tələbkar tərəfindən Hərrac Mərkəzinə müraciət olunan ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymət icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin yarısından az təşkil edir.

142. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı Maraqlı şəxs1 QSC BOKT-un birləşdirilmiş iş üzrə iddia tələbini qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, ipoteka müqaviləsi üzrə Beynəlxalq Bank tələb hüququnu xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs1 QSC-yə güzəşt etmiş, sonuncunun isə mübahisə predmeti olan daşınmaz əmlak üzərində ipoteka hüququ xx.xx.2019-cu il tarixində qeydə alınmışdır.

143. Məhkəmə kollegiyası birləşdirilmiş iş üzrə apellyasiya şikayətinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin tətbiqi barədə ərizəni mübahisənin tərəfi verə bilər. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin iş üzrə apellyator cavabdeh olmamışdır.

144. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ikinci iş üzrə iddia təmin olunduğu təqdirdə cavabdeh Hərrac Mərkəzi-nin üçüncü şəxsə qarşı reqress qaydada hər hansı tələbinin olacağı da ehtimal edilmir. Bu əsasla da, iş üzrə üçüncü şəxs tərəfindən iddia müddətinin tədbiqinə dair ərizənin verilməsi istisna edilir.

145. Məhkəmə kollegiyası eynzi zamanda qeyd etmiş dir ki, bundan əvvəlki apellyasiya araşdırılması zamanı aparılmış müzakirələr zamanı ikinci iş üzrə apellyator İddiaçı nümayəndəsi və vəkilindən başqa məhkəmə prosesinin bütün iştirakçıları ikinci işin də birinci işlə birlikdə baxılmalı olduğunu bildirmiş və bu mövqelərini izahatlarında müvafiq qaydada əsaslandırmışlar. Sonuncu məhkəmə iclasında isə ikinci işin kommersiya məhkəməsinə aid olmasına dair şikayətinin dəlilinə münasibətdə İddiaçı vəkili aparılmış müzakirələrin nəticəsi olaraq mahiyyət etibarı ilə digər proses iştirakçılarının mövqelərini qəbul etdiyini və ikinci işə də birləşmiş ilkin işlə bir icraatda baxılmasının daha düzgün və prosessual qənaət, eləcə də işlərə ağlabatan müddətlərdə baxılması kimi vacib prinsiplər kontekstindən daha səmərəli olduğunu bildirmişdir.

146. Məhkə mə kollegiyası hesab etmişdir ki, ikinci iş üzrə iddia tələbi təmin olunduğundan, birinci iş üzrə iddiaçının “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin ipotekasına xitam verilməsi” tələbinə dair iddianın təmin edilməsi istisna edilir.

147. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ikinci iş üzrə iddia tələbi təmin olunduğundan birinci iş üzrə iddiaçının Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 arasında tərtib olunmuş Y-187 saylı ptokolun etibarsız hesab edilməsi” tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmur və bu hüquq ikinci iş üzrə iddia tələbi təmin edilmiş Maraqlı şəxs1 QSC Bank Olmayan Kredit Təşkilatına məxsusdur.

148. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, birinci iş üzrə birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən işdə iştirak etməyə cəlb olunmamış Maraqlı şəxs2 hüququna dair məsələni onun hüququnun pozulması ilə nəticələnməklə həll etmişdir. Bu isə mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən kobud prosessual pozuntu hesab edilməklə qətnamənin ləğv edilməsi üçün prosessual əsaslardan biridir.

149. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Mülki Məcəllənin 193.1, 193.3, 194.1, 372.1, 375.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.3, 42.1, 43-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli Qərardadındak ı hüquqi mövqelərə və Mülki Prosessual Məcəllənin 14.2, 50.1, 57.1, 77.1, 88, 217.4, 384.0.2, 385.1, 385.2, 387.2, 387.3, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

150. Qətnamədən birinci iş üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci iş üzrə iddianın təmin, ikinci iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

151. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kuryer şirkətinin kompyuterdə tərtib olunmuş məlumatlara əsasən verdiyi məktub “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na əsasən əsla sənədin rəsmi qaydada çatdırılması hesab edilə bilməz. Məhz bu ziddiyyətin aradan qaldırılması ü çün kassasiya instansiyası məhkəməsi işə yenidən baxmalı olan apellyasiya məhkəməsinə müvafiq məktubun Hərrac Mərkəzi tərəfindən alınıb-alınmadığını kifayət qədər əsaslandırmaqla bağlı göstəriş vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində həmin hissədə heç bir əsaslandırma aparmamış, işin hamıya məlum olan hallarını sadalamaqla kifayətlənmiş, sonda isə sadəcə olaraq əsassız nəticəyə gəlmişdir.

152. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hərrac təşkilatının təklifinə məktubla cavab verməkdən başqa bankın hansı tədbirlər görməli olmasının da apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmaması barədə göstərişi üzrə də heç bir araşdırma aparmamış, sadəcə olaraq, ehtimallara əsaslanaraq mübahisəli ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qi ymətə, yəni icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin yarısından az olan bir qiymətə əldə edilməməsi üçün bankın marağının olmamasının, bununla bağlı Hərrac Mərkəzinə müraciət etməməsinin ağlabatan olmadığını vurğulamışdır. Bu cür ehtimallara əsaslanaraq çıxarılmış məhkəmə qətnaməsi isə ədalətli və qanuni hesab oluna bilməz.

153. Hərrac Mərkəzinin müvafiq protokolu imzalamaqdan yayınıb-yayınmaması halının ətraflı araşdırılıb hüquqi qiymət verilməsi ilə bağlı kassasiya instansiyası məhkəməsinin göstərişinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl edilməmiş, həmin halın araşdırılması üçün məhkəmə tərəfindən heç bir cəhd göstərilməmiş və bununla bağlı qətnamədə bir cümlə də qeyd edilməmişdir. Halbuki, məhkəmə tərkibinin diqqətinə işin bu halı dəfələrlə çatdırılmışdır. Mə hkəmə kollegiyası Beynəlxalq bankın ipoteka yüklülüyündə olan və həmin ərəfədə açıq hərraca çıxarılan əmlakların bir neçəsinin hərrac işi ilə bağlı sorğu verə bilərdi. Belə ki, Beynəlxalq bank tərəfindən əldə olunmuş ipoteka predmetlərinin hamısında hərrac təşkilatının xidmət haqları əvvəlcədən ödənilmiş, bank tərəfindən əldə edilməyən ipoteka predmetləri üzrə isə ödəniş həyata keçirilməmişdir. Bu da onu deməyə əsas verir ki, hazırkı iş üzrə mübahisəli hərrac protokolunun imzalanmaması hərrac təşkilatının səhlənkarlığının deyil, ipoteka qoyan Beynəlxalq bankın buna qəsdən razılıq verməməsinin nəticəsidir.

154. Qeyd edilmiş məsələlər ikinci iddia üzrə əhəmiyyət kəsb edən məqamlar olduğundan həmin halların sübuta yetirilməsi də iddiaçı Maraqlı şəxs1 QSC-nin üzərinə düşür. Beləliklə, Bakı Ape llyasiya Məhkəməsi Ali Məhkəmənin qanuni göstərişlərinə əməl etməmiş və araşdırılması olduqca zəruri olan məsələlərin araşdırılması üçün heç bir təşəbbüs göstərməyərək, tərəflərin formal olaraq çıxışına qulaq asmaqla, sadəcə bir məhkəmə iclasına bütün məhkəmə araşdırmasını yekunlaşdırmışdır.

155. Məhkəmənin ikinci iş üzrə iddia təmin olunduğundan birinci iş üzrə iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə olduqca ziddiyyətli və məhkəmə təcrübəsinin vahidliyinə təhlükədir. İddiaçı apellyasiya şikayətində də qeyd etmişdir ki, hazırda tərəflər arasında olan mübahisəyə bu cür yanaşma hüquqi müəyyənliyə ziddir. Maraqlı şəxs1 QSC-nin iddiasının təmin olunacağı təqdirdə İddiaçı Hərrac Mərkəzinə, Beynəlxalq Banka və Cavabdeh2 MMC-yə qarşı qaldırdığı iddia rədd olunacaqdır. Həm in iddia ərizəsində tələblərdən biri də 2019-cu ildə hərrac təşkilatı ilə Maraqlı şəxs2 arasında bağlanılmış Y-187 saylı hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi və onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsidir. Nəticədə hər iki hərracın nəticələri qanuni sayılacaq və ipoteka predmetinin hüquqi taleyi həll olunmaz qalacaqdır. Hazırda Bakı Apellyasiya Məhkəməsi vəziyyətdən çıxış yolunu İddiaçı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmaq üçün subyektiv hüququnu itirilmiş hesab etməkdə tapmışdır ki, bu da əsassızdır. Belə ki İddiaçı hazırkı iş üzrə ipoteka qoyandır. Apellyasiya məhkəməsi iddianın “hərracın nəticələrinin ləğv edilməsi” hissəsində rədd etməklə bir tərəfdən 2019cu ildə e yni ipoteka predmeti ilə bağlı 3-cü və 4-cü hərracların keçirilməsini qanuni hesab edir, digər tərəfdən qeyd etmişdir ki, 2019-cu ildə keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququ Maraqlı şəxs1 QSC-yə keçir. Əgər 2019-cu ildəki hərrac qanunsuz keçirilmişdirsə və bununla bağlı maraqlı şəxsin (İddiaçı) iddia tələbi varsa, eləcə də məhkəmə həmin tələbini əsassız hesab edirsə, onda Maraqlı şəxs1 QSCnin hərracın nəticələrinin ləğvi barədə iddianı hansı əsasla qaldıracağı sual doğurur. Axı ipoteka predmetinin qanunsuz olaraq 3-cü və 4-cü dəfə hərraca çıxarılmasını Maraqlı şəxs1 QSC özü Xəzər Rayon Məhkəməsindən xahiş etmişdir və bu səbəbdən də həmin hərracın nəticələri ilə razılaşır və bunu qanuni hesab edir. Məhkəmənin bu cür qeyrimüəyyən nəticəyə gəlməsi möv cud mübahisənin nəinki həllinə, əksinə sonrakı hüquqi mübahisələrin yaranmasına yönəlmişdir.

156. Hazırkı iş üzrə 2016-cı ildə X21 Təşkilatı arasında hərracın nəticələrinə dair yekun protokolun imzalanmamasının hərrac təşkilatının səhlənkarlığı üzündən baş verməsi sübut edilmir. İddiaçının əsaslandığı yeganə hal hərrac təşkilatının ipoteka predmetinin əldə olunması ilə bağlı xx.xx.2016-cı il tarixli təklifinə bankın xx.xx.2016-cı il tarixli məktubla müsbət cavab verməsidir. Səbail Rayon Məhkəməsi məhz bu halı əsas götürərək hesab etmişdir ki, protokolun imzalanmaması hərrac təşkilatının səhlankarlığı nəticəsində baş vermişdir. Halbuki, Ali Məhkəmənin xx.xx.2022-ciil tarixli qərardadında bu tip iddia qaldırılarkən ipoteka saxlayanın formal əsaslarla deyil, məhz qanunla nəzərdə tutulmuş mü ddət ərzində bütün zəruri tədbirləri gördüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməsi halında iddianın təmin olunmasını mümkün hesab edilmişdir. Hərracın təklifi banka 2016-cı ilin iyun ayında daxil olmuş, X5 aid kredit portfeli isə xx.xx.2018-ci ildə Maraqlı şəxs1 QSC-yə təhvil verilmişdir. Göründüyü kimi arada 1 il 8 aylıq uzun bir müddət olmuş bu müddət ərzində bankın hər hansı nümayəndəsi hərrac təşkilatına yaxınlaşıb protokolun imzalanması ilə bağlı hər hansı təşəbbüs göstərməmiş, əgər doğurdan da hərrac təşkilatının protokolu imzalamaqdan imtina etmək kimi bir niyyəti olmuşsa və bu “imtina” banka məlum olmuşsa, bank qeyd olunan müddət ərzində bununla bağlı nə məhkəmədə iddia qaldırmamış, nə də ki, hərracın sifarişçisi olan icra qurumuna, yaxud icra vərəqəsinin icrasına nəzarət i həyata keçirən Xəzər Rayon Məhkəməsinə, yaxud ən azından hərrac təşkilatının özünə bir xəbərdarlıq, yaxud məlumat xarakterli məktub göndərməmişdir. Digər tərəfdən əgər hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi kimi bir marağı olsa idi onda Maraqlı şəxs1 QSC-nin adından çıxış edən Cavabdeh2 MMC-nin 2019-cu il tarixli müraciəti əsasında həmin ipoteka predmeti yenidən hərraca çıxarılmazdı. Təbii ki, hazırkı iddianın mahiyyətini aşkara çıxaran bütün bu halları Aqrarkredit” QSC-nin nümayəndəsi sübut etməli olsa da, sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, Aqrarkredit” QSC 2019-cu ildə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmetinin məhz yenidən hərraca çıxarılmasını xahiş etmişdir. Başqa sözlə, Aqrarkredit” QSC-nin nü mayəndəsi məhkəməyə düzgün ifadə verməmiş və bildirmişdir ki, guya ki, Maraqlı şəxs1 QSC-nin 2016-cı ildə keçirilmiş hərracdan məlumatları olmamışdır. Bu həm də onu sübut edir ki, Aqrarkredit” QSC 2016-cı ildə təşkil olunmuş hərracın bu formada yekunlaşması ilə razı olmuş və ipoteka predmetinin Beynəlxalq Bank tərəfindən əldə olunmasında maraqlı olmamışdır. Əks təqdirdə həmin hərracın nəticələrinin etibarsız sayılması barədə məhkəmədə iddia qaldırardı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

157. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

158. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zərurid ir.

159. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

160. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

161. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

162. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

163. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qap alı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

164. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

165. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etib arsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

166. Maddə 41.2 (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.

167. Maddə 41.2. (2019-cu ildə qüvvədə olan redaksiyada) Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına ə sasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

168. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

169. Maddə 42.1. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

170. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

171. Maddə 43.1. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın ve rildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

172. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

173. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

174. Maddə 43.4. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

175. Maddə 43.5. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

176. Maddə 43.

6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

177. Maddə 43.7. (iş üzrə 2016-cı ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada) Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakıilkinsatış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

178. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

179. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim g ünü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli Qərardadı.

180. Bənd

59. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hə rəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

181. Bənd

61. Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir.

182. Nəticə hissəsi:

1. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütl əvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.

2. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. 3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutu lmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

4. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

183. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

184. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

185. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

186. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

187. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.

188. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

189. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

190. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

191. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

192. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

193. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəti cələnə bilsin.

194. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

195. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

196. Hazırkı kassasiya şikayətində qətnamə birləşdirilmiş birinci iş üzrə iddiaçı tərəfindən bir inci tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

197. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

198. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə bax an apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

199. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

200. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 201. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəm ə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

202. Məhkəmə kollegiyası birinci iş üzrə iddiaçının kassasiya şikayətində əsas etibarilə qeyd edilən, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

203. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri ə sassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

204. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

205. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

206. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı müb ahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

207. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

208. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4807/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar