Məhkəmə qərarları › İş №2(102)-5251/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5251/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5251/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5251/21 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2411/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsə alınmasına görə dəymiş 90.000 manat məbləğində maddi ziyanın və 25.000 manat məbləğində mənəvi ziyanın kompensa siya olaraq cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğundan və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edərək, onun sonuncuya qarşı külli miqdarda dələduzluq etdiyini bildirmiş və Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə barəsində ********* saylı cinayət işi başlanmışdır. Cinayət işi başlanan zaman o, ölkə hüdudlarından kənarda olduğundan 19 iyul 2017-ci il tarixdə barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. O, 11.10.2017ci il tarixdə RF Stavropol diyarı, Nevinnomısk şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 11 oktyabr 2017-ci il tarixdə Xətai rayon İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul etmiş, barəsində rayon prokurorluğu tərəfindən təqdimat verilərək Xətai rayon Məhkəməsinin 12.10.2017-ci il tarixli qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. RF Stavropol diyarı Nevinnomısk şəhər məhkəməsinin 06.04.2018-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 6 ay müddətinə, yəni 11.10.2018-ci il tarixədək uzadılmış və o, 10.08.2018-ci il tarixdə RF-dən ekstradisiya olunaraq Azərbaycan Respublikasına gətirilərək 3 saylı İstintaq Təcridxanasında yerləşdirilmişdir. 21.08.2018-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 3 ay 15 gün müddətinə, yəni 11.01.2019-cu il tarixədək uzadılmışdır. Bundan sonra həbsdə saxlama müddətinin uzadılması barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayon Prokurorluğu vasitəsi ilə Bakı şəhər Prokurorluğuna vəsatət verilsə də, 08.01.2019-cu il tarixdə Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən vəsatət təmin edilməmiş və bu səbəbdən təqdimatla məhkəməyə müraciət edilməmiş və o, 11.01.2019-cu il tarixdə həbsdə saxlandığı Azərbaycan Respublik ası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. Lakin cinayət işi üzrə ibtidai istintaq davam etdirilmiş, barəsində 11.01.2019-cu il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və yekun olaraq onun əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin maddənin 178.2.2, 178.2.4-cü maddəsinə tövsif edilərək, 22.05.2019-cu il tarixdə o, yenidən ittiham edilərək cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 24.06.2019-cu il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş, cinayət işi əlavə istintaq edilməsi üçün Xətai rayon Prokurorluğununa qaytarılmış və 04.07.2019-cu il tarixdə cinayət işi istintaq edilməsi üçün Xətai RPİ İstintaq Şöbəsinə göndərilmişdir. So nda 01.12.2019-cu il tarixdə Xətai RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.8-ci maddələrinə əsasən xitam verilmişdir. Göründüyü kimi, 2 il 7 ay 27 gün kobud qanun pozuntuları ilə davam edən ibtidai istintaq yekunda icraata xitam verilməsi ilə nəticələnmiş və o, həmin ibtidai istintaq dövründə qanunsuz olaraq 1 il 3 ay (457 gün) həbsdə saxlanılmışdır. Həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. O, RF-də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və aylıq qazancı 2.000 manatdan çox olmuşdur. İddia ərizəsinə əlavə edilən cinayət işi üzrə icraata xitam verilməsi barədə 01.12.2019-cu il tarixli qərardan da görünür ki, o, 11.10.2017-ci il tarixdə RF Stavropol diyarı, N evinnomısk şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, 10.08.2018-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunaraq 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmiş və cavabdehlərin səhvi nəticəsində 11.01.2019-cu il tarixədək 457 gün azadlıqdan məhrum edilmişdir. Qeyd etdiyi kimi, həbs olunduğu günə qədər onun aylıq gəliri 2.000 manat təşkil edirdi. Nəticədə o, cavabdehlərin səhvi nəticəsində ümumilikdə 15 ay x 2.000 manat = 30.000 manat məbləğində qazancından məhrum olmuşdur. Əlavə olaraq, həmin dövrdə sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyi üçün bütün biznesi çökmüş, gəlirindən məhrum olmaqla yanaşı, həmin sahibkarlıq fəaliyyətinin yaradılmasına xərclədiyi 50.000 manat da hədər olmuşdur. Bütün bunların səbəbkarı isə bilavasitə cavabdehlər olmuşlar. Bel ə ki, yuxarıda qeyd olunan bütün zərərlər məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan əlavə, 10.08.2018-ci il tarixdən 11.01.2019-cu il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla, azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 10.000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə o, günahsız olaraq 1 il 3 ay müdd ətə haqsız yerə azadlığından məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və bir ildən çox həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Bu səbəbdən, hesab edir ki, cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin 25.000 manat məbləğində mənəvi ziyanı da ona ödəməyə borcludurlar. Bu səbəbdən də, iddia tələbi məhkəmə tərəfindən təmin edildiyi təqdirdə qətnamənin icrası dövlət büdcəsi h esabına olacağı üçün hesab edir ki, hazırkı iddia tələbinin yönələcəyi cavabdehlərdən biri də məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 oktyabr 2020-ci il tarixli, 2(006)-2674/2020 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbinni maddi zərərin ödənilməsi barədə hissəsi iddiaçı tərəfindən maddi zərərə məruz qalması barədə hər hansı sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 3.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X4 01 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı 1 il 3 ay (457 gün) ərzində həbsdə saxlanılması işin mübahisəsiz faktiki halıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci maddələri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6.1, 7-ci, Azərbnaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. İddiaçı qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsindələğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsininin qətnaməsinin ləğv edilməsi və iddia tələbinni rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Aida Hüseyn, Elşən Kazımov) 16 mart 2021-ci il tarixli, 2(103)-2411/2021 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)-2674/2020 saylı qətnaməsinin dəyişdirilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pulun cavabdeh Azərbaycan R espublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı 1 il 3 ay (457 gün) ərzində həbsdə saxlanılmış, yekun nəticədə tərəflər arasında olan münasibətlərin mülki xarakterli olması nəzərə alınaraq cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilmişdir. İddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi z ərərin əvəzi ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı qanunsuz həbsdə saxlanılmaqla onun mənəvi zərərə məruz qalması barədə düzgün nəticəyə gəlsə də, təyin edilən mənəvi zərərin məbləği iddiaçıya vurulan mənəvi zərərin həcminə adekvat olmamışdır. Belə ki, iddiaçının xarici ölkə ərazisində yaxalanaraq 10 ay həbsdə saxlanılması, Azərbaycan Respublikasına ekstradisiya olunacağı günü gözləməsi, nəhayət Azərbaycan Respublikasına ekstradisiya olunduqdan sonra da 5 ay həbsdə saxlanılması normal təfəkkür baxımından onun mənəvi zərərə məruz qalmasını sübut edir. Kollegiya hesab edir ki, 15 ay ərzində qanunsuz həbsdə saxlanılmış şəxsə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində kompensasiya ödənilməsi adekvat və ədalətli deyildir. Buna görə də kolleg iya hesab edir ki, mənəvi zərərin miqdarı 5000 manat məbləğində müəyyən edilməlidir. İddiaçının qanunsuz həbsdə saxlanılması nəticəsində maddi zərərə məruz qalması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu barədə iddiaçı məhkəməyə heç bir tutarlı sübut təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir ki, Maliyyə Nazirliyinin apellyasiya şikayətində iddiaçının mənəvi zərərə məruz qalması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyi halda, məhkəmənin iddia tələbini həmin hissədə əsassız olaraq təmin etməsi qeyd olunmuşdur. 457 gün ərzində qanunsuz ola raq həbsdə saxlanılmış və son nəticədə bəraət almış şəxsin mənəvi zərərə məruz qalması barədə məhkəməyə hansı sübutu təqdim etməli olması ümumiyyətlə anlaşılan deyil. Maliyyə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini nəzərə almamasını göstərmişdir. Həmin maddənin hazırkı işə heç bir aidiyyəti yoxdur. Apelyasiya şikayətində qeyd olunan məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir. Maliyyə Nazirliyi apelyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin hazırkı işə heç bir bağlılığı yoxdur. Belə ki, həmin maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnu və kompensasiyanın miqdarını müəyyən edir. Hazırkı işdə isə İddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə yox, qanunsuz olaraq həbsdə saxlanılma nəticəsində ziyan çəkmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, Maliyyə Nazirliyinin apelyasiya şikayəti əsassız, İddiaçı apellyasiya şikayəti isə qismən əsaslıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, həbs olunduğu günə qədər onun aylıq gəliri 2.000 manat təşkil edirdi. Nəticədə o, cavabdehlərin səhvi nəticəsində ümumilikdə 15 ay x 2.000 manat = 30.000 manat məbləğində qazancından məhrum olmuşdur. Əlavə olaraq, həmin dövrdə sahibkarlıq fəaliyyətini davam etdirə bilmə diyi üçün bütün biznesi çökmüş, gəlirindən məhrum olmaqla yanaşı, həmin sahibkarlıq fəaliyyətinin yaradılmasına xərclədiyi 50.000 manat da hədər olmuşdur. Bütün bunların səbəbkarı isə bilavasitə cavabdehlər olmuşlar. Belə ki, yuxarıda qeyd olunan bütün zərərlər məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan əlavə, 10.08.2018-ci il tarixdən 11.01.2019-cu il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla, azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 10.000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə o, günahsız olaraq 1 il 3 ay müddətə haqsız yerə azadlığından məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və bir ildən çox həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun formalaşdırdığı mövqeyə görə qanunsuz həbsdə saxlanılma və azadlıqdan məhrum etmə ilə bağlı kifayət qədər yksək məbləğdə mənəvi zərər ödənilir. Apelyasiya instansiyası məhkəməsi isə 5000 manat məbləğində cüzi bir kompensasiya məbləği müəyyən edərək onun hüquqlarını pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, cavabdehlər Azərbaycan respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlə r. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiy a instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 15000 (on beş min) ma nat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X5 ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edərək, İddiaçı sonuncuya qarşı külli miqdarda dələduzluq etdiyini bildirmiş və Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə barəsində ********* saylı cinayət işi başlanmışdır. Cinayət işi başlanan zaman o, ölkə hüdudlarından kənarda olduğundan 19 iyul 2017-ci il tarixdə barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. O, 11.10.2017-ci il tarixdə RF Stavropol diyarı, Nevinnomısk şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 11 oktyabr 2017-ci il tarixdə Xətai rayon İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul etmiş, barəsində rayon prokurorluğu tərəfindən təqdimat verilərək Xətai rayon Məhkəməsinin 12.10.2017ci il tarixli qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. RF Stavropol diyarı Nevinnomısk şəhər məhkəməsinin 06.04.2018-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 6 ay müddətinə, yəni 11.10.2018-ci il tarixədək uzadılmış və o, 10.08.2018-ci il tarixdə RF-dən ekstradisiya olunaraq Azərbaycan Respublikasına gətirilərək 3 saylı İstintaq Təcridxanasında yerləşdirilmişdir. 21.08.2018-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02.10.20 18-ci il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 3 ay 15 gün müddətinə, yəni 11.01.2019-cu il tarixədək uzadılmışdır. Bundan sonra həbsdə saxlama müddətinin uzadılması barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayon Prokurorluğu vasitəsi ilə Bakı şəhər Prokurorluğuna vəsatət verilsə də, 08.01.2019-cu il tarixdə Bakı şəhər prokurorunun müavini Mehman Qocayev tərəfindən vəsatət təmin edilməmiş və bu səbəbdən təqdimatla məhkəməyə müraciət edilməmiş və o, 11.01.2019-cu il tarixdə həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından azadlığa buraxılmışdır. Lakin cinayət işi üzrə ibtidai istintaq davam etdirilmiş, barəsində 11.01.2019-cu il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbi ri seçilmiş və yekun olaraq onun əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin maddənin 178.2.2, 178.2.4-cü maddəsinə tövsif edilərək, 22.05.2019-cu il tarixdə o, yenidən ittiham edilərək cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 24.06.2019-cu il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş, cinayət işi əlavə istintaq edilməsi üçün Xətai rayon Prokurorluğununa qaytarılmış və 04.07.2019-cu il tarixdə cinayət işi istintaq edilməsi üçün Xətai RPİ İstintaq Şöbəsinə göndərilmişdir. Sonda 01.12.2019-cu il tarixdə Xətai RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.8-ci maddələrinə əsasən xitam verilmişdir. Göründüyü kimi, İddia çı həmin ibtidai istintaq dövründə qanunsuz olaraq 1 il 3 ay (457 gün) həbsdə saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qəd ər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilmə si məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasla, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9- cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normala rı ilə aşağıdakı qaydada tənzimlənir. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vax tında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Qeyd edilən Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsin də vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb e dilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqan ları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7 -ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyi r. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə kollegiyası belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyas ının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birlə şmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayə t və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 90.000 manat ziyan vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzr ə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçıya vurulmuş mənəvi ziyanla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin k eçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bi r konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların uzun bir müddət ərzində, yəni 1 il 3 ay ərzində davam edəcəyini kifayət qədər nəzərə almayaraq mənəvi zərərin miqdarını nisbətən az müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş 5000 manat pulun məbləği dəyişdirilərək 15000 manat müəyyən edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kol legiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2411/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilərək dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 15000 (on beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar