Məhkəmə qərarları › İş №2(102)-5252/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5252/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5252/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) 04.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4190/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş üzrə “Xəstəxana” qismində Cavabdeh MMC ilə digər tərəfdən “Xəstə yaxını” qismində xəstə X5 qardaşı İddiaçı arasında bağlanmış 11.03.2020-ci il tarixli “X15 xidmət müqaviləsi”nin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən Cavabdeh MMC peşəkar həkim və tibbi heyəti vasitəsilə nəzərdə tutulan tibbi xidmətləri həyata keçirir. “Xəstəxana” tibbi xidmətləri “Xəstə” və ya “Xəstə yaxını”nın imzalanmış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə-1-də təqdim olunan “Xəstə razılığı” və ya “Xəstə yaxını razılığı” bildirişlərinə əsasən göstərir. Müqavilənin 2.2.5 və 2.2.6-cı bəndinə əsasən “Xəstə”nin “Xəstəxana” tərəfindən göstərilən tibbi xidmətə qarşılığı olaraq ödədiyi məbləğin fakturasını istəmək və almaq hüququ vardır. “Xəstə razılığı” və/və ya “Xəstə yaxını razılığı” bildirişinə əsasən həyata keçiriləcək nadir (xüsusi) əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, əməliyyatdan sonra ciddi ağırlaşmaların (ağciyər yetməzliyi, attelektaz, pnevmoniya, ölüm və s.) ola biləcəyi MK və MMC həkimləri tərəfindən izah edilir. İzah olunanlara əsasən “Xəstə” və/və ya “Xəstə yaxını” əməliyyatın dr. Kamran Musayev tərəfindən həyata keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyinin maddi və mənəvi məsuliyyətini öz üzərlərinə götürür. “Xəstə” və/və ya “Xəstə yaxını” əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödənilən 17004 manat məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqa vilənin 2.2.7-ci bəndinə əsasən göstəriləcək tibbi xidmətin “Qiymət Cədvəli”nə əsasən fakturada əks etdirilən məbləğini “Xəstəxana”ya vaxtında və əksiksiz olaraq ödəyir və ödəmiş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. Müqavilənin 2.2.8ci bəndinə əsasən “Xəstə” və ya “Xəstə yaxını” hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlər göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstərilən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən “Xəstə” və ya “Xəstə yaxını” göstərilən tibbi xidmətin, qarşılığı ol an 17004 manat məbləği xidmətin nəticəsindən asılı olmayaraq ödəyir. İş üzrə 11.03.2020-ci il tarixli “X15 xidmətə xəstə yaxını razılıq” bildirişinin kserosurətindən görünür ki, xəstə X5 qardaşı İddiaçı bəyan edir ki, tələbinə əsasən xəstəyə həyata keçiriləcək tibbi xidmətlərin və əməliyyatın yüksək dərəcəli riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, əməliyyat zamanı və əməliyyatdan sonra ciddi ağırlaşmaların, o cümlədən ölüm halının baş verə biləcəyi Cavabdeh MMC həkimləri tərəfindən ona izah edilmişdir. İzah olunanlara əsasən o, azad iradəsi ilə tibbi xidmətlərin və əməliyyatın Cavabdeh MMC həkimləri tərəfindən həyata keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzəri nə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq göstərilən tibbi xidmətlərə görə xəstəxanaya ödədiyi 17004 manat məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş 13.03.2020-ci il tarixli ölüm haqqında tibbi arayışının kserosurətindən görünür ki, xəstə X8 “Kəskin aorta disseksiyası (Tip A), arterial hipertoniya İİİ mər.” diaqnoz ilə 11.03.2020-ci il tarixdə klinikaya daxil olmuşdur. 13.03.2020-ci il tarixdə xəstəyə aorta d isseksiyasının ləğvi, qalxan aorta protezləşdirilməsi əməliyyatı icra olunmuşdur. 13.03.2020-ci il tarixdə saat 15.50 radələrində aparılan reanimasion tədbirlərə baxmayaraq bioloji ölüm qeyd alınmışdır. İş üzrə Cavabdeh MMC tərəfindən təqdim edilmiş xəstə X5 tibbi sənədlərdən görünür ki, Müzəffər Zeynalov sinədə ağrı, təngnəfəslik şikayətlərlə 11.03.2020-ci il tarixdə klinikaya cərrahi müalicə üçün daxil olmuş, xəstəyə aortanın kəskin disseksiyası (Tip A), arterial hipertoniya İİİ mər.diaqnozu təyin olunmuş, xəstənin ümumi vəziyyəti ağır olmuşdur, xəstəyə təxirəsalınmaz cərrahi müalicə məsləhət götülmüş və ÜDC reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəyə 12.03.2020-ci il tarixdə ümumi anesteziya altında SQDnin tətbiqi ilə “Aortanın kəskin Tip A disseksiyasının ləğvi + Hemiarcus protezlə şdirilməsi (28 mm Dakron qreft”) cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra onu 12.03.2020-ci il tarixdə 19.40-da anestezioloq nəzarətində nisbi stabil vəziyyətdə ÜDC reanimasiya şöbəsinə gətirilmişdir. Ümumi vəziyyəti ağırdır, huşu medikametoz yuxudadır. 13.03.2020-ci il tarixdə saat 10.00 xəstənin ümumi vəziyyəti ağırdır, huşu medikamentoz yuxudadır. Xəstəyə yüksək doz üçlü inotrop (adrenalin, noradrenalin, dopamin), İABP (1:1) və ECMO dəstəyinə baxmayaraq dərinləşən hipotenziya fondunda saat 15.00-da xəstənin monitorunda bradikardiya ardından asistoliya görülmüşdür. Dərhal genişləndirilmiş reanimasion tədbirlərə başlanılmış, göstərilən yardım fonundan xəstənin ritmini bərpa etmək mümkün olmadı və saat 15.50-də bioloji ölüm təsdiqlənmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş 11.03.2020-ci il tarixli ƏFB seriyalı 473888 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, Müzəffər Zeynalovun müalicəsi üçün 5332 manat məbləğində pul ödənilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş 12.03.2020-ci il tarixli ƏFB seriyalı 441763 mədaxil qəbzinin kötüyündən görünür ki, Müzəffər Zeynalovun müalicəsi üçün 12000 manat məbləğində pul ödənilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, xəstə X5 ümumi tibbi sərfiyyat xərcləri 18.114,59 manat təşkil etmiş, 17.332 manat ödənilmiş, 782,58 manat ödənilməmiş borcu qalmışdır. İş üzrə Cavabdeh MMC tərəfindən Vəkil ünvanlanmış 18.05.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, X4na Cavabdeh MMC-də göstərilmiş tibbi yardıma baxmayaraq baş vermiş bioloji ölüm halı ilə əlaq ədar olaraq xəstəyə açılmış tibbi sənədlər Klinika tərəfindən araşdırılmış, müayinə və müalicə zamanı həkim səhvinin olmadığı aşkarlanmışdır. Qeydə alınmış bioloji ölüm faktının mərhumun xəstəxanaya daxil olan zaman vəziyyətinin olduqca ağır olması, əsas və yanaşı xəstəliklərinin ağırlaşmaları ilə əlaqədar olması müəyyən edilmişdir. X3 qardaşı İddiaçı tərəfindən imzalanmış 11.03.2020-ci il tarixli “X15 Xidmətə Xəstə Yaxını Razılıq Bildirişi”nə əsasən həyata keçirilən əməliyyatın və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq (həkim səhvi istisna olmaqla) xəstəxanaya ödənilən pul məbləğinin geri qaytarılmayacağı xəstə yaxını tərəfindən qəbul edilmişdir. 11.03.2020-ci il tarixli “X15 Xidmət Müqaviləsi”nə əsasən əlavə yatış günləri, əlavə cərrahi müdaxilə və əlavə göstərilən xidmətl ərin dəyəri müqavilədə nəzərdə tutulan məbləğə daxil deyildir və əlavə olaraq ödənilməlidir. Müqavilənin 2.2.6-cı maddəsinə əsasən göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyinin maddi və mənəvi məsuliyyətini Xəstə və Xəstə yaxını öz üzərinə götürür və ödənilən məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilənin 4.2-ci bəndinə əsasən Xəstə və Xəstə yaxını göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxana və tibbi heyət barəsində heç bir halda şikayətçi olmayacağını və ödənilən pul məbləğinin geri qaytarılmayacağını qəbul edir. Bütün bunları nəzərə alaraq bildirmək istəyirlər ki, tərəflər arasında bağlanan müqavilə tamamilə qanunvericiliyə uyğundur və tərəflərin iradə azadlığını nümayiş etdirir. İş üzrə Cavabdeh MMC tərəfindən Vəkil ünvanlanmış 27.07.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki,X4na Cavabdeh MMC-də göstərilmiş tibbi yardıma baxmayaraq baş vermiş bioloji ölüm halı ilə əlaqədar olaraq xəstəyə açılmış tibbi sənədlər araşdırılmış, müayinə və müalicə zamanı həkim səhvinin olmadığı aşkarlanmışdır. Qeydə alınmış bioloji ölüm faktının mərhumun xəstəxanaya daxil olan zaman vəziyyətinin olduqca ağır olması, əsas və yanaşı xəstəliklərinin ağırlaşmaları ilə əlaqədar olması müəyyən edilmişdir. X10 xəstəxanaya daxil olarkən vəziyyətini nəzərə alaraq və bu barədə xəstə yaxınlarına ətraflı məlumat verilərək dərhal ürək-damar cərahiyyəsi reanimasiya şöbəsinə yerləşdirilmişdir. Reanimasiyaya yerləşdirilən və ağır vəziyyətdə olan xəstəyə qol çəkdirməyin tibbi nöqteyi nəzərdən imkansız olduğunu nəzərə alaraq xəstə yaxınlar ı özləri sənədə imza almışlar. Məhkəmə tərəfindən təyin edilmiş 560/KEŞ saylı, 15.12.2020-ci il tarixli məhkəmətibb ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X7 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1,2,5-ci suallar üzrə: tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X8 11.03.2020-ci il tarixdə saat 15.04-də döş nahiyyəsində ağrı və təngnəfəslik şikayətləri ilə Cavabdehnın ürək-damar cərahiyyəsi şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Aortanın kəskin disseksiyası (Tip A); arterial hipertoniya İİİ mərhələ“ diaqnozu düzgün təyin edilmişdir. Aparılmış instrumental müayinələr zamanı aorta valve səviyyəsindən başlanaraq sağ ona fem oral arteriyada sonlanan disseksiya xətti, yalançı lumen hesabına anevrizmatik dilatasiya, ciddi kompressiya və disseksiyon fleb (SMA) olduğunu nəzərə alaraq xəstənin üzərində təxirəsalınmaz cərrahiyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. 3-cü sual üzrə: X8 Cavabdehya daxil olarkən onun ümumi vəziyyəti ağır, huşu isə aydın olmuşdur. 4-cü sual üzrə: “X15 müdaxiləyə razılıq bildirişi”ni kim tərəfindən imzalanmasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. 6,9,14-cü suallar üzrə: X5 üzərində təxirəsalınmaz qaydada icra edilmiş “Aortanın kəskin Tip A disseksiyasının ləğvi, Hemiarcus protezləşdirilməsi (28 mm dacron qreft)” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 7-ci sual üzrə: X5 müəyyən edilən cərrahi patologi yalar ilə əlaqədar aparılmış əməliyyat ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. 8-ci sual üzrə: X5 əməliyyatdan öncəki vəziyyəti aparılmış müvafiq müayinələr əsasında düzgün olaraq qiymətləndirilmişdir. 10-cu sual üzrə: Təbbi təcrübəyə əsasən hər bir operativ ürək əməliyyatlarında ölüm riski mövcuddur. 11,13-cü suallar üzrə: X5 meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. 12-ci sual üzrə: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X5 üzərində 12.03.2020-ci il tarixdə cərahiyyə əməliyyatı icra edilmiş və əməliyyatda sonra xəstəyə dinamik nəzarət təmin edilmişdir. Lakin göstərilmiş ixtisaslı tibbi yardımlara baxmayaraq stab illəşmənin əldə edilməsi mümkün olmamış və 13.03.2020-ci il tarixdə saat 15.50-də bioloji ölüm faktı qeydə alınmışdır. 15-ci sual üzrə: tibbi sənədlərdə X5 üzərində aparılmış cərrahiyyə əməliyyatının müddəti (ə/b; ə/q) qeyd edilməmişdir. 16-cı sual üzrə: X5 üzərində icra edilmiş cərrahiyə əməliyyatından sonra onun vəziyyəti ağır kimi qiymətləndirilmiş, huşu medikamentoz yuxuda, tənəffüsü süni tənəffüs aparatında, ECMO və hemofiltrasiya dəstəyi altında olmuşdur. Xəstənin koma vəziyyətində olması barədə tibbi sənədlərdə qeydiyyat aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-dən 17.532 manat maddi və 100.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzi olmaqla, cəmi 117.532 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qardaşı X4 11.03.2020-ci il tarixdə “kəskin aorta disseksiyası (Tip A). Arterial gipestenziya İİİ mər.” diaqnozu ilə Cavabdeh MMC-yə yerləşdirilmişdir. Cavabdeh MMC-dən pasiyentin təcili olaraq əməliyyat edilməsinin zəruriliyi xəstə yaxınlarına bildirilmişdir. Həmin tarixdə onunla Cavabdeh MMC arasında “X15 xidmət müqaviləsi” imzalanmışdır. Mərhum X2 gedən zaman şüurlu yerində olmuş, fiziki cəhətdən sağlam olmuş və 13.03.2020-ci il tarixdə əməliyyat olunmuşdur. Əməliyyat icra edən zaman X3 qohumları Klinikanın yeməkxanasında gözləmişlər. Onlar təxminən 5-6 saat gözlədikdən sonra əməliyyat barədə onlara məlumat verilmədiy indən narahat olub əməliyyatın icra edildiyi 6 və 7-ci mərtəbəsinə qalxmışlar. Bu zaman həmin mərtəbədə mühafizəçidən X5 qohumları onun əməliyyatı barədə soruşmuş, mühafizəçidən hər hansı bir məlumat verə bilməyəcəyini bildirmişdir. Bu zaman adını bilmədikləri tibb bacısı onlara yaxınlaşmış və əməliyyatın davam etdiyini bildirmişdir. Həmin anda eyni mərtəbədə yerləşən konfrans otağından X5 əməliyyatını icra etməli olan X14in iki nəfər tanımadıqları mülki geyimli şəxslərlə birlikdə çıxdığını görmüşlər. Kamran X1 yaxınları görən zaman yenidən konfrans otağına qayıdıb qapını bağlamışdır. Bundan sonra X14in köməkçisi və özü həmin otaqdan çıxaraq onları içəri dəvət etmişlər. Onlar X14dən nə üçün əməliyyatda olmadığını və onlara əməliyyat barədə məlumatın verilməməsini soruşduqda, sonuncu hər şe yin yaxşı olduğunu, səbrli olmaqlarını bildirmiş və əməliyyatın digər həkimlər tərəfindən tamamlandığını bildirmişdir. Bundan sonra həkim Kamran X1 Klinikanın reanimasiya şöbəsinə yerləşdirilməli olduğunu bildirərək əlavə olaraq 5.000 manat məbləğində pul ödənilməli olduğunu bildirmişdir. O, məcburiyyət qarşısında qalaraq həmin pul vəsaitini ödəmişdir. 13.03.2020-ci il tarixdə səhər saatlarında Klinikadan mərhumun qohumlarına zəng edərək xəstəxanaya gəlmələri və xəstənin dünyasını dəyişdiyini bildirmişlər. Meyitə baxan zaman mərhumun qohumları görmüşdür ki, X5 baş və boğaz nahiyələrində kəsiklər mövcuddur. Bu zaman iddiaçı və mərhumun ailə üzvləri əməliyyatın video görüntülərini və tərtib edilmiş əməliyyat protokollarını tələb etsələr də, Cavabdeh MMC həm video görüntüləri, həm də tərtib edilmiş əməliyyat protokollarını verməklən boyun qaçırmışdır. Onlar xəstənin reanimasiya şöbəsində qalması üçün ödənilmiş pul vəsaitini geri tələb etdikdə isə hər hansı pul vəsaitinin onlara qaytarılmayacağını bildirmişlər. İddiaçı tərəfindən Cavabdeh MMCyə ümumilikdə 17.332 manat məbləğində pul ödənilmişdir. Həmin pulun 12.000 manatının əməliyyatın icra edilməsi üçün, yerdə qalan 5.000 manat məbləğində pulun isə depozit olaraq Klinikanın hesabında saxlanılacağı, zərurət yaranarsa həmin pul vəsaitindən çıxılacağı ona bildirilmişdir. Tərəflər arasında 11.03.2020-ci il tarixli “X15 Xidmət Müqaviləsi“ imzalanan zaman ödənilməli məbləğ hissəsi boş olmuş, iddiaçı həmin müqaviləni imzalandıqdan sonra ödənilməli məbləğ hissəsində “17.004” manat qeyd edilmişdir. O, vəkil sorğusu ilə Cavabdeh MMC- yə müraciət edilərək, İddiaçı tərəfindən ödənilmiş 17.332 manat məbləğində pulun sərfiyyatının, yəni xərclərin açıqlamasının verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən həmin sorğuya cavab olaraq 18.05.2020-ci il tarixli, 36022 nömrəli məktubla bildirilmişdir ki, “11.03.2020-ci il tarixli “X15 Xidhmət Müqaviləsi”nə əsasən, əlavə yatış günləri,əlavə cərrahi müdaxilə və əlavə göstərilən xidmətlərin dəyəri müqavilə ilə nəzərdə tutulan məbləğə daxil deyildir və əlavə olaraq ödənilməlidir. Müqavilənin 2.2.6-cı maddəsinə əsasən göstərilən xidmətlərin (həkim səhvi istisna olmaqla) müvəffəqiyyətsizliyin maddi və mənəvi məsuliyyətini Xəstə və Xəstə yaxını öz üzərinə götürür və ödənilən məbləğin geri qaytarılmayacağını qəbul edir. Müqavilənin 4.2-ci bəndinə əsasən, Xəstə və Xəstə yaxını göstəril ən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxana və tibb heyəti barəsində heç bir halda şikayətçi olmayacağını və ödənilən pul məbləğinin geri qaytarılmayacağını qəbul edir”. Həmin məktuba əlavə edilmiş 11.03.2020ci il tarixli “X15 Xidmət Müqaviləsi” və “X15 Xidmətə Xəstə Yaxını Razılıq Bildirişi”ndən aydın olur ki, X3 qardaşı İddiaçı 17.004 manat məbləğində pul vəsaitini Cavabdeh MMCyə ödəməsini öz öhdəsinə götürmüşdür. Lakin, 473888 nömrəli 11.03.2020-ci il tarixli mədaxil qəbzindən (5.332 manat) və 12.03.2020-ci il tarixli 441763 nömrəli mədaxil qəbzindən (12.000 manat) aydın olur ki, İddiaçı Cavabdeh MMC-yə ümumilikdə 17.332 manat məbləğində pul ödəmişdir. Belə olan təqdirdə müqavilədə nəzərdə tutulmadığı halda və mədaxil qəbzlərində ödənişin təyinatı barədə qeyd göstərilmədiyi ha lda əlavə 328 manat məbləğində pul vəsaitinin İddiaçı hansı səbəbdən alınması qeyri müəyyəndir. Bununla bağlı cavabdeh təşkilata 31.05.2020-ci il tarixli 112/S saylı sorğu ilə təkrar müraciət edilərək X3 qardaşı İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş cəmi 17.332 manat məbləğində pulun sərfiyyatının, yəni xərclərin açıqlamasının verilməsini xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq 36343 nömrəli 06.07.2020-ci il tarixli məktubla tibbi xərclərin siyahısı təqdim edilmişdir. Həmin cədvəldən görünür ki, xəstənin müalicəsi və əməliyyat olunması üçün sərf edilmiş məbləğ ümumilikdə 18.114,59 manat təşkil etmiş, mərhumun yaxınları tərəfindən isə 17.332 manat məbləğində pul vəsaiti ödənilmişdir. Təqdim edilən cədvəldən belə aydın olur ki, guya X5 yaxınlarının hələ Klinikaya 782.58 manat bor cu mövcuddur. 11.03.2020-ci il tarixli “X15 Xidmət Müqaviləsində“ödənilməli olan məbləğ 17.004 manat göstərilmiş, 473888 nömrəli 11.03.2020-ci il tarixli mədaxil qəbzi ilə 5.332 manat, 12.03.2020-ci il tarixli 441763 nömrəli mədaxil qəbzi ilə 12.000 manat, cəmi olaraq klinikaya 17.332 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfindən sonuncu göstərilmiş qiymət cədvəlində isə (xüsusi blankla çap edilməli olduğu halda çap edilməmişdir) ümumilikdə 18.114,59 manat məbləğində pul vəsaitinin xərcləndiyi qeyd edilmişdir. Göründüyü kimi, müqavilədə, qiymət cədvəlində və mədaxil qəbzlərində ödənilməli olan məbləğ barədə fərqli rəqəmlər mövcuddur. Cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirmədiyi üçün onun tərəfindən ödənilmiş 17.332 manat məbləğində pul vəsaiti cavabdehdən tut ularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək, həmçinin tibbi müdaxilədən imtina etmək pasiyentin hüquqlarıdır. Lakin X15 xidmətə xəstə yaxını razılıq bildirişini X3 qardaşı İddiaçı imzalamışdır. Xəstə yaxınlarının dediklərindən aydın olur ki, X8 11.03.2020-ci il tarixdə klinikaya daxil olan zaman şüuru yerində olmuş, fiziki cəhətdən sağlam olmuş və 13.03.2020-ci il tarixdə əməliyyat olunmuşdur. Yəni, tibbi müdaxiləyə özü şifahi və könüllü razılıq vermək iqtidarında olmuşdur. Belə olan halda, həmin müqavilənin xəstə yaxını tərəfindən, yəni iddiaçı tərəfindən imzalanması “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olmuşdur. Cavabdeh təşkilat onun, yəni iddiaçının ağır vəziyyətdə olmasından istifadə edərək həmin müqaviləni tələm-tələsik imzalatdırmışdır. Bundan başqa, onun tərəfindən cavabdeh 17.332 manat məbləğində pulun ödənilməsini təsdiq edən 441763 və 474888 nömrəli mədaxil qəbzləri də mövcuddur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-15 nömrəli 02.02.1999-cu il tarixli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 143 nömrə ilə qeydiyyata alınmış “Ciddi hesabat blanklarının forma və rekvizitləri və onlardan istifadə qaydalarına” əsasən mədaxil qəbzi ciddi hesabat blankıdır. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhurlə təsdiq edilir. Nəğd vəsaitlərin kassaya mədaxili müəssisənin rəhbəri, baş mühasibi v ə ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzanədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. İddia ərizəsinə əlavə edilən mədaxil qəbzlərinin əslindən aydın olur ki, həmin qəbzdə səlahiyyətli şəxsin imzası mövcud deyil və o, qanuni müvafiq qaydada möhürlənməmişdir. Xəstə yaxınları cavabdeh təşkilatdan əməliyyatın icra edilməsini təsdiq edən video görüntüləri və əməliyyat protokollarını tələb etsələr də, Cavabdeh MMC tələb olunan sənədləri verməkdən imtina etmişdir. Cavabdeh vurduğu maddi ziyanla yanaşı, həmçinin iddiaçıya 100.000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludur. Hesab edir ki, Cavabdeh MMC-dən ödənilmiş 17.532 manat məbləğində pul vəsaiti və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-dən 17.532 manat maddi və 100.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzi olmaqla, cəmi 117.532 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-187/2021) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5732 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 5762 (beş min yeddi yüz altmış iki) manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əməliyyatın müqaviləyə əsasən X14 tərəfindən aparılmamasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyi üçün, eyni zamanda məhkəmə tərəfindən belə bir sübutların da əldə edilməsi mümkün olmadığı üçün, məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edir. Məhkəmə Xəstəxana tərəfindən aparılmış əməliyyatın müqaviləyə uyğun aparılmaması ilə bağlı iddiaçının dəlilləri üzrə qeyd etmişdir ki, həmin dəlillərdə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi-ekspertizasının rəyi ilə təsdiq edilmişdir ki, X8 üzərində təxirəsalınmaz cərrahiyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuş, aparılmış cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən dü zgün yerinə yetirilmiş, müəyyən edilən cərrahi patologiyalar ilə əlaqədar aparılmış əməliyyat ona təyin edilmiş diaqnoza uyğun olmuş, onun əməliyyatdan öncəki vəziyyəti aparılmış müvafiq müayinələr əsasında düzgün olaraq qiymətləndirilmiş, onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. İddiaçının mərhum qardaşı üzərinə cavabdeh Xəstəxana tərəfindən göstərilmiş tibbi xidmətin müqaviləyə uyğun olmaması, aparılmış əməliyyatın mü vəffəqsizliyinin xəstəxananın təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığından, iddiaçı həmin əsaslara görə müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını haqlı hesab edilə bilməz. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin qiyməti 17004 manat göstərilsə də, iddiaçı tərəfindən Xəstəxanaya 17332 manat ödənilmişdir. Həmin məbləğin 11600 manat hissəsi cərrahiyyə əməliyyatı üçün razılaşdırılmış, digər hissəsi isə xəstənin əməliyyatdan sonrakı dövr üçün xəstəxanada qalması üçün. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, əməliyyatın qiyməti (11600 manat) xəstəxananın baş həkimi Kamran Musayevin öz kabinetində, köməkçisi Cəmilə xanımın iştirakı ilə razılaşdırılmışdır. Əməliyyatın məbləği razılaşdırıldıqdan sonra ona müqavilə təqdim edilmiş və o, həmin müqaviləni imzalamışdır. Xəstəxananın direktoru Kamran Musayev, həm də onun köməkçisi Cəmilə adlı şəxs şahid qismində məhkəmə iclasına gəlmədikləri üçün, tibbi xidmətlərin göstərilməsi ilə bağlı ödənilmiş 17332 manatın yalnız 11600 manat hissəsinin cərrahiyyə əməliyyatı üçün nəzərdə tutulmasının sübut etmək yükü iddiaçının üzərinə qoyula bilməz. X14 həm Xəstəxananın direktoru kimi, həm də müqaviləni bilavasitə icra etməli olan şəxs kimi cərrahiyyə əməliyyatının məbləğini danışmağa səlahiyyətli olan şəxs olub. Lakin müqavilədən göründüyü kimi orada konkret olaraq göstərilməmişdir ki, ödənilən pulun hansı hissəsi cərrahiyyə əməliyyatı üçün, hansı hissəsi əməliyyatdan sonrakı günlər üçün nəzərdə tutulur. Yəni müqavilədə ödənilən pulun ümumi olaraq tibbi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, bu halları sübut etmək yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi tək cərrahiyyə əməliyyatı üçün xəstəxana tərəfindən 18114,59 manat xərclənməsini göstərsə də, bu hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim olunmuş xərclər barədə “XQS681440” saylı cədvəli isə məhkəmə mötəbər sübut kimi qəbul etmir, çünki həmin sübut kifayət qədər güclü deyil. Digər tərəfdən iddiaçının müqavilədə göstərilən məbləği deyil, daha artıq pul ödəməsi, müqavilədə göstərilən məbləğin qələmlə yazılması da belə nəticəyə gəlməyə əsas verir ki, müqavilə qiyməti sonradan, yəni imzalandıqdan sonra da əlavə edilə bilər. Bu ehtimal real və mümkün olduğu üçün, məhkəmə bu ehtimalı qəbul edir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilən 17332 manat pulun yalnız cərrahiyyə əməliyyatı üçün nəzərdə tutulması ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərini məhkəmə əsaslı hesab etmir. Məhkəmə iddiaçının Xəstəxanaya ödədiyi 17332 manatın 5732 manat hissəsinin cərrahiyyə əməliyyatı üçün deyil, əməliyyatdan sonra xəstənin reanimasiyada və palatada müalicə alması üçün nəzərdə tutulması ilə bağlı dəlillərini əsaslı qəbul edərək hesab edir ki, cavabdeh tərəfindən qaytarılmadaqdan imtina olunmuş həmin məbləğ iddiaçıya geri verilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 100.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının qardaşı üzərində keçirilmiş cərrahiyyə əməliyyatının iş üzr ə toplanmış sübutlara əsasən taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi və təyin edilmiş diaqnoza uyğun olması təsdiq olunduğundan, iddiaçı qardaşının əməliyyatdan sonra vəfat etməsinə istinad edib ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə iddiaçının qardaşının vəfat etməsi ilə bağlı sarsıntı, iztirab və digər psixoloji narahatlıqlar keçirilməsini qəbul edir. Lakin mənəvi ziyanın “Azərbaycan Respublikası Mülki Məcələlsinin 23-cü maddəsinin şərh edilməsi haqqında” AR Konstitusiya Məhkəməsi Plenumunun 24.04.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sa rsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisslər i keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Məhkəmə hesab edir ki, iddiaçının qardaşının əməliyyatdan sonra vəfat etməsi cavabdehin hərəkətləri nəticəsində baş vermədiyindən, eyni zamanda iddiaçı xəstəxana ilə müqavilə bağlayarkən cərrahiyyə əməliyyatın riskli olmasını qəbul edib ona razılıq verdiyi üçün, o, həmin əməliyyatın sonrakı gedişatı ilə bağlı baş vermiş hadisəyə görə mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməsində haqlı deyil. Digər tərəfdən xəstəxana tərəfindən xəstənin əməliyyatdan sonrakı xərcləri üçün nəzərdə tutulan pulun iddiaçıya qaytarılmaması və ödənilən pulun tam şəkildə cərrahiyy ə əməliyyatı üçün nəzərdə tutulduğunu iddia etməsi kimi hərəkətlər nəticəsində iddiaçıya mənəvi ziyanın vurulması məhkəmə tərəfindən müəyyən edilmədiyindən və iddiaçı bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi mənəvi ziyanı görə 100.000 manat pulun tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-4190/2021) İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-187/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi-ekspertizasının rəyi X8 üzərində təxirəsalınmaz cərrahiyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuş, aparılmış cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, müəyyən edilən cərrahi patologiyalar ilə əlaqədar aparılmış əməliyyat ona təyin edilmiş diaqnoza uyğun olmuş, onun əməliyyatdan öncəki vəziyyəti aparılmış müvafiq müayinələr əsasında düzgün olaraq qiymətləndirilmiş, onun ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Beləliklə cavabdeh tərəfindən mərhuma göstərilmiş tibbi xidmətin müqavil əyə uyğun olmaması, aparılmış əməliyyatın müvəffəqsizliyinin xəstəxananın təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığından, iddiaçı həmin əsaslara görə müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını haqlı hesab edilə bilməz. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin qiyməti 17004 manat göstərilsə də, iddiaçı tərəfindən Xəstəxanaya 17332 manat ödənilmişdir. Həmin məbləğin 11600 manat hissəsi cərrahiyyə əməliyyatı üçün razılaşdırılmış, digər hissəsi isə xəstənin əməliyyatdan sonrakı dövr üçün xəstəxanada qalması üçün nəzərdə tutulmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, əməliyyatın qiyməti (11600 manat) Xəstəxananın baş həkimi Kamran Musayevin öz kabinetində, köməkçisi Cəmilə xanımın iştirakı ilə razılaşdırılmışdı r. Əməliyyatın məbləği razılaşdırıldıqdan sonra ona müqavilə təqdim edilmiş və o, həmin müqaviləni oxumadan imzalamışdır. Kollegiya hesab edir ki, iddiaçının xəstəxanaya ödədiyi 17332 manatın 5732 manat hissəsinin cərrahiyyə əməliyyatı üçün deyil, əməliyyatdan sonra xəstənin reanimasiyada və palatada müalicə alması üçün nəzərdə tutulması ilə bağlı dəlillər əsaslı olmuşdur. Buna görə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik qismən icra olunduğu üçün, yəni cərrahiyyə əməliyyatı müqavilə üzrə yerinə yetirilsə də, digər xidmətlər xəstəyə göstərilmədiyi üçün, həmin xidmətlərin göstərilməsi üçün ödənilməsi təsdiq olunan 5732 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya mənəvi ziyanla bağlı hesab edir ki, iddiaçının mənəvi ziyanın ödənilməsini cavabdehdən tələbi əsassız ol muşdur. Belə ki, həmin tələbin əsası kimi istinad edilən hal, yəni, iddiaçının qardaşının əməliyyatdan sonra vəfat etməsinin cavabdehin hərəkətləri nəticəsində baş verməsi sübuta yetirilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(103)-4190/2021 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil kassasiya şikayətnin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun nümayəndəsinn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermiş, iddianın təmin olunmayan hissəsini mübahisələndirir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyidən, kassasiya baxışının hədləri Apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin qismən (iddiaçının şikayətinə münasibətdə) yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.2-ci maddəsinə əsasən zərər ded ikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgü zar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 25 iyul 1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən bu Qanunun 31-1 maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. 59-ci maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş «zərər» anlayışının şərh olunması ilə əlaqədar 31 may 2002-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əsas hüquq və azadıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizələrində n asılıdır». “Azərbaycan Respublikası Mülki Məcələlsinin 23-cü maddəsinin şərh edilməsi haqqında” AR Konstitusiya Məhkəməsi Plenumunun 24.04.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən di gər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarın 10-cu bəndind ə də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin iza hatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıx a bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən Apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi faktiki olaraq hər bir dəlili aydın və əsaslı olaraq qiymətləndirmişdir. Buna görə də həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4190/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar