Məhkəmə qərarları › İş №2(102)-5263/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5263/2022

25.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5263/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə Cavabdeh2 kassasiya şikayətini nəzərdən keçirib. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-775/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022- ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 xx.xx.2014-cü il tarixdə imzaladığı qəbzə əsasən, o, İddiaçı xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760 000 ABŞ dolları almış, xx.xx.2015-ci il tarixdə imzaladığı qəbzə əsasən isə, o, iddiaçıdan 2017-ci ilədək qaytarmaq şərti ilə 250 000 ABŞ dollarını borc almışdır.

2. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2020-ci il tarixli 0072617-1220 saylı məktubuna əsasən, Rusiya Federasiyasının vətəndaşı X1 həyat yoldaşı olan İddiaçı pulunun Cavabdeh2 tərəfindən ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətinə baxılmış və tərəflər arasında birgə kommersiya fəaliyyət i ilə məşğul olmaq məqsədi ilə verilmiş pul vəsaitlərinin qaytarılmaması səbəbindən yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilməklə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılması qənaətinə gəlinmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ynın həyat yoldaşı İddiaçı birgə iş qurmaq üçün qohumu Cavabdeh2 külli miqdarda pullar vermiş, sonuncu da həmin pulu İddiaçı göstərişi ilə işin təşkili məqsədi ilə X4 vermişdir. Cavabdeh2 1.080.000 ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək VAbazərli barəsində analoji faktlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və ifadəsi alınmışdır.

3. X6 xx.xx.2018-ci il tarixdə imzaladığı iltizamla Cavabdeh2 borclu olduğu 140.000 ABŞ dollarını iki il müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.070.633 ABŞ dolları borcun müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə Moskva şəhərində 760.000 ABŞ dolları və xx.xx.2015-ci il tarixdə 250.000 ABŞ dolları olmaqla, cəmi 1.010.000 ABŞ dolları borc vermiş, borcu almasına dair Cavabdeh2 ona əl ilə yazılan, imzası ilə təsdiq olunan qəbzl əri təqdim etmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə götürdüyü məbləği xx.xx.2016-cı il tarixədək qaytaracağı barədə qəbzə qeyd etmiş, xx.xx.2015-ci il tarixdə götürdüyü borcu isə 2017-ci ildə qaytaracağı barədə əvvəlki borc barədə qəbzə qeyd edərək imza etmişdir. Lakin cavabdeh bu günə qədər ona borcunu qaytarmamışdır. Digər Cavabdeh1 Cavabdeh2 arvadıdır. Ondan alınan borc ailənin birgə təsərrüfatına xərclənmiş, cavabdehlər həmin vəsaitlə fermer təsərrüfatı qurmuşlar. Buna görə də, onlar birgə məsuliyyət daşıyırlar. Bundan başqa, Cavabdeh1 ondan Moskva şəhərində avtomobil almaq üçün 60.633 ABŞ dolları borc götürərək qaytarmamışdır.

6. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.

7. Binəqədi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(001)-984/2020 nömrə li qətnaməsi ilə (hakim S.Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 borca görə 1.010.000 ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Y.Yusifovun Rusiya Federasiyasının vətəndaşı X1 müraciətinin araşdırılmasının nəticəsinə dair tərtib etdiyi arayışdan müəyyən olunur ki, X3 Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətində həyat yoldaşı İddiaçı 2014cü ildən 2018-ci ilədək olan müddət ərzində qohumu Cavabdeh2 Azərbaycan Respublikasında biznes qurması məq sədi ilə 1 304 804 ABŞ dolları pul verdiyini və Cavabdeh2 həmin pulu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı məlum olunmuşdur ki, Ynın həyat yoldaşı İddiaçı birgə iş qurmaq üçün qohumu Cavabdeh2 külli miqrdarda pullar vermiş, sonuncu da həmin pulu İddiaçı göstərişi ilə işin təşkili məqsədi ilə X4 vermişdir. Cavabdeh2 1 080 000 ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək VAbazərli barəsində analoji faktlar əsasında Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və ifadəsi alınmışdır.

9. Cavabdeh2 Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi N.Şiriyevə verdiyi izahatından müəyy ən olunur ki, o, xx.xx.2014-cü il tarixdə həyat yoldaşı Cavabdeh1 əmisi İddiaçıla söhbət edərkən avtomobillər üçün ehtiyat hissələrini xaricdən gətirib Azərbaycanda pərakəndə satışını təşkil etmək istəməsini bildirmiş, İddiaçı onun qurmaq istədiyi biznesə maraq göstərib onun biznesinə yatırım etmək niyyətində olduğunu demiş, bu məqsədlə İddiaçı 2014-ci ilin dekabr ayından 2015-ci ilin aprel ayına kimi hissə-hissə olmaqla təxminən 600000 ABŞ dollarını Moskva şəhərindən ona göndərmişdir. 2015-ci ilin sonuna qədər İddiaçı ona əlavə pullar göndərmiş və ümumilikdə ona verdiyi pulların məbləği 1 380 000 ABŞ dolları təşkil etmişdir. Həmin gündən pullar tərəfindən avtomobil ehtiyat hissələrinin satışı üçün qoyulmuşdur. Həmin ərəfədə devalvasiya baş verdiyindən o, aldığı ehtiyat hissələrini zərərlə satıb ehtiyat hissələri ilə əlaqədar biznesini Bakı şəhərində dayandırmış, yalnız Bərdədə ehtiyat hissələri satan kiçik mağazanı işlədir. 2015-ci ilin aprel ayında İddiaçı dostu F.Cəfərovla və Vadlı şəxslə onun yaşadığı Binəqədi rayon X8 ev 1 B ünvanda yerləşən 34 saylı mənzilə gələrək onu Abuzərli Vadlı şəxslə tanış edib VAbuzərlinin Azərbaycanda qapı, mebel istehsalı, satışı və quraşdırması ilə məşğul olduğunu bildirmiş, özünün də VAbuzərli ilə birlikdə işlər görüb yaxşı qazanc əldə ediyini demişdir. Daha sonra İddiaçı ona verdiyi pullardan Va da verməsini onun məşğul olduğu qapı, mebel istehsalı, satışı və quraşdırması ilə bağlı olan biznesinə şərik olub ondan yaxşı qazanc əldə etmələrini demişdir. O, İddiaçı sözünə inanıb 2015-ci ilin aprel ayından başlayaraq İddiaçı ona verdiyi pulda n VAbuzərliyə hissə-hissə cəmi 200000 ABŞ dolları vermişdir. Əvvəllər verdiyi pulların müqabilində VAbuzərli bir neçə dəfə ona hissəhissə olmaqla, cəmi 10000 dollar pul vermişdir. Vona aldığı pulun qaytarılmasının kecikdirməsinin səbəbini satışdan əldə etdiyi qazancı yenidən biznesinə yatırması ilə izah etmişdir. Bu səbəbdən Vdan 200000 ABŞ dolları pulun müqabilində ona hər hansı bir əmlakı təminat kimi girov qoymasını tələb etmiş, razılaşma əsasında Vmülkiyyətində olan Nabranda yerləşən torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən onun adına keçirmişdir. Bundan sonra o, Va yenidən hissə-hissə 700000 ABŞ dolları vermiş, lakin Vondan aldığı cəmi 900000 ABŞ dollarını ona qaytarmamış, 2016-cı ilin yanvar ayında isə ona Vın həbs edilməsi məlum olmuşdur. 2016-cı ilin yazında həbsdən çıxdıqdan sonra Vondan aldığı pullarının geri qaytarılması üçün möhlət verilməsini, mebel, qapı istehsalının yenidən təşkil etmək üçün ona əlavə pul verməsini xahiş etmişdir. 2016-cı ilin aprel ayından 2016-cı ilin dekabr ayına kimi VAbuzərli ondan hissə-hissə olmaqla ümumilikdə 180000 ABŞ dolları pul almışdır. Bu günə kimi VAbuzərlinin ona olan borcu (900000 ABŞ dollar + 180000 ABŞ dollar) 1 080 000 ABŞ dollar təşkil edir.

10. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh2 iddiaçıdan xx.xx.2014-cü il tarixdə xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə 2017-ci ilədək qaytarmaq şərti ilə 250.000 ABŞ dolları borc almış, lakin aldığı borcu geri qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə həmin hissədə iddia tələbini əsaslı hesab etmişdir.

11. Məhkəmə həmçinin iddia tələbini 60.633 ABŞ dollarının tutulması hissəsində əsassız hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin məbləğin Cavabdeh1 verilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə onlara lazımi qaydada məlumat v erilməyib. Birinci instansiya məhkəməsinin qətnaməsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində tərtib olunmuş sənədlərə istinad edilmişdir. Həmin sənədlərdə İddiaçı Cavabdeh2 xarici valyuta ilə pul verməsi haqqında məlumatlar nəzərə alınmış, lakin İddiaçı göstərişi ilə qaytarılmalı pulun mühüm hissəsinin özünün tanışı və təqdim etdiyi VAbuzərliyə verdiyi, bununla da borcun bu hissəsinin adından silinməli olması halı nəzərə alınmamış və yoxlanılmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi iddia müddətlərini nəzərə almamışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli sorğusuna əsasən, Yasamal Rayon Polis İdarəsi İstintaq şöbəsinin icraatında olan X6 barəsində ********* nömrəli cinayət işi üzrə cinayət işinin başlanma sı, təqsirləndirilən şəxs qismində cəlb etmə, zərərçəkmiş şəxs qismində tanınma barədə qərarları, eləcə də, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ilkin izahatlarının (ifadələrinin) təsdiq edilmiş surətləri alınıb işə əlavə olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5205/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin olunan, Cavabdeh2 borca görə iddiaçının xeyrinə pulun tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə də təmin olunmamışdır.

17. Apellyasiya instansiyas ı məhkəməsinin eyni tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclaslarından məlumatsız olmuşdur və birinci instansiya məhkəməsinin işə onun iştirakını təmin etmədən baxmasına dair apellyasiya şikayətinin dəlili əsaslıdır. 18.1. Cavabdeh iddiaya qarşı etirazında qeyd olunan qəbzlərin başqa məqsədlə verildiyini, reallıqda isə iddiaçı ilə onun arasında borc münasibətləri yox, iş birliyinin olduğunu, iddiaçının həmin pulları ona birgə iş görmək, sahibkarlıq fəaliyyət ilə məşğul olaraq gəlir əldə etmək üçün verdiyini qeyd edir. Bununla yanaşı, Cavabdeh2 bildirmişdir ki, dolların bahalaşması ilə əlaqədar olaraq onun işləri zəifləmiş, iddiaçı da Abazərli V adlı şəxsin işlərinin yaxşı getdiyini onun biznesinə investisiya qoymaq istədiyini bildirmiş, bu məqsədlə, ona verdiyi pulları Va verməsini tapşırmış, o da öz növbəsində həmin pulları Va vermişdir. 18.2. Yasamal Rayon Polis İdarəsi İstintaq şöbəsi tərəfindən məhkəməyə göndərilmiş materiallardan müəyyən olunur ki, VAbazərli barəsində analoji faktlar əsasında Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixli qərarla VAbazərli tərəfindən ******* ABŞ dollarının mənimsənilməsi epizodu üzrə zərərçəkmiş qismində tanınmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, Cavabdeh2 həmin cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə vermiş olduğu ifadə də hazırkı məhkəmə iclasındakı izahatı ilə mahiyyət etibarı ilə eyniyyət təşkil edir. 18.3. Tədqiq olunmuş sübutlarla tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlığa dair razılaşma olduğu, bu məqsədlə, İddiaçı Cavabdeh2 şərikli biznes qurmaq üçün pul vəsaiti göndərdiyi, tərəflərin birgə biznesindəki işlərinin sonradan yaxşı getməməsi səbəbindən iddiaçının özünün tapşırığı ilə, Cavabdeh2 biznesinə qoyduğu pul vəsaitinin iddiaçının digər biznes şəriki VAbazərliyə verildiyi müəyyən olunmuşdur. 18.4. Məhkəmə kollegiyası hesab edmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara və faktiki hallara düzgün hüquqi qiymət verməyərək nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin olan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətn amə qəbul edilməli və iddia tələbi həmin hissədə də (Cavabdeh2 borca görə iddiaçının xeyrinə pulun tutulmasına dair hissədə) rədd edilməlidir

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 404.1, 404.2, 739 və Mülki Prosessual Məcəllənin 14.2,77.1, 324-cü maddələrinə istinad etmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin aktı prosessual pozuntularla qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, cavabdehlər iddiaçı ilə aralarında borc müqaviləsi ol duğunu və iddiaçıya borclu olduqlarını yazılı olaraq apellyasiya şikayətində etiraf etmişlər. Sonradan məhkəmə iclasında izahatlarını dəyişərək iddiaçı ilə aralarında borc münasibətlərinin olmadığını, iddiaçı ilə iş qurmaq məqsədi ilə pulun verildiyini qeyd etmişlər. Məhkəmə süni şəkildə, əsassız olaraq iddianın rədd olunması üçün sübutlar toplamışdır. Bundan başqa, cavabdehlər birinci instansiya məhkəməsində işə baxılarkən lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bu halda, məhkəmə təqdim olunan sübutları gecikmiş sübutlar kimi rədd etməli idi. Məhkəmənin istinad etdiyi şahid ifadələri isə cavabdehlərin apellyasiya şikayətində ifadə olunan etiraflarını və yazılı əlyazmasını inkar edə bilməz. İstintaq orqanının hər hansı qərarı da məhkəmə üçün preyudis ial sayıla bilməzdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2484/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov məruzəçi, Ə.G.Nurməmmədov və M.T.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə iddiaçıdan xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760.000 ABŞ dolları pul aldığı, xx.xx.2015-ci il tarixdə isə 2017-ci ilədək qaytarmaq şərti ilə 250.000 ABŞ dolları borc aldığı barədə iki iltizam imzalamışdır.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

25. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

26. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3).

27. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik faktın yazılı etirafının mütləq şəkildə bununla bağlı ayrıca tərtib olunmuş ərizədə ifadə olunmasını tələb etmir. Belə etiraf məhkəməyə təqdim edilən və etiraf edən tərəfindən imzalandığı mübahisələndirilməyən yazılı sübutlarda, məhkəməyə ünvanlanmış digər ərizə, vəsatət, şikayət, qarşılıqlı iddia ərizəsində və s. sənədlərdə də ifadə edilə bilər və belə olan halda məhkəmə həmin məsələyə MPM-in 106.3-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verməlidir.

28. Baxılan iş üzrə iddiaçı cavabdehlərdən pul tələb edir. Məhkəmələr tərəfindən iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2014cü il tarixdə iddiaçıdan xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760.000 ABŞ dolları pul aldığı, xx.xx.2015-ci il tarixdə isə 2017-ci ilədək qaytarmaq şərti ilə 250.000 ABŞ dolları borc aldığı barədə iki iltizam imzalamışdır.

29. Cavabdeh2 iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddiaçının göstərişi ilə qaytarılmalı pulun mühüm hissəsinin onun özünün tanış və təqdim etdiyi VAbuzərliyə verildiyi, bununla da borcun bu hissəsinin adından silinməli olması halını nəzərə almamış və yoxlamamışdır.

30. Belə liklə, Cavabdeh2 imzaladığı xx.xx.2015-ci il tarixli yazılı iltizamda iddiaçıdan 250.000 ABŞ dolları pulu borc şəklində aldığını etiraf etmiş, hər iki iltizam üzrə aldığı məbləğləri konkret müddət ərzində qaytaracağını bildirmişdir. Eyni zamanda Cavabdeh2 apellyasiya şikayətində də iddiaçıya ümumilikdə borcunun olduğunu faktiki etiraf etmiş, lakin borcunun bir hissəsini iddiaçının tapşırığı ilə üçüncü şəxsə ödədiyinə istinadla borcun məbləğinin daha az olduğunu iddia etmişdir.

31. Göründüyü kimi işə baxılarkən Cavabdeh2 tərəfindən iddiaçıya borclu olduğunu yazılı etiraf edən (tam və ya qismən) sübutlar işə əlavə edilmiş və məhkəmələr tərəfindən tədqiq edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddiaçın ın tərəflər arasında borc münasibətinin olduğunu sübuta yetirə bilmədiyi, tədqiq edilmiş sübutlar əsasında tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlığa dair razılaşma olduğu, iddiaçının Cavabdeh2 pulu məhz bu məqsədlə verdiyi barədə qənaətə gəlmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən digər sübutlarla yanaşı, həmçinin Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsində X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş qismində tanınması faktına istinad etmişdir. Məhkəmənin işə baxarkən istinad etdiyi digər sübut isə X2 Cavabdeh2 borclu olduğu 140.000 ABŞ dollarını iki il müddətinə qaytaracağını öhdəsinə götürməsi barədə xx.xx.2018-ci il tarixli iltizam olmuşdur. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-775/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki: apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh2 tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. 34.1. İddiaçı Cavabdeh2 xx.xx.2014-cü il tarixdə xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə 2017-ci ilədək qaytarmaq şərti ilə daha 25 0.000 ABŞ dolları olmaqla, cəmi 1.010.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Qeyd edilən hal həm iş materiallarına əlavə edilmiş pulun verilməsinə dair qəbzlə, həm də cavabdehin verdiyi apellyasiya şikayətinin məzmunu və özünün məhkəmə iclasında verdiyi izahatlarla təsdiqini tapır. Cavabdeh N.İsmayılov hüquq-mühafizə orqanlarında aparılmış araşdırma zamanı verdiyi izahatlarında da iddiaçıdan göstərilən pul məbləğini aldığını etiraf etmişdir. 34.2. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə iddia tələbində göstərilən məbləğdə pulun verilməsi tam sübuta yetirilir. 34.3. Cavabdeh həmin pul məbləğini borc şəklində deyil, iddiaçı ilə birlikdə biznes qurmaq üçün aldığını, onların birgə biznes fəaliyyəti olduğunu, habelə həmin pul məbləğinə təxminən bərabər məb ləğdə pulu iddiaçının göstərişi ilə onun tanışı olan X4 hissə-hissə qaytardığını, sonuncunun həmin pul vəsaitini mənimsəyərək qaçdığını, iddiaçının təqdim etdiyi qəbzi isə pullar verildikdən uzun müddət sonra Moskva şəhərində olarkən onun xahişi ilə imzaladığını, hazırda onun iddiaçıya borcunun qalmadığını bildirmişdir. 34.4. Məhkəmə kollegiyası ilk növbədə cavabdeh tərəfindən verilmiş qəbzlərin onun tərəfindən sonradan imzalanması və bu qəbzlərin həqiqəti əks etdirməməsi ilə bağlı dəlillərini müzakirə edərək əsassız hesab edir. 34.5. Cavabdeh həmçinin, iddiaya etirazını əsaslandırmaq üçün şahidlərin ifadələrinə və Yasamal RPİ-də X2 barəsində dələduzluq faktına görə başlanmış cinayət işinin olmasına istinad etmişdir. 34.6. Məhkəmə kollegiyası qeyd edilən sübutları araşdıraraq onları cavabd ehin dəlillərinin təsdiq edilməsi üçün mötəbər hesab etmir. 34.7. Cavabdeh2 İddiaçı almış olduğu 760.000 ABŞ dolları və 250.000 ABŞ dolları olmaqla, cəmi 1.010.000 ABŞ dolları pul məbləğini ona geri qaytarmaq öhdəliyi yaranmış, lakin həmin öhdəliyini icra etməmişdir. 34.8. Bu səbəbdən iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddianı qətnamənin mübahisələndirilən hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. 34.9. Cavabdeh N.İsmayılov məhkəmə iclasında verdiyi izahatında İddiaçı ona birbaşa nağd pul vermədiyini, həmin pula Rusiyadan taxta-şalban məmulatları alaraq satmaq üçün ona göndərdiyini, onun da həmin məmulatları Azərbaycanda və İran İslam Respublikasında satdığını bildirir. Yasamal RPİ-də istintaqı aparılan işlə bağlı verdiyi izahatında isə İddiaçı ona 2014- 2015-ci illərdə Moskva şəhərindən 1.380.000 ABŞ dolları məbləğində pul göndərdiyini qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 da ifadəsində Cavabdeh2 avtomobil ehtiyat hissələrinin biznesi ilə məşğul olduğunu, İddiaçı onun biznesinə şərik olmaq qərarına gəldiyini, Yusifin bu işə bir milyondan artıq pul yatırdığını, həmin pulları onun özünün Cavabdeh2 verdiyini bildirir. Bundan başqa, şahid həmin pulların İddiaçı tapşırığı ilə Cavabdeh2 tərəfindən onun vasitəsilə VAbazərliyə verildiyini bildirsə də, pulun nə vaxt verildiyini və hansı məbləğdə olduğunu xatırlamadığını göstərmişdir. 34.10. Cavabdeh2 iddiaçıdan aldığı bir milyon ABŞ dollarına yaxın pul məbləğini VAbazərliyə qaytardığını, onun isə həmin pulları mənimsədiyini, VAbazərlinin həmin pulla yanaşı onun özünün də 600.000 ABŞ dollarına yaxın pulunu mənimsədiyini bildirir, lakin VAbazərlinin barəsində polisə şikayət edərkən onun cəmi 1.080.000 ABŞ dolları məbləğində pulunun mənimsənildiyini göstərir.

35. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və şikayətini əvvəlki kassasiya şikayətinin dəlillərinə uyğun əsasla ndıraraq qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında heç bir borc münasibəti olmamışdır və iddiaçı Cavabdeh2 biznesinə investisiya qoymuşdur.

37. Sonradan Cavabdeh2 işləri zəifləmiş, iddiaçı da VAbazərli adlı şəxslə ortaq biznes qurduğundan pulları VAbazərli ilə yaratdığı biznesə transfer etmək istədiyini cavabdehə bildirmiş, cavabdeh də bununla razılaşmış, qərara gəlmişlər ki, həmin pulları Cavabdeh2 hissə-hissə VAbazərliyə versin. Cavabdeh İddiaçı tapşırığı ilə birgə biznesindəki pulları hissə-hissə olmaqla VAbazərliyə vermişdir. Bir müddət sonra məlum olmuşdur ki, VAbazərli bir çox başqa şəxslərin də pulunu mənimsəyərək dələduzluq etmişdir. Bu hadisədən sonra, İddiaçı pulun verilməsi ilə bağlı əlində yazılı sənəd olması üçün Cavabdeh2 ona formal bir qəbz verməsini xahiş etmişdir. İ ddiaçı ilə Cavabdeh2 münasibətləri yaxşı olduğundan həmin qəbzi vermişdir.

38. Tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı razılaşma mövcud olduğundan İddiaçı cavabdehə şərikli biznes qurmaq üçün pul göndərmişdir, sonradan özünün tapşırığı ilə cavabdehin biznesinə qoyduğu pul vəsaitini digər şəriki VAbazərliyə verməsini cavabdehə bildirmişdir. Beləliklə, iddiaçı və cavabdeh arasında borc münasibətləri olmadığından məhz bu səbəbdən iddia tələbi rədd edilməlidir.

39. Tərəflər arasında birgə kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verilmiş pul vəsaitlərinin qaytarılmaması səbəbindən yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilməklə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olması qənaətinə gəlinmişdir. Məhkəmə bu sübutları nəzər ə almamışdır, onlara düzgün hüquqi qiymət verməmişdir və tətbiq edilməli maddi hüquqi normanı tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

42. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

43. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

44. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbi q edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

48. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixdə imzaladığı qəbzə əsasən cavabdehdən xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760 000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə imzaladığı qəbzə əsasən isə, 2017-ci ilədək qaytarmaq şərti ilə 250 000 ABŞ dolları borc aldığı müəyyən edilmişdir.

60. Cavabdeh həmin məbləğin borc kimi deyil, sahibkarlıq fəaliyyətinə qoyulan investisiya olduğunu, sonradan həmin məbləği iddiaçının tapşırığı ilə VAbazərliyə verdiyini bildirir. Bu halda cavabdeh MPM-nin 77-ci maddəsinə əsasən həmin etiraz dəlillərini sübutetmə vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

61. Cavabdehin alınmış pulların investisiya olması və sonradan həmin pulları V.Abazərliyə məhz iddiaçının tapşırığı ilə verdiyi barədə sübutları təqdim etmədiyinə görə məhkəmələr cavabdehin dəlillərini qəbul etməmişdir.

62. Bu halda işin kommersiya münasibətləri ilə bağlı olması barədə kassatorun dəlillərinin araşdırılmasına da zərurət qalmır.

63. Ka ssasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdı r.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-775/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar