Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5264/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5264/2022 Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi Bakı şəhəri, 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2891/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Nərimanov Rayon İcra Hakimiyyətinin Bakı Şəhəri İcra Hakimiyyətinə ünvanlandığı 30 iyun 2003-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh və X2 Rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, uzun müddət istifadə etdikləri bağ sahəsinin sənədləşdirilməsinə və həmin sahədə fərdi layihəyə uyğun evinin tikilməsinə icrazə verilməsini xahiş etmişlər.
3. Nərimanov Rayon Bələdiyyəsinin 19 mart 2004-cü il tarixli qərarına əsasən ünvan 2 ünvanda yerləşən 1100 kvadrat metr torpaq sahəsi Cavabdeh ilə 10 il müddətinə istifadəyə görə icarə müqaviləsi bağlanmışdır.
4. Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2006-cı il tarixli 03/257 saylı məktubda qeyd edilmişdir ki, Cavabdeh 01 avqust 2006-cı il tarixli ərizə ilə Nərimanov Bələdiyyəsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən uzun müddət istifadəsində olan torpaq sahəsində fərdi ev tikintisi ilə bağlı sərəncam verməsi xahiş olunmuşdur.
5. Nərimanov Rayon İcra Hakimiyyətinin 08 avqust 2006-cı il tarixli 374 saylı sərəncamı ilə, ünvan 2 ünvanda Cavabdeh tərəfindən fərdi evin tikintisinə icazə verilmişdir.
6. Nərimanov Rayon Bələdiyyəsinin 08 avqust 2007-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışa əsasən, Nərimanov rayonu A.Məmmədov 1 ünvanda yerləşən torpaq sahəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun 99 kvadrat metr torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş Cavabdeh mülkiyyətinə verilmiş, torpaq sahəsinin 1 kvadrat metr qiyməti 9.0 (doqquz) manatla hesablanaraq, torpağın mülkiyyətə verilməsinə dair alqı-satqı aktının tərtib edilməsi İqtisadi İnkişaf şöbəsinə tapşırılmış, akta əsasən Cavabdeh 799 kvadrat metr torpaq sahəsinin mülkiləşdirməsinə dair ödəlinən 7191 manat pul vəsaitinin Bələdiyyənin hesablaşma hesabına köçürülməsini təmin etmək baş mühasibə tapşırılmış və Bələdiyyə iclasının qərarından çıxarışı torpağa dair mülkiyyət hüququnu təsdiq dən sənədin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazisi İdarəsinə göndərilməsi Cavabdeh həvalə edilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinin 25 iyul 2006-cı il tarixli 05/01-345 saylı və 25 noyabr 2007-ci il tarixli 01/04-605 saylı məktublarında qeyd edilmişdir ki, ünvan 2 ünvanda torpaq sahəsi Nərimanov Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşir və dövlət mülkiyyətində qalan torpaqlara aiddir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2007-ci il tarixli, 2-1147/2007 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh Mənsur oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı vəzifəli şəxsin qeyri-hüquqi hərəkətindən şikayətinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin imtinasının qeyri-qanuni hesab edilməsi, Nərimanov Rayon Bələdiyyəsinin 08 iyun 2007-ci il tarixli aktına əsasən satılmış Nərimanov rayonu, A.Məmmədov küçəsi 1 ünva nda yerləşən 799 kvadrat metr torpaq sahəsinə Cavabdeh Mənsur oğlunun mülkiyyət hüququnun tanınması, Nərimanov Rayon Bələdiyyəsi ilə Cavabdeh Mənsur oğlu arasında bağlanmış torpağın alqı-satqısına dair aktın təsdiq edilməsi və həmin sahəyə dair torpaq kadastr planının tərtib edilərək Cavabdeh təqdim edilməsi, qətnamənin icrasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi qət edilmişdir.
9. Məhkəmə qətnaməsi əsasında Cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə torpaq sahəsinə dair **********77 Reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Cavabdeh ünvan 7 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsini AN-1 seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X6 200000 manata satmışdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə QSC "xxxx" X1rşı iddiası qismən təmin edilmiş, sonuncudan kredit borcunun tutularaq banka verilməsi, həmin məbləğin Həsən Nəsirova məxsus Nərimanov rayonu A.Məmmədov küçəsi 1-də yerləşən 0,0799 ha torpaq sahəsinin açıq hərracdan satılması hesabına ödənilməsi qərara alınmışdır. Qeyd olunan torpaq sahəsi keçirilmiş açıq hərrac nəticəsində banka satılmış, "xxxx" QSC-nin adına qeyd olunan torpaq sahəsi xx.xx.2014cil il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. "Bank Standart” QSC tərəfindən qeyd olunan torpaq sahəsi xx.xx.2014-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 310000 manata Natəvan Əliyevaya satılmış və sonuncunun adına xx.xx.2014-cü il tarixd ə RX seriyalı ******* saylı çıxarış verilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)3671/2012 nömrəli qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh Mənsur oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı onunla Nərimanov Bələdiyyəsi arasında bağlanmış torpağın alqı-satqısına dair aktın təsdiq edilməsi və torpaq kadastrı planının tərtib edilməsinə dair iddia tələbinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2007-ci il tarixli qətnaməsinin icrasına geriyə dönüş edilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(102)-625/2013 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Mənsur oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3671/2012 saylı 11 sentyabr 2012-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1245/2007 saylı qətnaməsinə əsasən, Bakı Şəhəri Nərimanov Bələdiyyəsinin 05 aprel 2006-cı il tarixli 06 saylı iclas protokolu, Nərimanov Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış ünvan 8 ünvanda yerləşən 378 kvadrat metr torpaq sahəsinə dair 07 aprel 2006-cı il tarixli 41 saylı icarə müqaviləsi etibarsız hesa b edilmiş və Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 08 avqust 2006-cı il tarixli 374 saylı sərəncamı ləğv edilmişdir.
14. Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 29 iyul 2008-ci il tarixli, 2(103)-993/2008 saylı qətnaməsi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1245/2007 saylı qətnaməsi ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə ilkin və qarşılıqlı iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)4226/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh Mənsur oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin Bakı şəhər Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əliyeva Natəvan Adəm qızı, "xxxx" QSC və X6 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə **********7 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə ünvan 9 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Cavabdeh Mənsur oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilmiş, çıxarışın ləğv edilməsi hissəsində iddia rədd edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)5640/2017 nömrəli qətnaməsi ilə Cavabdeh Mənsur oğlunun, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əliyeva Natəvan Adəm qızı və X4 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-4226/2016 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-7680/2017 nömrəli qərarı ilə Cavabdeh Mənsur oğlunun və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əliyeva Natəvan Adəm qızının kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-5640/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n xx.xx.2018-ci il tarixli 2(103)1150/2018 nömrəli qətnaməsi ilə Cavabdeh Mənsur oğlunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyeva Natəvan Adəm qızının nümayəndəsi X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-4226/2016 nömrəli qətnaməsi - həmin şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3865/2018 nömrəli iş üzrə 4 iyun 2018-ci il tarixli qərarı ilə Cavabdeh Mənsur oğlunun və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əliyeva Natəvan Adəm qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)1150/2018 nömrəli qət naməsi dəyişiklik edilmədən saxlanılmışdır.
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)4229/2018 saylı qətnaməsinə əsasən, İddiaçı Əliyeva Natəvan Adəm qızına qarşı “alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməklə ləğv olunması” tələbinə dair iş üzrə iddia tələbi təmin edilərək ünvan 8 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsinin alqı-satqısına dair 28 fevral 2014-cü il tarixli AN-1 seriyalı ******* saylı müqavilə və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsi tərəfindən Əliyeva Natəvan Adəm qızının adına verilmiş 28 fevral 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir.
21. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)9802/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-4229/2018 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı Əliyeva Natəvan Adəm qızına qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməklə ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1198/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)9802/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Azərbaycan Respublikası Ali məhkəməsi Sədrinin 3 iyul 2020-ci il tarixli qərardadı ilə İddiaçı əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenum baxışına çıxarılmasından imtina edilmişdir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1198/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayətin Plenum icraatına qəbul edilməsi üçün hallar mövcud deyildir. Məktubda əlavə olaraq İddiaçı izah edilmişdir ki, mübahisəli torpaq sahəsinin bir hissəsinə hüquqlarından məhrum olması ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə təqsirli şəxslərə qarşı ayrıca iddia tələbi irəli sürmək hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat
25. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlak hüquqlarından məhrum olma ilə bağlı vurulmuş real zərərin əvəzi kimi 400000 manat, əldən çıxmış fayda kimi 100000 manatın və mənəvi ziyana görə 30000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda 378 kvadrat metrlik torpaq sahəsi Nərimanov Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı protokolu əsasında 15 il müddətinə ona icarəyə verilmişdir. Bələdiyyə ilə aralarında xx.xx.2006-cı ildə bağlanmış 41 saylı müqaviləyə əsasən həmin vaxtdan etibarən hər il 302, manat 40 qəpik icarə haqqı tərəfindən ödənilmişdir. Sonrada n ona məlum oldu ki, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 374 saylı Sərəncamı əsasında cavabdehə, onun istifadəsində olmuş torpaq sahəsində fərdi ev tikmək üçün Sərəncam verilmişdir. Sonra torpaq sahəsi ilə əlaqədar tərəflər arasında məhkəmə mübahisələri başlamışdır. Cavabdeh Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1245/2007 saylı qətnamənin mövcudluğundan məlumatlı olmuş, lakin bilərəkdən əmlakı əvvəlcədən tanıdığı Həsən Nəsirov adlı şəxsin adına keçirməklə məsuliyyətdən yayına bilmişdir. Əslində cavabdeh başqa əqdi pərdələmək üçün mübahisəli torpaq sahəsini H.Nəsirovun adına keçirmiş, sonuncu bu torpaq sahəsini bankda girov qoymuş, sonuncu alıcı Natəvan Əliyeva isə məhkəmə tərəfindən vicdanlı alıcı kimi tanınmışdır. Məhkəmə qətnamələri ilə sübut ol unur ki, cavabdeh ona məxsus olan 378 kvadrat metr torpaq sahəsini özününkiləşdirməklə, torpaq sahəsini digər şəxsə 200000 manata satdığını uydurma əqd ilə rəsmiləşdirmiş, sonuncunun adından torpaq sahəsini borc əvəzində banka təqdim etmişdir. Bank qeyd olunan torpaq sahəsini xx.xx.2014-cü ildə alqı-satqı müqaviləsi əsasında 310000 manata N.Əliyevaya satmışdır. Beləliklə cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini uydurma əqdlər əsasında özününküləşdirməklə külli miqadarda mənfəət əldə etmiş, eyni zamanda iddiaçıya real zərər vurmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya həm real zərər dəymiş, həm də bu səbəbdən əldən çıxmış fayda şəklində də ona zərər vurulmuşdur. Torpaq sahəsinin yerləşdiyi ünvanda bir ha torpaq sahəsinin bazar qiyməti 110-130 min manat dəyərindədir. İddiaçı ya məxsus 4 ha torpaq sahəsinin ümumi qaydada minimal bazar satış qiyməti 400.000 manat təşkil edir. İddiaçı həmin torpaq sahəsindən istifadə edib daha çox fayda əldə edə bilərdi. Çünki əmlakın bazar qisməti ilə yanaşı bu əmlakdan daha səmərəli istifadə elməklə xeyli məbləğdə fayda əldə edə bilərdi.
27. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın əsassız hesab edilərək xitam verilməsi və Əhmədov X9 Bələdiyyəsinin torpaq sərhədləri hüdudlarından kənarda yerləşən və dövlət mülkiyyətində qalan torpaq sahəsinə Cavabdeh əsassız hesab etdiyi sənədlər təqdim etməklə Cavabdeh vurduğu maddi ziyana görə 799000 manat, mənəvi ziyana görə 50000 manat pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Cavabdeh iddia tələ binə etiraz ərizəsi vermiş, eyni zamanda iddia müddətinin tədbiqi edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
29. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 20 avqust 2021-ci il tarixli, 2(005)- 2868/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi Cavabdeh vəsatətinə əsasən baxılmamış saxlanılmışdır.
30. Birinci instansiya məhkəməsinin eyni tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
31. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı irəli sürdüyü maddi zərərin ödənilməsi barədə tələbləri əsaslandıra bilməmişdir. İddiaçı eyni zamanda cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etdiyindən iddia bu hissədə də təmin edilməməlidir.
32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 31 may 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
34. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) 2(103)-2891/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinə dair müxtəlif orqan ların qərar və sərəncamlarının mübahisələndirilməsi ilə bağlı bir neçə məhkəmə icraatı başlanılmış, qərarlar qəbul edilmişdir. Belə olan halda eyni tərəflər arasında həmin məhkəmə qərarları ilə müəyyən olunmuş hallar hazırki iş üzrə də keçərlidir (preyudisial əhəmiyyətə malikdir).
37. Məhkəmə iş materiallarında olan qanuni qüvvəsini almış qətnamələrə istinad edərək qeyd etmişdir ki, istər İddiaçı, istərsə də Cavabdeh torpaq sahələri üzərində hüquqları mövcud deyildir və həmin torpaq sahələri ilə bağlı dövlət orqanlarının qərarlarının qanunsuz olması müəyyən edilmişdir.
38. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1147/2007 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhə r Şöbəsinin imtina qeyri-qanuni hesab edilmiş, Nərimanov Rayon Bələdiyyəsinin 08 iyun 2007-ci il tarixli aktına əsasən satılmış, ünvan 2 ünvanda yerləşən 799 kvadrat metr torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ tanınmış, Nərimanov Rayon Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpağın alqı-satqısına dair torpaq kadastr planının tərtib edilərək Cavabdeh təqdim edilməsi qət olunmuşdur. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-3671/2012 saylı qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, qətnamənin icrasına geriyə dönüş edilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ba kı şəhər Şöbəsinə tapşırılmışdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehin adına verilmiş çıxarış onun iddiasına əsasən məhkəmə tərəfindən ləğv olunmuşdur. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4226/2016 saylı qətnaməsindən görünür ki, ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə reyestr nömrəsi **********7, ********** qeydiyyat nömrəsi olan ünvan 11 ünvanda yerləşən 0,0739 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüquqlarının Cavabdeh adına aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-3865/2018 saylı qərarındakı hüquqi mövqeyə görə məhkəmə qətnaməsinin məhz İddiaçı apellyasiya şikayəti əsasında ləğv edilməsi sonuncunun həmin torpaq sahəsi ilə bağlı istənilən iddianı qaldırmağa subyektiv hüququnun olmasını deyil, həmin məhkəmə qətnaməsinin icrası ilə bağlı aparılmış icra hərəkətlərinin geriyə dönüşünün təmin edilməsinə yönələn iddia qaldırması üçün hüquq yaratmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının iddia etdiyi 378 kvadrat metr torpaq sahəsinə qanuni əmlak hüquqlarının mövcudluğu müəyyən olunmamışdır. Cavabdehin adına verilmiş çıxarışın (qeydiyyatın) ləğvi isə məhz həmin çıxarışın verilməsinə əsas olumş məhkəmə aktının sonradan apellyasiya qaydasında ləğv olunması ilə bağlı olmuşdur. İddiaçı isə torpaq sahəsinə əmlak h üquqlarının mövcudluğuna əsaslanaraq cavabdehdən, sonuncunun qanunsuz hərəkətlərinə görə dəymiş zərəri tələb etmişdir.
40. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə müəyyən edilmiş hallardan cavabdehin iddiaçıya münasibətdə delikt hadisəsi törətməsi, yəni iddiaçının qanunla qorunan mənafeyinə (əmlak hüquqları və s.) ziyan vurması halı müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli məktubu da iddiaçının mübahisəli torpaq sahəsi üzərində əmlak hüquqlarının mövcudluğunu ehtiva etmir. Qeyd edilən məktubda iddiaçıya ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.
41. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi maddi ziyanla bağlı hissədə əsassız olduğundan, qalan hissələrdə də təmin oluna bilm əz.
42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
44. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbu l edilmişdir.
45. Kassasiya şikayətinə görə, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, onun mübahisəli torpaq sahəsi üzərindəki hüququ mülkiyyət hüququ deyil, istifadə hüququdur. Torpaq sahəsi 2006-cı ildən hazırkı vaxta qədər onun istifadəsindədir. Ərazidə tikililəri vardır.
46. Məhkəmə nəzərə almamışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-4226/2016 saylı qətnaməsi əsasında İddiaçı iddia tələbi qismən təmin edilərək, Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ünvan 12 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh Mənsur oğlunun adına aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. Bu məhkəmə aktı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1150/2018 s aylı qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Beləliklə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında araşdırılmış və qiymətləndirilmiş hallara təkrarən işə baxan məhkəmə yenidən qiymətləndirməyə haqlı olmadığı halda, məhkəmə əsassız formada qeyd olunan məhkəmə aktından irəli gələn halları araşdırmışdır. Bu hal Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarın tələblərinə ziddir. Qanuni qüvvə almış bu məhkəmə qətnaməsi əsasında “AR ƏMDK”-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə reyestr nömrəsi **********7, ********** qeydiyyat nömrəsi olan ünvan 13 ünvanda yerləşən 0,0799 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüquqlarının Cavabdeh Mənsur oğlunun adına aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. Beləliklə məhkəmə eyni tərəflər arasında eyni predmet ilə əlaqədar mübahisəyə baxarkən qanuni qüvvə almış məhkəmə qətnaməsindən irəli gələn məsələləri araşdırmağa və manasibət bildirməyə haqlı olmadığı halda, qanunun bu tələbi pozulmuşdur.
47. Eyni zamanda məhkəmə nəzərə almalıdır ki, mübahisə predmeti olan torpaq sahəsi Nərimanov Rayon Bələdiyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı verildiyi halda və Bələdiyyə bu qərarını ləğv etmədən, eyni torpaq sahəsini Cavabdeh verməsi və bundan sonra Cavabdeh ləğv edilmiş məhkəmənin qanunsuz qərarı əsasında torpaq sahəsinə dair çıxarış əldə etməsi və işin digər həqiqi halları Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 4226 saylı qətnamə üzrə mülki işin predmeti olduğu üçün, həmin Məhkəmədə bu məsələlər tam və hərtərəfli araşdırılaraq Cavabdeh adına torpaq sahəsinə dair verilmiş çıxarış etibarsız hesab olunmuşdur. Bu əsaslara baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası MM-nin 386.1, 21 və 1096-cı maddələrin tələblərini düzgün tətbiq etməməsi əsassızdır. Çünki MM-nin 386.1-ci maddəsinə əsasən öhdəlik zərər vurulması, əsassız varlanma və s. əsaslara görə yaranır. Cavabdeh Bələdiyyənin onun üçün 2006-cı ildə ayırdığı torpaq sahəsinə dair 1 il sonra 08 iyun 2007-ci il tarixdə Bələdiyyədən qərar əldə etməsi, 22 iyun 2007-ci ildə Nərimanov Rayon Məhkəməsində hüquqa zidd üsullarla qətnamə əldə etməsi (həmin qərar ləğv olunub) və torpaq sahəsinin hazırkı vaxta qədər onda olması, orada ona məxsus tikililərin olması və sair işin həqiqi halları baxımından, həmçinin cavabde hin həmin torpaq sahəsini dərhal sataraq, 200000 manat gəlir əldə etməsinə görə cavabdeh ona zərər vurmuş, həm də əsassız varlanmışdır.
48. Məhkəmə nəzərə almalıdır ki, MM-nin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı istifadə hüququ qanunla qorunur. İş materiallarına əlavə edilmiş Məhkəmə qətnamələri ilə sübut olunur ki, cavabdeh ona məxsus olan 378 kvadrat metr torpaq sahəsini özününkiləşdirməklə, torpaq sahəsini yaxın tanışına 200000 manata guya satdığını uydurma əqd ilə tez-tələsik rəsmiləşdirmiş, sonda sonuncunun adından torpaq sahəsini borc əvəzində banka təqdim etmişdir. Bank qeyd olunan torpaq sahəsini xx.xx.2014-cü ildə alqı-satqı müqaviləsi əsasında 310000 manata Natəvan Əliyevaya satmışdır. Beləliklə cavabdeh ona məxsus olan torpaq sahəni mülki qanunvericiliyin normaları nı pozmaqla, başqa şəxsə (zərərçəkənə) zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllər (hərəkətlər) törətməklə ona ziyan vurmuşdur. Cavabdeh ziyan vurmaq məqsədilə qanunsuz Məhkəmə aktı əldə etməyə nail olmuş və bu qanunsuz aktəsasında öz adına çıxarış əldə etdikdən dərhal sonra, öz hərəkətlərini biləbilə pərdələmək məqsədilə, uydurma əqdlər əsasında torpaq sahəsini özününküləşdirməklə külli miqadarda mənfəət əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
50. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə əsassız mövqeyini davam etdirərək heç bir məna kəsb et məyən lüzumsuz ifadələri təkrarlamaqla iddia tələbinin əsassızlığını ört-basdır etməyə çalışsa da, apellyasiya məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual hüquq normalarının pozulması halına istinad edə, konkret mövqe ifadə edib onu əsaslandıra bilməmişdir. İddiaçı cavabdehin “iddia tələbinin maddi hüquqi əsasının nədən ibarət olması” barədə mövqeyinə dair birinci və apellyasiya məhkəmə icraatında heç bir əsaslı mövqe irəli sürə bilməmişdir. Kassasiya şikayətində iddia tələbinin əsasının Nərimanov Rayon Məhkəməsinin “ləğv edilmiş qətnamə və qərardadının” və hazırki iddia tələbi ilə heç bir bağlılığı olmayan bir neçə məhkəmə aktının təşkil etdiyini göstərmişdir. Halbuki, istinad olunan qətnamələrdə cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi və nəticədə iddiaçıy a ziyan vurulmasına dəlalət edən hər hansı hal öz əksini tapmamışdır. Belə olan halda iddiaçının cavabdehə qarşı əsassız ziyan tələbinin əsasının olmaması açıq-aşkar şəkildə meydana çıxır. Məhkəmə iş üzrə tərəflərin təqdim etdikləri sübutları araşdırmış və müəyyən etdiyi halların məcmusuna düzgün qiymət vermiş və mübahisənin həllinə maddi hüquq normalarını - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1 və 21-ci maddələrini düzgün tətbiq etmişdir. Görünür iddiaçı maddi hüquq norması pozuntusu tapmadığından yalnız müəyyən edilmiş faktlara istinadı səhv saymış, sistemsiz və mənası başa düşülməyən tərzdə prosessual normalara əməl edilmədiyinə istinad etmişdir. Özünün əsaslandığı preyudisial əhəmiyyətli məhkəmə qərarlarının əhəmiyyətsiz olduğunu göstərməklə tələbinin konkret olar aq nəyə əsaslandığını göstərə bilməmişdir. Paradoksallıq daha çox iddiaçının iddia ərizəsində və məhkəmə baxışında göstərdiklərində deyil, cavabdehin etirazında və məhkəmə baxışında irəli sürülən, məhkəmənin qətnaməsində əksini tapan dəlillərin və hüquqi əsasların təkrarlanmasındadır. Məhkəmə baxışında tələbinin hüquqi əsasını hər hansı şəkildə izah edə bilməyən iddiaçı şikayətində ona münasibətdə mülki-hüquqi pozuntu (delikt) törədilməsinə istinad etməkdən başqa bir yol tapmasa da, deliktin nədən ibarət olmasını, xüsusilə hansı qanunazidd hərəkətlərin pozuntunun əsasını təşkil etməsini üzə çıxara bilməmişdir.
51. İddiaçının kassasiya şikayətində qeyd ediyi kimi məhkəmə qətnaməsində yenidən qiymətləndirmə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş ayrıayrı hallara istin ad yoxdur, həmin qətnamələr tərəflər arasında mübahisələrin mövcud olması kontekstində qeyd olunmuşdur və deməli, İddiaçının irəli sürdüyü “pozulma” uydurma xarakterlidir. Əksinə iddiaçı həmin məhkəmə aktlarını yersiz sadalamaqla məhkəmə qətnamələrində müəyyən olunmayan halları öz mülahizələrinə əsasən müəyyən etməyə çalışmış, məhkəmə kollegiyasının da bu uydurmaları qəbul etməsinə ümid bəsləmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
52. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
53. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
54. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etd iyi halları sübut etməlidir.
57. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
64. İddiaçı şikayətində tələbinin əmlak hüququndan deyil, mübahisəli torpaq sahəsində istifadə hüququ ilə bağlı olmasını və apellyasiya instansiyası məhkəməsinin bu hala qiymət vermədiyini qeyd etmişdir.
65. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şika yətinin dəlili ilə eynilik təşkil edən kassasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının iddia etdiyi 378 kvadrat metr torpaq sahəsinə qanuni əmlak hüquqlarının mövcudluğu müəyyən olunmamışdır. Həmçinin hazırki iş üzrə müəyyən edilmiş hallardan cavabdehin iddiaçıya münasibətdə delikt hadisəsi törətməsi, yəni iddiaçının qanunla qorunan mənafeyinə (əmlak hüquqları və s.) ziyan vurması halı da müəyyən edilməmişdir.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə q eyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2891/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q