Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5271/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 MTK-ya, Cavabdeh3 və Cavabdeh4 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 MTK-ya və digərlərinə qarşı iddia tələbi üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1266/2021 nömrə li, 03.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 30 nömrəli mənzil barədə ilkin olaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanan 07.03.2007-ci il tarixli müqaviləyə əsasən mənzil ona satılmış, müqavilə qüvvədə olan vaxt həmin mənzilə dair 17.11.2009-cu il tarixli müqavilə Cavabdeh2 ilə bağlanmış, daha sonra hüquqi təşkilatı formasını dəyişmiş "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə 07.05.2016-cı il tarixdə müqavilə yeni şərtlərlə təkrar Cavabdeh2 ilə bağlanmış, 08.01.2019-cu il tarixdə isə Cavabdeh2 adında n onun həyat yoldaşı Cavabdeh3 adına keçirilmişdir. Bundan sonra isə Cavabdeh1 MTK ilə Cavabdeh4n adına ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan mübahisələndirilən 30 nömrəli mənzilə dair 10.12.2018-ci il tarixli müqavilə bağlanmışdır. ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan mübahisələndirilən 19 nömrəli mənzilə dair 10.10.2006-cı il tarixli müqaviləyə əsasən F.M.Qaçayevaya, 19.06.2008-ci il tarixli müqaviləyə əsasən K.A.Ağayevə və 26.11.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı satılmışdır. M.Osmanoı 1-ci mənzilin əvəzi olaraq onunla bağlanmış 2-ci mənzilə daxil ola bilməmişdir. Çünki ona məlum olmuşdur ki həmi n mənzil ondan əvvəl qanuni əsaslarla başqa şəxsə satılmışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 MTK-ya, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2 və X7 qarşı “müqavilənin etibarsız hesab edilməsi, əvvəlki müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, mənzilə köçmək, sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlardan sərbəst istifadəyə hər hansı maneənin yaradılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin p ay kimi satılmasına dair onunla Cavabdeh1 MTK arasında bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi və bu etibarsızlığın doğurduğu nəticə olaraq ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair onunla Cavabdeh1 MTK arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair "xxxx" MMC ilə Cavabdeh2 Mamı oğlu arasında bağlanmış 17.11.2009-cu il tarixli müqavilə, Cavabdeh1 MTK ilə C avabdeh2 Mamı oğlu arasında bağlanmış 07.05.2016-cı il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 08.01.2019-cu il tarixli müqavilə və Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 10.12.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə köçürülməklə, onun həmin mənzilə qanundan irəli gələn sahiblik və istifadə hüquqlarının tanınması, bu hüquqlardan sərbəst istifadəyə hər-hansı maneənin yaradılmaması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İşin məhkəmə baxışında iddiaçının vəkili-nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia q aldırdıqları vaxt Cavabdeh2 Mamı oğlunun artıq vəfat etməsini bildiklərini qeyd edərək Cavabdeh2 Mamı oğlunun əvəzində cavabdeh olaraq onun arvadıqanuni varis kim Cavabdeh3 nəzərə alınmasını, eyni zamanda X3 3-cü şəxs olaraq kənarlaşdırılmasını məhkəmədən xahiş etmişdir.
4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi və H.Z.Tağıyev küçəsinin kəsişdiyi ev 1 “A” ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzili pay kimi İddiaçı 39080 manata satılmışdır. Müqavilə imzalanan zaman mənzilin müqavilə qiyməti 39080 manat pul müqavilə üzrə payçı olan İddia çı tərəfindən tam məbləğdə ödənilmiş və bununla bağlı "xxxx" MMC tərəfindən 17 mart 2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Bununla da İddiaçı Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi və H.Z.Tağıyev küçəsinin kəsişdiyi ev 1 “A” ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə sahiblik və istifadə hüquqları yaranmışdır. "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə İddiaçı arasında 26 noyabr 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzil pay kimi İddiaçı satılmışdır. Tərəflər arasında sonuncu dəfə bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilənin giriş hissəsində qeyd edilənlərə əsasən bu müqavilə əvvəllər bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış, 3.2-ci bəndinə əsasən ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin hər kv.metri üçün əlavə olaraq 100 manat hesablanmaqla mənzilin dəyəri 9600 manat artırılmış, 9-cu bəndinə əsasən isə bu müqavilə imzalandığı gündən əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirmişdir. Artırılmış məbləğdən 500 manat İddiaçı tərəfindən ödənilmiş və bu ödənişlə bağlı Cavabdeh1 MTK-nın əvvəlki direktoru Rafiq Nəsirovun imzası ilə təsdiq edilmiş qəbz verilmişdir. Abşeron Rayon Məhkəməsindən baxılmış 2(012)3680/201 9 saylı mülki işin materiallarına əlavə edilmiş sənədlərdən və həmin iş üzrə çıxarılmış və qanuni qüvvəsini almış 01.12.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə işin müəyyən edilmiş hallarından göründüyü kimi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzil 10.10.2006-cı il tarixli müqaviləyə əsasən X2, 19.06.2008-ci il tarixli müqaviləyə əsasən X7 və 26.11.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı satılmışdır. Göründüyü kimi mübahisəli mənzil İddiaçı satılmamışdan əvvəl iki ayrı-ayrı şəxslərə satılsa da, həmin mənzil təkrarən İddiaçı satılmışdır.
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibar sız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin ona təhvil verilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC və onun hüquqi varisi Progress-2016 MTK ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı izolə edilmiş 3 otaqdan ibarət mənzilə dair İddiaçı ilə bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair onun sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifələrinin "xxxx" MMC və onun hüquqi varisi Progress-2016 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tə ləbi onunla əsaslandırılmışdır ki, X8 ilə "xxxx" MMC arasında bağlanmış 19 iyun 2008-ci il tarixli 340 saylı müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı izolə edilmiş 3 otaqdan ibarət mənzil pay kimi X7 27552 manata satılmış və "xxxx" MMC tərəfindən bunu təsdiq edən maliyyə arayışı verilmişdir. Hazırda məlum olmuşdur ki, mənzilə dair İddiaçı ilə 26.11.2016-cı il tarixli müqavilə bağlanmışdır. Belə olan halda 26.11.2016-cı il tarixli müqavilə etibarsız hesab edilməlidir.
7. Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) ilkin iddianın qismən təmin edilməsi, müstəqil tələb irəli sürən ş əxsin iddiasının təmin edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin pay kimi satılmasına dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair İddiaçı ilə Cavabdeh1 MTK ("xxxx" MMC) arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair "xxxx" MMC ilə Cavabdeh2 Mamı oğlu arasında bağlanmış 17.11.2009-cu il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh2 Mamı oğlu arasında bağlanmış 07.05.2016-cı il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 08.01.2019-cu il tarixli müqavilə və Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 10.12.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, hər hansı maneçiliyin yaradılmasının Cavabdeh1 MTK-ya qadağan edilməsi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünva nda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı mənzilə dair X1 və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi, Cavabdeh1 MTK-dan 40 manat məbləğində rüsuma görə pulun tutulması, onun 10 manatının İddiaçı, 30 manatının isə X7 verilməsi qət edilmişdir.
8. Məhkəmə iddia tələblərini qismən və tam edərkən 152.1, 152.5, 152.6, 152.7, 337.1, 337.2, 337.4, 337.5, 399.1, 421.1, 442.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.05.2021-ci il tarixli, 2(105)-1266/2021 saylı qətnaməsi ilə ( sədrlik edən və məruzəçi G.Tağızadə, hakimlər T.Quliyev və L.Məmmədova) apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
12. Cavabdeh3 qətnamə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh3 kasasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv olunmasını və öna yönəlmiş iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq nor malarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.İddiaçının 30 No-li mənzilə dair bağlanmış müqavilələrin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Çünki iddiaçı könüllü olaraq digər mənzilə dair müqavilə bağlamış və onunla bağlanmış müqaviləyə xitam verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
21. Maddə. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
22. Maddə. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər.
23. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozma qla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
25. Maddə.337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
26. Maddə. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olm adıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır.
27. Maddə. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
28. Maddə. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
29. Maddə. 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
35. Əvvəla qeyd olunmalıdır ki, qətanmədən Cavabdeh3 şikayət verdiyi üçün qətnamə ona aid hissədə və 30 No-li mənzillə bağlı yoxlanılır. İddiaçı ilə sonradan 19 No-li mənzilə dair bağlanmış müqavilələrin etibarsızlığı məsələsindən şikayət verilməmişdir. Hansıki, iddiaçı ilə 30No-li mənzilə dair bağlanmış müqavilə məhz 19No-li mənzilə dair müqavilənin şərtlərinə görə xitam olunmuşdu. Deməli 19No-li mənzilə dair bağlanmış müqavilənin etibarsızlığı iddiası təmin oldunduğu təqdi rdə iddiaçının 30 No-li mənzilə dair bağladığı müqavilə qüvvəsini bərpa edir. İddiaçı ilə bağlanmış həmin müqaviləni isə heç bir tərəf mübahisələndirmir. Yəni, 30 No-li mənzilin "xxxx" MMC tərəfindən 07.03.2007-ci il tarixli müqaviləyə əsasən İddiaçı satılması mübahisəsiz hal kimi qəbul edilir.
36. Məhkəmələr müəyən etmişlər ki, ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 30 nömrəli mənzil barədə ilkin olaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanan 07.03.2007-ci il tarixli müqaviləyə əsasən mənzil ona satılmış, həmin müqavilə hələ qüvvədə olan vaxt mənzilə dair 17.11.2009-cu il tarixli müqavilə Cavabdeh2 ilə bağlanmış, daha sonra hüquqi təşkilatı formasını dəyişmiş "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 M TK ilə 07.05.2016-cı il tarixdə müqavilə yeni şərtlərlə təkrar Cavabdeh2 ilə bağlanmış, 08.01.2019-cu il tarixdə isə Cavabdeh2 adından onun həyat yoldaşı Cavabdeh3 adına keçirilmişdir. Bundan sonra isə Cavabdeh3 ilə müqaviləyə xitam verilmədən Cavabdeh1 MTK ilə Cavabdeh4n adına mənzilə dair 10.12.2018-ci il tarixli müqavilə bağlanmışdır.
37. Apellyasiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, ünvan 3 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan mübahisələndirilən 19 nömrəli mənzilə dair iddiaçı ilə MTK arasında 26.11.2016-cı il tarixli müqavilə bağlanarkən idddiaçı aldadılmışdır. Belə ki, iddiaçıya qədər 19 saylı mənzilə dair bir sıra şəxslərlə müqavilə bağlanmışdır. Ona görə iddiaçı dərhal hazırkı iddia ilə m əhkəməyə müraciət etmişdir.
38. İddia tələbinin İddiaçı ünvan 1 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə köçürülməklə, onun həmin mənzilə qanundan irəli gələn sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlardan sərbəst istifadəyə hər hansı maneənin yaradılmaması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli 30 saylı mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. 39. 30 saylı mənzilə dair iddiaçı ilə bağlanan müqavilədən sonra bağlanmış müqavilələr etibarlı müqavilələr deyil. Ona görə Apelyasiya məhkəməsinin mübahisə ilə bağlı mövqeyi əsaslıdır.
40. Əqdin etibarsızlığının nəticələrinin tətbiq olanmaması ilə bağlı kollegiya qeyd edir ki, hazırkı işdə həmin nəticələrin tətbiqi mümkün olmamışdır. Əvvəla, mənzilə dair bir neçə şəxslə müqavilə bağlanmış, onların hansı məbləğdə pul ödəmələri aydın deyil. İstisna deyil ki, müqavilə bağlayan şəxslər müqavilədə göstərilən məbləğdən artıq məbləğ tələb etməkdə haqlıdırlar. Çünki kassatorun mərhum əri ilə mənzilə dair müqavilə on ildən artıq əvvəl bağlanmış və cavabdeh kooperativə verdiyi pulları, ona vurulan zərəri tələb etməkdə haqlı olacaqdır. Hazırkı icraatda kassatorun ona vurulmuş zər ərlə bağlı tələbi olmamış, tərəf mənzilin onda saxlanmasını tələb etmişdir. Ona görə kassatora izah edilməlidir ki, müstəqil iddia ilə məhkəməyə müraciət edərək mənzilə görə mərhum ərinin ödəmiş olduğu vəsaiti və vurulmuş zərəri tələb etsin.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1266/2021 nömrəli, 03.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.