Məhkəmə qərarları › İş №2(105)-1266/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1266/2021

03.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1266/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X16 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: Vəkil, Cavabdeh: Cavabdeh3, Cavabdehin nümayəndəsi və vəkili: X19 iştirakları ilə, İddiaçı Cavabdeh1 MTK-ya, Cavabdeh3 və Cavabdeh4 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X11 “müqavilənin etibarsız hesab edilməsi, əvvəlki müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, mənzilə köçmək, sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlardan sərbəst istifadəyə hər hansı maneənin yaradılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə ilk iddia tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin ona təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) ilkin iddianın qismən təmin edilməsi, müstəqil tələb irəli sürən şəxsin iddiasının təmin edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin pay kimi satılmasına dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair İddiaçı ilə Cavabdeh1 MTK (“xxxx” MMC) arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair “xxxx” MMC ilə Cavabdeh2 Mamı oğlu arasında bağlanmış 17.11.2009-cu il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh2 Mamı oğlu arasında bağlanmış 07.05.2016-cı il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 08.01.2019-cu il tarixli müqavilə və Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 10.12.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, hər hansı maneçiliyin yaradılmasının Cavabdeh1 MTK-ya qadağan edilməsi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı mənzilə dair X1 və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi, Cavabdeh1 MTK-dan 40 manat məbləğində rüsuma görə pulun tutulması, onun 10 manatın İddiaçı, 30 manatın isə X13 verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1 MTK-ya, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X3 və X13 qarşı “müqavilənin etibarsız hesab edilməsi, əvvəlki müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, mənzilə köçmək, sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlardan sərbəst istifadəyə hər hansı maneənin yaradılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin pay kimi satılmasına dair onunla Cavabdeh1 MTK arasında bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi və bu etibarsızlığın doğurduğu nəticə olaraq ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair onunla Cavabdeh1 MTK arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi və onun ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə köçürülməklə, onun həmin mənzilə qanundan irəli gələn sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlardan sərbəst istifadəyə hər hansı maneənin yaradılmaması öhdəliyinin “xxxx” MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin pay kimi satılmasına dair onunla Cavabdeh1 MTK arasında bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilənin məhkəmə qaydasında etibarsız hesab edilməsi və bu etibarsızlığın doğurduğu nəticə olaraq ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair onunla Cavabdeh1 MTK arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair “xxxx” MMC ilə Cavabdeh2 Mamı oğlu arasında bağlanmış 17.11.2009-cu il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 07.05.2016-cı il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 08.01.2019-cu il tarixli müqavilə və Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 10.12.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə köçürülməklə, onun həmin mənzilə qanundan irəli gələn sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlardan sərbəst istifadəyə hər hansı maneənin yaradılmaması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının vəkili-nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia qaldırdıqları vaxt artıq Cavabdeh2 Mamı oğlu ölmüşdür, bunu məhkəmə prosesində bilmişlər. Odur ki, iddia ərizəsində Cavabdeh2 əvəzində cavabdeh olaraq onun arvadı qanuni varis kimi Cavabdeh3 nəzərə alınmasını, eyni zamanda X4 3cü şəxs olaraq kənarlaşdırılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi və H.Z.Tağıyev küçəsinin kəsişdiyi ev 1 “A” ünvanda yerləşən çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzili pay kimi ona 39080 manata satılmışdır. Müqavilə imzalanan zaman mənzilin müqavilə qiyməti 39080 manat pul müqavilə üzrə payçı olan onun tərəfindən tam məbləğdə ödənilmiş və bununla bağlı “xxxx” MMC tərəfindən 17 mart 2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Bununla da onun Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi və H.Z.Tağıyev küçəsinin kəsişdiyi ev 1 “A” ünvanda yerləşən çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə sahiblik və istifadə hüquqları yaranmışdır. “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə onun arasında 26 noyabr 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzil pay kimi ona satılmışdır. Tərəflər arasında sonuncu dəfə bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilənin giriş hissəsində qeyd edilənlərə əsasən bu müqavilə əvvəllər bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış, 3.2-ci bəndinə əsasən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin hər kv.metri üçün əlavə olaraq 100 manat hesablanmaqla mənzilin dəyəri 9600 manat artırılmış, 9-cu bəndinə əsasən isə bu müqavilə imzalandığı gündən əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirmişdir. Artırılmış məbləğdən 500 manat onun tərəfindən ödənilmiş və bu ödənişlə bağlı Cavabdeh1 MTKnın əvvəlki direktoru Rafiq Nəsirovun imzası ilə təsdiq edilmiş qəbz verilmişdir. Abşeron Rayon Məhkəməsindən baxılmış 2(012)-3680/2019 saylı mülki işin materiallarına əlavə edilmiş sənədlərdən və həmin iş üzrə çıxarılmış və qanuni qüvvəsini almış 01.12.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə işin müəyyən edilmiş hallarından göründüyü kimi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzil 10.10.2006cı il tarixli müqaviləyə əsasən X3, 19.06.2008-ci il tarixli müqaviləyə əsasən X13 və 26.11.2016-cı il tarixli müqaviləyə əsasən ona satılmışdır. Göründüyü kimi mübahisəli mənzil ona satılmışdan əvvəl iki ayrı-ayrı şəxslərə satılsa da, həmin mənzil təkrarən ona satılmışdır. Müstəqil tələb irəli sürən 3-cü şəxs iddia tələbi onunla əsaslandırmışdır ki, X17 ilə “xxxx” MMC arasında bağlanmış 19 iyun 2008-ci il tarixli 340 saylı müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı izolə edilmiş 3 otaqdan ibarət mənzil pay kimi ona 27552 manata satılmış və “xxxx” MMC tərəfindən bunu təsdiq edən maliyyə arayışı verilmişdir. Hazırda məlum olmuşdur ki, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı izolə edilmiş 3 otaqdan ibarət mənzilə dair İddiaçı ilə 26.11.2016-cı il tarixli müqavilə bağlanmışdır. Belə olan halda 26.11.2016-cı il tarixli müqavilə etibarsız hesab edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X17 İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin ona təhvil verilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı izolə edilmiş 3 otaqdan ibarət mənzilə dair İddiaçı ilə 26 noyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı mənzilə dair onun sahiblik və istifadə hüquqları tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifələrinin “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh4n nümayəndəsi və vəkili K.V.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbləri pozulmuşdur. Məhkəmə bir şəxsin əmlak hüquqlarını digər şəxslərin hesabına bərpa etməmək üçün heç olmazsa, digər vicdanlı alıcıların mənzili əldə etmək üçün cavabdeh «xxxx» MTK-nə ödədikləri pulların geri qaytarılmaları, cavabdehin və əmlak əldə etmiş cavabdehlərin razılığı əsasında onlara müvafiq digər mənzilin ayrılması barədə qərar qəbul etməli idi. Məhkəmə aydınlaşdırmamışdır ki, Cavabdeh4d olan sənədlərə əsasən ünvan 3 ünvanında inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binasında olan həmin binanın 2-ci blokunda olan 30 nömrəli mənzil 8-ci mərtəbədə deyil, binanın 9-cu mərtəbəsində yerləşir və həmin mənzilin ümumi sahəsi 97,7 kv.m deyil, 101,6 kvadrat metrdir. Məhkəmə iddia tələbində göstərilən verilmiş iddiaların düzgün baxılmasına kifayət qədər sübutlar olmasına baxmayaraq, sübutetmə, tam vicdanlı şəxslərin hüquqlarının qorunması və əmlak hüquqlarının bərpa etmə prinsiplərinə zidd yekun qərar qəbul etmişdir. Məhkəmə heç bir əsaslandırma aparmadan yol verilməz olmasına baxmayaraq, iddiaçının əmlak hüquqlarını digər şəxslərin hesabına təmin edir, digər şəxsləri isə tam əsassız olaraq, əmlaklarından mərhum edir. Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(012)-1603/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilkin İddiaçı iddiasının tamamilə ləğv olunması və cavabdeh M.S.Mohammadin mülkiyyət hüquqlarının tamamilə bərpa olunması haqqında yekun məhkəmə qərarı qəbul edilməsini, yəni ünvan 4 ünvanında inşa olunan 5 bloku 15 mərtəbəli yaşayış binasından həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 101,6 kvadrat metr sahəsi olan 3 otaqlı 30 saylı mənzil Cavabdeh4n səlahiyyətinə və istifadəsinə verilməsi, onun səlahiyyətinə və istifadəsinə veriləcək mənzillə bağlı hər hansı maneçiliyin yaradılmasının «xxxx» MTK-nə qadagan edilməsi haqqında yekun məhkəmə qərarı qəbul edilməsi, əgər apellyasiya şikayəti təmin edilməməsi barədə qərar qəbul edilsə, cavabdeh «xxxx» MTKnə ödədiyi 66.040 manat məbləğində pulun alınıb Cavabdeh4ə tamamilə ödənilməsi barədə yekun məhkəmə qərarı çıxarılması barədə məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından və iddia ərizəsinin məzmunundan belə məlum olur ki, iddiaçı mübahisəli mənzil olan ünvan 5 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzili dediyinə görə 2007-ci ildə almışdır. Lakin sonradan qarşılıqlı razılıga əsasən o həmin bu mənzilin əvəzinə ünvan 6 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin ona verilməsinə razılıq vermiş və həmin mənzilə dair müqavilə bağlamışdır. Sonradan qeyd edilən 19 saylı mənzillə bağlı məhkəmə işi olduğundan o da öz növbəsində ilk əvvəl almış olduğu mənzilin ona verilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı faktiki olaraq artıq ona məxsus olmayan mənzillə bağlı mübahisə qaldırmışdır. İddiaçı özü etiraf edir ki, o başqa mənzili almışdır. Məhkəmə ilk əvvəl iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən etməli idi. Qeyd edilən 30 saylı mənzilə dair ilkin olaraq əri Cavabdeh2la 17.11.2009-cu il tarixdə müqavilə bağlanmış, Hamletlə Cavabdeh1 MTK-nın arasında həmin mənzilə dair təkrar olaraq 07.05.2016-cı il tarixdə müqavilə bağlanmış, Hamletin razılığı ilə 08 yanvar 2019-cu il tarixdə həmin mənzilə dair onunla Cavabdeh1 MTK-nın arasında mənzilin onun adına keçirilməsinə dair müqavilə bağlanmışdır. Bundan əlavə cavabdehin biri Elman Tağıyev barəsində cinayət işinin olması, bu şəxsin hazırda 10 saylı cəzaçəkmə müəyyənsində saxlanmasını nəzərə almamışdır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən MM-nin 337.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsini ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair “xxxx” MMC ilə Cavabdeh2 Mamı oğlu arasında bağlanmış 17.11.2009-cu il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh2 Mamı oğlu arasında bağlanmış 07.05.2016-cı il tarixli müqavilə, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 08.01.2019-cu il tarixli müqavilə və Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 10.12.2018-ci il tarixli müqavilə etibarsız hesab edilməsi hissəsində ləğv edib, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh3, nümayəndəsi və vəkili E.Ə.Həmidov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını, Cavabdeh4, onun nümayəndəsi və vəkili K.V.Əliyev apellyasiya şikayətinin dəlillərini qəbul etdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh4, «xxxx» nümayəndəsi, müstəqil tələb irəli sürməyən şəxs F.M.Qaçayeva və K.A.Ağayev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini təmin edərkən, mübahisə olunan əmlakın iddiaçının sahibliyində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 və Cavabdeh3 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 07.03.2007-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzil İddiaçı 39080 manata satmışdır. İş materiallarında olan “xxxx” MMC-nin 17.03.2007-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə “xxxx” MMC-yə 39080 manat pul ödənilmiş, İddiaçı MMC-yə borcu yoxdur. İşə əlavə olan 26.11.2016-cı il tarixli müqaviləyə əsasən bu müqavilə Cavabdeh1 MTK-nın varisi olduğu “xxxx” MMC ilə əvvəllər bağlanmış 07.03.2007-ci il tarixli müqavilənin əsasında bağlanmış, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzil İddiaçı 38400 manata satmışdır. İş materiallarında olan 17.11.2009-cu il tarixli 478 saylı müqaviləyə əsasən “xxxx” MMC-nin direktoru X12 tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzil hər kv.metri 295 manat olmaqla, 28800 manata Cavabdeh2 satılmışdır. İşə əlavə olan 07.05.2016-cı il tarixli müqaviləyə əsasən “xxxx” MTK tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzil Cavabdeh2 38591 manata satılmışdır. İş materiallarında olan 26.11.2015-ci il tarixli razılaşmaya əsasən “xxxx” MMC-nin təsisçisi R.N.Nəsirov tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə dair aralarında bağlanmış 17.11.2009-cu il tarixli 478 saylı müqaviləyə tərəflərin öz iradə ifadəsi və könüllülük prinsipi əsasında mənzilin hər kv.metrinə görə 100 manat pul vəsaitinin ödənilməsi öhdəliyi Cavabdeh2 üzərinə qoyulmuşdur. İşə əlavə olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh2 Cavabdeh3 ilə nikahı 26.12.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1594 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh2 07.03.2019-cu il tarixdə ölmüşdür. İşə əlavə olan 08.01.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzil Cavabdeh3 38591 manata satılmışdır. İşdə olan Cavabdeh1 MTK-nın 19.11.2019-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,6 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin dəyəri 50292 manat Cavabdeh3 tərəfindən ödənilmiş, Cavabdeh3 MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MTK-nın 17.04.2019-cu il tarixli bildirişindən müəyyən edilir ki, Cavabdeh3 ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə görə 8291 manat pulun ödənilməməsi barədə xəbərdar edilmişdir. İşdə olan 10 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzil Cavabdeh4 satılmışdır. Həmin tarixli maliyyə arayışına görə mənzilin dəyəri 66040 manat tam olaraq Cavabdeh4 tərəfindən ödənilmişdir. İşin materiallarında olan 19 iyun 2008-ci il tarixli müqaviləyə əsasən bu müqavilə Cavabdeh1 MTK-nın varisi olduğu “xxxx” MMC ilə K.A.Ağayev arasında bağlanmış, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzil ona 27552 manata satmışdır. Həmin tarixli maliyyə arayışına əsasən mənzili dəyəri 27552 manat onun tərəfindən tam olaraq ödənilmişdir. İşə əlavə olan Cavabdeh1 MTK-nın 24.09.2020-ci il tarixli arayışından müəyyən edilir ki, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan və bərpası tələb edilən 07.03.2007-ci il tarixli müqaviləyə dair 30 nömrəli mənzil barədə ilkin 17.11.2009-cu il tarixli müqavilə Cavabdeh2 ilə bağlanmış, daha sonra hüquqi təşkilatı formasını dəyişmiş “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə 07.05.2016-cı ildə müqavilə yeni şərtlərlə təkrar bağlanmış, 08.01.2019-cu il tarixdə isə Cavabdeh2 adından onun həyat yoldaşı Cavabdeh3 adına keçirilmişdir. Cavabdeh1 MTK ilə V.R.Mənsumov (şəxsiyyət vəsiqəsi seriya AZE № 18692014 ASAN Sumqayıt 24.12.2018-ci ildə verilib. Qeydiyyat ünvanı: Sumqayıt şəhəri, Nizami küçəsi ev 19 C mənzil 6, telefon *** *** ** **) aralarında bağlanmış podrat müqaviləsinə əsasən təklif etdiyi şəxslərdən Cavabdeh4n adına ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan mübahisələndirilən 30 nömrəli mənzilə dair 10.12.2018-ci il tarixli müqavilə bağlanmışdır. ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan mübahisələndirilən 30 nömrəli mənzilə dair 10.10.2006-cı il tarixli müqaviləyə əsasən F.M.Qaçayevaya, 19.06.2008-ci il tarixli müqaviləyə əsasən K.A.Ağayevə və 26.11.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı satılmışdır. İşin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(012)-3680/2019 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı F.M.Qacayevanın cavabdehlər Cavabdeh1 MTK-ya, X8, X14, X13, İddiaçı, X9, X10 və X18 qarşı “bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin təhvil verilməsi”nə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı F.M.Qacayeva cavabdehlər Cavabdeh1 MTKya, A.H.Bayramovaya, İ.A.Əliyevə, K.A.Ağayevə, İddiaçı, İ.H.Səmədova, A.B.Əliyevaya və L.N.Eminovaya qarşı “bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK ilə Xırdalan şəhəri,M. Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanında inşa olunan 5 bloklu yüksək mərtəbəli yaşayış binasının İİİ blok, İİİ mərtəbə, ümumi sahəsi 71.5 kvadrat metr olan 2 (iki) otaqlı 17 nömrəli mənzilə dair cavabdehlər L.N.Eminova ilə 27.03.2016-cı ildə və A.B.Əliyeva ilə 27.10.2017-ci ildə bağlanmış müqavilələrin, İİ blok, V mərtəbə, ümumi sahəsi 96 kvadrat metr olan izolə olunmuş 3 (üç) otaqlı 19 nömrəli mənzilə dair cavabdehlər K.A.Ağayev ilə 19.06.2008-ci ildə və İddiaçı ilə 26.11.2016-cı ildə bağlanmış müqavilələrin, İV blok, V mərtəbə, ümumi sahəsi 83.7 kvadrat metr olan izolə olunmuş 2 (iki) otaqlı 20 nömrəli mənzilə dair İ.A.Əliyev ilə 28.03.2007-ci ildə və İ.H.Səmədov ilə 18.02.2014-cü ildə, A.H.Bayramova ilə 15.12.2011ci ildə bağlanılmış müqavilələrin etibarsız hesab edilməsi, “xxxx” MMC ilə iddiaçının arasında bağlanılmış 10.01.2007-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan 5 bloklu yüksək mərtəbəli yaşayış binasının İİİ blok, İİİ mərtəbə, ümumi sahəsi 71.5 kvadrat metr olan 17 nömrəli, izolə olunmuş 2 (iki) otaqlı, 10.10.2006-cı il tarixli müqaviləyə əsasən İİ blok, V mərtəbə, ümumi sahəsi 96 kvadrat metr olan 19 nömrəli, izolə olunmuş 3 (üç) otaqlı mənzilə, 10.01.2007-ci il tarixli müqaviləyə əsasən İV blok,V mərtəbə, ümumi sahəsi 83.7 kvadrat metr olan 20 nömrəli, izolə olunmuş 2 (iki) otaqlı mənzilə F.M.Qaçayevanın sahiblik və istifadə hüquqlarının tanınması və mənzillərin ona təhvil verilməsi vəzifələrinin cavabdeh ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Onun iddia tələbi rədd edilərkən məhkəmə ona əsaslanmışdır ki, iddiaçı tərəfindən təqdim edilən müqavilələr görünüş üçün bağlanmış müqavilələr olmaqla, sonradan bağlanmış müqavilələrdir və hüquqi nəticələr yaratmır. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 30 nömrəli mənzil barədə ilkin olaraq “xxxx” MMC ilə İddiaçı arasında bağlanan 07.03.2007-ci il tarixli müqaviləyə əsasən ona satılmış, həmin müqavilə hələ qüvvədə olan vaxt həmin mənzilə dair 17.11.2009-cu il tarixli müqavilə Cavabdeh2 ilə bağlanmış, daha sonra hüquqi təşkilatı formasını dəyişmiş “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə 07.05.2016-cı ildə müqavilə yeni şərtlərlə təkrar Cavabdeh2 ilə bağlanmış, 08.01.2019-cu il tarixdə isə Cavabdeh2 adından onun həyat yoldaşı Cavabdeh3 adına keçirilmişdir. Bundan sonra isə Cavabdeh1 MTK ilə Cavabdeh4n adına ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan mübahisələndirilən 30 nömrəli mənzilə dair 10.12.2018-ci il tarixli müqavilə bağlanmışdır. ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan mübahisələndirilən 19 nömrəli mənzilə dair 10.10.2006-cı il tarixli müqaviləyə əsasən F.M.Qaçayevaya, 19.06.2008-ci il tarixli müqaviləyə əsasən K.A.Ağayevə və 26.11.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı satılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı F.M.Qacayevanın yuxarıda qeyd edilən iddia tələbi üzrə Abşeron Rayon Məhkəməsində işə baxılarkən ona məlum olmuşdur ki, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan mübahisələndirilən 19 nömrəli mənzilə dair onunla MTK arasında 26.11.2016-cı il tarixli müqavilə bağlanarkən MTK tərəfindən aldadılmışdır. Belə ki,ona qədər artıq 19 saylı mənzilə dair bir sıra şəxslərlə müqavilə bağlanmışdır. Ona görə də, dərhal hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilən fakt öz əksini məhkəmə kollegiyası iclası zamanı öz təstiqini tapmışdır, odur ki, kollegiyası hesab edir ki, İddiaçı iddia müddəti keçməsi ilə məhkəməyə ərizə verilməsi barədə dəlili qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qarac və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qarac və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Müqavilələr üzrə mərtəbələrin fərqli göstərilməsi dəlilə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə prosesi zamanı tərəflərin izahatlarından müəyyən edildi ki, mübahisə eyni mənzil üzrə gedir. İddia tələbinin İddiaçı ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilə köçürülməklə, onun həmin mənzilə qanundan irəli gələn sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlardan sərbəst istifadəyə hər hansı maneənin yaradılmaması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli 30 saylı mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.İddianın mənzilə köçürülmə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən yaşayış binasında hələ ki, bina sakinləri yaşamadığından bu hissədə iddia əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə 3-cü şəxsin iddia tələbinə münasibətdə qeyd edir ki, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan mübahisələndirilən 19 nömrəli mənzilə dair MMC ilə X2 arasında bağlanan 10.10.2006-cı il tarixli müqaviləyə Abşeron rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(012)-3680/2019 saylı qətnaməsi ilə hüquqi qiymət verilərək həmin müqavilənin hüquqi qüvvəsinin olmadığı müəyyən edilmişdir və həmin qətnamə halhazırda qüvvədədir. Yenə həmin mənzilə dair İddiaçı ilə MMC arasında bağlanan 26.11.2016-cı il tarixli müqaviləyə artıq yuxarıda hüquqi qiymət verilərək etibarsız hesab edildiyindən, K.A.Ağayev ilə MTK arasında arasında həmin mənzilə dair bağlanan 19.06.2008-ci il tarixli müqavilə hal-hazırda qüvvədə olduğundan, həmin müqavilənin həqiqiliyi iş materialları ilə təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməli “xxxx” MMC və onun hüquqi varisi Cavabdeh1 MTK ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı izolə edilmiş 3 otaqdan ibarət mənzilə dair İddiaçı arasında bağlanan 26 noyabr 2016cı il tarixli müqavilə etibarsız hesab edilməli, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı mənzilə dair K.A.Ağayevin sahiblik və istifadə hüquqları tanınmalı və həmin mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 20 noyabr 2020-ci il tarixli 2(012)-1603/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar