Məhkəmə qərarları › İş №2(102)-5273/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5273/2020

17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5273/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5273/20 (Açar sözlər: bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili X7 iştirakl arı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1824/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 17 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583 və 1584 saylı bağ sahələri üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması barə də qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli qətnaməsi ilə (hakim V.Həsənov, iş № 2(008)-3616/2010) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583, 1583 “A” və 1584 saylı bağ sahələri üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanımasını qət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 29 may 1996-cı il tarixli 1583 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında 16989 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0,12 hektar olan 1583 saylı bağ sahəsi Rəhimov Adil Sadiq oğluna icarəyə verilmişdir. 29 may 1996-cı il tarixli 1583 «A» saylı bağ sahəsinin ic arəyə verilməsi haqqında 28004 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0,12 hektar olan 1583 «A» saylı bağ sahəsi Maraqlı şəxs Adil oğluna icarəyə verilmişdir. 28 iyul 1989-cu il tarixli 1584 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında 16980 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0,12 hektar olan 1584 saylı bağ sahəsi X8 icarəyə verilmişdir. Nikahın bağlanması, doğum və ölüm haqqında şəhadətnamələrin surətlərinə, həmçinin razılıq ərizələrinə görə, İddiaçı bağ sahəsinin (1583, 1583 «A», 1584) ilkin icarəçisi X1 üzrə vərəsəsi olmaqla, bağ sahəsinin icarəçiləri vəfat etmişlər, sağ qalan ailə üzvləri və qohumlar (qanun üzrə digər vərəsə hesab edilən şəxslər) bağ sahəsinin (1583, 1583 «A», 1584) İddiaçı adına keçirilməsinə et iraz etmirlər. X14, X9, X20 və Maraqlı şəxs notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərinə görə, onlar sözügedən bağ sahələrinin İddiaçı icarəsinə verilməsinə etiraz etmirlər. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin 7-ci bəndinə əsasən icarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 12-ci abzasında qeyd edilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üz ərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həy ata keçirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinə ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etmək vəzifəsi tapşırılmışdır. İddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, müqavilələrin onunla bağlanmasını tələb etmək üçün qanunla təmin edilmiş hüquqları yoxdur, yəni mübahisənin məhkəmədən öncə həlli (pretenziya) mümkün deyil. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 17.03.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə”Əsasnamənin 4-cü bəndinə əsasən rəsmi sənədi olmadan on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı Şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0,12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağ ıda qeyd olunan sənədlər təqdim edilir: bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; yaşayış yerindən 2 №-li Forma arayışı; iş yerindən arayış; üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı bağ sahəsinin planı. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X5 və İstismarı Birliyinin ləğv edilməsi və onun hüquqi varisinin yaradılmaması vətəndaşın ziyanına təfsir edilə, onun qanunla və müqavilə ilə nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnə bilməz. Bağın icarədarları, mərhum vətəndaşların ailə üzvləri bağın (1583, 1583 «A», 1584) iddiaçının adına keçirilməsinə razıdırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ba ğ massivində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahələri üzərində sahiblik və istifadə hüququ tanınmalıdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)4880/19) Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı 07 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsi qət etmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində 1583 və 1584 saylı bağ sahələri üzərində sahiblik və istifadə hüquqlarının onun adına tanınmasını xahiş etsə də, birinci instansiya məhkəməsi öz qətnamə sində 1583, 1583 “a” və 1584 saylı bağ sahələri üzərində iddiaçının sahiblik və istifadə hüququnu tanımışdır. Birinci instansiya məhkəməsi iddia tələbində göstərilmədiyi halda iddiaçının 1583 a" saylı bağ sahəsinə də sahiblik və istifadə hüququnu tanımışdır. Bundan başqa birinci instansiya məhkəməsi 1583 a saylı bağ sahəsinə dair təsdiq edilməmiş olsa belə hazırda maraqlı şəxs kimi işə cəlb edilmiş Maraqlı şəxslə icarə müqaviləsinin bağlanmış olmasına baxmayaraq onu işə cəlb etməmiş və nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi bağ sahələrinin iddiaçının adına rəsmiləşdirilməsinə razılıq ərizələrinin olduğunu qeyd etsə də Maraqlı şəxs iş materiallarında olan razılıq ərizəsindən görünür ki, o, 1583/84 saylı bağ sahələrinin iddia çının adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Maraqlı şəxs tərəfindən təqdim olunmuş DƏDRX-nin Bakı Ərazi İdarəsinin 12.11.2018- ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bilgəh qəsəbəsi, 1583 nömrəli bağ sahəsi (0.25 hektar) keçmiş X13 ilə bağlanılmış 21.01.1969-cu il tarixli, 16979 nömrəli müqavilə ilə X16 (sənəddə olduğu kimi) icarəyə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin razılığı ilə sözügedən bağ sahəsinin 0.12 hektar hissəsi 1583 nömrəli bağ sahəsi kimi Rəhimov Adil Sadıq oğlunun adına keçirilmiş və onunla 29.05.1996-cı il tarixli, 16979 nömrəli müqavilə bağlanılmışdır. Bağ sahəsinin digər 0.12 hektar hissəsi isə 1583a nömrəli bağ sahəsi kimi Maraqlı şəxs Adil oğlunun adına keçirilmiş və onunla 29.05.1996cı il tarixli, 28004 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 nömrəli, 07.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583, 1583a və 1584 nömrəli bağ sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 nömrəli, 07.12.2010-cu il tarixli qətnaməsi və ləğv edilmiş DTXK tərəfindən 26.08.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında hər biri 0.12 hektardan ibarət Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583, 1583a nömrəli bağ sahələri 30.11.2011-ci il tarixdə, 1584 nömrəli bağ sahəsi isə 01.12.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinin 05.0 7.2008-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası DƏDRX-yə verilməsi qərara alınmışdır. Sadıx Rəhimovun ölümündən sonra ailə üzvləri ərizə ilə Bilgəh massivi 1583 saylı bağ sahəsinin 0,12 ha Rəhimov Adil Sadıq oğlunun, 0,12 ha hissəsinin isə Maraqlı şəxs Adil oğlunun adlarına keçirilməsi üçün BTB-nə müraciət etmişlər və onun adına olan müqaviləni Birliyə təhvil vermişlər. İcarə müqavilələri tərtib edilmişdir, lakin ailə üzvlərindən Əfruzə Rəhimovanın razılıq ərizəsi olmadığı üçü n möhürlə təsdiq edilməmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər nə qədər icarə müqavilələri təsdiq edilməmiş olsa belə cavabdeh tərəfindən torpaq sahələri ilə bağlı icarə müqavilələrinin bağlandığı təsdiq olunur. Birinci instansiya məhkəməsi isə müqavilə müddəti bitmiş olsa belə icarə müqavilələri mövcud olan bağ sahələrini sənədi olmadan istifadə edilən bağ sahəsi kimi qiymət verərək, iddia tələbindən kənara çıxaraq və iddia tələbinə cavab verməli olan şəxsə qarşı yönəldilmədiyi halda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliye va, iş № 2(102)-7362/2019) İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apelyasiya baxışına göndərilməsini qərara almışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən ilk növbədə iddia ərizəsinin məzmununa, habelə iddia tələbinin istinad etdiyi işin faktiki hallarına və ən nəhayət tələbin hüquqi əsaslandırılmasına diqqət yetirilməlidir. Hazırki iddia ərizəsində görünür ki, iddiaçı nəticə hissəsində 1583 və 1584 nömrəli bağ sahələrinə dair istifadə və sah iblik hüqularının tanınmasını xahiş etsə də, onların sahələrini 0,24 ha deyil, 0,36 ha qeyd etməklə faktiki olaraq sonradan 3 bağ sahəsinə çevrilmiş sahəyə dair mübahisənin həllini nəzərdə tutmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə aşkar etdiyi bu qeyri-müəyyənliyi iddiaçının diqqətinə çatdırılmaqla müvafiq dəqiqləşdirilmənin aparılmasına şərait yaratmalı olduğu halda bundan imtina etmişdir. Halbuki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq mülki icraat qaydasında hakimin yardım etmə vəzifəsi olmasa da, hakim tərəflərə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, həmçinin tərəfl ərlə işin və mübahisənin vəziyyətini müzakirə etməklə prosessual qənaət prinsipi baxımından zəruri dəqiqləşdirilmələrin aparılmasını təklif etməlidir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən dəqiqləşdirmələri aparmadan iş üzrə birinci instanisya məhkəməsinin tələbdən kənara çıxması ilə bağlı səhv nəticəyə gəlmişdir. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə baxaraq qətnaməni 1584 saylı bağa münasibətdə də ləğv edərkən apelyatorun həmin saylı bağ sahəsinə münasibətdə subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir. Kassasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsini rəhbər tutub mübahisənin vərəsəliklə ba ğlı maddi hüquq normaları baxımından da həllinin mümkünlüyünə qiymət verməli idi. Belə ki, işdən göründüyü kimi mübahisə predmetini təşkil edən 1583 saylı bağ sahəsi iddiaçının, eləcə də apelyatorun mərhum ataları Rəhimov Adil Sadiq oğluna məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2020-ci il tari xli qətnaməsi ilə (hakimlər M.Məmmdəov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-1824/2020) apelyator Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2010-ci il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə, yəni “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583 “A” saylı bağ sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanıması barədə” hissədə ləğv edilmiş, müəyyən edilmişdir ki, İddiaçı tərəfindən “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583 “A” saylı bağ sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınması barədə” tələb irəli sürülməməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən hazırki iş üzr ə qəbul edilmiş 07 dekabr 2010-ci il tarixli qətnamənin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583 və 1584 saylı bağ sahələri üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması barədə hissəsi hazırki apelyasiya baxışının predmeti olmamışdır. Apelyasiya instansiya məhkəməsi apelyasiya baxışının hədləri ilə bağlı bildirmişdir ki, apelyator Maraqlı şəxs qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan və apelyatorunun özünün və vəkilinin (nümayəndəsinin) izahatından bəlli olur ki, apelyator qətnamənin əslində tam deyil, qismən, yəni 1583 “A” aid olan bağ sahəsinə aid hissədə mübahisələndirir. Odur ki, göstərilənləri nəzərə alan apelyasiya instansiya məhkəməsi mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin, yəni 1583 və 1584 saylı bağlara aid hissəsinin əsaslılığını yoxlamamışdır. Apelyasiya baxışının həddini nəzərə alan apelyasiya instansiya məhkəməsi, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə qəbul etdiyi 13.11.2019-cu il tarixli qərarında əks olunmuş göstərişləri baxımından araşdıraraq, hesab etmişdir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməlidir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş, (iddiaçının qardaşı; apelyator) Maraqlı şəxs Adil oğlu ilə X5 və İst ismarı Birliyi ilə 29.05.1996-cı il tarixdə bağlanmış 28004 №-li “Bağın icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, 1583 “A” saylı bağ sahəsi 10 il müddətində Adil Rəhimovun sahibliyinə verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və üzərində Maraqlı şəxs Adil oğlu tərəfindən işə baxmış Rayon Məhkəməsinə ünvanlanması qeyd edilən 02.10.2010-cu il tarixli ərizədən görünür ki, həmin ərizə 1583 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının tanınmasına dair ərizənin müəllifinin razılığı barədədir. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və Bakı Şəhəri 7-ci Notariat Kontoru tərəfindən 03.12.2010-cu il tarixdə təsdiq edilərək reyestr kitabında 7E/22-10343 № altında qeydə alınmış ərizədən görünür ki, Maraqlı şəxs Adil oğlu işə baxmış Rayon Məhkəməsinə həm in ərizə ilə müraciət edərək 1583/84 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının tanınmasına razı olduğunu bildirmişdir. Bunları nəzərə almış Rayon Məhkəməsi iddianı təmin edərək digər 2 bağ sahəsi ilə yanaşı iddiaçının 1583 “A” saylı bağ sahəsi üzərində də, sahiblik və istifadə hüququnun tanınmasını qət etmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən bu nəticə səhvdir. Çünki qeyd edilən ərizələrdən görsənir ki, Maraqlı şəxs verdiyi razılıq 1583 “A” saylı bağ ilə bağlı deyil. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən, iddia ərizəsində onun 1583 “A” saylı bağ sahəsi üzərində istifadə və sahiblik hüququnun tanınması barədə qətnamənin qəbul edilməsi xahiş etməmiş və onun tərəfindən sonradan “id dia tələbinin həcminin artırılması barədə” ərizə verilməmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdilir ki, işə baxmış Rayon Məhkəməsi qanunda nəzərdə tutulmamış hal olmadığı halda iddia tələbindən kənara çıxmış, 1583 “A” saylı bağ sahəsi üzərində iddiaçının istifadə və sahiblik hüququnun tanınmasını qət etmişdir ki, bu hissədə Rayon Məhkəməsinin qətnaməsi qanuni hesab edilə bilməz. Apelyasiya instansiya məhkəməsi göstərilənlərə əsaslanaraq hesab etmişdir ki, apelyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhv olduğu üçün ləğv edilməlidir. İddiaçının 1583 “A” saylı bağ sahəsi üzərində hər hansı bir hüququnun istər sahiblik istərsə də vərəsəlik (və s.) institutu baxımından yaranmasının müzakirəsi qeyri-mümkündür. Çünki həmin bağ sahəsi ilə ba ğlı iddia tələbi mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2020-ci il tarixli qətnaməsinin qismən - “Apelyator Maraqlı şəxs apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2010-ci il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə, yəni “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583 “A ” saylı bağ sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tan ınması barədə” hissədə ləğv edilsin. Müəyyən edilsin ki, İddiaçı tərəfindən “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583 “A ” saylı bağ sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanıması barədə” tələb irəli sürülməmişdir” hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətindən görünür ki, apelyasiya məhkəməsi əsas faktı nəzərdən qaçırmışdır: X13 ilə X10 arasında bağlanmış 21.01.1969-cu il tarixli 16979 nömrəli müqavilə ilə 1583 nömrəli bağ sahəsi (0,24 ha) X6 icarəyə verilmişdir. Daha sonra 28 iyul 1989-cu il tarixli 1584 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında 16980 saylı müqavilədən sonra 1583 saylı bağ sahəsi iki yerə ayrılmışdır. Sahəsi 0,24 ha olan 1583 saylı bağ sahəsi v ə sahəsi 0,12 ha olan 1584 saylı bağ sahəsi. İddiaçı iddianı irəli sürərkən məhz bu faktı nəzərə alaraq məhkəmədən 1583 saylı və 1584 saylı bağ sahələri üzərində istifadə və sahiblik hüququnun tanınmasını xahiş etmişdir. 1996-cı il tarixli Rəhimov Adil və Maraqlı şəxs adına bağlanmış olan bağ sahələrinin icarə müqavilələri məlum olduğu kimi təsdiq edilməmişdir. Belə ki, 1583 saylı bağ sahəsi rəsmən, hüquqi baxımdan deyil, məhz faktiki olaraq 1583 və 1583 a saylı bağ sahələri olaraq iki yerə ayrılmışdır. 1583, 1583 a, 1584 saylı bağ sahələri vahid torpaq sahəsini təşkil edir. İddiaçı məhz babası X2 və qohumu X3 qalma torpaq sahələrini təşkil edən bağ sahələri üzərində sahiblik və istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Hazırkı mübahisənin predmetini təşkil edən bağ sahələri ilə Ba kı şəhəri Sabunçu rayon Məhkəməsinin 07.12.2010-cu il tarixli qətnaməsi qəbul olunan kimi cəmi 2 hüquqmüəyyənedici müqavilə olmuşdur. Ona görə də iddia tələbi Bakı şəhəri Sabunçu rayon Bilgəh bağ massivində yerləşən 1583 a saylı bağ sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması hissəsində də təmin edilməlidir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs (vəkil X11) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı başqasının hüquqlarına sahib çıxmaq üçün, yəni pis niyyətlə işin həqiqi hallarını məhkəm ədən gizlətmiş və bəzi halları təhrif edərək, iddia ərizəsində göstərmişdir ki, guya ki, 0,24 ha torpaq sahəsindən ibarət 1583 saylı bağ sahəsi bütövlüklə babası Sadıx Rəhimovun istifadəsində olmuşdur. Halbuki iddia ərizəsi məhkəməyə təqdim edilən zaman Sadıx Rəhimovun adına 1583 saylı bağ mövcud olmamış, həmin bağ 0,12 ha torpaq sahəsindən ibarət iki hissəyə bölünərək, yuxarda göstərilən icarə müqavilələrinə əsasən atası Adil Rəhimovun və onun qanuni istifadəsində olmuşdur. Mülki işə Sabunçu rayon məhkəməsində baxılan zaman müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən hallar yanlışdır. Sadıx Rəhimovun adına bağ sahəsi mövcud deyildir. Belə olan halda məhkəmə iddia tələbini rədd etməli olduğu halda, iddia tələbindən kənara çıxaraq 07 dekabr 2010-cu il tarixli qətnaməsi ilə atası Adil Rəhimova məxsus 0,12 ha torpaq sahəsindən ibarət 1583 saylı bağ sahəsinə, ona məxsus 0,12 ha torpaq sahəsindən ibarət 1583 a bağ sahəsinə, habelə iddiaçıya heç bir aidiyyatı olmayan mərhum Nuriyə Rəhimovaya məxsus 0,12 ha torpaq sahəsindən ibarət 1584 saylı bağ sahəsinə İddiaçı istifadə və sahiblik hüququnun tanınması barədə qərar qəbul etmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan, ümumi sahəsi 0,36 ha təşkil edən 1583, 1583 a və 1584 saylı bağ sahələrinə iddiaçının istifadə hüquqlarını tanımışdır. Göründüyü kimi hər üç bağ sahəsinə onun və digər şəxslərin subyektiv hüquqları olduğu halda, iddiaçı onları cavabdeh kimi cəlb etməmiş və bu hərəkətləri ilə öz xeyrinə olan qanunsuz qətnamənin əldə edilməsinə nail olmuşdur. Nəticədə o, öz prosessual hüquqlarını həyata keçirməkdən məhrum olmuş, subyektiv hüquqlarını həyata keçirə bilməmişdir. İddiaçı bilə-bilə cavabdeh kimi yalnız DƏDRX-nin Bakı şəhər İdarəsini göstərmişdir. Halbuki həmin cavabdeh inzibati orqan olmaqla onun mübahisə predmetinə dair hər hansı subyektiv hüquqları olmamışdır. Cavabdeh qismində iştirak etmədiyi üçün onun uzun müddət ərzində heç nədən xəbəri olmamış, ümumi hasara alınmış həmin 3 bağdan o bu günə kimi istifadə və qulluq edir. Mübahisəli bağ sahələrinin üzərində iddiaçının istifadə huquqlarının tanınması haqqında qətnamədən o son zamanlarda xəbər tutmuş, belə ki, bir il bundan əvvəl bağ sahəsinə gələrkən bağın satışa çıxarılması barədə hasarın üzərində elanın yazıldığını aşkar etmişdir. Araşdırma aparıb məlumat əldə etmişdir ki, bunu edən qardaşı İddiaçıdur, o, DƏDRX-dən öz adına hər bağ üçün 3 ədəd çıxarış almış və həmin çıxarışlar əsasında bağları satmaq istəyir. Apelyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl etməmişdir. O, tamam başqa istiqamət göstərməklə iş üzrə müəyyən edilmiş və kassasiya məhkəməsinin istinad etdiyi hallara əks olaraq, qətnaməsində göstərmişdir ki, guya 1583 saylı və 1584 sayıl bağ sahələri tərəflər arasında mübahisə predmeti olmamış, Maraqlı şəxs yalnız özünə məxsus 1583 a saylı bağ sahəsini mübahisələndirmişdir. Bu mövqe yanlışdır. Tərəfindən hər üç bağ sahəsi mübahisələndirilmişdir və bu fakt kassasiya məhkəməsinin qərarında da öz əksini tapmışdır. Kassasiya məhkəməsi 1583 a saylı bağ sahəsinin ona məxsus olmasını təsdiq edərək, bu bağın mübahisə predmeti olmadığını qeyd etsə də atalarında miras qalan 1583 saylı bağ sahəsi barədə mübahisənin mövcud olduğunu və mübahisənin vərəsəlik qanunlarına müvafiq həll edilməsi barədə apelyasiya məhkəməsinə məcburi tapşırıq vermişdir. Lakin apelyasiya məhkəməsi mübahisənin əsas predmeti olan 1583 və 1584 saylı bağ sahələrinə toxunmamış, bu bağlar barədə mübahisəni həll etməmiş və qərarını belə əsaslandırmışdır ki, guya o, həmin bağları mübahisələndirməmişdir. Halbuki o hər üç bağ sahəsini mübahisələndirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən deyil, bütövlükdə rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin nəticəvi hissəsində ifadə olunan tələbi buna möhtəbər sübutdur: Bakı şəhəri Sabunçu rayon Bilgəh massivində yerləşən 1583 və 1584 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının tanınmasına dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 dekabr 2010- cu il tarixli qətnaməsini ləğv edərək, mübahisəli bağ sahələrinin İddiaçı istifadəsinə verilməsinə dair iddia tələbini rədd edərsiniz. Hansı tələbin irəli sürülməsi və hansı halların mübahisələndirilməsi onun dispozitiv hüququdur və məhkəmə onun bu huquqlarını məhdudlaşdırmaq səlahiyyətinə malik deyildir. Mübahisənin vərəsəlik qanunları prizmamasında həll edilməsinə gəldikdə isə qeyd edilməlidir ki, miras qoyanın mülkiyyətində olan torpaq sahəsi miras tərkibinə daxil edilsə də, torpaq sahəsi miras qoyana mülkiyyət hüquqi ilə deyil, sair hüquqlarla təhkim edildikdə torpaq sahəsindən daim və müddətli istifadə, habelə icarə hüququ miras tərkibinə daxil edilmir, ilkin miras qoyana mənsub olan hüdudda və qaydada onun vərəsələrinə keçir. Atası vəfat etdiyi 2007-ci il tarixdə o, miras qalmış bağ sahələrindən faktiki istifadə etmiş, qanunla müəyyən edilmiş 3 ay müddətində mirası qəbul etməkdən imtina etməmiş, o cümlədən həmin müddətdə kiminsə xeyrinə bağdan imtina etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o, 03.12.2010-cu il tarixdə ərizə verərək 1583 saylı bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə etiraz etməmişdir. Bununla bağlı məhkəmədə bildirmişdir ki, o, belə ərizə yazmamışdır, latın qrafikası ilə yazıb-oxuya bilmədiyi üçün həmin ərizəni iddiaçının arvadı X15 şəxsi dəst xətti ilə tərtib etmişdir. İddiaçı və arvadı onu aldadaraq əmin etmişlər ki, bu ərizənin təsdiq edilməsi ilk növbədə mərhum atası Adil Rəhimovun adına olan 1583 saylı bağ sahəsinə mərhumun adına dövlət reyestindən çıxarış almaq üçün lazımdır. Çıxarış aldıqdan sonra həmin əmlakı vərəsəl ik üzrə qəbul etmək və rəsmləşdirmək mümkündür. Hər bir halda 23.05.2019-cu il tarixli ərizənin heç bir hüquqi əhəmiyyət yoxdur. Həmin ərizə mərhumun vəfatından 3 ay müddətində tərtib edilməmiş, 2010-cu ildə o, atasından miras qalan torpağa istifadə hüququnun vərəsəlik qaydada təsdiq edib dövlət qeydiyyatından keçirməmiş və bu səbəbdən üzərində sərəncam vermək hüququna malik olmamışdır. Apelyasiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, işin hallarını araşdırmaqdan ümumiyyətlə imtina etmişdir və müvafiq olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil izahatında göstərmişdir ki, işə bax arkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2020-ci il tarixli qətnaməsinin qismən – «Apelyator Maraqlı şəxs apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2010-cu il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə, yəni «Bakı şəhəri Sabunçu rayon Bilgəh massivində yerləşən 1583 a saylı bağ sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması barədə» hissədə ləğv edilsin. Müəyyən edilsin ki, İddiaçı tərəfindən «Bakı şəhəri Sabunçu rayon Bilgəh bağ massivində yerləşən 1583 a saylı bağ sahəsi üzərində onun sahiblik və is tifadə hüququnun tanınması barədə» tələb irəli sürülməmişdir» hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili X11 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1824/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kassasiya şikayəti təmin edilməməlidir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərir ki, 1583 saylı bağ sahəsi rəsmən, hüquqi baxımdan deyil, məhz faktiki olaraq 1583 və 1583 a saylı bağ sahələri olaraq iki yerə ayrılmışdır. 1583, 1583 a, 1584 saylı bağ sahələri vahid torpaq sahəsini təşkil edir. O, məhz babası X2 və qohumu X3 qalma torpaq sahələrini təşkil edən bağ sahələri üzərində sahiblik və istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Hazırkı mübahisənin predmetini təşkil edən bağ sahələri ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 07.12.2010-cu il tarixli qətnaməsi qəbul olunan kimi cəmi 2 hüquqmüəyyənedici müqavilə olmuşdur. Ona görə də iddia tələbi Bakı şəhəri Sabunçu rayon Bilgəh bağ massivində yerləşən 1583 a saylı bağ sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmalıdır. Maraqlı şəxs kassasiya şikayətinin dəlili isə kassasiya məhkəməsinin işə mahiyyəti üzrə baxılması ilə bağlı məcburi göstərişlərinin olmasına baxmayaraq ikinci apelyasiya icraatında şikayətində göstərilən tələbinə tam olaraq baxılmaması və məhkəmə müdafiə hüququnun pozulması ilə bağlıdır. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı bağ sahələrinin (0,36 ha torpaq sahəsi, 1583 və 1584 saylı bağ sahələri adlandırmaqla) müvafiq olaraq babası Sadıx Rəhimova məxsus olmasını göstərir və müvafiq olaraq digər şəxslərin babasına məxsus olan bağ sahələrinin onun adına rəsmləşdirilməsinə razılıq vermələrinə istinad edərək bağ sahələrinin hər üçü üzərində sahiblik və istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Əvvəlki kassasiya icraatıda da mübahisə predmetinin hər üç bağ sahəsi ilə bağlı olması və bağ sahəsinə dair digər şəxslərlə bağlanmış icarə müqavilələrinin olması müəyyən olunmuşdur. Bu halda kassasiya məhkəməsinin mövqeyində belə aydın olmuşdur ki, mübahisə sahəs i 0,36 ha torpaq sahəsindən ibarət olan hər üç bağ sahəsi ilə bağlıdır. Bu mövqeyini davam etdirən kassasiya məhkəməsi 1583 saylı bağ sahəsinə münasibətdə mübahisənin həllini vərəsəliklə bağlı maddi hüquq normaları baxımından həllinin mümkünlüyünə qiymət verilməli olmasını qeyd etmişdir. İşə təkrar apelyasiya baxışında isə 1583 a saylı bağ sahəsinə münasibətdə qətnaməni ləğv edən məhkəmə həmin bağ sahəsinə münasibətdə tələbin irəli sürülməməsini qeyd etmiş, digər iki bağ sahəsinin isə apelyasiya baxışının predmeti olmamasına dair nəticəyə gəlmişdir. Halbuki apelyasiya məhkəməsi nəzərə almamışdır ki, maraqlarına toxunan şəxsin apelyasiya şikayətində olan tələbi aşağıdaklardan ibarət olmuşdur. «Bakı şəhəri Sabunçu rayon Bilgəh massivində yerləşən 1583 və 1584 saylı bağ sahəsi üzərində iddiaç ının hüquqlarının tanınmasına dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 dekabr 2010cu il tarixli qətnaməsini ləğv edərək, mübahisəli bağ sahələrinin İddiaçı istifadəsinə verilməsinə dair iddia tələbini rədd edəsiniz.» Mülki Prosessual Məcəlləsinin apelyasiya şikayətinin məzmununu müəyyən edən 361.1.4-cü maddəsinin tələbinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslarının göstəriləsi qeyd edilmişdir. Beləliklə apelyasiya şikayətində iddia ərizəsində olduğu kimi şikayət verən şəxsin tələbinin göstərilməsi labudüddür. Hazırkı işin halları baxımından isə iddia tələbi məhz hər üç - daha doğrusu 0,36 ha sahədən ibarət olan bağ sahələri ilə bağlı olduğu aşkardır. Maraqlarına toxunan şəxsi n tələbi isə həmin bağ sahələrinə iddiaçının istifadə və sahiblik hüququnun müəyyən edən qətnamənin tamamilə ləğv edilməsinə yönəlmişdir. İkinci apelyasiya icratında bağ sahələrindən 1583 a üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş olsa da, faktiki olaraq digər bağ sahələri (1583,1584 saylı bağ sahələri) üzrə apelyasiya şikayəti verən şəxsin qətnaməni tam mübahisələndirməməsi, 1583 a saylı bağ sahəsinə dair isə iddia tələbinin irəli sürülməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Əvvəlki kassasiya icraatı zamanı məhkəmənin mövqeyi mübahisənin 0,36 ha da yerləşən hər üç bağ sahəsi ilə bağlı olmasını qeyd edərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmişdir. Belə olan halda apelyasiya instansiya məhkəməsi ilkin olaraq şikayət verən şəxsin və qətnamə ilə maraqlarına toxunan digər şəxsləri müəyyən edərək prosessual şəxs (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) işə cəlb edilməsini təmin etməli, bağ sahəsinə aidiyyəti olan şəxslərin birinci kassasiya icraatında göstərildiyi kimi 0,36 ha torpaq sahəsində yerləşən 1583 saylı bağ sahəsinin ayrılmasından sonra hansı şəxslərlə icarə müqavilələri bağlanması, həmin müqavilələrin bağlanması üçün şəxslərin müvafq orqana müraciət edib etməmələri, müqavilələrin qüvvədə olub-olmamasını yoxlamalı, bağ sahələrinə kimin sahiblik etmələrini müəyyən etməli və iddiaçının iddia tələbində göstərdiyi əsaslarla iddiaya mahiyyəti üzrə qiymət verərək yekun məhkəmə aktı qəbul etməli idi. Lakin apelyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbini (kassasiya instansiyasınd a işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir) nəzərə almamış, işə mahiyyəti üzrə baxılmasını təmin etməyərək apelyasiya şikayəti verən şəxsi məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələbinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sa dalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətd ən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməli dir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, iddia tələbi ilə bağlı dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verərək işə mahiyyəti üzrə baxılmasını təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1824/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar