Məhkəmə qərarları › İş №2(102)-5276/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5276/2020

23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5276/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5276/20 (Açar sözlər: torpaq sahəsinin bütövlüyünün təmin edilməsi, qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, ekspert rəyi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili Vəkil və digər Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin bütövlüyünün təmin edilməsi, qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, maddi və mənəvi ziyan” tələbinə dair ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “borc tələbinə” dair qarşılıqlı iddiası üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3153/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 adından etibarnamə əsasında Cavabdeh1 X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 0.055 ha hissəsini İddiaçı və 0.005 ha hissəsini isə Cavabdeh2 satmışdır.

2. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0.055 ha torpaq sahəsi xüsusi mülkiy yət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən özünə məxsus 0.005 ha torpaq sahəsini sonradan Cavabdeh1 satmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, **********74 saylı mütəxəssis rəyinin məlumatlarına, eləcə də baxış zamanı aparılmış ölçü işlərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 530,0 kv.metr, daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışla onun mülkiyyətinə verilmiş torpaq sahəsinin isə 0,055 ha (550 kv.metr) təşkil etdiyi müəyyən olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 0.055 ha torpaq sahəsinin kadastr göstəricilərindəki koordinatları üzrə bütövlüyünün təmin olunması, eyni zamanda qanunsuz olaraq zəbt olunmuş 20.0 kv.m ərazinin hasarının sökülərək ona qaytarılması, Cavabdeh2 alqı-satqı müqaviləsində etmiş olduğu vasitəçiliyə görə ondan almış olduğu 2000 manat məbləğin qarşılığında üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmədiyindən ona vurmuş olduğu maddi və mənəvi ziyana görə Cavabdeh2 5000 manat məbləğində vəsaitin onun xeyrinə alın ması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 0.055 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə iddiaçıya satmışdır. 0.005 ha hissə isə Cavabdeh2 satılmışdır.

7. Bir müddət sonra iddiaçı ona məxsus olan həmin əraziyə gedəndə görmüşdür ki, Cavabdeh1 iddiaçıya heç bir məlumat vermədən 0.055 ha və 0.005 ha torpaq sahəsi arasında hasar çəkmişdir.

8. Həmin hasarın çəkilməsi iddiaçının torpaq sahəsinin 20 kv.m. sahəsinin özbaşına olaraq azalmasına səbəb olmuşdur.

9. Cavabdeh1 iddiaçıya məxsus olan torpaq sahəsinin üzərində hasar çəkməklə, özbaşına olaraq onun torpaq sahəsini Cavabdeh2 xeyrinə 20.0 kv.m azaltmışdır. 1

0. Torpaq sahəsində hasar çəkilməsini, rəsmi çıxarışla ona məxsus torpağın 20.0 kv.m azalmasını görəndə iddiaçı əsəb, psixoloji sarsıntı keçirnmişdir.

11. İddiaçı ƏMDK yanında DƏDRX-nə müraciət etmişdir. Həmin azalma sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, torpaq sahəsinin planı və ölçüsündəki döngə nöqtələrinin koordinatları ilə faktiki vəziyyət arasında fərq mövcuddur (torpaq sahəsi 20.0 kv.m azalmışdır).

12. İddiaçı iddia ərizəsinin dəqiqləşdirərək, cavabdeh qismində Cavabdeh2 tanınmasını, maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 3000 manat pulun tutulmasını xahiş etmişdir.

13. İlk iddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və Mülki Məcəllənin 152. 1, 176.1,176.2 və 176.3-cü maddələri ilə əsaslandırılmışdır.

14. Cavabdeh Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı 4280 manat borcun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Qarşılıqlı iddia tələbini onunla əsaslandırılıb ki, xx xxxx 2018-ci il tarixində X1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 0.055 ha torpaq hissəsini cavabdeh İddiaçı, 0.005 ha torpaq sahəsini isə alqı-satqı müqaviləsinə vasitəçilik edən Cavabdeh2, yəni ona satmışdır.

16. Həmin torpaq sahəsinin 0.055 ha hissəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ******* nömrəli çıxarışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 799 nömrəli reyestr kitabının 75665 n ömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

17. X3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin alqı-satqı münasibətlərinin qurulmasında o vasitəçilik etmişdir. Vasitəçi kimi alqı-satqı zamanı əmlakın dəyərinin 2%-i 4580,0 manat (alıcı) cavabdeh İddiaçı tərəfindən ona ödənilməli idi.

18. Cavabdeh İddiaçı 300 manat pul ödəyib, qalan 4280 manat isə isə qısa bir zaman kəsiyində verəcəyini söz verib. Sonradan dəfələrlə pulu tələb etsə də, cavabdeh maliyyə çətinliyinin olmasını bu səbəbdən gecikməsini deyib.

19. Qarşılıqlı iddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 740 və 743-cü maddələrinə istinad etmişdir. 20.Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspe rtizası təyin edilmiş, ekspertizanın qarşısında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin Çıxarışla onun mulkiyyətinə verilmiş 0.055 ha torpaq sahəsinə uyğunluğunun olub-olmaması barədə sual qoyulmuşdur.

21. Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2019-cu il tarixli 14298 saylı rəyi ilə müəyyən edilib ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli **********74 saylı mütəxəssis rəyinin məlumatlarına, eləcə də baxış zamanı aparılmış ölçü işlərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 530.0 kv.metr, daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışla onun mulkiyyətinə verilmiş torpaq sahəsinin isə 0,055 ha (550 kv.metr) təşkil etdiyi müəyyən olunmuşdur.

22. Cavabdeh1 ekspertizanın rəyi ilə razı olmamış, vəsasət verərək, əlavə mühəndis-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ekspert rəyi tam deyil, ekspertizada iştirakı təmin edilməyib, torpaq sahələrini arasındakı hasar olub-olmaması, olduğu halda, hasarın məhz onun tərəfindən çəkilməsi ekspert rəyi ilə müəyyən edilməyib.

23. Səbail Rayon Məhkəməsinin 2(009)-1227/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində İddiaçı məxsus 0,055 ha torpaq sahəsi ilə həm in ünvanda Cavabdeh1 məxsus 0,005 ha torpaq sahəsi arasında Cavabdeh1 tərəfindən çəkilmiş hasarın sökülməsi və zəbt olunmuş İddiaçına məxsus 20,0 kv.m torpaq sahəsinin iddiaçıya geri qaytarılmaqla iddiaçının 0,055 ha torpaq sahəsinin kadastr göstəricilərindəki koordinatları üzrə bütövlüyünün təmin olunması, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manatın Cavabdeh1 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməs qət edilmişdir. (hakim Mədinə Bağırova)

24. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, cavabdeh Cavabdeh1 tərəfindən çəkilmiş hasar iddiaçının torpaq sahəsinin 20 kv.m. sahəsinin özbaşına olaraq azalmasına səbəb olmuşdur. Məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə də bu fakt təsdiqini tapmışdır.

25. İşin qeyd edilən halına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində İddiaçı məxsus 0,055 ha torpaq sahəsi ilə həmin ünvanda Cavabdeh1 məxsus 0,005 ha torpaq sahəsi arasında Cavabdeh1 tərəfindən çəkilmiş hasar sökülməli və zəbt olunmuş İddiaçı məxsus 20,0 kv.m torpaq sahəsi iddiaçıya geri qaytarılmaqla iddiaçının 0,055 ha torpaq sahəsinin kadastr göstəricilərindəki koordinatları üzrə bütövlüyü təmin olunmalıdır.

26. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh2 qarşı 2000 manat maddi və 3000 manat mənəvi ziyan tələbinə dair iddiasının isə hər hansı sübutla təsdiq edilməməsinə istinadən həmin hissələrdə ilk iddianı rədd etmişdir.

27. Həmçinin məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh 2 cavabdeh İddiaçı 4280 manat borcun alınmasına dair tələb əsassızdır, belə ki, Cavabdeh2 həmin tələbi əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edilməyib.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

29. Cavabdeh Ağayev Nazim Mansur oğlu qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. 30.Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iş üzrə verilmiş ekspert rəyi ilə razılaşmır və hesab edir ki, ekspert rəyi birtərəfli keçirilmiş, kifayət qədər tam və aydın deyildir. Belə ki, ekspertizanın keçirilməsində onun iştir akı təmin olunmayıb, ümumiyyətlə ekspertizanın hansı meyarlar əsasında aparılması, qonşu sahələrlə əhatə olunan məsafələr müəyyən edilməmişdir.

31. Ekspert rəyində özü qeyd edir ki, tədqiq olunan torpaq sahəsi dördbucaqlı olmaqla bir tərəfdən küçə digər tərəflərdən isə qonşu sahələrlə əhatə olunmuşdur. Bu isə onu göstərir ki, sözügedən torpaq sahəsi ilə qonşu sahələrin də hasarları mövcuddur. Lakin ekspert bu məsələyə heç bir münasibət bildirməmişdir.

32. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3153/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-1227/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxıanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edə n və məruzəçi), Abiddin Hüseynov və Vahid Sadıqov)

33. Apelyasiyanın mövqeyinə görə hazırkı mübahisəyə də məhz mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir.

34. Apelyasiya məhkəməsi apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh şikayətində ekspert rəyi ilə razılaşmadığını bildirsə də, bu rəyi təkzib edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

35. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə si ilə razılaşaraq hesab etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində İddiaçı məxsus 0,055 ha torpaq sahəsi ilə həmin ünvanda Cavabdeh1 məxsus 0,005 ha torpaq sahəsi arasında Cavabdeh1 tərəfindən çəkilmiş hasar sökülməli və zəbt olunmuş İddiaçı məxsus 20,0 kv.m torpaq sahəsi iddiaçıya geri qaytarılmaqla iddiaçının 0,055 ha torpaq sahəsinin kadastr göstəricilərindəki koordinatları üzrə bütövlüyü təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, ekspert rəyi birtərəfli keçirilmiş, kifayət qədər tam və aydın deyildir. Ümumiyyətlə mübahisəli hasarın mşvcudluğu müəyyən edilməyib.

38. Əlavə ekspertiza təyin edilməsi barədə vəsatətinə qiymət verilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

40. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və İddiaçı vəkilsiz iştirak etdikləri üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdiri ldikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına və təyin edilmiş ekspertizanın rəyinə əsasən cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməsinin sübuta ye tirilməsini müəyyən edərək iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

43. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticən əsaslı saymır.

44. Belə ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ekspert rəyi ilə əsaslandırsa da, ekspert rəyinin özü tam və əsaslı deyil.

45. Mübahisə İddiaçı mülkiyyətində olan 0,055 ha torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan 0,005 ha torpaq sahəsi arasındakı tikilmiş hasarın iddiaçının 20 kv.metr torpaq sahəsini azaltması ilə bağlıdır.

46. Birinci instansiyası məhkəməsi mübahisəli məsələ ilə bağlı təyin etdiyi ekspertiza qarşısında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin Çıxarışla onun mulkiyyə tinə verilmiş 0.055 ha torpaq sahəsinə uyğunluğunun olub-olmaması barədə sual qoymuşdur.

47. Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2019-cu il tarixli 14298 saylı rəyində də göstərilib ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 530.0 kv.metr, daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışla onun mulkiyyətinə verilmiş torpaq sahəsinin isə 0,055 ha (550 kv.metr) təşkil etdiyi müəyyən olunmuşdur.

48. Göründüyü kimi, ekspert rəyində iddiaçı ilə Cavabdeh1 torpaq sahələri arasında hasarın olub-olmaması, hasar olduğu halda, həmin hasarın iddiaçıya məxsus torpağın 20 kv.metr hissəsində inşa edilib-edilməməsi, ümumiyyətlə, iddiaçıya məxsus torpağın 20 kv.metr hissəsinin hansı isti qamətdən, kim tərəfindən istifadə edilməsi və s. halları müəyyən etmək üçün müvafiq sual qoyulmadığı ekspert rəyində də həmin hallar müəyyən edilməyib. Belə olan halda, yəni cavabdehin iddiaçıya məxsus torpağı zəbt etməsi halını müəyyən etmədən ekspert rəyinə istinad etməklə iddianın təmin olunması barədə gəlinən nəticə əsaslı və qanuni hesab edilə bilməz.

49. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində ekspert rəyi ilə razı olmamasını məhz rəyin natamamlığı ilə əsaslandırsa da, apelyasiya məhkəməsi cavabdehin ekspert rəyini təkzib edəcək heç bir sübutu təqdim etməməsinə istinadən bu dəlili qəbul etməməklə səhvə yol vermişdir.

50. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyy ən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

51. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsinə dair müəyyən etdiyi normalardan da görünür ki, istənilən sübuta, o cümlədən ekspert rəyinə formal yanaşılmamalı, onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verilməlidir. Hazırki işdə tam olmadığı üçün ekspert rəyi obyektiv və qanuni nəticəyə gəlməyə imkan vermədiyi halda, apelyasiya instansiyası məhkəməsi həmin rəyə istinad etməklə səhvə yol vermişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)3153/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar