Məhkəmə qərarları › İş №2(102)-5277/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5277/2022

25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5277/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı YYY məscidi dini icmasının Cavabdeh (Qafqaz Müsəlmanları İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyət hüququnun məhdudlaşdırılması, ziyanın ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı YYY məscidi dini icmasının Cavabdeh qarşı (Qafqaz Müsəlmanları İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) evin dəyərinin qabaqcadan ödənilməklə özgəninkiləşdirilməsi, evə ol an mülkiyyət hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli, 2(103)-1949/2022 nömrəli qətnaməsindən iddiaçı YYY məscidi dini icması tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. YYY Məscidi ünvan 1 ünvanda yerləşir.

2. Cavabdeh Bakı şəhəri, YYY Məscidinin yaxınlığında, ünvan 1 evdə yerləşən 1 otaqlı, yaşayış sahəsi 17,6 kv.metr olan 1 saylı mənzili satın alıb, 2004-cü ildə mənzildə müəyyən yaxşılaşdırma və tikinti işləri aparıb və nəticədə mənzilin ümumi sahəsi 84,0 kv.metr, yaşayış sahəsi isə 33,6 kv.metrədək artıb.

3. Bundan sonra, Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2005-ci il tarixli qərarı ilə əlavə otaqların inşa edilməsi yolu ilə (qonaq otaqları, zal, mətbəx, mansard və sair) mənzilin ümumi sahəsinin 84,0 kv.metrədək artması faktı təsdiq edilib. 03 iyun 2005-ci il tarixdə isə Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh mənzilin ümumi sahəsinin 84 kv.metr, yaşayış sahəsinin 33,6 kv.metr olmasını təsdiq edən çıxarış verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı YYY məscidi dini icması Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə evin dəyərinin qabaqcadan ödənilməklə özgəninkiləşdirilməsi, onun evə olan mülkiyyət hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələ bi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, 1986-cı ildən hökumətin müvafiq qərarı əsasında YYY məscidində yenidənqurma işləri aparılır və bununla əlaqədar olaraq göstərilən ərazidə yerləşən sakinlər müvafiq kompensasiya ödənilməklə köçürülüblər. Hazırda həmin ərazidə yalnız cavabdeh yaşayır və onun mənzili 2 otaqdan ibarət olmaqla sahəsi 33,6 kv.metrdir. Cavabdehə 100.000 ABŞ dolları kompensasiya təklif olunmasına baxmayaraq, mənzili boşaltmaqdan imtina edir və tikintini qəsdən yubatmağa cəhd göstərməklə iddiaçıdan daha çox məbləğdə pul almaq niyyəti güdür.

6. Məhkəmə iclasında izahat verən cavabdeh iddia tələbini qismən qəbul etmiş, lakin bildirmişdir ki, kompensasiyanın məbləği düzgün hesablanmamışdır. O, evini 252.000 ABŞ dolları əvəzində iddiaç ının sərəncamına verməyə razılaşmışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-2125/2006 saylı, 02 avqust 2006-cı il tarixli qətnaməsi ilə (hakim İ.E.Abbasov) iddia təmin edilərək, cavabdehə iddiaçı tərəfindən manata məzənnədə 100.000 ABŞ dolları ödənilməklə onun Bakı şəhəri, M.Fətəli küçəsində yerləşən 7 saylı evin 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin evin iddiaçının sərəncamına verilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması və onların həmin evə olan hüquqlarının itirilməsi qət edilmişdir.

8. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2006-cı il qərardadı ilə sözügedən qətnamənin 100.000 ABŞ dolları pul vəsaitinin Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabına köçürüldükdən sonra dərhal icra edilməsi qərara alınmışdır.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, texniki cəhətdən (cavabdehin özünün dediyinə görə) təhlükəli mənzildə yaşayan cavabdeh, həqiqətən də 100.000 ABŞ dollarına Bakı şəhərinin hər hansı bir rayonunda öz evinin ölçüsündə və ya ondan da böyük (kiçik) öz zövqünə uyğun istər təmirli, istərsə də, təmirsiz mənzil ala bilər. Ona görə də iddia əsaslıdır və cavabdehə onun mənzili üçün təklif edilən məbləğ ədalətlidir.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin, habelə qətnamənin dərhal icra edilməsinə dair qərardadın lə ğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə işi birtərəfli araşdırmış, iddia ərizəsinin heç bir hüquqi əsası olmamasına diqqət yetirməmişdir. Məhkəmə Bakı şəhər İHB-nin sərəncamına istinad etmiş, dəfələrlə evin sahəsinin genişlənməsinə və müvafiq dövlət orqanında bu dəyişikliyin qeydə alınmasına, evin sahəsinin 84 kv.m olmasına baxmayaraq, sadəcə 33.6 kv.m sahənin qiymətinin ödənilməsini qət etmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

13. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1MK6212/2006 saylı, 27 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə (hakimlər B.Şükürov (sədrlik edən və məruzəçi), S.Babayev və M.Hüseynova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-2125/2006 saylı, 02 avqust 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2006-cı il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və V.İbayev) kassasiya şikayəti təmin edilmədən, iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının t ələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinə əsasən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. ç) İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki icraat

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə “Cavabdeh Azərbaycana qarşı” şikayəti qəbul edilən elan edilmiş və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunun baş verdiyi qərara alınmışdır.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyinə görə cavabdehin sözügedən mənzilin mülkiyyətçisi olması mübahisəsizdir və həmin mənzilin ümumi sahəsi 84 kv.metr olub, lakin milli məhkəmələr mənzildən məhrum edilməyə görə təyin etdikləri kompensasiya məbləğini yalnız 33,6 kv.metr yaşayış sahəsinə münasibətdə hesablayıblar. Halbuki, 03 iyun 2005-ci il tarixli çıxarışa əsasən ümumi sahəsi 84 kv.metr olan mənzil Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə görə cavabdehin mülkiyyəti hesab edilirdi. Hazırki halda isə cavabdehin mənzilə olan mülkiyyət hüququ məhkəmə qərarına əsasən ləğv edilib və bunun nəticəsində onun mənzilə dair hüquqlarına Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin 2-ci cümləsinin mənasına görə “mülkiyyətdən məhrum etmə” təşkil edən müdaxilə baş verib. 19.1. Milli Məhkəmələr cavabdehin mənzildən məhrum edilməsinin qanuni əsası kimi Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndinə istinad etsələr də, həmin maddənin tələbləri təmin edilməyib. Belə ki, sözügedən maddənin mənasına görə, xüsusi mülkiyyət dövlət ehtiyacları və ya sadalanan xüsusi məqsədlər üçün ictimai maraq nami nə, yəni yollar və ya digər kommunikasiya xətlərinin inşa edilməsi, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və ya müdafiə obyektlərinin tikintisi məqsədi ilə özgəninkiləşdirilə bilər. Nə milli məhkəmələr, nə də Hökumət bu məsələni araşdırmayıb. 19.2. Bundan başqa, milli məhkəmələr Azərbaycan Respublikası Nazirlər Sovetinin 22 may 1986-cı il tarixli sərəncamına istinad ediblər. Halbuki, həmin sərəncamda xüsusi mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı xüsusi müddəa nəzərdə tutulmayıb. Ona görə də Azərbaycan Respublikasının müstəqilliyindən əvvəl Sovet dövründə qəbul edilmiş sərəncam xüsusi mülkiyyətçisi olan əmlakın ekspropriasiya aləti kimi qəbul edilə bilməz, çünki əmlakın hazırki həcmdə xüsusi mülkiyyətə verilməsi hüququ daxili qanunvericilikdə müstəqillik əld ə edildikdən sonra ortaya çıxıb. Hər bir halda, ekspropriasiyaya tətbiq edilən hüquqi baza 01 sentyabr 2000-ci il tarixli Mülki Məcəllədə öz əksini tapdıqdan sonra həmin sərəncam ekspropriasiya üçün qanuni əsas hesab edilə bilməz. 19.3. Bundan başqa, milli məhkəmələr, həmçinin hər hansı qərara istinad etmədən göstəriblər ki, Bakı Şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsində müxtəlif digər təmir işlərinin aparılmasının davam etdirilməsi və həmin sahədə yaşayan sakinlərin “tədricən köçürülməsi” ilə bağlı qərarlar qəbul ediblər. Lakin milli məhkəmələr sözügedən qərarların tarixləri, nömrələri, məzmunu ilə bağlı heç bir araşdırma aparmayıblar. 19.4. İstənilən halda, ekspropriasiya kontekstində həmin qərarlara istinad edilməsi düzgün olmayıb, çünki milli qanunve rciliyə əsasən xüsusi mülkiyyətçisi olan əmlakın ekspropriasiyası üçün icra orqanlarının hər hansı səlahiyyətləri, habelə cavabdehin mülkiyyətindən məhrum edilməsinin qanuni əsası olmayıb. Yuxarıda göstərilən səbəblərə görə, bu işdəki müdaxilə “qanunda nəzərdə tutulmuş qaydada” olmayıb. Bu nəticəyə gələrkən cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Beləliklə, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-3(a)/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı ilə “Cavabdeh Azərbaycana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019 -cu il tarixli qərarı ilə əlaqədar olaraq, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2006-cı il tarixli qərarı və onunla bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

22. Plenum qeyd etmişdir ki, cavabdehin sahəsi 84,0 kv.metr olan mənzilin mülkiyyətçisi olması işin mübahisə olunmayan halıdır, lakin işə baxan məhkəmələr mülkiyyətdə olan mənzildən məhrum edilməyə görə təyin etdikləri 100.000 ABŞ dolları kompensasiya məbləğini 33,6 kv.metr yaşayış sahəsinə münasibətdə hesablayıblar. 21.1. Daha sonra, işdən görünür ki, cavabdehin mənzilə olan mülkiyyət hüququna kompensasiya ödənilməklə məhkəmə qətna məsinə əsasən xitam verilib. Bunun nəticəsində cavabdehin mənzilə olan hüquqlarına sözügedən maddi hüquq normalarının mənasında “mülkiyyətdən məhrum etmə”ni təşkil edən müdaxilə baş verib və bu işin açıqaşkar mübahisə olunmayan halıdır. İşə baxan məhkəmələr cavabdehin mənzilə olan hüquqlarına xitam verilməsinin qanuni əsası kimi Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndinin mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş əvvəlki redaksiyasına istinad ediblər. 21.2. Bundan başqa qeyd olunmalıdır ki, cavabdehin mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmayıb və cavabdehin mənzilə olan mülkiyyət hüququna xitam verilərkən Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndinin tələblərinə əməl edilməyib. 21.3. P lenum, göstərilənləri əsas tutub hesab edir ki, hazırki işdə cavabdehin mülkiyyəti, Mülki Məcəllənin 157-ci maddəsinin 9-cu bəndində sadalanan siyahıya aid olmayan məscid kompleksinin yenilənməsi və inkişaf etdirilməsi məqsədilə özgəninkiləşdirilib. Nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri bu məsələni tam, hərtərəfli və obyektiv arışdırmayıb və işin bu hallarına düzgün hüquqi qiymət verməyib. 21.4. Bundan başqa, işə baxan məhkəmələr Azərbaycan Respublikası Nazirlər Sovetinin 22 may 1986-cı il tarixli sərəncamına istinad ediblər. Halbuki, həmin sərəncamda xüsusi mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı xüsusi müddəa mövcud olmayıb. İşə baxan məhkəmələr, həmçinin hər hansı qərara istinad etmədən göstəriblər ki, Bakı Şəhər İcraiyyə Komitəsi və Bakı Şəhər İcra Hakimi yyəti həmin torpaq sahəsində müxtəlif digər təmir işlərinin aparılmasının davam etdirilməsi və həmin sahədə yaşayan sakinlərin “tədricən köçürülməsi” ilə bağlı qərarlar qəbul ediblər. Lakin, məhkəmələr sözügedən qərarların tarixləri, nömrələri, məzmunu ilə bağlı heç bir araşdırma aparmayıblar və işdə belə bir qərar yoxdur.

23. Plenum həmçinin qeyd etmişdir ki, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 avqust 2006-cı il tarixli qərardadı ilə sözügedən qətnamə, 100.000 ABŞ dolları pul vəsaiti Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabına köçürüldükdən sonra dərhal icra edilib və cavabdehin mənzilinin yerində iddiaçıya aid tikililər inşa edilib. Belə olan halda Plenum, hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin ümumi sahəsi 84 kv.metr olan mənzilə pozulmuş mülkiyyət hüququ, mənzilin yerləşdiyi ərazi nəzərə alınmaqla və ona bazar qiymətlərinə uyğun ədalətli kompensasiya ödənilməsi yolu ilə bərpa edilməlidir. d) Apellyasiya məhkəməsindəki ikinci icraat

24. Apellyasiya icraatı zamanı "xxxx" Qiymətləndirmə Şirkəti MMC tərəfindən verilmiş MB 15/0423 saylı, xx.xx.2022-ci il tarixli rəylə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı 1 saylı mənzilin ümumi sahəsi 84 kv.metr olan hissənin 2006cı ilin avqust ayı üçün bazar dəyəri dollarla -116.301 ABŞ dolları, manatla -104.415 manat; 2022-ci ilin aprel ayı üçün isə bazar dəyəri dollarla -118.941 ABŞ dolları, manatla -202.200 manat təşkil edir. Ödənilməyən hissə olan 50,4 kv.m sahəsinə hesablanmış real bazar dəyəri 2006-cı ilin avqust ayı üçün bazar dəyəri dollarla - 69.726 ABŞ dolları, manatla 62.600 manat; 2022-ci ilin aprel ayı üçün isə bazar dəyəri dollarla -71.353 ABŞ dolları, manatla -121.300 manat təşkil edir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli, 2(103)-1949/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi qismən təmin edilmişdir. İddiaçı YYY məscidi dini icması tərəfindən Cavabdeh mülkiyyətində olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəliyev küçəsindəki 7 nömrəli evin, ümumi sahəsi 84 kv. metrdən ibarət, 1 nömrəli mənzilinin (33.6 kv.metr hissəsinə ödənilmiş kompensasiya məbləği nəzərə alındığı üçün), 50,4 kv.m hissəsi nə 121300 (yüz iyirmi bir min, üç yüz) manat kompensasiya ödənilməsi və Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir.

26. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzilinin ümumi sahəsi 84 kv.metr olmuş və bu evin tam sahəsinə görə artıq ədalətli, bazar qiymətinə uyğun olmayan kompensasiya ödənməklə sökülmüşdür. 25.1. Deməli, iddiaçı cavabdehə mənzilin tam həcminə görə, yəni 50.4 kv.metrə görə də kompensasiya verməlidir. Çünki, cavabdehin mənzilinin ümumi sahəsi 84 kv. metr olmuşdur. Sökülməsəydi cavabdeh öz mənzilindən və orada yaşamaqdan məmnun idi. İddiaçının cavabdehə qarşı belə bir tələbi olmasaydı və sonuncunun mənzili sökülməsəydi, yəqin ki, aralaranda bəlkə də heç bir mülki hüquq münasibəti yaranmayacaqdı. Ancaq tərəflər arasında ar tıq mülki hüquqi mübahisə yaranmışdır və bu mübahisə də həllini tapmalıdır. 25.2. İddiaçı cavabdehə mənzilin 50.4 kv. metrinə ona görə 121300 (yüz iyirmi bir min, üç yüz) manat ödəməlidir ki, həmin ölçüdə təmirli mənzilin hazırki bazar dəyəri, o məbləği təşkil edir. Mənzilin bu ölçüdə hissəsinə görə 2006-cı ilin avqust ayına olan bazar dəyəri, yəni 62600 (altmış iki min altı yüz) manat ödənilməsi isə yolverilməzdir. Çünki, cavabdeh nə həmin 62600 (altmış iki min altı yüz) manat vəsait hesabına eyni ərazidə 50.4 kv. metr sahəsi olan tam təmirli mənzil ala bilməz, nədəki eyni ərazidə və ölçüdə təmirli mənzilin hazırki bazar dəyəri 62600 (altmış iki min altı yüz) manat təşkil etmir və bu faktı iddiaçı tərəf də mübahisələndirməmişdir. 25.3. Birdəki cavabdehə mənzilin 50.4 kv. metrinə görə hazı rki dövrün bazar qiymətlərinə uyğun kompensasiyanın verilməməsi ən azından hazırki işin təkrarən Avropa Məhkəməsinin icraatına daxil olmaqla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin yenidən pozuntusuna səbəb ola bilər. 25.4. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu tanıdığından, hazırki şikayət üzrə qeyd olunan mənzilin 50,4 kv.m hissəsinə kompensasiya ödənilməklə Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi hissəsində demək olar ki, əhəmiyyətini itirmiş olsa da, bu məsələ həll edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılar ının izahatları a)Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, YYY məscidinin binası və binanın altındakı torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansındadır. “Dini tədris binasının tikintisinə vəsait ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli, 251 saylı Sərəncamı ilə Təzəpir məscidi kompleksindəki dini tədris binasında tamamlama işlərinin başa çatdırılmasını sürətləndirmək üçün Azərbaycan Respublikası Prezide ntinin Fondundan 10 milyon manat məbləğində vəsait ayrılması qərara alınmışdır. YYY Məscidi kompleksində tikinti-bərpa və yenidən qurma işlərinin həyata keçirilməsi, həmçinin bu məqsədlə torpaq sahələrinin (onların üzərində yerləşən tikililərin) alınması ilə bağlı maliyyələşmə də dövlət büdcəsindən həyata keçirilmişdir. Belə olan halda, dövlət mülkiyyətinə keçən əmlak üçün kompensasiyanın verilməsi öhdəliyi heç bir vəsaiti, əmlakı olmayan Yasamal rayon YYY Məscidi dini icmasının üzərinə qoyula bilməzdi. Dövlət büdcəsindən ayrılan vəsaitlər Yasamal rayon YYY Məscidi dini icmasının vəsaiti deyil, həmin vəsaitlər konkret təyinatlar üzrə ayrılmış və Maliyyə nazirliyinin nəzarəti ilə xərclənmişdir. Qeyd edilən fakt istinad edilən sərəncamlardan da birmənalı görünür. Göründüyü kimi, hazırkı işdə Yasamal rayon YYY Məscidi dini icması üzərinə kompensasiya ödəmək öhdəliyi qoyulmalı olan subyekt kimi çıxış edə bilməz. Kompensasiyanın ödənilməsi öhdəliyi (əgər belə öhdəliyin yaranmasına qanuni əsaslar olarsa) yalnız dövlət vəsaitlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada xərclənməsini həyata keçirən Maliyyə Nazirliyinin üzərinə qoyula bilərdi və bu məqsədlə məhkəmə əsl olmayan iddiaçının (Yasamal rayonu YYY Məscidi dini icmasının) əsl olan iddiaçı- Maliyyə nazirliyi ilə əvəz edilməsini YYY Məscidi dini icmasına təklif etməli, sonuncunun razılıq verməsi və ya verməməsinə müvafiq olaraq işə mahiyyəti üzrə baxıla bilərdi. Qeyd edilən pozuntu prosessual normalara aid olduğu üçün kassasiya şikayətinin növbəti bölməsində bu barədə geniş əsaslandırma verilir. Hazırkı mübahisə ilə bağ lı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarındakı bəzi hüquqi mövqelərin apellyasiya məhkəməsi tərəfindən təkrarlaması da şikayət verilən qətnamənin “əsaslandırılmış”, “qanuni və əsaslı” olması üçün kifayət etmir. Belə ki, Avropa Məhkəməsində baxılan işdə kompensasiyanın kim tərəfindən ödənilməli olması məsələsi müzakirə edilməmişdir. Həmin qərarın 21-ci bəndində də qeyd edilir ki: “21.Hökumət vurğulamışdır ki, ərizəçi mənzilindən ictimai maraqlar naminə və qanunla nəzərdə tutulmuş şərtlərlə məhrum edilmiş və ona ödənilmiş kompensasiyanın məbləği həmin zaman üçün adekvat olduğundan müdaxilə ərizəçinin üzərinə həddindən artıq yük qoymamışdır.” Həmin qərardan həmçinin o da görünür ki, Hökumət şikayətlə bağlı etirazlarını məhz Dövlət və hökumət orqanlarının qə bul etdiyi qərarlara istinad etməklə əsaslandırmış, ərizəçinin və həmin ərazidə yerləşən digər şəxslərin əmlakların dövlət tərəfindən kompensasiya verilməsi ilə alınmasını qeyd etmişlər. Avropa Məhkəməsinin qeyd edilən qərarında da Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu, ərizəçinin mənzilinin dövlət tərəfindən sökülməsi ilə bağlı ədalətli kompensasiya verilməməsi və mülkiyyətdən məhrum etmənin yerli qanunvericiliyin tələblərinə uyğun aparılmaması ilə əlaqələndirilmişdir.

29. Hazırkı işdə əldə edilməyə cəhd edilən maddi neməti - torpaq sahəsini əldə edən şəxs Yasamal rayonu YYY Məscidi dini icması olmadığından, iddiaçı qismində çıxış edə bilməzdi. Belə ki, cavabdehə kompensasiya verilməklə onun mülkiyyətinə xitam verilməsi ilə bağlı onun subyektiv hüququ olmamışdır. Belə ki, onun dövlət mülkiyyətinə alınması nəzərdə tutulan torpaq sahələrinin üzərində yerləşən tikililərin sökülməsi, sakinlərin başqa sahələrlə təmin edilməsi və ya onlara kompensasiya verilməsi tələbi ilə çıxış etmək, bu barədə iddia qaldırmaq üçün heç bir hüququ olmamışdır və indi də yoxdur. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş məsələni əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsi məsələsini həll etmədən irəli sürülmüş tələblər üzrə işə baxmış, belə açıq-aşkar pozuntuya isə apellyasiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 13, 1-ci hissə. Azər baycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 29, 4-cü hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı ilə 29-cu maddənin İV hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən ta nınan və qorunan hüququdur.

34. Maddı 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

35. Çaddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

36. Maddı 157.9. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər (20 aprel 2012-ci il tarixli Qanunla dəyişiklik edlilənədək olan redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.

47. Belə ki, işin hallarından göründüyü kimi YYY Məscidi, ünvan 1 ünvanda yerləşir. YYY məscidi dini icması həmin məscidin həyətində yerləşən, Cavabdeh mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini tələb etmişdir.

48. Tərəfələr arasında yaranmış mübahisə qanunvericiliyin mülkiyyət hüququna təminatlara, mülkiyyətin toxunulmazlığı ilə bağlı müddəalarına əsasən həll olunmalıdır.

49. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmla kdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

50. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

51. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm inst itutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə d air” 2011-ci il 16 dekabr tarixli Qərarı).

52. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

53. Baxılan iş üzrə cavabdehin mülkiyyət hüququna müdaxilə üçün qanuni əsasların olmadığı birmənalı olaraq müəyyən edilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi cavabdehə evin sökülməsinə görə ödənilməli olan məbləği müzakirə etmiş, evin tam (84 kv.m) sahəsinə görə ədalətli, bazar qiymətinə uyğun olmayan kompensasiya ödənilmədən söküldüyünü müəyyən etmiş və cavabdehə mənzilin tam həcminə görə, yəni 50.4 kv.metrə görə də kompensasiya verilməli olduğu barədə nəticəyə gəlmişdir.

54. Kassatorun binanın altındakı torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olması, məscid kompleksində tikinti-tamamlama işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Fondundan 10 milyon manat məbləğində vəsait ayrılması barədə dəlillər qətnamənin ləğvinə əsas vermir.

55. Kassator həmin dəlillərə əsaslanmaqla həmçinin qeyd edir ki, bu iddianı verməyə onun subyektiv hüququ olmamışdır. Torpaq dövlət mülkiyyətindədir, iddiaçı torpaq sahəsini əldə edən şəxs olmadığına görə məhkəmə iddiaçını əsil iddiaçı – Maliyyə Nazirliyi ilə əvəz etməli idi.

56. Məhkəmə kollegiyası bu dəlillərlə bağlı qeyd edir ki, əvvəla işə əlavə olunmuş YYY məscidi dini icmasının nizamnaməsindən görünür ki, icma dövlət təşkilatı deyildir. İddiaçının dövlət büdcəsindən maliyyələşən hüquqi şəxs olması barədə sübut təqdim olunmamışdır. Bu halda iddiaçının Maliyyə Nazirliyi ilə əvəz olunması və ya işə cəlb olunması üçün hər hansı prosessual əsas olmamışdır.

57. Bundan başqa, iddiaçı kassasiya şikayətində torpaq sahəsinə hüququ olmadığını bildirməsinə baxmayaraq, iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, cava bdeh məscidin həyətində - M.Fətəli küçəsi ev 7 mənzil 1-də yaşayır. İddia tələbini təmin etmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli və Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2006-cı il tarixli qətnamələrində də iddianın təmin olunması zamanı məhz iddiaçının bu dəlili əsas götürülmüş, nəticədə cavabdehin mülkiyyətində olan ev sökülmüşdür. Dini icma məscidin həyətində tikinti işləri aparmaq üçün cavabdehin yaşayış sahəsinin sökülməsi kimi marağa malik olmuş, bu məqsədlə iddiasını bütün məhkəmə instansiyalarında müdafiə etmiş, hətta birinci instansiya məhkəməsinin qətnaməsinin dərhal icra olunmasını tələb etmişdir. İddiaçı cavabdehin yaşayış sahəsinin sökülməsində ifadə olunan məqsədinə çatmışdır. Buna görə də «YYY Məscidi dini icması üzərinə kompensasiya ödəmək öh dəliyi qoyulmalı olan subyekt kimi çıxış edə bilməz» dəlili də əsassızdır.

58. Avropa Məhkəməsində baxılan işdə kompensasiyanın kim tərəfindən ödənilməli olması məsələsinin müzakirə edilməməsi barədə kassatorun dəlili də qətnamənin ləğvinə əsas deyildir. Çünki, əvvəla kompensasiyanın kim tərəfindən ödənilməsi məsələsi Avropa Məhkəməsinin müzakirə predmeti olmamışdır. Bundan başqa, yeni hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini Plenumunun bu iş üzrə 13(102)-3(a)/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarında iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2006-cı il tarixli qərarı və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün göndərməklə yanaşı hesab etmişdir ki, işə yenidən ap ellyasiya qaydasında baxılarkən cavabdehin ümumi sahəsi 84 kv.metr olan mənzilə pozulmuş mülkiyyət hüququ, mənzilin yerləşdiyi ərazi nəzərə alınmaqla və ona bazar qiymətlərinə uyğun ədalətli kompensasiya ödənilməsi yolu ilə bərpa edilməlidir.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli, 2(103)1949/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar