Məhkəmə qərarları › İş №2(102)-5278/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5278/2022

12.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5278/2022 12.09.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin icraata qəbulundan imtina barədə Ali Məhkəmənin hakimi Mülki kollegiyası, hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən (Vəkil2) verilən kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 500.000 manat məbləğində pul vəsaitinin mənəvi zərərə görə tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-648/2021 nömrəli, 23 aprel 2021-ci il ta rixli qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia qismən təmin edilmiş, cavabdehdən 3000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1345/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), İ.Kərimli və A.Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-648/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli qətnaməsinin mənəvi zərərin əvəzinin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sax lanılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti Vəkil2 tərəfindən imzalanmaqla, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş etibarnamənin surətindən (səhifə 141) görünür ki, 8 aprel 2022-ci il tarixdə X2 Nurəddin Arif oğluna 2 il müddətinə etibarnamə vermişdir. Lakin, iş materiallarından X1 (cavabdeh MMC ilə bağlılığı) müəyyən olunmur. Odur ki, kassasiya şikayəti nümayəndə kimi imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsi nin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 408.1.1, 409-cu maddələrin i rəhbər tutaraq Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1345/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar