Məhkəmə qərarları › İş №2(102)-528/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-528/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-528/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1323/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən X3 ölümünə görə ödənilmiş 5000 manat, məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 08.10.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişa nlı avtomobillə QX olunun X kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110- 120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyada X5 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dö vlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsi X1 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

3. Qəbələ Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il 1(025)- 04/2017 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir.

4. İddiaçı bildirir ki, “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, sahibi, yəni Cavabdeh2 tərəfindən İddiaçı ASC-də 13.05.2016-ci il tarixdən 12.05.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AE 153891 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh1 etibarnamə olmadan 08.10.2016-cı il tarixdə saat 19:50 radələrində atası, Cavabdeh2 məxsus “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə X şəhərindən üzü X rayonu istiqamətində X kəndi ərazisində yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törədib X rayon sakini X3 idarə etdiyi avtomobilin ön sol hissəsi ilə vurması nəticəsində sonuncu hadisə yerində ölmüşdür. Hadisə Qəbələ ŞP-nin İB-də cinayət işi başlanaraq araşdırma aparılmış, Cavabdeh1 AR CM- nin 263.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq işi məhkəməyə göndərilmiş, Qəbələ rayon Məhkəməsinin 18.01.2017-ci il tarixli 2(025)-04/2017 saylı hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi ilə bağlı sübutların qiymətləndirilməsi haqqında 03 dekabr 2016-cı il tarixli qərarla Cavabdeh1 əməlində AR CM-nin 187-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin xüsusatla bağlı cinayət təqibi rədd edilmiş və bu barədə material ayrılmış, Cavabdeh1 08.10.2016-cı il tarixdə etibarnamə olmadan atası Cavabdeh2 məxsus avtomobili idarə etdiyi üçün onun barəsində AR İXM-nin 332.1-ci maddəsi ilə inziba ti tənbeh tədbiri görülməsi üçün qərarın surəti Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. İddiaçı ASC X3 ölümünə görə 5000 manatı zərərçəkmişin hüquqi varisi X4 ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin ölümünə görə sığorta həcmində, 5000 manat məbləğində ödəniş edildiyinə görə İddiaçı ASC-nin cavabdehlərdən həmin məbləği subroqasiya qaydada tələb etmək hüququ yaranır. Belə ki, Cavabdeh1 etibarnamə olmadan “VAZ 2111” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib hadisə törətdiyi üçün avtomobilin sahibi Cavabdeh2 da onunla birlikdə məsuliyyət daşıyır.

5. Cavabdeh2 bildirir ki, oğlu Cavabdeh1 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinə görə İddiaçı ASC tərəfindən X2 ölməsinə görə onun vərəsəsi X1 5000 manat məbləğində pul ödənilməsi ndən xəbərdar olmamışdır. Ümumiyyətlə qanunda belə bir halın nəzərdə tutulmasını bilməmişdir. Lakin qanunda nəzərdə tutulduğu halda həmin məbləği ödəmək vəzifəsidir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə oğlu Cavabdeh1 18.840,0 (on səkkiz min səkkiz yüz qırx) manat məbləğində pul tutularaq X4 verilməsi qət edilmişdir. O, bankdan kredit alaraq həmin məbləği çətinliklə ödəmiş və banka olan borcunu tamamilə ödəmişdir. Hal-hazırda o, heç bir yerdə işləmir və 5.000 manat məbləği ödəməyə maddi imkanı çatmır. Gələcəkdə işləyərsə, həmin borc məbləğini hissə-hissə ödəyə bilər.

6. Cavabdeh1 bildirir ki, İddiaçı ASC-nin hüququnun müdafiəsi haqqında tələbi iddia müddəti keçdiyinə görə mümkün deyildir. İş materiallarından da görünür ki, öhdəlik 20162017-ci illərdə yaranıb, İddiaçı ASC isə mə hkəməyə 2021-ci ildə müraciət edib, həmçinin tələbini əsaslandıran heç bir əsaslı dəlil və sübutu məhkəməyə təqdim edə bilməyib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat sığorta ödənişi məbləğinin və 30,0 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 08.10.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomob illə X yolunun X kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110-120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyadaçı X5 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qey diyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir.

9. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 sahibliyində olmuş avtomobili etibarnamə olmadan Cavabdeh1 vermiş və nəticədə Cavabdeh1 tərəfindən qəza törədilərək sığorta hadisəsi baş vermişdir. Bu səbəbdən İddiaçı ASC tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilməsinə görə Cavabdeh2 da Azərb aycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər Cavabdeh1 ilə birgə məsuliyyət daşımalıdır.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, sonrakı ödənişlərin birdəfəyə və ya hissəhissə ödənilməsi məsələsi gələcəkdə tərəflərin qarşılıqlı razılaşması və qətnamənin icrası qaydasında həll oluna bilər.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 25, 936, 1096, 1097, 1108, 1114-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1323/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Əsədli (sədrlik edən və məruzə çi), Ə.Məcidov və A.Mahmudov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tаrixli, 2(025)-467/2021 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat sığorta ödənişinin və 30,0 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki iş üzrə məhkəmə baxışı iclası 26 aprel 2021-ci il tarixə, saat 12:00-a təyin edilmiş, bu barədə işdə iştirak edən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında SMS xəbərdarlığı və məhkəmə bildirişi göndərilmişdir. Lakin, iş materiallarında olan Qəbələ rayon Məhkəməsinin 18.01.2017-ci il tarixli 2(025)-04/2017 saylı hökmündən görünür ki, o, CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Qəbələ Rayon Məhkəməsi Cavabdeh1 məhkəmə prosesində iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 387.2.1—387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instan siya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

15. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 08.10.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə X yolunun X kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyada X5 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb et mək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir.

16. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, əvvəla iddia müddəti müqavilə tələblərindən irəli gələn hallara şamil edilir ki, iddiaçı ilə cavabdehlər arasında belə bir müqavilə mövcud deyil. Hazırkı halda ümumi iddia müddətindən söhbət gedə bilər ki, bu da Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə görə on il təşkil edir. Kollegiyanın qənaətinə görə Subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəfər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir.

17. Göründüyü kimi qanunvericilik iddia müddətinin hansı halda tətbiq edilməli olduğunu müəyyən etmişdir. Yuxarıda qeyd edilən hallar isə hazırkı işdə müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apel yasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflər in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

27. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. (maddə 883.1)

28. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. (maddə 888.1)

29. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərt ib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. (maddə 899.1.1)

30. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. (maddə 922.1)

31. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (maddə 922.2)

32. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. (maddə 926.1)

33. Subroqasiya hüququ sığorta ödənişi a lmış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. (maddə 936.1)

34. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (maddə 936.2)

35. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (maddə 936.5) “İcbari sığortalar haqqın da” Qanun

36. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3)

37. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.(maddə 53.1) Mülki Prosessual Məcəllə

38. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

41. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

42. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

43. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4)

44. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

46. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (42-43)

47. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 08.10.2016-cı il tarixdə, təxminən saat 19:50 radələrində etibarnamə olmadan atası Cavabdeh2 məxsus idarə etdiyi “VAZ 21011” minik markalı **BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə X yolunun X kəndi ərazisindən keçən hissəsində yerləşən yolayrıcı dairənin yaxınlığında hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxili ndə maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməməli olduğu halda, habelə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə avtomobili 110120 km/saat sürətlə idarə edərək yolayrıcı dairə yaxınlığında həmin yolu sağ tərəfdən sol tərəfə keçən piyada X5 avtomobilin sağ ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlığından sonuncunun hadisə zamanı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölməsinə və Cavabdeh2 məxsus “VAZ 21011” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sonuncuya 460 (dörd yüz altmış) manat maddi ziyan vurmasına səbəb olmuşdur. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçı ASC tərəfindən X3 ölməsinə görə onun vərəsəsinə 5000 manat məbləğində sığorta ödənişi ödənildiyindən, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir.

48. Bununla bağlı qeyd edilməlidir ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli ha l olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.

49. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurla r. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ(sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanu ni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil.

50. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçi si yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti məşğul olan şəxsləri də buna aid etmək olar. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kim qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə Cavabdeh1 tərəfindən idarə ed ilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.

51. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işin bütün hallarını araşdırsa da həmin hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

52. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər

53. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə ko llegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1323/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar