Məhkəmə qərarları › İş №2(102)-5280/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5280/2020

10.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5280/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh “xxxx” QSC-nin vəkili X9 oğlunun və nümayəndəsi Babayev Fərman Ağababa oğlunun iştirakları ilə, cavabdeh “xxxx” QSC-nin və vəkili X9 oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2020-ci il tarixli, 2(103)4800/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı ş əhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1148/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilərək, cavabdeh xxxx QSC-dən 10.462,1 (on min dörd yüz altmış iki manat 10 qəpik) manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2020-ci il tarixli, 2(103)4800/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.A.Şirinov) cavabdeh “xxxx” QSC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1148/2020 saylı işi üzrə 05.02.2020-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Dəmir X1 nəfinə 2008-ci ildən bu günə qədər maşinist köməkçisi əmək haqqısının artımlarının nəzərə alınmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə verərək, Azərbaycan Respublikası Dövlət Dəmir Yolu QSC-ni cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Dəmir Yolu QSC ərizə verərək, ərizəsində qeyd etmişdir ki, iddia ərizəsi aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, X8 hüquqi şəxs deyil, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Dəmir Yolu QSC-dir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 201 9-cu il tarixli, 2(001)-3602/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər xxxx QSC Yük Daşımaları Departamenti X8 və xxxx QSC-yə qarşı bədbəxt hadisələrlə bağlı ziyanın ödənilməsinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Dəmir Yolu QSC-dən 2008-ci il tarixdən 2019-cu ilin 01 mart ayına kimi 10462.10 manat tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Azərbaycan Respublikası Dövlət Dəmir X7 Deposunda maşinist köməkçisi işləyən vaxt 28.02.2006-cı il tarixdə vəzifəsini yerinə yetirərkən elektrik cərəyanı vurması nəticəsində həlak olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 y anvar 2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Dəmir X7 Deposundan dəfn xərci hesabına birdəfəlik 7.000 manat və 01 mart 2006-cı ildən hesablanmaqla hər ay 120 (bir yüz iyirmi) manat onun nəfinə ödənilməsi qət edilmişdir. O, təkrarən Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və 04 avqust 2008-ci ildə Binəqədi Rayon Məhkəməsi 2(001)-2057/2008 saylı qətnamə ilə iddiasını qismən təmin edərək Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Dəmir X2 nəfinə tutulan 120 manat ömürlük müavinətin məbləği 01 iyul 2007-ci ildən 30 manat artırılaraq ayda 150 manat hesabı ilə ödənilməsini qət etmişdir. 2007-ci ildə Binəqədi Rayon Məhkəməsinə təqdim etdiyi maşinist köməkçisinin əmək haqqısı barədə arayışa əsasən məhkəmə qətnamə çıxarmışdır. 19 fevral 2019-cu il tarixdə 2019 saylı sorğuya əsasən cavabdehdən maşinist köməkçisinin əmək haqqısı barədə arayış tələb etsə də, cavabdeh bu arayışı ona vermir. Ona görə də hesab edir ki, 2008-ci ildən bu günə qədər mərhum oğlu X6 maşinist köməkçisi kimi almalı olduğu müavinət, artım hesablanaraq ona ödənilməlidir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh “xxxx” QSC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izah atları Cavabdeh “xxxx” QSC və vəkili X9 oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən apelyasiya şikayətində iddia müddətinin tətbiq edilməsi ilə bağlı hər hansı tələb irəli sürülmədiyi halda, məhkəmənin “O ki qaldı tələbin müddətinə və məbləğinə, burada iddia müddətinin tətbiq edilməsi yolverilməzdir” cümləsi qətiyyən anlaşılan deyil və bu mövqenin apelyasiya şikayətinin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Həmçinin məhkəmənin “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir” cümləsi də özündən əvvəlki cümlə ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” QSC-nin vəkili X9 oğlu və nümayəndəsi Babayev Fərman Ağababa oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh “xxxx” QSC-nin və kili X9 oğlunun, nümayəndəsi Babayev Fərman Ağababa oğlunun, İddiaçı və vəkili Vəkil izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən ləğv olunmalı və cavabdeh “xxxx” QSC-dən 3.662,6 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəmə kollegiyası mübahisə edilən hissədə apelyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 377,379, 380.1, 384.0.4,1096, 1097, 1115, 1117-1125; “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, apelyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apelyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 9 yanvar 2003-cü i l № 3 Qərarı ilə müəssisə tərəfindən artımın mövcud olması müəyyən edilərək şəxsə verilməli olduğu halda heç bir əsas gətirilmədən vaxtında hesablanmamışdır. Diqqətə çatdırılmalıdır ki, iddia edilən tələbin mahiyyəti məhkəmə qərarları ilə təsdiq edildiyindən xəsarətin hallarının yenidən sübuta yetirilməsinə zərurət mövcud deyildir. O ki, qaldı tələbin müddətinə və məbləğinə, burada iddia müddətin tətbiq edilməsi yolverilməzdir və məbləğ – mötəbər sübut olan ekspert rəyi ilə müəyyən edilmişdir. Qeyd edilməlidir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülkiyyət hüququnun müdafiəsinə iddia müddəti şamil edilmədiyindən, müəssisə tərəfindən verilməli olan məbləğ iddiaçının potensial əşya hüququ olduğu üçün bu kateqoriya tələblərə müddət şamil edilmi r. Bundan əlavə, iddia müddətinin şamil edildiyi təqdirdə belə onun başlanması, dayandırılması, axımının kəsilməsinə dair cavabdeh tərəfindən sübutedici dəlillər irəli sürülməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinin tələbləri nəzərə alınmadığından qismən əsassız hesab edir. Belə ki, həmin maddədə aşağıdakılar təsbit olunmuşdur: “ Fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir”. İş materiallarından göründüyü kimi iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 11.03.2019-cu il tarixində müraciət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı isə 01.01.2008-ci il tarixdən 11.03.2019cu il tarixədək olan dövrü əsas götürmüşdür. Lakin Mülki Məcəllənin 384.0.3-cü maddəsinin tələbinə görə həmin dövr verilmiş iddia tələbi ilə bağlı 11.03.2016-cı il tarixdən 11.03.2019-cu ilədək olan dövrü əhatə etməlidir. Həmin 3 il üzrə vurulmuş zərər üzrə ödənilməmiş məbləğ işin 34-cü vərəqindəki maşinist -köməkçisi vəzifəsinin aylıq əmək haqqı barədə arayışına əsasən 3.662,6 manat təşkil edir. Belə ki, 11.03.2016-cı il tarixdən 01.05.2018-ci ilədək, yəni 26 ay ərzində nəzərə alınmamış əmək haqqı artımları 2.342,6 manat məbləği təşkil edir (26 ay x 90,1 manat). 01.05.2018-ci t arixindən 01.03.2019-cu il tarixədək nəzərə alınmamış əmək haqqı artımları isə 1320 manat təşkil edir (10 ay x 132 manat). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2020-ci il tarixli, 2(103)-4800/2020 saylı qətnaməsi qismən ləğv edilsin və cavabdeh “xxxx” QSC-dən 3.662,6 manat (üç min altı yüz altmış iki manat 60 qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar