Məhkəmə qərarları › İş №2(102)-5285/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5285/2020

01.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5285/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X15, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil1, Üçüncü şəxslər X16, X10, X17, X12, X2, X13, X5, üçüncü şəxs X7 nümayəndəsi X8, üçüncü şəxs X14 nümayəndəsi X1, onların vəkilləri Vəkil3 və X6 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2(103)1362/2020 saylı qətnaməsindən Cavabdeh MMC və iddiaçılar İddiaçı1, İddiaçı2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayə tləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-2319/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.A.Xəlilov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC və digərlərinə qarşı “mənzillərin təhvil verilməsinin başa çatdırılmasının təmin edilməsi və hüquqi müdafiə xərcləri ilə əlaqədar 6.000 manat pul tələbinə dair” iddiası rədd edilib. İddiaçılar qətnamədən apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1362/2020 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin olunub və Cavabdeh MMC üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasında 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 21, 22, 23 və 24 saylı mənzillər barədə İddiaçı1 ilə və həmin yaşayış binasında 90, 210, 140.6, 94.2, 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 37, 38, 39, 40, 41, 42, 43 və 44 saylı mənzillər barədə İddiaçı2 ilə bağladığı xx xxxxx 2007-ci il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrdə” qeyd edilən texniki göstəricilərə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin iddiaçılara təhvil verilməsi vəzifəsinin qoyulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh MMC və iddiaçılar İddiaçı1, İddiaçı2 ayrı-ayrılıqda qətnamədə n kasasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehə və üçüncü şəxslərə qarşı iddia qaldıraraq, onlarla Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2007-ci il tarixli müqavilələrə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 21, 22, 23 və 24 saylı mənzillərin İddiaçı1, həmin yaşayış binasında 90, 210, 140.6, 94.2, 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 37, 38, 39, 40, 41, 42, 43 və 44 saylı mənzillərin İddiaçı2 10 gün müddət ərzində təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC üzərinə qoyulması, hüquqi yardım almaq üçün ödədikləri 6.000 manat, iddianın verilməsi üçün ödədikləri dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 6.030 manat pulun Cavabdeh MMC onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh MMC kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh MMC kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçılar İddiaçı1 və İddiaçı2 kasasiya şikayətini onunla əsaslandırıblar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. İddiaçılar İddiaçı1 və İddiaçı2 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçılar İddiaçı1 və İddiaçı2 etiraz ərizəsində Cavabdeh MMC kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, üçüncü şəxs Nazim Əliyev və digərlərinin etiraz ərizəsində isə hər iki kasasiya şikayətlərinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil1 öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Üçüncü şəxslər Nazim Əliyev, Şəhla Hüseynova, Allahyar Cəfərov, Tariyel Pənahov, Xanputa İbadullayev, Namiq Mahmudov, İsmayıl Məmmədov, üçüncü şəxs Rəna Şəmmədovanın nümayəndəsi Mahmud Şəmmədzadə, üçüncü şəxs Azadə Cəfərovanın nümayəndəsi Cavid Dəryabaricavad, onların vəkilləri Vəkil3 və Namiq Ağayev məhkəmə iclasında kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətlərinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh MMC vəkili Muxtar Mustafayev, üçüncü şəxslər Rəna Şəmmədova, Azadə Cəfərova, Anar Rzayev, Rasim Kərimov və Aybəniz Kəngərlinskaya məhkəmə iclasının vaxtı və yeri haqqında lazı mi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya inst ansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul etməklə iddianı qismən təmin edərkən, iddianın qismən əsaslı olmasına, iddianı bütövlükdə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 425, 752.1, 762.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırk i mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxx 2007-ci il tarixli, 08 saylı müqaviləyə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 90 kv.metr olan 41 saylı mənzilini tikib İddiaçı2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 09 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 12-ci mərtəbəsində yer ləşən 3 otaqlı, sahəsi 140,6 kv.metr olan 39 saylı mənzilini tikib İddiaçı2 təhvil verilməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 10 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 140,6 kv.metr olan 43 saylı mənzilini tikilib İddiaçı2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 11 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 12-ci mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 210 kv.metr olan 38 saylı mənzilini tikib İddiaçı2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 12 saylı müqaviləyə əsasən, C avabdeh MMC həmin binanın 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 210 kv.metr 42 saylı mənzilini tikib İddiaçı2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 13 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 90 kv.metr olan 37 saylı mənzilini tikib İddiaçı2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 14 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 94,2 kv.metr olan 40 saylı mənzilini tikib İddiaçı2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tar ixli, 15 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 13-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 94,2 kv.metr olan 44 saylı mənzilini tikib İddiaçı2 təhvil verməyi, sonuncu mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. Həmçinin, xx xxxxx 2007-ci il tarixli, 16 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 90,0 kv.metr olan 21 saylı mənzilini tikib İddiaçı1 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 17 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 8-ci mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 210 kv.metr olan 22 saylı mənzilini tikib İddiaçı1 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödə məyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 18 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 140,6 kv.metr olan 23 saylı mənzilini tikib İddiaçı1 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxx 2007-ci il tarixli, 19 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 94,2 kv.metr olan 24 saylı mənzilini tikib İddiaçı1 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəyəmi öhdəsinə götürüb. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş “kassa mədaxil orderləri”ni tədqiq edib müəyyən etmişdir İddiaçı2 və İddiaçı1 sözügedən müqavilələrdə nəzərdə tutulmuş məbləğləri Cavabdeh MMC tam həcmdə ödəmişlə r. Eyni zamanda, xx xxx 2013-cü il tarixli, 81 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 8-ci mərtəbəsində yerləşən, 4 otaqlı, sahəsi 210 kv.metr olan 22 saylı mənzili tikib Rəna Şəmmədovaya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxx 2013-cü il tarixli, 84 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 8-ci mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 140,6 kv.metr olan 23 saylı mənzilini tikib Şəhla Hüseynovaya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. Hazırda həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Şəhla Hüseynovanın adına qeydə alınıb. Eyni zamanda işdən görünür ki, sözügedən binada yerləşən 41 saylı mənzil mülkiyyət hüququ ü zrə Anar Rzayevin, 39 saylı mənzil isə mülkiyyət hüququ üzrə İsmayıl Məmmədovun adına qeydə alınmışdır. Daha sonra işdən görünür ki, xx xxxxxxx 2012-ci il tarixli, 71 saylı müqaviləyə əsasən, Cavabdeh sözügedən binanın 12-ci mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 90 kv.metr olan 37 saylı mənzilini tikib Allahyar Cəfərova təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxxxx 2012-ci il tarixli, 70 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 12ci mərtəbəsində yerləşən, 4 otaqlı, sahəsi 210 kv.metr olan 38 saylı mənzilini tikib Azadə Cəfərovaya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxxx 2013-cü il tarixli, 101 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 12ci mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 94,2 kv.metr olan 40 saylı mənzilini tikib Nazim Əliyevə təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxxx 2019-cu il tarixli Çıxarışa əsasən, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Nazim Əliyevin adına qeydə alınıb. xx xxxxx 2016-cı il tarixli, 140 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 13-cü mərtəbəsində yerləşən, 4 otaqlı, sahəsi 210 kv.metr olan 42 saylı mənzilini tikib Tariyel Pənahova təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxx 2012-ci il tarixli, 66 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 13-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 94,2 kv.metr olan 44 sa ylı mənzilini tikib Rasim Kərimova təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxxx 2014-cü il tarixli, 112 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 8-ci mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 90,0 kv.metr olan 21 saylı mənzilini tikib Xanputa İbadullayevə təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxxx 2012-ci il tarixli, 73 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin binanın 13-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 140,6 kv.metr olan 43 saylı mənzilini tikib Namiq Mahmudova təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. xx xxxxxx 2013-cü il tarixli, 85 saylı müqaviləyə əsasən, Cavabdeh MMC həmin bi nanın 8-ci mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 94,2 kv.metr olan 24 saylı mənzilini tikib Aybəniz Kəngərlinskayaya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib onun dəyərini Cavabdeh MMC ödəməyi öhdəsinə götürüb. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən “kassa mədaxil orderləri”nin surətlərini tədqiq edib müəyyən etmişdir ki, Rəna Şəmmədova, Şəhla Hüseynova, Allahyar Cəfərov, Azadə Cəfərova, Nazim Əliyev, Tariyel Pənahov, Rasim Kərimov, Namiq Mahmudov və Aybəniz Kəngərlinskaya tərəfindən Cavabdeh MMC sözügedən müqavilələr üzrə nəzərdə tutulmuş məbləğlər ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, iddiaçıların apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh MMC mübahisəli 21, 22, 23, 24, 37, 38, 39, 40, 41, 42, 43, 44 saylı mənzillərə dair onunla iddiaçılar arasında bağlanmış xx xxxxx 2007-ci il tarixli müqavilələr üzrə həmin mənzilləri inşa edib iddiaçılara təhvil verməsi barədə iddiaçılar qarşısında üzərinə götürdüyü və icra edilmədiyi öhdəlikləri mövcuddur. Belə ki, sözügedən müqavilələrdə nəzərdə tutulan məbləğlər iddiaçılar tərəfindən Cavabdeh MMC tam məbləğdə ödənildiyi halda, sonuncu həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirib mənzilləri iddiaçılara təhvil verməmişdir. Eyni zamanda, sonradan mülki işə üçüncü şəxslərin qoşulması ilə məlum olmuşdur ki, həmin mənzillər Cavabdeh MMC tərəfindən tikilmiş, lakin 2012-ci ildən etibarən sonuncunun iş üzrə üçüncü şəxslərlə bağladığı müqavilələrə əsasən həmin mənzillər iddiaçılara deyil, üçüncü şəxslərə təhvil verilib. Hətta həmin mənzillərdən 23, 39, 40 və 41 saylı mənzillər artıq daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə üçüncü şəxslərin adlarına qeydə alınıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçıların tələbləri aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəll ənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Kon stitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, mülki iş materiallarına əsasən İddiaçı1 ilə ayrı-ayrılıqda dörd, İddiaçı2 ilə isə səkkiz müqavilə imzalanıb. Hazırda iddiaçılar, həmin müqavilələrin predmeti olan mənzillərin təhvil verilməsinin Cavabdeh MMC öhdəsinə qoyulmasını və sonuncadan onların xeyrinə hüquqi xərclərin əvəzi olaraq 6.000 manat pulun tutulmasını iddia edirlər. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, həm iddiaçılarla, həm də üçüncü şəxslərlə bağlanmış müqavilələr formal tələblərə (imza, möhür və sair) cavab verir və mənzillərin dəyərinin ödənilməsi ödəniş qəbzləri ilə təsdiq edilir. Cavabdeh MMC vəkili (nümayəndəsi) kasasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazında qeyd etmişdir ki, Cəmiyyətin adından iddiaçılarla müqavilələri bağlamış İsa Məmmədovun həmin vaxt müqavilələrə imza etmək səlahiyyəti olmayıb. O, bunun təsdiqi kimi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxxx 2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərarını Məhkəməyə təqdim edib. Həmin Qərardan görünür ki, İsa Məmmədovla “xxxx” MTK sahibi Rauf Kərimovu n üzləşməsi zamanı sonuncu bildirmişdir ki, X31 Əliyevdən (Elçin Əliyev İddiaçı2 əri, İddiaçı1 isə kürəkənidir) faiz qarşılığında 2005-ci ildə ilkin olaraq 300.000 ABŞ dolları borc pul, sonradan 800.000 ABŞ dolları qarşılığında əmlak, bundan əlavə isə 750.000 ABŞ dolları borc pul aldığını, 2 il ərzində Elçin Əliyevin verdiyi pullar faizlə birlikdə 2.000.000 ABŞ dollarına qalxdığı üçün 2007-ci ildə İsa Məmmədovla şərikli olaraq Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində bir bloklu hündürmərtəbəli yaşayış binasının tikintisinə başladığı ərəfədə Elçin Əliyevdən aldığı borcun qarşılığında həmin binadan ona 12 mənzilə dair müqavilə və mədaxil qəbzləri vermişdir. Halbuki, Cavabdeh MMC kassasına həmin müqavilələr üzrə pul ödənilməyib (Qərarın 34-cü vərəqi). Həmin Qərarla istintaq orqanı nəti cəyə gəlmişdir ki, mənzillər Elçin Əliyevə (yəni iddiaçılar İddiaçı2 və İddiaçı1) satılmayıb. İstintaq orqanı həmçinin müəyyən etmişdir ki, İsa Məmmədovun iddiaçıların sənədlərini imzalamağa səlahiyyəti olmayıb (Qərarın 35-ci vərəqi). Mülki iş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçıların müqavilələri və ödəniş qəbzləri Cavabdeh MMC adından Cəmiyyətin prezidenti kimi İsa Məmmədov tərəfindən imzalanıb. İş üzrə üçüncü şəxslərin müqavilələrini, ödəniş qəbzlərini isə Cəmiyyətin direktoru Çingiz Məmmədov imzalayıb. Bundan başqa, Cavabdeh MMC öz etirazını onunla əsaslandırır ki, iddiaçılar tərəfindən Cəmiyyətə pul ödənilməyib. Cavabdeh MMC vəkili (nümayəndəsi) apelyasiya baxışı zamanı həmçinin “iddia müddətinin tətbiqi barədə” ərizə verərək, iddia müddətinin ötürülməsi əsası ilə də i ddianın rədd edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh MMC kasasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazı ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçılarla bağlanmış müqavilələr və ödəniş qəbzlərinin Cavabdeh MMC möhürü ilə təsdiq edildiyini nəzərə alaraq, sonuncunun onların saxta olması barədə dəlili ilə razılaşmaq olmaz. Çünki, bu halda həmin müqavilələri bağlamış şəxs (hazırki halda iddiaçıların) müqaviləni Cavabdeh MMC adından imzalayan şəxsin səlahiyyətli olub olmamasını bilməli deyil və həmin müqavilələr Cavabdeh MMC möhürü ilə təsdiq etdiyi üçün sonuncunun müqavilələr üzrə öhdəliyi yaranmışdır. Həmçinin, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh MMC möhürü ilə ödəniş qəbzləri təsdiq edildiyindən bu pulları n Cəmiyyətin bank hesabına keçirilib-keçirilməməsi iddiaçılara aid məsələ deyil. İddiaçılar tərəfindən mənzillərin dəyərinin ödənilməsi öz təsdiqini tapır. Ona görə də kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşır və hesab edir ki, Cavabdeh MMC kasasiya şikayətinin dəlilləri üzrə təkrar araşdırma aparmağa lüzum yoxdur. Bundan başqa, iddiaçılarla bağlanan müqavilələrin və ödəniş qəbzlərinin etibarlılığı hazırki məhkəmə araşdırmasının predmeti deyil. Belə olan halda, iddiaçılarla bağlanan müqavilələr nə qədər ki qüvvədədir, iddiaçıların razılığı olmadan Cavabdeh MMC mübahisəli mənzillərə dair üçüncü şəxslərlə müqavilə bağlamaq səlahiyyəti olmayıb. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçılarla müqavilələr 2007-ci i ldə, üçüncü şəxslərin müqavilələri isə ondan ən tezi 5 il sonra, yəni xx xxxx 2012-ci il tarixdə (R.Kərimovla müqavilə) bağlanmışdır. Lakin buna baxmayaraq, mübahisəli mənzillərin üçüncü şəxslər tərəfindən təmir olunmasını, onların sahibliyində olmasını, hətta hazırda dörd mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və ən əsası üçüncü şəxslərin həmin mənzillərə dair müqavilələr bağlayan zaman iddiaçılarla müqavilələrin mövcudluğundan məlumatsız olduqlarına görə “vicdanlı əldə edən” olmasını nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhz həmin mənzillərə dair iddia təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2004cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. G ələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarından qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Həmin Qərarda həmçinin göstərilir ki əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən Qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququ na dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia “mənzillərin təhvil verilməsi” hissəsində qismən əsaslı hesab edilməli, hər bir halda, Cavabdeh MMC iddiaçılarla bağladığı müqavilələr üzrə mənzil təhvil vermə öhdəliyi yarandığı üçün mübahisəli mənzillər deyil, xx xxxxx 2007-ci il tarixli müqavilələrdə qeyd edilən texniki göstəricilərə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin iddiaçılara təhvil verilməsi vəz ifəsi Cavabdeh MMC üzərinə qoyulmalıdır. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi barədə” Cavabdeh MMC ərizəsini əsassız hesab edərək haqlı olaraq qeyd etmişdir ki, həmin ərizə birinci instansiya məhkəməsində işə baxılmasının predmeti olmayıb və yalnız apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilib. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Digər tərəfdən, “iddia müddətinin tətbiqi barədə” ərizə vaxtında verilmiş olsaydı da belə əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Apelyasiya instansiyası məhkəməsi həmçinin iddianın qalan hissəsi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin, sübutetmə yükü üzərinə düşən iddiaçılar hüquqi xidmətlə bağlı 6.000 manat xərc çəkməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyi üçün iddia həmin hissədə də əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi bu hissədə iddianı həmin əsasla rədd etmədiyi üçün iddia qismən əsaslı hesab edilsə də qətnamə tam ləğv edilməlidir. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətləri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, əvvəla, iddiaçılar id dia ərizəsində yalnız Cavabdeh MMC cavabdeh qismindən göstərərək mübahisəli mənzillərin onlara təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC üzərinə qoyulmasını iddia etmişlər. Halbuki, üçüncü şəxslərlə bağlanmış müqavilələrə əsasən, həmin mənzillər hazırda Cavabdeh MMC deyil, üçüncü şəxslərin sahibliyində, istifadəsində, mülkiyyətindədir. Eyni zamanda, həmin mənzillərə dair üçüncü şəxslərlə bağlanmış müqavilələr, habelə mülkiyyət hüququna dair Çıxarışlar hazırda qüvvədə olamaqla məhkəmə qaydasında mübahisələndirilməmişdir. Digər tərəfdən, Cavabdeh MMC tərəfindən mübahisəli mənzillər sözügedən müqavilələr üzrə iddiaçılara deyil, məhz üçüncü şəxslərə təhvil verilib və onlar həmin mənzillərə yiyələnərək orada təmir işləri aparmaqla bu gün də həmin mənzillərdə yaşayırlar. Ona görə də, iddiaçıları n kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorların kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətlə rinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh MMC və iddiaçılar İddiaçı1, İddiaçı2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2(103)1362/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar