Məhkəmə qərarları › İş №2(102)-5286/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5286/2022

05.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5286/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi, pulun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5586/2022 nömrəli iş üzrə 09 avqust 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə ümumi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, İ. Məmmədov küçəsi ev 2, 56 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölünməsi, eləcə də cavabdehdən onun xeyrinə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi işin icraatının dayandırılması barədə vəsatət verərək, təmsil etdiyi şəxsin X1, İddiaçı, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Ə mlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində “sərəncamın və çıxarışın ləğv edilməsi” tələbini irəli sürdüyünü, həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırki işə baxılmasının mümkün olmadığını bildirmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-312/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim Həqiqət Əhmədova) vəsatət təmin edilməmişdir.

4. Cavabdeh qərardaddan şikayət vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Cavabdehin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixli qərardadla şikayət üzrə apell yasiya icraatı mümkün hesab edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5586/2022 nömrəli iş üzrə 9 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya instansiyası məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərardadının ləğv olunması, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək şikayətin geri qaytarılması qərara alınmış, mülki iş apellyasiya baxışından çıxarılmışdır.

7. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Qanunvericilikdə məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonra kı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 258.2-ci maddəsinin mənasına görə, qanunvericilik işin icraatının dayandırılmasından imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, bu cür qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Bu baxımdan verilmiş şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normasını düzgün tətbiq etməməklə öz qərardadında ondan şikayət verilə bilməsi imkanını əks etdirməsi nəticəsində yaranmışdır. Bununla belə nəzərə alınmalıdır ki, bu hal, həmin səhvin apellyasiy a instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz.

9. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 258.2, 366.2, 384.0.6, 395-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə

395. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallard a şikayət verə bilərlər: 13. bu Məcəllədə göstərilən hallarda; 14. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

15. Maddə: 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 07 sentyabr 2022-ci il tarixli qərardad ı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır.

19. Belə ki, baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin olunmaması barədədir.

20. Apellyasiya instansiya məhkəməsi həmin qərardaddan verilmiş şikayətə baxılmasını qeyri-mümkün hesab edərkən qeyd etmişdir ki, Mülki Prosessual Məcəllədə iş üzrə icraatın dayandırılması barədə vəsatətin rədd edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda vəsatətin rədd edilməsi işin sonrakı hərəkətinə də mane olmur.

21. Göründüyü kimi, hazırda mübahisələndirilən apellyasiya instansiya məhkəməsinin qərardadı Mülki Prosessual Məcəllədə şikayət verilə bilməyən (şikayət verilməsi nəzərdə tutulmayan) birinci instansiya məhkəməsinin qəra rdadından verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi barədədir.

22. Ona görə də, həmin qərardaddan kassasiya şikayəti də verilə bilməz.

23. MPM-nin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5586/2022 nömrəli iş üzrə 09 avqust 2022-ci il tarixli qər ardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasına dair Ali Məhkəmənin 07 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-5286/2022 nömrəli mülki iş kassasiya baxışından çıxarılaraq qeyri-mümkün hesab edilsin Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar