Məhkəmə qərarları › İş №2(102)-5287/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5287/2021

21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5287/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı 1nın cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5287/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2098/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 1 cavabdehlər "xxxx" MMC-yə və ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 11.317 No-li, 24.05.2011-ci il tarixli hesabatın və "xxxx" MMC-nin hərracın yekunları barədə Y-835 saylı, 15.03.2012-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı 1 iddia tələbini onunla əsaslandırmışdır ki, Bank of Azerbaijan” ASC ilə aralarında bağlanmış 03.03.2005-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 18 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 9000 manat məbləğində pul krediti götürmüşdür. Kreditin təminatı kimi ona məxsus olan E saylı mənzili banka girov qoyulmuşdur. Kredit borcunun bir hissəsini ödəsə də, qalan hissəsi ödəyə bilmədiyi üçün Cavabdeh2 ASC Suraxanı rayon Məhkəməsində ona qarşı kredit borcunun ödənilməsi və borcun girov predmetinə yönəld ilməsi tələbi ilə iddia qaldırmış və Suraxanı rayon Məhkəməsinin 15.12.2006-cı il tarixli, 2-1750/2006 saylı qətnaməsi ilə ondan əsas faiz borcu kimi cəmi 8166,19 ABŞ dolları, dəbbə pulu və hüquqi yardıma görə 2358 ABŞ dolları və 19,80 manat dövlət rüsumunun alınıb Cavabdeh2 ASC-yə ödənilməsi, ondan tutulmalı məbləğin ipotekaya qoyulmuş E saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq, tələbin əldə edilən məbləğ hesabına ödənilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 18.12.2006-cı il tarixli, 2-1750/2006 saylı icra sənədinə əsasən Suraxanı rayon icra şöbəsi mülkiyyətində olan, ipoteka predmeti olan E saylı mənzilinin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə 17/73-09 saylı, 06.01.2011-ci il tarixli sifariş məktubu göndərilmiş və "xxxx" MMC ev 45000 manat qiymət ləndirilmişdir. Suraxanı rayon icra şöbəsi "xxxx" MMC-yə ipoteka predmeti olan əmlakın açıq hərracdan satışının təşkil edilməsi barədə sifariş vermişdir. ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC Həracın yekunları barədə Y-835 saylı, 15.03.2012-ci il tarixli protokol tərtib etmiş və həmin protokola əsasən ona məxsus E saylı mənzilinin son satış qiyməti 28688 manat məbləğində müəyyən edilmiş və mənzilin "xxxx" ASC-yə satılması qərara alınmışdır. Hesab edir ki, Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 11.317 No-li, 24.05.2011-ci il tarixli Hesabat və "xxxx" MMC-nin Hərracın yekunları barədə Y-835 saylı, 15.03.2012-ci il tarixli Protokolu qanunsuz və etibarsızdır. Belə ki, o, hərracın keçirməsi barədə məlumatlandırılmamışdır, hərrac onun xəbəri olmadan keçirilmişdir. 2019-cu ilin dekabr ayında ona məlum olmuşdur ki, ona məxsus olan E saylı mənzili 28688 manata Cavabdeh2 ASC-yə satılmışdır. O, ərizə ilə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ MMC-yə müraciət edərək Hərracın yekunları barədə Y-835 saylı, 15.03.2012-ci il tarixli Protokolun surətinin ona təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin Hərrac yekunları barədə Y-835 saylı, 15.03.2012-ci il tarixli Protokolun surətini ona 26.02.2020-ci il tarixdə təqdim etmişdir. Hərrac sənədləri ilə tanış olarkən məlum olmuşdur ki, "xxxx" MMC ona 18.07.2011-ci il tarixli və 22.08.2011-ci il tarixli bildirişlər göndərmiş və həmin bildirişləri onun rəsmi qeydiyyata alındığı ünvana deyil, ipoteka predmeti olan evə E saylı mənzilinə göndərmişdir. Halbuki o, həmin mənzildə heç vaxt yaşamamışdır və bu gün də yaşamır. Həmi n mənzildə 1993-cü ildən mənzilini zəbt edib orada məskunlaşmış Şuşa rayonundan məcburi köçkün X1 və onun ailə üzvləri yaşayır. Hərracın keçirilməsini təşkil edən cavabdeh MMC hüquq normalarının tələblərinə əməl etməmiş, hərracın keçirilmə vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi barədə onu məlumatlandırmamış, hərracı gizli keçirərək onunla mübahisəli tərəf olan Cavabdeh2 ASC tərəfindən mənzilin alınmasına dair olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2159/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi qismən təmin edilərək, saylı binanın 41 saylı mənzilinin 28688 manata "xxxx" ASC-yə satılması haqqında "xxxx" MMC tərəf indən 15 mart 2012-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-835 saylı protokolun bağlandığı andan etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 15 mart 2012-ci il tarixli hərracın yekunları barədə Y-835 saylı protokol əsasında Esaylı mənzilinin Cavabdeh2 ASC-nin mülkiyyətinə keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən hərrac keçirilərkən iddiaçıya hərracın vaxtı və yeri barədə rəsmi bildirişlər göndərilsə də, həmin bildirişlər ona çatdırılmamış və hərrac onun iştirakı olmadan həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda əmlakın mülkiyyətçisinin əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Hazırki işdən görünür ki, İddiaçı (Rəhimova) hərracın keçirilməsinə dair bildirişlər göndərilsə də, həmin bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə hərrac mərkəzinə geri qatytarılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, icra sənədinin verilməsinə əsas olmuş Suraxanı rayon Məhkəməsinin 18.12.2006-cı il tarixli qətnaməsi çıxarılarkən, cavabdeh 1 məhkəmə iclasında iştirak etməmişdir. Bu hallar onu göstərir ki, İddiaçı (Rəhimova) nə qətnamənin qəbul edilməsindən, nə də ki, hərracın keç irilməsindən xəbəri olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilik hərrac təşkilatının üzərinə hərrac keçirilməsi barədə ipoteka qoyana bildiriş verilməsi vəzifəsini qoyur və ipoteka qoyanın hərracda iştirak etmək hüququnun məhdudlaşdırılması, həmin əmlakı əldə etmək hüququndan məhrum edir. İş materiallarından görünür ki, həm sifarişçi olan icra şöbəsi, həm hərrac təşkilatı ipoteka qoyanın məhkəmə qətnaməsindən və hərracın keçirilməsindən məlumatı olmamasını bilmişdir. Lakin buna baxmayaraq hərrac keçirilmiş və əmlak özgəninkiləşdirilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, ipoteka predmeti olan və iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın hərrac baş tutmamış elan edildikdən sonra hərac təşkilatı tərəfindən banka satılması və əmlakın bank tərəfindən əldə edilməsi ilə bağlı “İpot eka haqqında” AR Qanununun tələbləri pozulmuşdur. Belə ki, “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İş materiallarından görünür ki, 20.09.2011-ci il tarixə təyin edilmiş təkrar hərrac alıcı olmadığı üçün həmin tarixdə baş tutmamış elan edilsə də, ipoteka predmeti yalnız 15.03.2012-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. Halbuki Qanunun yuxarıda göstərilən tələbinə əsasən ipoteka saxlayan həmin əmlakı 30 gün müddətində, yəni 20.10.2011-ci il tarixədək əldə edə bilərdi. Lakin baxmayaraq ki, təkrar hərrac 20.09.2011-ci il tarixdə baş tutmamış elan edilmişdir, ipoteka saxlayan əmlakı 6 aydan sonra əldə etmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, hərrac təşkilatı eyni zamanda 47.4-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, “İpoteka haqqında” AR Qanununun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 18.12.2006-cı il tarixli qətnaməsi ilə iddiaçıdan bankın xeyrinə cəmi 10524,19 ABŞ dolları məbləğində pul tutulmuşdur. Həmin dövrün məzənənsinə görə (mənzil banka satılan vaxt - 2012-ci ilin mart ayı) 1 ABŞ dolları təxminə 0,78-0,80 manat təşkil edirdi. Belə olan halda 1dan tutulmalı olan borc 80008500 manat arası təşkil edirdi. Lakin hərracın yekunları barədə protokoldan görünür k i, mənzil 28688 manata satılsa da, borc çıxıldıqdan sonra yerdə qalan məbləğin ipoteka qoyana qaytarılması müəyyən olunmur. Yəni mənzil banka 28688 manata satılsa da, iddiaçının bank qarşısında borcu cəmi 8000-8500 manat təşkil edir. Bu səbəbdən həmin borc məbləği mənzilin satış qiymətindən çıxıldıqdan sonra yerdə qalan məbləğ bank tərəfindən iddiaçıya qaytarılmalı idi. Lakin bank bu vəsaiti qaytarmamaqla faktiki olaraq əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hərracın yekunları barədə protokol etibarlı əqd hesab edilə bilməz və bu səbəbdən də bağlandığı andan etibarsız hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, hərrac “İpoteka haqqında” AR Qanununun tələblərini pozulmaqla keçirildiyi üçün onun etibarsız hesab edilməsi ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə iddiaçı nın hərracın keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmə müddətinin ötürülməməsinə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindəki mübahisəli mənzil 1993-cü ildən məcburi köçkünlər tərəfindən zəbt edilmişdir və iddiaçı onların mənzildən çıxarılması ilə bağlı 09.04.2019-cu il tarixdə Suraxanı rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia tələbi Suraxanı rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş və mənzildə yaşayan məcburi köçkünlər çıxarılaraq mənzilin 1na təhvil verilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı mənzilin hərrac təşkilatı tərəfindən satılmasından 2019-cu ilin dekabr ayında məlumat almışdır və həmin vaxt hərracın yekunları barədə protoko lun alınması ilə bağıl hərrac təşkilatına müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi vaxtdan bir il ərzində hərracın yekunları protokolun etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, onun tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi hərracın yekunları barədə Y-835 saylı, 15.03.2012-ci il tarixli protokolun etibarsız hesab edilməsinə hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbindən kənara çıxılmalıdır. Belə ki, hərrac protokolu əsasında iddiaçının mülkiyyətində olan mənzil Cavabdeh2 ASC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə qeyd edir ki, hərracın yekunları barədə proto kol məhkəmə qaydasında etibarsız hesab edildiyi üçün, həmin hərracın hüquqi nəticələri də ləğv edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxılmalı və hərracın yekunları barədə protokol əsasında daşınmaz əmlakın dövlət reyestrində Esaylı mənzilin Cavabdeh2 ASC-nin mülkiyyətinə keçməsi barədə qeyd və verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 24.05.2011-ci il tarixli hesabatın etibarsız hesab edilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 24.05.2011-ci il tarixli hesabat əqd hesab edilmir və həmin əqd yalnız əmlakın qiymətləndirilməsini özündə əks etdirən sənəd hesab olunur. Digər tərəfdən həmin he sabatın qanunun tələblərinə zidd olması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübutlar məhkəməyə təqdim olunmadığından, onun etibarsızlığı ilə bağlı tələb əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, keçirilmiş hərracın qanunsuz olması öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 354.2, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.8, 44, 47.4-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilmə si barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-2098/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2159/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh bank apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddiaçı hərracdan məlumatlı olmuşdur. Qanunverici təşkil edilmiş hərracda eləcə də ipoteka saxlayan və ipoteka qoya nın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, onlar krediti "xxxx" ASC-dən götürmüş, 7-8 ay ödəniş etmişlər, sonra həmin bankı tapa bilməmişlər. İndi məlum olub ki, bu kredit tələbi hazırkı banka güzəşt olunmuşdur. İpotekada olan əmlakları 1993-cü ildən qaçqınlar tərəfindən zəbt olunduğu üçün o, 2019-cu ildə Qaçqın və X2 üzrə Komitəyə qaçqınların onun mənziliindən çıxarılması üçün müracət etmiş, onlar da ona məhkə məyə müraciət etməyi tövsiyə etmişlər, məhkəməyə müraciət edəndə isə həmin mənzilin hərracdan satılmasından xəbər tutublar. Eyni zamanda iş materiallarından görünür ki, icra sənədinin verilməsinə əsas olmuş Suraxanı Rayon Məhkəməsinin 18.12.2006-cı il tarixli qətnaməsi çıxarılarkən, cavabdeh 1 məhkəmə iclasında iştirak etməmişdir. Bütün bu hallar onu göstərir ki, iddiaçının nə hərracın keçirilməsinə əsas olmuş qətnamənin qəbul edilməsindən, nə də ki, hərracın keçirilməsindən xəbəri olmamışdır. Rayon məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, 20.09.2011-ci il tarixə təyin edilmiş təkrar hərrac alıcı olmadığı üçün həmin tarixdə baş tutmamış elan edilsə də, ipoteka predmeti yalnız 15.03.2012-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. Halbuki ipoteka saxlayan həmin əmlakı 30 gün müddətində, yəni 20.10.2011-ci il tarixədək əldə edə bilərdi. Hazırkı işdə ipoteka saxlayan isə əmlakı 6 aydan sonra əldə etmişdir. Bundan başqa, rayon məhkəməsi müəyyən etmişdir ki, hərrac təşkilatı eyni zamanda 47.4-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, “İpoteka haqqında” AR Qanununun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Suraxanı Rayon Məhkəməsinin 18.12.2006-cı il tarixli qətnaməsi ilə iddiaçıdan bankın xeyrinə cəmi 10524,19 ABŞ dolları məbləğində pul tutulmuşdur. Həmin dövrün məzənənsinə görə (mənzil banka satılan vaxt - 2012-ci ilin mart ayı) 1 ABŞ dolları təxminə 0,78-0,80 manat təşkil edirdi. Belə olan halda 1dan tutulmalı olan borc 8000-8500 manat arası təşkil edirdi. Lakin hərracın yekunları barədə protokoldan görünür ki, mənzil 28688 manata satılsa da, borc çıxıldıqdan sonra yerdə qalan məbləğin ipoteka qoyana qaytarılması müəyyən olunmur. Yəni mənzil banka 28688 manata satılsa da, iddiaçının bank qarşısında borcu cəmi 8000-8500 manat təşkil edir. Bu səbəbdən həmin borc məbləği mənzilin satış qiymətindən çıxıldıqdan sonar yerdə qalan məbləğ bank tərəfindən iddiaçıya qaytarılmalı idi, lakin bank bu vəsait iddiaçıya qaytarmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya hərracın keçirilməsinə dair bildiriş çatdırılmadığından və onun hərracda iştirak etmək imkanı təmin olunmadığından rayon məhkəməsi hazırkı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlm işdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kssasiya şikayətlərinin dəlilləri Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Əslində iddiaçının Suraxanı Rayon Məhkəməsinin 15.12.2006-cı il tarixli, 2-1750/2006 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə məhkəmə qətnaməsindən və hərrac hərəkətlərindən məlumatı olmuş, bildirişləri alan şəxs sonradan hərrac tərəfindən göndərilən bildirişləri sırf “həmin ünvan qeydiyyat ünvanı olmadığı üçün” götürməkdən imtina edir. Bu isə açıq görünür ki, tərəf gələcəkdə hərracın nəticələrindən şikayət vermək üçün son ümid yeri olaraq bu addımı atmışdır. Bu isə iddiaçının hüquqlarından suiistifadə etməsi mənasına gəlir. Göstərilənlərin sübutu olaraq bildirilməlidir ki, iddiaçı hələ 2005-ci ildə kredit almaq üçün verdiyi ərizədə yaşayış yerini məhz E saylı mənzili kimi göstərmişdir. Həmçinin nəzərə çatdırılmalıdır ki, Cavabdeh2 ASC borcluya qarşı iddia qaldırmazdan əvvəl öncə borclunun qeydiyyatda olduğu, həm də yaşayış yeri kimi ərizəsində göstərdiyi ipoteka predmeti yerləşən ünvanlara bildirişlər göndərmişdir. Bildirilməlidir ki, iddiaçı hərrac hərəkətləri barəsində göstərdiyi kimi 2019-cu ildə deyil, lap əv vəldən məlumatlı olub. Belə ki, onun əvvəlki nümayəndəsi X3 2016-cı ildə banka gələrək etibarnaməsini təqdim etmiş və işlə maraqlanmışdır. Bütün bunlar bir daha sübut edir ki, iddiaçı bütün hallarda məhkəmə qətnaməsindən və ipoteka predmeti olan mənzilin açıq hərracda satışa çıxarılmasından xəbərdar olmuşdur. Hərrac təşkilatı sözügedən mənzilin satışını qanunamüvafiq qaydada həyata keçirmiş və bunun da nəticəsi olaraq Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi tərəfindən 10.09.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin 15.12.2006-cı il tarixli, 2-1750/2006 saylı icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə cavabdehin iddiaya qarşı olan dəlillərinə münasibət bildirmədən yalnız iddiaçı tərəfin maraqları üzrə qanunsuz qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı 1 və cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rəsulova Ayserl Ələddin qızı kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası işin hallarını tam, araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Çünki, iş materiallarında olan iddiaçı tərəfindən İş Bankası Azərbaycan ASC-yə ünvanlanmış (səh 127) 01.03.2005-ci il tarixli ərizədən görünür ki, o, ona 9000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş edərkən, ünvanı kimi ünvan evin 41 saylı mənzilini göstərmiş, həmin ərizədə qeyd edilən ünvanda yaşamasını bildirmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1700/2 019 saylı, 09.04.2019-cu il tarixli qətnaməsində iddiaçı göstərmişdir ki, ipoteka predmeti olan ev 1993-cü ilin əvvəllərindən məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Həmçinin həmin qətnamədən aydın olur ki, o, mənzilə dair Qeydiyyat vəsiqəsinin kserosurətini məhkəməyə sübut təqdim etmişdir. Çünki iddiaçının mülkiyyətində olmuş ipoteka predmeti ipoteka ilə yüklü edilən zaman iddiaçı sənədlərin əslini banka təhvil vermişdir. Bu fakt ipoteka müqaviləsinin 4.3-cü bəndində də öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsinin 4.4 və 5-ci bəndlərindən aydın olur ki, iddiaçı ipoteka müqaviləsini imzalayarkən bank qarşısında olan kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda borcun ipoteka predmetinə yönəldilməsi qaydası və halı ilə də tanış edilmiş və bundan sonra o, ipoteka müqaviləsini imzalamışdır. Lakin o, bankdan 03.05.2005-ci il tarixdə 18 ay müddətinə götürmüş olduğu 9000 ABŞ dollarından borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edildiyi 18.12.2006cı il tarixinədək cüzi məbləğdə ödəniş etmişdir ki, onun qətnamənin qəbul edildiyi tarixə 8166.19 ABŞ dolları məbləğində ödənilməmiş əsas kredit borcu qalmışdır. Göstərilən xüsusiatlar ümumiləşdirildikdə isə aydın olur ki, iddiaçı kredit götürdüyü zamandan banka cüzi ödəniş etməklə, yəni öhdəliyini tam icra etməməklə ipoteka predmetinin taleyinin həmin zamandan keçən uzun müddət ərzində hansı qaydada həll ediləcəyi barədə məlumatlı olmuş, hətta o, məcburi köçkünlərin mülkiyyətində olmuş ipoteka predmetindən çıxarılmasını tələ b etdiyi zaman da mənzillə bağlı hüquqlarının məhdudlaşmasını bilərək məhkəməyə sübut kimi mənzilin qeydiyyat vəsiqəsinin kserosurətini təqdim etmişdir. Bütün bu qeyd edilən xüsuslatlar isə iddiaçınnı ipoteka predmeti ilə bağlı keçirilmiş hərrac barədə məlumatlı olmasını göstəricisi və təsdiqi anlamına gəlir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məçhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.03.2021-ci il tarixli, 2(103)-2098/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidə n baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31.03.2021-ci il tarixli, 2(103)-2098/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar