Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5293/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı2, İddiaçı1 Ağababa qızı, nümayəndəsi X2, onların vəkili X7, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri X8, X11 və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli, 2(103)3256/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 Ağababa qızı və İddiaçı2 kassasiya şikayəti üzrə işə baxar aq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(009)-3404/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) iddiaçılar İddiaçı1 Ağababa qızı və İddiaçı2 cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “mənzil verilməsi üzrə öhdəliyin yerinə yetirilməsi” barədə iddiası rədd edilib. İddiaçılar qətnamədən apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli, 2(103)3256/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçılar qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdeh təşkilata qarşı “mənzil verilməsi üzrə öhdəliyin yerinə yetirilməsi” barədə iddia qaldırıblar və tələblərini onunla əsaslandırıblar ki, iddiaçı İradə Abdullayevə cavabdeh təşkilatın Kataliz və Qeyri-Üzvü Kimya İnstitutunun işçisidir. X10 coğrafiya elmlər namizədidir və cavabdeh təşkilata məxsus olan yataqxananın ünvanində yaşayırlar. Digər İddiaçı2 isə cavabdeh təşkilatın Radiasiya Problemləri İnsitutunun elmi işçisidir. Cavabdeh təşkilatın Həmkarlar İttifaqı tərəfindən verilən 27 iyul 2002-ci il tarixli, 28 saylı orderə əsasən həmin binanın 77 “b” saylı mənzilində yaşayır. Cavabdeh təşkilatın Prezidenti aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzillə təmin olunmaları və yaxud həmin yataqxanan ın özəlləşdirilərək onların mülkiyyətinə verilməsi barədə 22 fevral 2011-ci il tarixli məktubla Azərbaycan Respublikası Prezidentinə müraciət etmişdir. Həmin müraciətə yataqxanada yaşayan sakinlərin siyahısı və ərizələri əlavə edilib. Cavabdeh təşkilatın müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin qayğısı və tapşırığı ilə cavabdeh təşkilatın “aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 19 dekabr 2012-ci il tarixli, 564 saylı sərəncam verilib. Həmin Sərəncamın 1-ci bəndinə görə, cavabdeh təşkilatın 14 noyabr 2012-ci il tarixli, 06-10-280 saylı razılıq məktubu, “xxxx” MMC 07 dekabr 2012-ci il tarixli, 01/07.12 saylı müraciəti nəzərə alınaraq, ünvan 1 ünvanda yerləşə n torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi və inşaat pasportunun təsdiq edilməsi və orada binanın tikintisinə icazə verilməsi qərara alınıb. Cavabdeh təşkilatın Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli, 15/02 saylı Qərarı ilə mənzil komissiyası yaradılaraq komissiyaya cavabdeh təşkilatla podratçı “xxxx” MMC arasında bağlanan 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün yataqxanaya aid ərazidə yaşayış binasının inşası üçün 0,66 ka torpaq sahəsində 1 ədəd, 4 girişli, 16 mərtəbəli yaşayış binasının tikintisi və ödənişsiz əsaslarla cavabdeh təşkilata təhvil verilməsi razılaşdırılmışdır. Mənzil Komissiyasının 16 may 2017- ci il tarixli arayışı cavabdeh təşkilatın Rəyasət Heyətinin 24 may 2017-ci il Qərarı ilə qətnaətbəxş hesab edilərək, ayrılmış və cavabdeh təşkilata podratçı tərəfindən verilən mənzillərin bu arayışda siyahısı təsdiq edilən 54 alimə verilməsi təsdiq edilmişdir. Bundan sonra 24 may 2017-ci il tarixli, 8/21 saylı Qərarla Komissiyanın fəaliyyətinə xitam verilmiş və mənzillərin bölüşdürülməsi üzrə yeni tərkibli Komissiya yaradılmışdır. Cavabdeh təşkilatın mənzillərin bölüşdürülməsi komissiyası ümumilikdə ilk növbədə 54 alim üçün verilmiş və ayrılmış mənzillərin 13 iyun 2017-ci il tarixdə 54 alim arasında hansı mənzilin kimə düşməsi ilə bağlı püşkatma keçirilmiş və həmin püşkatma nəticəsində 54 mənzildən biri, yəni ünvan1də yerləşən, sahəsi 66 kv.metr olan 52-ci mənzili İddiaçı2, həmin binanın 5 -ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 66 kv.metr olan 10-cu mənzili isə İddiaçı1 payına düşmüşdür. Püşkatmada sıra nömrələri bəlli olmuş və mənzillərə aid ilkin hüquqi sənədlərin, mənzil və açarların verilməsi üzrə 2017-ci ilin oktyabr ayında keçirilən tədbirdə isə İddiaçı2 ünvan2ndə yerləşən, 1 otaqlı, 100 “b” saylı mənzilinin, İddiaçı1 isə Abşeron rayonu, Masazır qəsəbəsi, 22 “b” saylı binanın 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 44,3 kv.metr olan, 1 otaqlı, 37 “a” saylı mənzilinin verildiyi və bu barədə protokoldan çıxarışların təqdim edildiyi bəlli olmuşdur. Lakin sözügedən mənzillərə dair Çıxarışlar onlar tərəfindən ərizələrinə əsasən cavabdeh təşkilata geri qaytarılmışdır. “xxxx” MMC inşa etdiyi sözügedən binadan cavabdeh təşkilata ayrılmış mənzillərin əvəzində onlarla heç bir razılaşma aparılmadan, sənədlərdə özbaşına dəyişiklik edilərək, bu ünvanda mənzillə təmin edilməmələri qanunla qorunan hüquq və mənafelərinin pozulması kimi qivmətləndirilməlidir. Cavabdeh təşkilata müraciət edərək qeyd olunan binadan püşkatma nəticəsində onlara düşən mənzillərin istifadələrinə verilməsini xahiş etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də qanuni tələbləri yerinə yetirilmədiyi üçün pozulmuş hüquqlarının bərpa edilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini poza raq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı2, İddiaçı1, nümayəndəsi Əsədulla Xvə onların vəkili X1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Azərbaycan Milli Elmlər Aka demiyasının nümayəndələri X3, X4 və vəkili X5 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdeh təşkilat tərəfindən yaradılan mənzil komissiyası tərəfindən iddiaçılara hər hansı mənzilin ayrılmasına dair qərar qəbul edilməməsinə, iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmələrinə və beləlilklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,Bakı şəhər İcra Hakimiyyəti Başçısının “aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 19 dekabr 2012-ci il tarixli, 564 saylı sərəncamına əsasən, cavabdeh təşkilatın 14 noyabr 2012ci il t arixli, 06-10-280 saylı razılıq məktubu, “xxxx” MMC 07 dekabr 2012-ci il tarixli, 01.07.12 saylı müraciəti və tərəflər arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqavilə nəzərə alınaraq, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış binasının tikintisinin layihələndirilməsinə “xxxx” MMC icazə verilmişdir. Eləcə də 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsinə əsasən podratçı “xxxx” MMC qeyd olunan ünvanda cavabdeh təşkilata məxsus olan yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün cavabdeh təşkilata məxsus 0,66 ha topaq sahəsində 1 ədəd, 4 girişli 16 mərtəbəli yaşayış binasının layihə sənədlərinə və müqavilənin şərtlərinə uyğun olaraq tikintisini, həmçinin binanın layihə-smeta sənədl ərinin hazırlanmasını öz hesabına həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə görə, podratçı “xxxx” MMC müqavilədə qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli, 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla cavabdeh təşkilata təhvil verməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mənzillərin tikintisi başa çatdıqdan sonra Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş ayrıc aktı əsasında ayrılmış 0,66 ha torpaq sahəsinin və podratçı “xxxx” MMC vəsaiti hesabına inşa olunmuş bütün tikinti sahələrinin müvafiq dövlət orqanlarında özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsi cavabdeh təşkilata həvalə edilmişdir. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh təşkilatın mənzil komissiyası tərəfindən iddiaçılara hər hansı mənzilin ayrılmasına dair qərar qəbul edilməsi mülki iş materialları ilə təsdiq edilmədiyindən, eləcə də iddiaçılar, tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etmədiklərindən, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşıdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, kassatorlar kassasiya şikayətində cavabdeh təşkilatın mənzillərin bölüşdürülməsi komissiyası tərəfindən ünvandə yerləşən, sahəsi 66 kv.metr olan 52-ci mənzilinin İddiaçı2, həmin binanın 5-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 66 kv.metr olan 10-cu mənzilinin isə İddiaçı1 verildiyini göstərsələr də, işdə, iddiaçıların həmin mənzillər üzərində hər hansı hüquqlarının əmələ gəlməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Belə ki, əvvəla, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-8.0.6-cı maddələrinin mənasına görə, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunverciliyinin ümumi əsasları və mahiyyətin ə görə mənzil hüquq və vəzifləri doğuran hərəkətlərdən əmələ gəlir. Mənzil hüquq və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunverciliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münaisəbətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iddiaçıların iddia etdikləri mənzillər üzərində hər hansı hüquqları əmələ gəlmədiyindən və bu barədə səlahiyyətli dövlət orqanları, eləcə də cavabdeh təşkilatın müvafiq qurumları tərəfindən hər hansı qərar qəbul edilmədiyindən, iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxalamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə verməmişdir. Digər tərəfdən işdən görünür ki, iddiaçılar məhkəmədə cavabdeh təşkilata qarşı sözügedən binadan onlara ayrı-ayrılıqda müstəqil mənzillərin verilməsi öhdəliyinin həmin təşkilatın üzərinə qoyulması barədə qeyri-müəyyən, mücərrəd iddia qaldırsalar da, nə cavabdeh təşk ilatın səlahiyyətli qurumunun mənzillərin bölüşdürülməsinə dair qərarını, nə də iddia etdikləri mənzillərin digər şəxslərə verilməsinə dair hüquq müəyyənedici sənədləri məhkəmə qaydasında mübahisələndirməmişlər və bu gün də həmin sənədlər qüvvədədir. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, cavabdeh təşkilatın sifarişi əsasında inşa edilən binadan verilən 54 mənzil cavabdeh təşkilatın əməkdaşları arasında bölüşdürüldüyündən və həmin binada cavabdeh təşkilata məxsus digər mənzillərin olması mülki iş materialları ilə təsdiq edilmədiyindən, iddiaçıların qeyrimüəyən, mücərrəd tələbləri əsaslı saylıraq təmin oluna bilməz. Daha sonra iddiaçıların istinad etdikləri 16 may 2017-ci il tarixli arayışda da onlara sözügedən binada hər hansı mənzillərin verilməsi görünmür. Ək sinə, işə əlavə edilmiş cavabdeh təşkilatın 07 sentyabr 2017-ci il tarixli protokol-qərarından görünür ki, İddiaçı1 podratçı “xxxx” MMC tərəfindən cavabdeh təşkilata ayrılmış yeni inşa edilən yaşayış binasından, yəni ünvan1də yerləşən, 1 otaqlı, ümumi sahəsi 44,3 kv.metr olan 37 “a” saylı mənzili, İddiaçı2 isə həmin binanın 5-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 47,5 kv.metr olan 100 “b” saylı mənzili verilmişdir. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsələr də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tə tbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahis ələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları ta m, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Ağababa qızı və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli, 2(103)-3256/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5293/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5293/2019
30.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver