Məhkəmə qərarları › İş №2(102)-5298/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5298/2022

05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5298/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra məmurunun hərəkətlərindən şikayət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-920/2022 nömrəli iş üzrə 2 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qəbələ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli e2(025)- 693/2021 nömrəli qətnaməsi ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 02 oktyabr 2019-cu il tarixli, 5981 SAK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 14715 (on dörd min yeddi yüz on beş) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus “Hyundai El antra” markalı **SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılsın, satışdan əldə ediləcək məbləğ cavabdehlərin banka olan borcunun ödənilməsinə sərf edilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcunun ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir. Qətnamə icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.

2. İpoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilmədiyindən, Qəbələ rayon İcra və probasiya şöbəsinin 7509/6 saylı, xx.xx.2021ci il tarixli sifariş məktubu əsasında Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomobil ilə bağlı əmlakın qiymətləndirməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 3. "xxxx" MMC tə rəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 150/21 nömrəli rəy ilə Cavabdeh1 məxsus Hyundai Elantra markalı 99- SH-953 nömrəli avtomobilin real bazar dəyəri 16.000 (on altı min) manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus “Hyundai Elantra” markalı **-SH-*** nömrəli avtomaşının bazar dəyərinin 16 000 manat müəyyən edilməsinə dair 31 avqust 2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyinin ləğv edilməsi, qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyə rinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) (hakim E.İsayev) 10 may 2022-ci il tarixli, e-2(025)377/2022 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7 və 8-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı (vəkil X1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-920/2022 nömrəli iş üzrə 2 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Vəzirxan Məlikov) apellyasiya şikayəti qismən təmin edilərək edilərək, birinci instansiya məhkəməsinin 10 may 2022-ci il tarixli 2(025)-33/2017 nömrəl i qətnaməsinin tamamilə ləğv edilməsi, iddiaçının cavabdehlərə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə iddia tələbinin predmetini ekspert rəyinin ləğvi və əmlakın likvid dəyərinin müəyyən edilməsi təşkil edir. Deməli, hazırkı işdə iddiaçının mübahisələndirdiyi məsələ icra məmurunun qərarı ilə əldə olunmuş rəyin əsassız sayılması barədədir. Borclunun mübahisəli əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövrü əhatə etdiyindən, hazırki mübahisəyə iddia icraa tı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir

10. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, həmin iddiaya ümumiyyətlə məhkəmədə baxıla bilməz.

11. Apellyasiya instansiyası bildirmişdir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin mö vqeyindən belə nəticəyə gəlmək olar ki, ekspert rəyi məhkəmə qaydasında mübahisələndirilə bilməz. Lakin “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Normanın məzmunundan belə anlaşılır ki, qiymətləndirmə rəyi hər bir halda məhkəmə qaydasında mübahisələndirilə bilən sənəddir.

14. Həmçinin qeyd edilmişdir ki, icra işi üzrə icraatda tələbkar kimi iddia tələbi qiymətləndirmə rəyinin ədalətli olmaması ilə bağlıdır. Hazırkı işdə icra məmurunun hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi aşkar olunmamışdır. Odur ki, bank haqlı olaraq qiymətləndiricinin rəyini məhkəmə qaydasında mübahisələndirir.

15. Qiymətləndirici "xxxx" MMC ipoteka predmetinin ilkin satış qiymətinin məhz likvid göstəricilərə əsasən müəyyən etməli olduğunu bildiyi halda əmlakın bazar qiymətini müəyyən etmiş və ipoteka haqqında qanunun tələblərini pozmuşdur.

16. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)4226/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2(102)-4056/2021 nömrəli qərarlarına istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiyasının mübahisələndirilən qərardadında məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər var. Dəlillərdən biri kimi apellyasiya məhkəməsinin qərardadında “hazırkı işdə mübahisələndirilməli olan məhz icra məmurunun müvafiq qərarıdır” fikri göstərilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir.

20. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli, 02/2021 nömrəli qərardadı

25. Bənd

32. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclun un ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz si farişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdi q edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

30. Belə ki, borclunun ipoteka predmeti olmayan əmlakınınilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir.

31. Qeyd edilən mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli, 02/2021 nömrəli qərardadında da öz əksini tapmışdır.

32. Həmin Qərardadın 32-ci bəndində qeyd edilmişdi r ki, bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə o lan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-920/2022 nömrəli iş üzrə 2 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar