Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-53/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərbəst hərəkət etmək hüququn müvəqqəti məhdudlaşıdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini n Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5830/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən ərizəçinin kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin "EKSTRA-PROM” MMCnin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdur və həmin hüquqi şəxslərin dövlət büdcəsinə ümumilikdə 45 544,71 manat vergi borcu mövcuddur.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmü ilə X2 Cinayət Məcəlləsinin 213.2.1-ci və 213.2.2-ci, X 9 Cinayət Məcəlləsinin 213.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və bir çox digər hüquqi şəxslərin fəaliyyətləri üzrə mülki iddianın təmin olunaraq 10 824 684,72 manatın X3 tutulub dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir.
3. Həmin hökmlə müəyyən olunmuşdur ki, X2, cinayət törətmək üçün vahid niyyətlə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı X9 ilə birlikdə cinayətkar fəaliyyətlə məşğul olaraq "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə və bir çox digər hüquqi şəxslərə X5, X4, X10 və qeyrilərini direktor vəzifəsinə təyin etmiş, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə t utan əməliyyatlar aparılaraq rəsmiləşdirilməsini təşkil etmiş, bununla əlaqədar faktiki rəhbər kimi qeyd olunan vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 71.4, 72, 77.3, 78.1, 78.3, 82, 103-106, 149, 151, 154.1, 155.1, 159.1, 174, 177.1, 177.2, 177.6, 178 və 218-221-ci maddələrinin tələblərini pozaraq həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, eləcə də bəyannamə təqdim etməməklə mütəşəkkil dəstənin rəhbəri olaraq ümumilikdə xüsusi külli miqdar təşkil edən 10 649 604,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
4. Həmi n hökm Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxslər "EKSTRA-PROM” MMC, "AVANQARD LM” MMC və "TRİSTON” MMC-nin dövlət büdcəsinə ümumilikdə 45544,71 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəlikləri Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə maraqlı şəxsin rəhbərlik etdiyi vergi ödəyicisi olan hüquqi şəxslər "EKSTRA-PROM” MMC-nin 15680,77 manat (o cümlədən, vergilər üzrə 12863,64 manat, faizlər üzrə 2817,13 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "AVANQARD Lm” MMC-nin 20114,37 manat (o cümlədən, vergilər üzrə 16500,71 manat, faizlər üzrə 3613,66 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) və "TRİSTON” MMC-nin 9749,57 manat (o cümlədən, vergilər üzrə 7998 manat, faizlər üzrə 1751,57 manat, maliyyə sanksiya üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) ümumilikdə 45544,71 manat vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ö dəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(004)6856/2019 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) ərizə təmin olunmuşdır.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vergi ödəyicisi olan hüquqi şəxslərin rəhbərinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, onun həmin öhdəliklərinin icrasını təmin etmək üçün hazırkı iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
9. Məhkəmə öz mövqeyini A zərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1 -ci və 23.1.15-3-cü və MPM-in 234.1,355-7.3 və 355-7.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş.Talışinski) (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-7619/2021 saylı mülki iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası, mübahisə ilə bağlı birinsi instansiya məhkəməsinin gəldi yi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin həyata keçirilməsində əsas məqsəd məhz hüquqi şəxsin vergi öhdəliyinin (borcunun) dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 16.1.1, 32.1, 77.1 və 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 -ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011 -ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Maraqlı şəxs kassasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və A.Q.Hüseynov) Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İşdən görünür ki, maraqlı şəxs birinci instansiya məhkəməsində işə baxılan zaman iştirak edə bilməmiş və müvafiq olaraq ərizəyə etirazının əsaslarını göstərmək və bu barədə sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Maraqlı şəxs birinci in stansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində rəhbəri kimi göstərilən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin, bir çox digər hüquqi şəxslərin vahid niyyətlə vergiləri dövlət büdcəsində ödəməkdən yayınmaq məqsədilə X2, X9, X7 və X8 Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2 və 213.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmünün olduğu, həmin hökmlə vergidən yayınma ilə bağlı yuxarıda göstərilən hüquqi şəxslərə qarşı mülki ididanın təmin olunduğunu, bu hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığının müəyyən edildiyini göstərmiş, lakin apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin şikayətində istinad etdiyi hökmdə göstərilən halları təsdiq edən hər hansı sübut (hökmün tə sdiq olunmuş surəti və s.) təqdim etməməsi əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu zaman məhkəmə nəzərə almamışdır ki, maraqlı şəxsin istinad etdiyi hökm məhkəmə aktı olub cinayət prosesi iştirakçılarına təqdim oluna bilər, maraqlı şəxsin həmin hökmün təsdiq olunmuş surətini almaq imkanı qanunla məhdudlaşdırılmışdır. Digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi bir məhkəmə iclası ilə məhkəmə baxışını yekunlaşdırmış, maraqlı şəxs həmin məhkəmə iclasında iştirak etməmiş, bu səbəbdən də məhkəmə hökmün təsdiq olunmuş surətini təqdim etməyi ona təklif etməmişdir”. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V. N.Sadıqov) (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-5830/2022 saylı mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ərizə təmin edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmü ilə X1, cinayət törətmək üçün vahid niyyətlə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı X9 ilə birlikdə cinayətkar fəaliyyətlə məşğul olaraq "xxxx" MMC-nə, "xxxx" MMC-nə və " xxxx" MMC-nə digər şəxsləri direktor vəzifəsinə təyin edib, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparılaraq rəsmiləşdirilməsini təşkil etdiyi, bununla əlaqədar faktiki rəhbər kimi qeyd olunan vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, eləcə də bəyannamə təqdim etməməklə mütəşəkkil dəstənin rəhbəri olaraq ümumilikdə xüsusi külli miqdar təşkil edən 10 649 604,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı müəyyən olunmuş dur.
20. Nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericiliyin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə qüvvəyə minmiş qərar hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. 21. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 09 sentyabr 201 3-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər”. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Ərizəçi (Vəkil2) kassasiy a şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Bakı şəhəri NəsimiRayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün olmasına, həmin hökmlə vergidən yayınma ilə bağlı yuxarıda göstərilən hüquqi şəxslərə qarşı mülki ididanın təmin edildiyinə istinad etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında göstərilənləri, yəni “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 7 8.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər” hissəsini nəzərə almışdır. Lakin, qeyd etməliyik ki, hökmdə hüquqi şəxslərin borclarına münasibət bildirilməsinə baxmayaraq orada hüquqi şəxslərin icra orqanın rəhbəri Maraqlı şəxs barəsində heç bir münasibət bildirilməmiş, onun müəssisələri n fəaliyyətində hər hansı bir şəkildə iştirakının olub-olmaması haqqında məlumat qeyd edilməmişdir. Konstitusiya Məhkəməsinin istinad edilən qərarı isə cinayət işlərinə münasibətdə nəzərə alına bilər. Hazırki iş kommersiya işi olmaqla, borcun əhatə etdiyi dövr ərzində müəssisələrə rəhbərliyin Maraqlı şəxs tərəfindən həyata keçirilməsi nəzərə alınaraq yaranmış borcun ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iddia təmin edilməlidir. Apellyasiya məhkəməsi hüquqi şəxslərin icra orqanın rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericilik normalarını nəzərə almamışdır, halbuki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşd ırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1) Hüquqi şəxsin dövlət büdcəsinə borcunun olması; 2) Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası tərəfindən bu amillərə diqqət yetirilməmiş, hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün bütün şərtlər mövcud olsa da, ərizə rədd edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsi
26. Maddə 16.1. Qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
27. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
28. Maddə 78.1. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə o nların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Madd 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirm ədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
37. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmü ilə X1, cinayət törətmək üçün vahid niyyətlə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı X9 ilə birlikdə ci nayətkar fəaliyyətlə məşğul olaraq "xxxx" MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə digər şəxsləri direktor vəzifəsinə təyin edib, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparılaraq rəsmiləşdirilməsini təşkil etdiyi, bununla əlaqədar faktiki rəhbər kimi qeyd olunan vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, eləcə də bəyannamə təqdim etməməklə mütəşəkkil dəstənin rəhbəri olaraq ümumilikdə külli miqdar təşkil edən 10.649.604,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı müəyyən olunmuşdur.
38. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Mülki-prosessual qanunvericiliyin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə qüvvəyə minmiş qərar hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
39. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1ci maddəsinin və A zərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 09 sentyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər”.
40. Məhkəmə kollegiyası qeyd olunanları n əzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5830/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.